Məhkəmə qərarları › İş №2(102)-1751/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1751/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1751/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Cavabdeh qarşı (Əliyev X15 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-1751/22 (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8065/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə iş ə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə Əliyev X15 arasında xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) müqaviləsi bağlanmış, əmanətçi 100.000 ABŞ dolları məbləğində pulu banka 6 ay müddətinə, illik 7% olmaqla, depozitə qoymuşdur. xx.xx.2015-ci il tarixdə həmin pul vəsaiti Əliyev X11 adından verilmiş və sonradan müəyyən edilmiş saxta etibarnamə əsasında iddiaçının “Səbail” filialı tərəfindən verilmiş qəbzlə X9 məxaric edilmişdir. Əliyev X15 "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək "xxxx" ASC-dən 100.0 00 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103.550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun iddiaçıdan tutulması qət edilmiş, verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, verilmiş kasasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8584/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. xx.xx.2018-ci il tarixdə məhkəmə qətnaməsi icra olunaraq, icra xərci ilə birlikdə 191.567,45 manat pul vəsaiti iddiaçının hesabından tutularaq Nəsimi İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. X14 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 s aylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, cavabdeh analığı (üçüncü şəxs) X2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan 100.000 ABŞ dolları məbləğində pulun Gülrux Əliyevanın bacısı oğlu X26 adına iddiaçının “Səbail” filialında açılmış depozit hesabına qoyulduğunu bildiyindən, qohumu (yeznəsi) X5 adından X26 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair sa xta etibarnamə hazırlayaraq (özünə məxsus skaner aparatından istifadə etməklə) iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC Cavabdeh qarşı (Əliyev X15 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 191567.45 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına ödənilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ibtidai istintaq və məhkəmə istintaqı zamanı onda ittiham olunmuşdur ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, analığı X2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan sonuncunun qardaşı oğlu Əliyev X11 adına 17 mart 2015-ci il tarixli müqavilə ilə İddiaçı ASCnin Səbail filialında 6 ay müddətinə 6.6 faiz dərəcəsi ilə depozitə 100.000 ABŞ dolları pul vəsaitinin qoyulduğunu bildiyindən, həmin məbləğd ə pulu ələ keçirmək qərarına gələrək, qohumu X5 adından X26 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair Bakı şəhəri 6 saylı notariat kontorunun 20 iyun 2015-ci il tarixli 414179 reyestr nömrəli etibarnamə alınmasını təmin edib, özünə məxsus “HP Photosmart Print-Skan- Cory” markalı skaner aparatından istifadə etməklə qeyd edilən etibarnamənin Zaur İbrahimov tərəfindən X28 verilməsi barədə mülkiyyətçi və etibar edilən şəxs qrafasında dəyişiklik edərək mülkiyyətçi kimi X27, etibar edilən şəxs kimi isə Zaur İbrahimovu göstərərək rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, həmin saxta etibarnamənin əsasında 22 iyun 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü (sədrlik edən F.Qəniyev) ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək üzərində 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 yanvar 2017-i il tarixli, 2(006)-466/2017 saylı qətnaməsinə əsasən X8 məxsus olan 100.000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əl iyev X15 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək İddiaçı ASC-dən 103.550 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apelyasiya və kasasiya şikayətləri təmin edilməyərək yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, Cavabdeh analığına məxsus olan sonuncunun qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100.000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə bank həmin vəsaiti Mirismayıl Əliyevə ödənilməsi göstərilsə də əslində Gülrux Əliyevaya ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7% icra ödənişi də bank tərəfindən Nəsimi r ayon İcra və Probasiya şöbəsinin hesabına X22 müxbir hesabından köçürülmüşdür. Nəsimi rayon məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191.567,45 manat maddi zərərin (7 % icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə (faktiki olaraq G.Əliyevaya) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 sentyabr 2019-cu il tarixli 2(011)-6559/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin əməli nəticəsində iddiaçı ondan 191.567,45 manat pulun tutulmasına məruz qal maqla, maddi ziyan çəkmişdir. İddiaçıya maddi ziyan dəyməsində cavabdehin təqsiri qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş, iddiaçının maddi ziyan çəkməsi cavabdehin qanunazidd əməli nəticəsində baş vermişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1114.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 20 may 2020-ci il tarixli, 2(103)-3966/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(011)-6559/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası mə hkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 30 iyun 2021-ci il tarixli, 2(102)-3840/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2020-ci il tarixli, 2(103)-3966/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində iki dəlil göstərmiş, məhkəmənin işə baxarkən onun iştirakını təmin etmədiyini və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 2 mart 2017-ci il tarixli hökmü ilə tərəfindən X3 dəymiş ziyanın tam şəkildə ödənildiyini və ziyanın tam şəkildə ödənilməsinin cəzasını yüngülləşdirən hal kimi nəzərə alındığını, həmin pulun yenidən ondan tutulmasının qanunsuz olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin yalnız məhkəmə iclasında iştirakınının təmin edilməməsi ilə bağlı dəlilinə qiymət vermiş, şikayətin digər dəlilinə hüquqi qiymət verməmiş, şikayətin həmin hissəsini nə üçün təmin etmədiyini əsaslandırmamışdır. Apelyasiya şikayətindən görünür ki, cavabdeh istinad edilən cinayət işinə baxılan zaman Gülrux Əliyevanın zərərçəkmiş şəxs kimi tanınması, hökmlə həmin pulun X28 deyil, Gülrux Əliyevaya məxsus olmasının müəyyən edilməsini, həmin pulun vurulmuş ziyan kimi onun tərəfindən Gülrux Əliyevaya tam ödə nildiyini, bu faktın işə baxan məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirildiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı hər hansı bir araşdırma aparmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilib dəyişdrilməməsini müəyyən etməmiş, cavabdehin irəli sürdüyü dəlillərin əsaslılığını yoxlamamış, həmin halların hazırki işə baxan zaman hadisənin və şəxsin hadisəyə aidiyyatının müəyyən edilməsi hissədə preyudisial xarakter daşımasını nəzərə almamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmündən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsindən (Qətnamə apellyasiya instansiyası məhkə məsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır) eyni pul məbləğinin həm X6, həm də Əliyev X12 məxsus olması müəyyən edilmişdir, həmin məbləğ birinə Cavabdeh, digərinə isə iddiaçı bank tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən halların müəyyən edilməsi hazırki iddia tələbi üzrə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının tələbinin faktiki və hüquqi əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyan tələbi təşkil edir. Baxılan işdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçı bankdan 191567,45 manat pulun X26 xeyrinə tutulması işin mübahisələndirilməyən halıdır. Həmin pulun iddiaçı bankdan tutulmasına əsas olmuş hadisə cavabdehin cinayət əməli olmuşdur. Lakin cavabdeh həmin cinayətin predmeti olan pulun zərəç əkmiş Gülrux Əliyevaya ödənilməsini qeyd etmişdir. Belə olan halda həmin pulun yenidən cavabdehdən tələb edilə bilməsinin mümkünlüyününə məhkəmələr düzgün qiymət verməmiş, həmin pulun cavabdeh tərəfindən qanuni qüvvəsəni almış məhkəmə qətnaməsi nəticəsində bankdan tutulmasında cavabdehin təqsirinin olub-olmamasına, banka dəymiş ziyanla cavabdehin əməli arasında səbəbli əlaqənin olub-olmamasına hüquqi qiymət verməmişlər. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ididaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1-cü maddəsini göstərmiş, işə baxan məhkəmələr də həmin normaya istinad etmişlər. Həmin normaya görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şə xsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə dəymiş ziyanın cavabdeh tərəfindən zərərçəkmişə ödənilməsinin müəyyən edilməsi halında, həmin normanın dispozisiya şərtlərinin mövcud olub-olmamasında qiymət verməlidir. Çünki zərərin cavabdeh tərəfindən ödənilməsi müəyyən edildiyi təqdirdə, iddiaçı bankın cavabdehin vurduğu zərərin əvəzini ödəmiş şəxs kimi ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallara görə, məhkəmələr iddia tələbini banka qarşı ona görə təmin etmişdir ki, bank səlahiyyəti olmayan şəxsə, heç bir hüquqi əsas olmadan pul məxaric etmiş və nəticədə əmanə tçi X28 maddi ziyan dəymişdir. Belə ki, həmin iş üzrə müəyyən edilmiş hallara görə, “iddiaçı ilə bank arasında bağlanmış əmanət müqaviləsinin müddəti başa çatsa da, bank depozitə qoyulmuş əmanəti və ona hesablanmış faizlərini iddiaçıya qaytarmaqdan imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının banka depozit hesaba qoyduğu əmanət onun 6 saylı Dövlət Notariat Kontorunda verdiyi etibarnamə əsasında Zaur İbrahimov adlı şəxs xx.xx.2015-ci il tarixdə götürmüşdür. Halbuki, işin halları ilə müəyyən olunur ki, iddiaçı X26 adından verilmiş etibarnamə saxtalaşdırılmış, Bank isə notarial qaydada təsdiq olunmamış, sadə kserosurət olan etibarnamə əsasında depozitə qoyulmuş, kifayət qədər böyük məbləğdə olan pulu əslində buna heç bir səlahiyyəti olmayan şəxsə məxaric etmiş, bununla da idd iaçıya maddi və mənəvi ziyan vurmuşdur”. Göründüyü kimi, həmin mülki işə baxılan zaman etibarnamənin saxta olması faktı məhkəmələrə məlum olmuş, işə baxan məhkəmə məhz bu əsasla, yəni bankın lazımi diqqətlilik göstərməyərək banka əmanət edilmiş vəsaitin mənimsənilməsi nəticəsində əmanətçi X26 (faktiki sahib G.Əliyevanın) ziyana çəkməsi və bu ziyanın bankın hərəkətləri nəticəsində olması qənaətinə gəlinmişdir. Lakin məhkəmələr nəzərə almamışdır ki, Cavabdeh həmin hərəkətlərinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmü ilə hüquqi qiymət verilmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 11 noyabr 2021-ci il tarixli, 2(103 )8065/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(011)-6559/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs X23 Paşa oğlu arasında xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) müqaviləsi bağlanmış, əmanətçi 100.000 ABŞ dolları məbləğində pulu banka 6 ay müddətinə, illik 7% olmaqla, depozitə qoymuşdur. xx.xx.2015-ci il tarixdə həmin pul vəsaiti Əliyev X11 adından verilmiş və sonradan müəyyən edilmiş saxta etibarnamə əsasında iddiaçının “Səbail” filialı tərəfindən verilmiş qəbzlə X9 məxaric edilmişdir. Üçüncü şəxs Əliyev X15 iddiaçıya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsilə onun iddiası qismən təmin edilərək "xxxx" ASC-dən 100.000 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103.550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun iddiaçıdan tutulması qət edilmişdir. İddiaçının Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 2(102)-8584/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Nəsimi rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. xx.xx.2018-ci il tarixdə məhkəmə qətnaməsi icra olunaraq, icra xərci ilə birlikdə 191.567,45 manat pul vəsaiti iddiaçının hesabından tutularaq Nəsimi İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Həmçinin, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, cavabdeh analığı (üçüncü şəxs) X2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan 100.000 ABŞ dolları məbləğində pulun Gülrux Əliyevanın bacısı oğlu X26 adına iddiaçının “Səbail” filialında açılmış depozit hesabına qoyulduğunu bildiyindən, qohumu (yeznəsi) X5 adından X26 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair saxta etibarnamə hazırlayaraq (özünə məxsus skaner aparatından istifadə etməklə) iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ ke çirərək dələduzluq etmişdir. Həmçinin, Cavabdeh Gülrux Əliyevaya məxsus 70000 ABŞ dolları məbləğində vəsaitini onun adına depozitə qoyduqdan sonra, sonuncunun məlumatı olmadan 19 noyabr 2010-cu il tarixli etibarnamə əsasında həmin məbləği girov qoymaqla göstərilən bank filialından 07 iyun 2013-cü il tarixdə Gülrux Əliyevanın adına 12 ay müddətinə, illik 16 % dərəcəsi ilə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 42900 manata bərabər 55000 ABŞ dolları məbləğində kreditin rəsmiləşdirilməsinə nail olub, həmin məbləği filialın xəzinəsindən nağd şəkildə götürməklə sonuncuya məxsus xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təkrar apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il t arixli hökmünün çıxarılmasına əsas təşkil edən cinayət işi cavabdehin, analığı (üçüncü şəxs) X6 məxsus, həmin dövrün məzənnəsinə uyğun 42900 manata bərabər 55000 ABŞ dollarının və sonuncunun qardaşı oğlu X1 məxsus, həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsi ittihamı əsasında başlanmış, cinayət işinin icraatı dövründə onun zərərçəkmişə (Gülrux Əliyevaya) qaytardığı pul məhz sözügedən vəsaitlərin manat ekvivalenti olsa da, sonradan Mirısmayıl Əliyevin İddiaçı ASC-nə qarşı qaldırdığı iddia əsasında 191567,45 manat pul həmin bankdan adı çəkilən şəxsin xeyrinə tutulmuşdur. Başqa sözlə bank, Gülrux Əliyevaya məxus pul vəsaitini dələduzluq əməlini törətmiş Cavabdeh ödədik dən sonra həmin vəsaitin 191567,45 manat hissəsini məhkəmə qətnaməsi əsasında təkrarən Mirismayıl Əliyevə qaytarmaq məcburiyyətində qalmaqla qeyd olunan məbləğdə maddi ziyana məruz qalmışdır və həmin zərərin Nazim X7ytardığı zərər məbləği ilə eyniləşdirilməsi mümkün deyildir. Odur ki, apelyasiya şikayətinin bu barədə dəlillləri əsassız hesab edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Nümayəndə1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsi hər hansı bir maddi hüquq norması ilə əsaslandırıl mamış və hər hansı bir maddi hüquq norması tətbiq etməmişdir. Onun barəsində olan cinayət işi üzrə Əliyev X15 zərərçəkimiş şəxs qismində tanınmamış şahid qismində ifadə verərkən depozitə qoyulmuş 100000 ABŞ dolları pul vəsaitinin bibisi Gülrux Əliyevaya məxsus olmasını bildirmişdir. Gülrux Əliyeva cinayət işi üzrə zərərçəkimiş şəxs qismində tanınmış, həmin dövrün məzənnəsinə uyğun olaraq 104700 manat pul ondan alınaraq Gülrux Əliyevaya verilmişdir. Məhkəmə cinayət işi üzrə Gülrux Əliyevaya vurmuş olduğu ziyanla bağlı məbləğin 100000 ABŞ dolları olan pul məbləğinin cəminə bərabər olmasına diqqət yetirməmişdir. Məhkəmədə təsdiqini tapan 2 dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat (42900 + 104700 manat = 147600 ma nat) təşkil edir. İbtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı zərərçəkmiş şəxsə ödənilmişdir. İrəli sürülmüş ittihamda göstərilən və məhkəmə istintaqında təsdiqini tapmış məbləğlər son nəticədə onun tərəfindən faktiki etiraf olunmuş və ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni cəmi 70270 manat (77330 manat + 70270 manat =1477600 manat) pul vəsaiti X4 ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-nin müvafiq hesabına yerləşdirilmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı ödənilmiş məbləğ və müvafiq qaydada zərərçəkmiş şəxsə təqdim edilmək üçün depozit hesabına yerləşdirilmiş məbləğ, bütövlükdə irəli sürülmüş ittiham üzrə məhkəmədə təsdiqini tapmış epizodlarla bağlı ziyanın tam şəkil də ödənilməsi kimi qəbul edilmişdir. Lakin apelyasiya məhkəməsi ödəmiş olduğu pul məbləğini ona ödətdirməklə qanunun tələblərini pozur. Odur ki, apelyasiya məhkəməsinin gəlmiş olduğu nəticə qanunsuz və əsassızdır. Apelyasiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə apelyasiya məhkəməsinə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Hazırda o, iş üzrə əsl olmayan cavabdehdir. Çünki o, tələb edilən pulu Gülrux Əliyevaya ödəmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyinnormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsinöhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tut ulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qi ymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlili apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçı tələb edilən pul vəsaitini onun barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və pulun əsl sahibi olan Gülrux Əliyevaya tam olaraq ödəməsinə, ikinci dəfə ondan həmin pulun tutulmasının qanunsuz olmasına, onun əsl cavabdeh olmamalı olmasına, ödəmiş olduğu pul vəsaitini ilə hazırda tələb edilən məbləğlərin eynilik təşkil etməsinə istinad etmişdir. Lakin apelyasiya kollegiyasının da vurğuladığı kimi, kasasiya yoxlaması nəticəsində də cavabdehin istinad etdiyi ödəniş məbləği ilə hazırda tələb edilən məbləğlərin eynilik təşkil etməsi hər hansı təsdiqedici sübutla öz təsdiqini tapmamışdır. Əksinə, işə olan sübutlarla (qanuni qüvvəsini almış məhkəmə aktları ilə) cavabdehin qanunazidd hərəkətləri nəticəsində banka ziyan dəyməsi, həmin ziyanın nəticəsi olaraq bankdan məxaric edilmiş vəsaitin X28 ödənilməsi öz təsdiqini tapmışdır. Bank cavabdehin qanuna zidd hərəkəti nəticəsində X29 vurulmuş zərər məbləğini ödədiyi üçün hazırda həmin tələbi yaranmış zərərin əsasını təşkil edən, yəni hazırki cavabdehin qanunazidd hərəkətləri ilə əlaqədar cavabdehdən tələb etməkdə haqlı olmuşdur. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da mübahisə üzrə düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlillər i apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8065/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar