Məhkəmə qərarları › İş №2(102)-1757/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1757/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1757/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (XXXRayon İcra Hakimiyyəti maraqlı şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)- 7148/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası X2r.

2. Cavabdeh, iddiaçının ikinci arvadıdır.

3. XXXrayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının atası Şamil Şamilovun istifadəsində olmuşdur və XXXRayon İcra Hakimiyyətinin balansındadır (XXXrayonu İcra Hakimiyyətinin Ələt Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 iyul 2022-ci il tarixli 32 №-li məktubu).

4. İddiaçının atası X4 xx.xx.2000-ci il tarixdə ölmüşdür.

5. İddiaçı Bakı şəhəri, XXXrayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, XXXrayonu, Ələt qəsəbəsi, Salyan yolu, 10 saylı mənzilinə köçürülməklə, həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə özündən başqa mərhum atası X4 qeydiyyatdadır. Mərhum atası X4 ilə həmin mənzildə yaşamışdır. Lakin atası vəfat etdikdən sonra cavabdeh onu evdən qovmuş, orada yaşamağa qoymamışdır. Cavabdeh nə həmin mənzildə yaşamış, nə də mənzilə qeydiyyatdadır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. İddiaçının artı q getməyə yeri olmadığı üçün atasından qalmış evə köçüb yaşamaq istəyir. Analığının isə əmlak üzərində heç bir hüququ yoxdur. Buna baxmayaraq o, hal-hazırda öz evində yaşaya bilmir. Bu səbəbdən məhkəməyə müraciət edərək, məhkəmə qaydasında onun mənzilə köçürülməsi və onun mənzildən istifadə etməsi qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılması üçün müraciət etmək məcburiyyətində qalmışdır.

8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisəli evdə heç bir haqqı olmadığından, onun evə köçüb yaşamasını istəmir. Belə ki, həmin ev iddiaçının atasına 1967-ci ildə işlədiyi yerə görə verilmişdir. İddiaçının atası ilə 1974-cü ildə evləndikdən sonra həmin evə gəlin köçmüşdür. İddiaçının atası öldükdən sonra o və uşaqları həmin evdə yaşamışdır. İ ddiaçı evdə oğurluq hadisəsi olduğundan və ev pis vəziyyətə düşdüyündən başqa evə köçmüşdür. Bununla yanaşı, evin kommunal xərclərinin hamısı cavabdehin özü tərəfindən ödənilməkdədir. Mübahisəli ev X3 olmuş, lakin evin sənədi düzəldilməyib və evin sənədi hazırda mövcud deyil.

9. Maraqlı şəxs qismində işə cəlb edilmiş XXXRayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə hazırlıq iclasında bildirmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi İH-nin balansındadır. Lakin həmin evlə bağlı onlarda heç bir sənəd mövcud deyildir. Ev iddiaçının atasının sahibliyinə verilmişdir. Evin iddiaçının atasının sahibliyinə hansı əsasla, necə verilməsinə dair sənədlər mövcud deyil. Adətən iş yerindən həmin evlər növbəlilik üzrə məktub əsasında verilirdi, hazırda isə onlarda həmin sənədlər mövcud deyildir. Buna baxmayaraq evin iddiaçının atasının sahibliyində olması, iddiaçının həmin evdə pasport qeydiyyatında olması halı onlara bəllidir, bu barədə evin kartoçkası və qeydiyyatla bağlı sənəd aşkar edilib. Ev həmin şəxslərin istifadəsində oduğuna görə, İHnin bununla bağlı heç bir etirazı yoxdur.

10. Bakı şəhəri XXXRayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1634/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddiа qismən edilmiş, iddiaçının Bakı şəhəri, XXXrayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsi, 10 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X3 övladı olmaqla, onun ailə üzvi qismində çıxış etdiyindən, həmin mənzildə 1983-cü ildən daimi pasport qeydiyyatında olduğundan və həmin evdə yaşadığından onun mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır. Cavabdeh tərəf iddiaçının həmin mənzildə ümumiyyətlə yaşamadığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

12. Həmçinin birinci instansiya məhkəməsi qeyd edilən halla əlaqədar cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş yazılı akt ilə bağlı onu bildirmişdir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müv afiq deyildir.

13. Digər tərəfdən, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır. Yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli, hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, iddiaçının həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır.

14. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qi ymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının həmin evdə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Bu halda, mənzil qanunvericiliyinin müvafiq normaları rəhbər tutularaq, iddia tələbi mənzilə köçürülmə və istifadə hüququnun tanınması hissəsində əsaslı olmaqla, təmin edilməli, qalan hissədə təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus yaşayış sahəsi kimi qeyd etsə də, həmin yaşayış sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilməmişdir. Belə ki, həmin yaşayış sahəsi XXXRayon İcra Hakimiyyətinin balansında olmaqla, X3 qanuni sahibliyində olmuşdur. Ona görə də, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.

16. Birinci instansiya m əhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217, 218.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli qərarlarına istinad e dərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı Şamilin birinci nikahından olan oğludur. İddiaçının özündən başqa bacı və qardaşları var və Qobustan qəsəbəsində başqa ünvanda valideynləri ilə birgə yaşayıb. Cavabdeh isə faktiki nikaha daxil olduğu tarixdən mübahisəli ünvanda yaşamışdır. Orada yaşayanda həmin ünvanda heç kim qeydiyyatda olmamışdır. Belə ki, ev barak tipli evlərdən olmuş və cavabdeh əri ilə oranı birgə yaşadığı dövrdə öz vəsaiti hesabına yaşamaq üçün yararlı hala gətirmişlər. Cavabdeh mərhum hə yat yoldaşı ilə ailə qurduğundan iddiaçı, onun anası və digər ailə üzvləri onlarla əlaqə saxlamamış, onlara gəlib-getməmiş, onlara qarşı daim qərəzli olmuşlar. Ümumiyyətlə ailə quranda həyat yoldaşı əvvəlki ailəsi barədə cavabdehə heç bir məlumat verməmiş, cavabdeh onları sonradan bilmişdir. Mübahisəli ünvanda da 1983-cü ildən qeydiyyatdadır. Uşaqları da daim həmin ünvanda qeydiyyatda olmaqla yaşayıblar. İddiaçı bir gün belə onların yaşadığı ünvanda yaşamamışdır. Onun hansı qaydada yaşadığı ünvana qeydiyyata düşməsi də məlum deyildir. Həyat yoldaşı vəfat etdikdən sonra, sözügedən evdə oğurluq hadisəsi baş vermişdir. Evdən oğurlanmış əmlakın hamısı ona məxsus olmuşdur. Bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış hökmü də vardır. Hökmü məhkəməyə təqdim edərək bildirmişdir ki, əgər doğrud an da iddiaçı mübahisəli ünvanda yaşamışdırsa, heç olmasa oğurlanmış əmlaklardan biri ona məxsus olmalı idi. Digər tərəfdən, iddiaçının mübahisəli ünvanda bir gün belə yaşamaması barədə qonşuların iştirakı ilə tərtib edilmiş və XXXrayonu Ələt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə isə yalnız həmin akta istinad etməklə aktın düzgünlüyünü şübhə altına almaqla onu sübut vasitəsi kimi qəbul etməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7148/2022 saylı qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilm ədən saxlanılması qət edilmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla yoxlanılan hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin X1 olması, cavabdehin 1983-1993-cü illərdə, iddiaçının isə 1983-1985, 1986-cı ildən etibarən həmin yaşayış sahəsində pasport qeydiyyatında olması məhz 2000-ci ilə qədər olan dövrə aid oduğundan, həmin yaşayış sahəsinə dair tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə məhkəmə haqlı olmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticən i 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 384.0.1, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” 12 mart 1999-cu il tarixli, “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Ka ssasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassator şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, iddiaçı heç olmasa bir gün belə olsun mübahisəli ünvanda yaşaması barədə məhkəməyə sübut təqdim etmədiyi halda, formal olaraq mənzildə qeydiyyatda olmasına istinadla, iddianı əsassız və qanunsuz olaraq təmin etmişdir. Məhkəmə işə baxarkən işin hallarına uyğun nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının mübahisəli ünvanda qeydiyyatda olması onun həmin ünvana köçürülməsi üçün əsas vermir. Yaşayış yeri və ol duğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçının mübahisəli ünvanda yaşamaması ilə bağlı sübutu olmasa da, hətta 2000-ci ildən bu günə qədər 22 il ərzində mübahisəli ünvanı tərk edərək yaşamaq üçün başqa yerə getməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxması kimi qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçı daimi olaraq başqa yerə getdiyindən mübahisəli ünvandan istifadə hüququnu itirmişdir. Digər tərəfdən, onunla daimi konfliktdə olduqları halda bir yerdə yaşamaları qeyri-mümkündür, hətta bu ağır nəticələrə belə gətirib çıxara bilər. Beləliklə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam ol araq araşdırılmamışdır.

24. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

27. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

28. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarəda rın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

29. Maddə 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

30. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaş ayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həll edilməsi üçün zəruri olan halları tam araşdırılmadığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.

39. Belə ki, iddia tələbi mənzil hüququ ilə bağlıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009-cu ilədək yarandığına g örə, məhkəmələr haqlı olaraq baxılan iddianın həllinə həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) müddəalarını tətbiq etmişdir.

42. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçının mübahisəli evdən 2000-ci ildə çıxıb 22 il orada yamamasını Mənzil Məcəlləsinin 60-cı maddəsinin sonuncu bəndinə əsasən mənzildən istifadə hüququnun itirilmiş hesab olunması şərtləri baxımından düzgün təhlil etməmişdir.

43. Belə ki, cavabdeh birinci instransiya məhkəməsində verdiyi izahatında iddiaçının mübahisəli evdə əvvəllər yaşadığını, mərhum Şamil Şamilov 2000-ci ildə vəfat edəndən sonra evdə yalnız özünün uşaqları ilə yaşadığını bildirsə də (bax: xx.xx.2022-ci il t arixli məhkəmə iclasının protokolu), sonradan verdiyi izahatlarında iddiaçının ümumiyyətlə orada yaşamadığını qeyd etmişdir. Məhkəmələr bu ziddiyyətli izahatları cavabdehlə müzakirə etməsə də iddiaçının 2000-ci ilədək mübahisəli evdə yaşadığını, atası öləndən sonra evdən çıxdığını müəyyən etmişdir.

44. İddianın düzgün həlli üçün bu halın Mənzil Məcəlləsinin 60-cı maddəsi və 87-ci maddəsinin dispozisiya şərtləri baxımından təhlil edilməsi zəruridir. Birinci isntansiya məhkəməsi bu istiqamətdə təhlli apararaq qeyd edib ki, iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halını müəyyən etmək mümkün olmamışdır.

45. Məhkəmə həmçinin qeyd edib ki, iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir.

46. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bu əsaslandırması ilə razılaşıb.

47. Məhkəmələr bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərara istinad edərək qeyd ediblər ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

48. Lakin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin həmin qərarında eyni zamanda qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

49. Bu baxımdan, iddiaçının evdən çıxıb qanunla nəzərdə tutulan altı aydan bir və ya beş il üçün deyil, daha uzun - 20 ildən də çox müddətə mübahisəli evdə yaşamaması, həmin müddət ərzində evə qayıtmağa cəhd etməməsi, əgər evə qayıtmağa maneələr törədilmişdi rsə və evə qayıtmaq niyyəti olubsa, 20 ildə bununla bağlı məhkəmədə iddia qaldırmaması, evdə ona aid hər hansı əşyanın saxlanmaması kimi hallar, daha çox iddiaçının həmin evdən daimi çıxması barədə nəticəyə üstünlük verən faktlardır. İddiaçı bu faktların üzürlü sayılması üçün əsas verən başqa sübutları, məsələn başqa yerdə işləmək, təhsil almaq və sair səbəblərdən evdən çıxdığı barədə sübutları təqdim etməyib.

50. İşin bu vəziyyətində məhkəmələrin “iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsini daimi tərk etməsi kimi qiymətləndirilməsinə əsas vermir” əsaslandırması, işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsiplərinə cavab vermir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifa də edərək işi hərtərəfli, tam və obyektiv araşdırmalı, nəticədə qanuni və əsaslı qətnamə çıxarmalıdır.

51. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

52. Mülki Prosess ual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kən ara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

55. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)- 7148/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar