Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququ, servituta xitam, mənzildən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cehiz əşyaların evdən çıxarılması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-388/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil (bundan sonra - mübahisəli mənzil) xx.xx.1989-cu il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) atası X1 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Sonuncu xx.xx.1999-cu ildə ölmüşdür.
2. Cavabdeh1 ilə iddiaçının qardaşı X2 faktiki nikahından xx.xx.2000-ci il tarixdə Cavabdeh2 anadan olmuşdur.
3. Cavabdeh və Azər Səlimov aralarındakı nikahı xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Həmin nikah xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.
4. Beyləqan Rayon Məhkəməsinin 2(020)-555/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə köçürü lmələri qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
5. Mübahisəli mənzil xx.xx.2019-cu ildə xüsusi mülkiyyət hüququ ilə vərəsəlik qaydasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. Beyləqan Rayon Məhkəməsinin 2(020)-88/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 hazırkı iş üzrə iddiaçıya və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməmişdir.
7. Cavabdehlər mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildə yalnız pasport qeydiyyatında olan və 2019-cu ildən e tibarən Bakı şəhərində yaşayan cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin otağının birində yerləşən əşyalarının məcburi qaydada çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, cavabdehlər 2019-cu ilin may ayından etibarən Bakı şəhərində Cavabdeh1 ailə qurduğu şəxslə birgə mehriban və firavan yaşayırlar. Onların hazırkı mübahisəli mənzilə ehtiyacları yoxdur. Onlar xx.xx.2019-cu il tarixindən etibarən, yəni mənzil iddiaçının xüsusi mülkiyyətinə keçən gündən mənzildə yaşamamışlar. Cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi onların mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır.
10. Cavabdeh1 iddia tələbinə qarşı etiraz təqdim edərək, bildir mişdir ki, heç kəslə ailə həyatı qurmamış və 2019-cu ilin may ayından qızı universitetdə oxuduğuna görə arabir Bakı şəhərinə onun kirayədə yaşadığı evə gedib-gəlmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında, həmin mənzilin iddiaçı və ailə üzvləri tərəfindən dağıdıldığından orada yaşamağın mümkün olmadığını, lakin ara-sıra evə baş çəkmək üçün Beyləqana gəlib-getdiyini, Beyləqana gəldiyi müddətdə anasının evində yaşadığını bildirmişdir
11. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-741/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər məhkəmə qətnaməsindən sonra əslində mənzilə köçməmiş, icra məmuruna ərizə təqdim edərək evə köçürüldüklərini və bununla əlaqədar icra işinin icraatına xitam verilməsini xahiş etmişlər. Bundan sonra cavabdehlər həmin evdə yaşamamış və hazırda da yaşamırlar. Həmçinin, Cavabdeh2 tətil vaxtlarında da mübahisəli evə gəlməsi və orada yaşaması öz təsdiqini tapmamışdır. Cavabdeh1 etirafı ilə bütün bu illər ərzində onların başqa yerdə yaşaması, yəni yaşayış üçün başqa yerlərinin olması müəyyən edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər 2019-cu ildə məhkəmə qətnaməsi qəbul edildikdən və məhkəmə qətnaməsindən verilən şikayətlər üzrə qüvvədə saxlanıldıqdan sonra həmin mənzildə yaşamamış, Cavabdeh1 öz əmlakını həmin evdə saxlamaqla və mənzildə yaşamamaqla iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ver mək hüquqlarını pozur.
14. Məhkəmə hesab etmişdir ki, cavabdehlər həmin mənzildən daimi olaraq getməklə və başqa ünvanda yaşamaqla, iddiaçıya məxsus yaşayış sahəsinə olan hüquqlarını itirmişlər.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 2.1, 5.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) 29 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacının olmaması ilə əlaqədar hər hansı sübut təqdim etməmiş və bu hal birinci instansiya məhkəməsində qətnamə çıxarılan zaman nəzərə alınmamışdır. Həmçinin mübahisəli yaşayış sahəsində olan şəxsi əşyalarının iddiaçı və ailə üzvlərinin dağıtmaları ilə əlaqədar səlahiyyətli orqanlara cavabdehin müraciəti nəzərə alınmamışdır.
18. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, o, mübahisəli evdə mütəmadi yaşamışdır, bütün əşyaları həmin evdədir, evin açarları da ondadır. Qızı Cavabdeh2 Bakı şəhərində Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursda oxuyur, 22 yaşı var. Qızı Gülər əy ani təhsil alması ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşamağa məcburdur, qızı epilepsiya xəstəsi olduğundan o da qızını tək qoya bilmir. Bakı şəhərində qızı ilə birlikdə kirayə qalır, maddi təminatını onun qardaşı qarşılayır. O, heç kəslə yenidən nikaha daxil olmamışdır. Mübahisəli mənzilə birinci instansiya məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi əsasında köçürülmüş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanılmışdır. Həmin mənzilin ünvanı hal-hazırda dəyişdirilsə də, sözügedən qətnaməyə əsasən onun və övladının köçürüldüyü mənzil hazırda iddiaçının mülkiyyətindədir. Onun mülkiyyətində və ya istifadəsində başqa hər hansı mənzil və ya digər daşınmaz əmlak yoxdur.
19. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 g əlib evdə yaşamağa icazə versələr də, o, başqası ilə evlənmiş və indi də ərinin yanında yaşayır. Hazırda iddiaçının özü də Bakıda yaşayır. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-388/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən, məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
21. Məhkəmə Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq bildirmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yü klü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından məhkəmə qətnaməsinə əsasən mənzilə köçürülmə ilə bağlı yaranan istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi və bunun üçün kompensasiyanın ödənilməməsi mümkündür. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könül lü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İV kursunda əyani ali təhsil alır, “İdiopatik epilepsiya” xəstəliyi var. Cavabdehlər uzun müddətdir Bakı şəhəri, Sarayevo küçəsi, 20 saylı evin 204 nömrəli mənzilində kirayədə qalırlar. Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
23. Cavabdehlərin mənzilə olan istifadə hüquqlarından müvəqqəti istifadə edilməməsi Cavabdeh2 Bakı şəhərində 2019-cu ildən etibarən ali təhsil alması ilə əlaqədar olmuş, Cavabdeh2 epilepsiya xəstəsi olduğundan anası Cavabdeh1 da tez-tez onun yanına gedərək, orada qalmalı olmu şdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə müəyyən edilmiş halların təhlili ilə cavabdehlərin mənzildən istifadə hüquqlarından könüllü istifadə etməmələri nəticəsinə gəlmək ağlabatan deyil.
24. Bundan başqa, Cavabdeh1 adına hər hansı daşınmaz əmlakın aşkar edilməməsi onun digər ev və ya yaşayış sahəsi üzərində də mülkiyyət hüququ əldə etmədiyini göstərir. Həmçinin Cavabdeh1 başqa şəxslə nikaha daxil olduğu məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır.
25. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mənzilə köçürülmələri ilə bağlı servitut hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı tərəfindən cavabdehlərin mübahisəli mənzildən istifadəyə olan ehtiyaclarının aradan qalxması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdehlərin mənzildən istifadə hüquqlarından könüllü istifadə etməmələri nəticəsinə gəlmək mümkün olmadığından, cavabdehlərin mübahisəli mənzildən istifadəyə olan ehtiyaclarının aradan qalxması iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 255.8, 262.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 384.0.2, 385.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam və obyektiv araşdırılma aparmadan, servitutla bağlı hər hansı bir müqavilənin olmadığı halda cavabdehlərə münasibətdə servitut anlayışından istifadə olunmuşdur. Bundan əlavə, mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Lakin iş üzrə hər hansı bir qeydə alınmanın olmamasına heç bir əhəmiyyət verilməmişdir.
29. Məhkəmə tərəfindən işə baxılarkən “X.Məmmədovanın şikayəti üzrə” Konstitu siya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmamışdır. Həmin mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh1 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin ş əxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
32. Maddə 262.1. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı
33. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir...
34. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar.
35. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi
36. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arv adı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər
37. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər
38. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə on ların yaşayış sahəsi altı ay saxlanır
39. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
40. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
41. Mülki-Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hə dləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə qənaətini Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tar ixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla cavabdehlərin servituta marağını itirdikləri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi isə həmin halın sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir.
53. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi istinad olunan qərarında Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ"nun Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malik olduğunu qeyd etmiş, bu nəticəni eyni zamanda faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmişdir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı.
54. Göründüyü kimi mülki qanunvericilik baxımından yaşayış sahəsinə servitutun yazılı müqavilə və reyestr qeydiyyatı aparılmadan da yaranması mümkündür. Bu baxımdan hazırkı iş üzrə yalnız iddiaçı ilə cavabdehlə arasında servituta dair yazılı müqavilənin və reyestr qeydinin olmaması işə baxmış apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi barədə qənaətə gəlməyə əsas vermir.
55. Məhkəmə kollegiyası, həmçinin cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətna məsi ilə müəyyən edildiyini, habelə iddiaçının həmin mübahisəli mənzili öz mülkiyyətinə qəbul edərkən bunu bildiyini (əmlakı öz mülkiyyətinə cavabdehlərin istifadə hüququ ilə yüklü qəbul etdiyini) nəzərə alaraq, Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərin hazırkı işə tətbiqini mümkün hesab etmir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-388/2023 nö mrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.