Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın verilməsi üçün subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2208/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, x ünvanında yerləşən ümumi sahəsi 175,4 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Həmin evin birinci mərtəbəsinin bir hissəsində aptek fəaliyyət göstərir.
2. Həmçinin iş materiallarından görünür ki, x saylı binanın arxa hissəsində yerləşən torpaq sahəsi Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmədə iddia qaldıraraq, x ünvanda funksional təyinatı özbaşına qeyri-yaşayış obyekti kimi dəyişdirilmiş fərdi yaşayış evinin əvvəlki vəziyyətinin (fərdi yaşayış evi kimi) bərpa olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaç ı iddiasını onunla əsaslandırmışdır ki, özbaşına tikinti işlərinin aparılmasının və torpaq zəbtinin qarşısının alınması məqsədi ilə İddiaçı yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvləri tərəfindən Qaraçuxur qəsəbəsində keçirilmiş reyd zamanı x ünvanda vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin funksional təyinatı dəyişdirilməklə özbaşına qeyri-yaşayış sahəsinə keçirildiyi aşkar olunmuşdur. Sözügedən dəyişikliklərin aparılmasına əsas verən sənədlər təqdim olunmadığından, cavabdehdən fəaliyyətin dayandırılması və tikilinin əvvəlki vəziyyətə gətirilməsi dəfələrlə tələb edilsə də, bu günə kimi tələblər yerinə yetirilməmiş, fərdi yaşayış evindən qeyri-yaşayış obyekti (Aptek) kimi stifadə edilməyə başlanılmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli 2(010)-2732/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən Mənzil Məjəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara əməl edilmədiyi, bu səbəbdən qanunsuz olaraq özünə məxsus evin ümumi sahəsinin köməkçi sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi müəyyən olunmuşdur. Göstərilən halların mövcudluğu isə iddia tələbinin təmin olunması üçün əsasdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20, 21-ci maddələrinə, Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11, 27, 31 və 32-ci maddələrinə, Mülki Prossesual Mə cəlləsinin (bundan sonra – MPM) 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2208/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2732/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı Cavabdeh qarşı x ünvanında funksional təyinatı özbaşına qeyri-yaşayış obyekti kimi dəyişdirilmiş fərdi yaşayış evinin əv vəlki vəziyyətinin (fərdi yaşayış evi kimi) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4-cü bəndində yerli icra hakimiyyəti başçısının səlahiyyətlərdən biri kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək (4.9.11.) göstərilsə də yerli icra hakimiyyətlərinin bu sahəyə nəzarət etmək, yəni hüquqi və ya fiziki şəxslər tərəfindən özbaşına olaraq yaşa yış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi səlahiyyətləri müəyyən edilməmişdir. Ona görə də hazırkı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə, sübutlar araşdırılmadan rədd olunmalıdır.
11. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olması nəticəsinə gəlmiş və həmin nəticəni “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27, 31, 32-ci bəndləri ilə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə həmin nömrə li bəndlər ümumiyyətlə yoxdur. Məhkəmənin istinad etdiyi həmin bəndlərin məzmunu isə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27, 31, 32-ci bəndlərinə aiddir. Lakin həmin Əsasnamə Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə qüvvədən düşmüş, məhkəmə isə bunu nəzərə almamış və qüvvədən düşmüş Əsasnaməyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yen i qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin“ 4.6.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı özrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
21. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1)
22. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (maddə 5.1)
23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
25. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur. (maddə 88)
27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.6.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirməyin və müvafiq tədbirlər görməyin yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilməsi barədə kassasiya şikay ətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassatorun qeyd etdiyi kimi Əsasnamənin qeyd edilən maddəsi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə yerli icra hakimiyyəti başçısının nəzarət səlahiyyətini müəyyən etmişdir. Həmin əsasnamədə yerli icra hakimiyyəti başçısının hüquqi və ya fiziki şəxslər tərəfindən özbaşına olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi səlahiyyətləri müəyyən edilməmişdir
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2208/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.