Məhkəmə qərarları › İş №2(102)-1755/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1755/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1755/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Səbail rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə q arşı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7317/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC və ya borcalan) və "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – birinci cavabdeh və ya Bank) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan illik 22 % dərəcəsi ilə 18 ay müddətinə 50.000 manat məb ləğində kredit verilmişdir.

2. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini (bundan sonra – ipoteka predmeti) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bank borcalana qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönədlilməsi barədə iddia qaldırmış, həmin üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş Bakı Apellyasiya Məhkəməsi İqtisadi Mübahisələrə dair İşlər üzrə Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2-1(103)-147/10 saylı icra vərəqəsinə əsasən, "xxxx" MMC ilə Bank arasında bağlanmış kredit müqaviləsinə xitam verilərək, MMC-dən Bankın xeyrinə müqavilə üzrə 43317 manat əsas, 7215,82 manat faiz, gecikdirməyə görə xx.xx.2008-ci il tarixədək hesablanmış 4079,54 manat cərimə borcu olmaqla, cəmi 54612,36 manat borc tutulmalı, borcun ipoteka predmeti olan evin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi qət edilmişdir.

4. İcra sənədi xx.xx.2010-cu il tarixdə Səbail rayon İcra şöbəsinin (bundan sonra – ikinci cavabdeh və ya İcra şöbəsi) icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə ipoteka predmetinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə (bundan sonra – üçüncü cavabdeh və ya Hərrac Mərkəzi) müraciət edilmişdir.

5. Bundan sonra, iddiaçı Banka qarşı ipoteka müqaviləsinin ləğv olunması və mənzilin həbsdən azad olunması barədə iddia qaldırmış, həmin iş üzrə Bakı Şəhəri Səbail Rayo n Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri haqqında iddiaçının ərizəsi təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək ipoteka predmetinin satılması məqsədilə keçiriləcək hərrac, eyni zamanda həmin mənzilin satılması, həmçinin icra tədbirlərinin dayandırılması qərara alınmışdır. Sonradan xx.xx.2014-cü il tarixli qərardadla ipoteka predmetinin satılması ilə bağlı icra tədbirlərinin dayandırılması ləğv edilmişdir.

6. İcra şöbəsi tərəfindən xx.xx.2014-cü ildə ipoteka predmetinin qiymətləndirilməsi barədə 756 saylı, xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətləri Hərrac Mərkəzinə göndərilərək, mənzilin açıq hərrac yolu ilə satılmasının davam etdirilməsi xahiş olunmuş, Hərrac Mərkəzi tə rəfindən xx.xx.2014-cü il tarixli, 01/2 saylı bildirişlə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10.00-13.00 və 14.00-17.00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir.

7. Bundan sonra, iddiaçı Banka qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmetinin həbsdən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-369/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası rədd olunmuş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-968/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

8. İcra şöbəsinin “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə ipoteka predmetinin qiymətləndirilməsi üçün “X3 Azerbaijan” MMC-də n qiymətləndiricinin dəvət edilməsi qərara alınmış və ipoteka predmetinin qiymətləndirilməsinin təmin edilməsi adı çəkilən MMC-yə sifariş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması, ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunmasının icra öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin və İcra şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd oluna faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, Bak ın kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası üzrə qəbul edilmiş qətnamə qanunu qüvvəsini alaraq, naməlum səbəblərə görə yalnız 4 il sonra, İcra şöbəsi vasitəsi ilə hərraca göndərilmiş və Hərrac Mərkəzi tərəfindən həyata keçirilmişdir. Tərəfindən xx.xx.2014-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildiriş qəbul olunduqdan sonra, başqa heç bir bildiriş, hərracın protokolu və ya hər hansı hərrac sənədi qəbul olunmamışdır. Hərracın keçirilməsi barəsində bildirişi alarkən, ilkin hərracın keçirilməsi barədə yazılı protokol olmalı və ona rəsmi göndərilməli idi. Lakin ona rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, ikinci hərrac birinci hərracın keçirilməsindən 45 gün keçməmək şərti ilə olmalı idi, halbuki, ikinci hər rac barəsində də heç bir məlumat gəlməmişdir. Beləliklə, hərracın keçirilməsi zamanı qanuna zidd əməllər həyata keçirilmiş və ikinci hərracın keçirilmə müddəti ötürülmüşdür. Belə bir halda, yəni hərracın müddəti ötürüldüyündən əmlak ipoteka yüklülüyündən azad olunmalıdır.

11. Məhkəmə baxışı gedişində xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, mülki işin yekunlaşması üçün bir sıra əlavə sübutlar gərəklidir ki, hazırda tərəfindən həmin sübutların toplanması istiqamətində bir sıra hərəkətlər icra edilməkdədir. Prosessual qanunvericiliyə edilmiş son dəyişikliklər sübutların hazırlıq mərhələsində təqdim edilməsini tələb edir. Hazırkı iş isə baxış mərhələsində olduğundan yeni sübutları təqdim etmək imkanından məhrum olunur. Ona görə də, mülki işin baxı lmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

12. Bankın nümayəndəsi ərizə verərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Məhkəmə tərəfindən mülki işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

13. Bankın nümayəndəsi iddiaya etiraz edərək, bildirmişdir ki, icra məmuru tərəfindən müvafiq işlə bağlı icra tədbirləri həyata keçirilən zaman iddiaçı hər dəfə eyni predmetlə bağlı eyni məzmunlu iddialar qaldırır ki, həmin iddialara əsasında müvafiq icra işi süni şəkildə uzadılır. Hazırkı iddia da həmin qəbildən olan iddialardandır. Həmin növ iddialara məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)- 2852/2 022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ikinci hərracın keçirilməsi, baş tutmaması və ipoteka predmetinin ipoteka saxlayana təklif olunması barədə mülahizələrini heç bir mötəbər sübutla əsaslandırmamışdır. Həmçinin, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilə bilməz. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas müəyyən edilməmişdir.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.1, 421.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43, 48.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.7, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu hərracın keçirilməsindən 7 ildən artıq vaxt keçmişdir. Qanunun tələbinə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmeti əldə olunmadığına görə ipotekaya xitam verilməlidir. Məhkəmə işin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən bu normanı nəzərə almamış, iş üzrə obyektiv araşdırma aparmamış, sübutları təqdim etməyə şərait yaratmamışdır. Bununla bağlı m əhkəməyə ərizə versə belə, məhkəmə işin baxılmasını davam etdirmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7317/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçı nə iddia ərizəsində, nə də şikayətində istina d etdiyi halları sübut edə bilməmiş, əksinə əsassız iddia qaldırmaqla icra hərəkətlərinin qarşısını almışdır. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvədə olan 2(009)-369/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Banka qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmetinin həbsdən azad edilməsi barədə iddiası rədd olunmuşdur.

21. Məhkəmə öz mövqeyini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43.4, 43.7, 43.8, 48.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasi ya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipote ka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

26. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

27. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

28. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildi kdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

38. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əs aslandırması ilə razılaşır.

41. Nəzərə alınmalıdır ki, iddiaçı Bankla aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbini irəli sürsə də, qanunla müqaviləyə və ya ipotekaya xitam verilməsinə əsas verən dəlillərə və ya sübutlara istinad etməmiş, işə baxılarkən məhkəmələr tərəfindən qeyd olunan tələbin təmin olunmasına əsas verən hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7317/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar