Məhkəmə qərarları › İş №2(102)-175/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-175/2019

12.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-175/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2013-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(004)-xx/11) İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2013-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev-sədrlik edən və məruzəçi, G.Quliyev, X.Məhərrəmova iş № 2(103)xx/13) İddiaçı1 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2013-cü il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kərim qızına qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, ev1 mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs kimi işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ev1 anası X1 və 2/6 hissəsi isə onun xüsusi mülkiyyətindədir. Onlarla bərabər cavabdehlər də mübahisəli evdə qeydiyyatdadırlar. Cavabdehlərin evdə olan qeydiyyatı formal xarakter daşıyır, onlar orada yaşamırlar. Cavabdeh1 qardaşı, Cavabdeh2 və Cavabdeh3 q ardaşı oğulları, Cavabdeh4 Kərim qızı isə qardaşının arvadıdır. Cavabdehlərin evdə qeydiyyatda olması mülkiyyətçi kimi onun və anasının hüquqlarını pozur. Cavabdehlərin hazırda harada yaşamaları ona məlum deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı1 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan mə hkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız İddiaçı1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, İddiaçı1 və vəkili Vəkil izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2013-cü il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə alımışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ev1 isə İddiaçı1 məxsusdur. X1 mülkiyyət hüququ 06.10.2007-ci il tarixdə, İddiaçı1 mülkiyyət hüququ isə 16.04.2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 1984-cü ildə, X4 isə 1986-cı ildə Bakı şəhəri, ev1 qeydi yyata düşmüşlər. İddiaçı1 və X3 isə daha sonra, yəni 1996-cı ildə həmin evə qeydiyyata alınmışlar. İddiaçı1 və X3 mübahisəli evə mülkiyyət hüquqlarını müvafiq olaraq 16.04.2011-ci il və 06.10.2007-ci il tarixlərdə vərəsəlik üzrə əldə etmişlər. Cavabdehlər 1986-cı il təvəllüdlü Cavabdeh2 və 1987-ci il təvəllüdlü Cavabdeh3 2002-ci ildə, yəni birincinin 16 yaşı, ikincinin isə 15 yaşı olarkən Bakı şəhəri, ev1 qeydiyyata düşmüşlər. İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 həmin qeydiyyata istinad edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Kərim qızının Bakı şəhəri, ev1 istifadə hüquqlarının xitam verilməsini tələb etmişlər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Az ərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə əsasən cavabdehlərin mübahisəli evdən istifadə hüquqları yaranmışdır və bu hüquqa yalnız istifadə hüququ olan şəxslərə kompensasiya ödənilməklə, yaxud istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X3 cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmiş, həmçinin kompensasiya ödənilməsi barədə təklif irəli sürməmişlər. Cavabdehlərin daimi olaraq başqa yerdə yaşaması, habelə hər hansı bir əsasla daimi yaşayış yerinə malik olması isə iş materialları ilə təsdiq olunmur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərə findən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənas ına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Ap ellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2013-cü il tarixli 2(103)xx/13 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar