Məhkəmə qərarları › İş №2(102)-1757/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1757/2019

15.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1757/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1na və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılmaları tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxar aq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdeh X1na və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılmaları tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 88 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 88 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.İmanov) Nizami Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 18 aprel 2018-ci il tarixdə iddia verərək, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 88 saylı mənzilinə münasibətdə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 88 saylı mənzili 1983-cü ildə İddiaçı istifadəsinə verilmiş və o, həmin vaxtdan ailəsi ilə birgə mənzilə qeeydiyyatda olmaqla yaşayır. 11 noyabr 2008-ci il tarixdən həmin mənzil onun xüsusi mülkiyyətimdədir. Cavabdeh2, Cavabdeh1 isə gəlinidir. Cavabdeh2 2004-cü ilə qədər mübahisəli mənzildə yaşamış və 2004-cü ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzildən köçmüş və Masallı rayonu Moılahəsənli kəndində nənəsi X2 adına yaşayış evində 2004-ü ildən 2017-ci ilədək qeydiyyatsız yaşamışdır. Cavabdeh2 və Cavabdeh1 2017-ci ilin dekabr ayında mübahisəli Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 88 saylı mənzilinə köçmüşlər. İddiaçı bildirir ki, Masallı rayonunun Molla Həsənli kəndində mərhum anası X3 adına olan 25 sot torpaq sahəsində 4 otaqdan ibarət fərdi yaşayış evi var. Həmin torpaq sahəsi və yaşayış evini bütün zəruri şəraitlə təmin edərək, ailəsi ilə birlikdə daimi yaşaması üçün cavabdeh olan böyük oğlu Cavabdeh2 vermişdir. Onlar 2004-cü ildən 2017-ci ilin dekabr ayınadək Masallı rayonunun Molla Həsənli kəndində yaşamışlar. Lakin 2017-ci ilin dekabr ayında cavabdehlər onun yanına gəlmiş və ondan sonra rayona qayıtmamışlar. Bundan sonra cavabdehin ailəsi ilə kiçik oğlu X1 ailəsi arasında sözsöhbətlər yaranmış, mübahisələr baş qaldırmışdır. Buna görə də, kiçik gəlini X5 onun mülkiyyətində olan mə nzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, mübahisənin böyük bir davaya çevrilməməsinə görə azyaşlı uşağını götürərək atasının yaşadığı Şəki rayonunun Baş Göynük kəndinə getmiş və hal-hazırda orada yaşayır. Cavabdehlərin məqsədi isə kiçik oğlunun ailəsini dağıtdırmaqdır. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, o, ailə həyatı qurduğu vaxta qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı evin 88 saylı mənzilində yaşamış, 2004-cü ildə ailə qurduqdan sonra da 1 aya yaxın həmin mənzildə yaşamış və sonra arvadı ilə birlikdə Masallı rayonunda nənəsindən atasına qalmış evdə yaşamışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini ara şdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 2004-cü ildən mübahisəli mənzildə yaşamadığından və Masallı rayonunun Mollahəsənli kəndində nənəsi X2nın adına olan yaşayış evində yaşadığına görə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinin 2-ci hissələrinə görə onun mənzilə olan istifadə hüququları itirilmiş hesab edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifad ə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istifadə hüququnun itirilməsinə dair yaşanmış mübahisəyə maddi-hüquq normasını düzgün tətbiq etsə də, nəzərə almamışdır ki, hazırki işdə qeyd edilən maddi-hüquq normalarında göstərilən dispositiv şərtlər mövcud deyildir. Belə ki, qeyd edilən maddi-hüquq normalarının məz munu onu ehtiva edir ki, istifadə hüququ itirilməli olan şəxs istifadə hüququna malik olduğu yaşayış sahəsini daimi köçmək niyyəti tərk etməli və bu niyyətlə həmin yaşayış məntəqəsindəki başqa yaşayış sahəsində və ya digər yerdə yerləşən yaşayış məntəqəsində yaşamalıdır. İşin hallarından görünür ki, cavabdeh X3 iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna malikdir və o, bir müddət istifadə hüququna malik olduğu mənzildə yaşamasa da 2017-ci ilin dekabr ayından digər cavabdeh olan arvadı Cavabdeh1 ilə birlikdə mübahisəli mənzildə yaşayır. Eyni zamanda iddiaçı X4in verdiyi iddia ərizəsinin məzmunundan görünür ki, sonuncunun hazırki iş üzrə iddia qaldırmasının əsas səbəbi cavabdehlərlə kiçik oğlu İlham Mehdiyevin ailəsinin arasında baş verən münaqişələr olmuşdur. Yəni işin göstərilə n hallarından görünür ki, cavabdehlər müəyyən müddət mübahisəli mənzildə yaşamasalar da onlar iddia verilməmişdən 4 aydan artıq müddətdə istifadə hüquqlarına malik olduqları mənzildə yaşayırlar və hazırki iddianı qaldırmaqda iddiaçının əsas məqsədi övladları və onların ailələri arasındakı münaqişəli münasibəti həll etməkdir. Beləliklə işin qeyd edilən halları onu təsbit edir ki, hazırki işdə 01 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən dispositiv şərtlər tam mövcud deyildir. Belə ki, 87-ci maddənin dispositiv şərtləri digər əsaslarla yanaşı həmçinin onu da tələb edir ki, iddia qaldırılan an istifadə hüququ itirilməli olan şəxs istifdə hüququna malik olduğu evdə deyil, daimi köçmək niyyəti ilə məskunlaşdığı mənzildə yaşamalıdır. Çünki şəxsin istif adə hüququnun itirilməsinə dair iddia verən şəxs məhz bu hala, yəni istifadə hüququ itirilməli olan şəxsin mənzili daimi köçmək niyyəti ilə tərk etdiyinə və bu məqsədlə başqa yaşayış sahəsində yazadığına istinad etməklə verdiyi tələbin əsaslı olduğunu göstərməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosesual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1nun kassasi ya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar