Məhkəmə qərarları › İş №2(102)-1758/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1758/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1758/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1758/2023 Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cav abdeh2, Cavabdeh3 və Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına qarşı “torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı və çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-51/2022 nömrəli mülki iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Saatlı rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Saatlı şəhəri Oktyabr küçəsi 32 nömrəli evdə yaşayan Cavabdeh1 Saatlı şəhərinin yaşayış kvartalından ölçüləri 15x20 metr olmaqla 3 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi şimaldan Oktyabr küçəsi ilə, cənubdan Xasabəyim Zeynalovanın, qərb dən və şərqdən Sara Zeynalovanın həyətyanı torpaq sahələri ilə həmsərhəd olması müəyyən edilmişdir.

2. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 nömrəli qərarı əsasında Saatlı şəhər sakinləri Cavabdeh1 və ailə üzvlərinə cizgidə göstərilən sərhəd daxilində 0,04 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamənin həyətyanı sahənin qaiməsi (sertifikatı) bölməsində torpaq sahəsinin faktiki ölçüsünün 371.8 kv.metr təşkil etdiyi qeyd olunub.

3. Saatlı şəhəri, X5 küçəsi 72 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsi və üzərində inşa olunan fərdi yaşayış evi Cavabdeh1 və ailə üzvlərinin paylı mülkiyyətindədir. Torpaq sahəsi üzərində hər birinin 0.01 ha payı müəyyən olunmuşdur, fərdi yaşayış evi isə yalnız Cavabdeh1 mülkiyyətindədir.

4. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 nömrəli qərarı əsasında Saatlı şəhər sakinləri X2 və ailə üzvlərinə, o cümlədən İddiaçı (bunda sonra-iddiaçı) cizgidə göstərilən sərhəd daxilində 0,04 ha torpaq sahəsi verilmişdir.

5. Saatlı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(055)-629/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olmaqla Saatlı şəhəri, X5 küçəsi 72 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən İddiaçı məxsus darvazanın götürülməsi, iddiaçının həmin həyətyanı torpaq sahəsinin kənarlarına çəpər çəkməsinə cavabdehin qanunsuz müdaxiləsinin dayandırılması və gələcəkdə belə hərəkətlərin (maneələrin) Cavabdeh1 və ailə üzvlərinə qarşı təkrar törədilməsinin İddiaçı qadağan olunması qət edilmişdir.

6. İddiaçı cavabdeh DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsi) qarşı “29 may 2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Cavabdeh1 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.0071 hektar torpaq sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının Şirvan İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2-1(120)-124/2022 saylı qərardadı ilə i iddia qeyri-mümkün hesab edilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli 2-1(106)-210/2022 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2-1(120)-124/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızına və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı "torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı və çıxarışın qismən etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, JN 1221A, KOD 90801004 olan şəhadətnamə əsasında cavabdehlərin mülkiyyətinə verilmiş 0.04 hektar torpaq sahəsinin 0.01 hektar hissəsinin və seriya RX ******* saylı çıxarış əsasında cava bdehlərin mülkiyyətinə verilmiş 0.0371 hektar torpaq sahəsinin 0.0071 hektar hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1989-cu ildə ailə üzvləri böyük olduğundan atası tərəfindən qardaşı Mirxəlilə 3 sot torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. Bundan sonra 03 fevral 1989-cu ildə Saatlı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədrinin, həmin komitənin baş mühəndisinin, Saatlı rayonunun baş memarının, Saatlı rayon MİS-nin rəisinin, Saatlı rayonunun SES-nin baş həkiminin, Saatlı rayonunun yanğından mühafizə müfəttişinin iştirakı ilə tərtib edilmiş aktla Cavabdeh1 15x20 metr olmaqla 3 sot torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Daha sonra Saatlı Şəhər Xalq Depu tatları Sovetinin İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə Cavabdeh1 15x20 metr olmaqla 3 sot torpaq sahəsi ayrılmışdır. Sonradan qeyd etdiyi torpaq sahəsinin artırılmasına dair sənədlərin mövcüd olmadığı halda, ona məlum olmayan səbəblərdən 2006-cı ildə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 1221A, KOD 90801004 olan şəhadətnamədə torpaq sahəsi 0,04 hektar qeyd olunmuş, sonra cavabdehlərin adına olan seriya RX ******* saylı çıxarışda torpaq sahəsi 0,0371 hektar kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdehlərin adına olan şəhadətnamədə və çıxarışda torpaq sahəsinin ölçüləri uyğun gəlmir, həmçinin şəhadətnamədə 1.0 sot, çıxarışda isə 0.71 sot artıq yazılmışdır. Nəticədə onun evinin yeganə giriş-çıxışı yolu olan eni 4,5 metr, uzunluğu 16 metr olan, yəni 72 kv.m sahə cavabdehlər tərəfindən tutulmuşdur. Bununla da ona məxsus olan evin yeganə giriş-çıxış yolu bağlanmış və onun və ailə üzvlərinin evdən istifadə hüququ məhdudlaşmışdır.

10. Cavabdeh isə, ilkin məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, iddiaçının mübahisələndirdiyi ərazi mülkiyyət hüququ əsasında ona məxsusdur, DƏDRX-nın mütəxəssisləri tərəfindən yerində ölçmə işləri aparılarkən də bu hal təsdiq olunmuşdur. İstər onun və ailə üzvlərinin adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 1221A, KOD 90801004 olan şəhadətnamədə, istərsə də həmin şəhadətnamə əsasında verilmiş seriya RX ******* saylı çıxarış tam qanuni əsasla verilmişdir. Həmin sənədlərin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının öz həyətindən Zərdabi küçəsinin əks tərəfindəki yola çıxışı olmuş, əvvəllər həmin yoldan istifadə etmişdir. Yəni həmin yol hazırda digər qonşular tərəfindən zəbt olunmuşdur. Ona görə də, iddiaçı əsassız olaraq onun həyətindən Zərdabi küçəsinə çıxış yolu istəyir.

11. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinin nümayəndəsi ilkin məhkəmə iclasında bildirmişdir ki, təqdim olunmuş sənədlər əsasında Cavabdeh1 və onun digər ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN 1221A, KOD 90801004 olan şəhadətnamə verilərkən torpaq sahəsi 0,04 hektar müəyyənləşmiş və bu səbəbdən də, torpaq sahəsi şəhadətnamədə 0,04 hektar qeyd edilmişdir. Sonradan mütəxəssislər tərəfindən baxış keçirilərkən sözügedən torpaq sahəsi 0,0371 hektar müəyyə n edilmiş və bu səbəbdən də, Cavabdeh1 və onun digər ailə üzvlərinə seriya RX ******* saylı çıxarış verilərkən çıxarışda torpaq sahəsi 0,0371 hektar kimi qeyd edilmişdir.

12. Məhkəmə tərəfindən 16 iyul 2020-ci il tarixdə mübahisəli ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan ev (iddiaçının və cavabdehin valideynlərinə məxsus olmuş ev) cavabdehlərin mülkiyyətlərində olan evin Zərdabi küçəsi tərəfdən baxdıqda arxasında yerləşir. Həmin həyətə keçən və əvvəllərdə mövcüd olmuş 4,5-5 metr enində darvaza və giriş qapısı var. Həmin darvazanın və giriş qapısının yanında cavabdehlərin həyətinə açılan ayrı giriş qapısı və darvaza var. İddiaçının həyətinə digər hər-hansı tərəfdən giriş yoxdur. Onun həyətinə gedən yeganə yol əvvəllər də mövcüd olmuş 6-7 metr enində v ə 14 metr uzununda yol və həmin yolun Zərdabi küçəsinə açılan giriş qapısından və darvazadan ibarətdir. İddiaçı bildirmişdir ki, həmin darvaza və qapı valideynlərinin sağlığında onların Zərdabi (əvvəlki Oktyabr) küçəsinə açılan yeganə yol olmuşdur. Sonradan atasının razılığı ilə cavabdehlərə onun həyətindən 15x20 m2 ölçüdə 3 sot yer ayrılmış, sonuncu həmin torpaq sahəsində özünə ev tikmiş və evin həyətinə keçən ayrıca qapı və darvaza da qoymuşdur. Onun həyətinə gedən 6-7 metr enində və 14 metr uzunluğunda olan keçid yolu ilə cavabdehlərin həyəti arasında ayrıca taxdadan çəpər də olmuşdur. Cavabdeh özünə ev tikdirəndə maşının həyətə sərbəst girib çıxması üçün həmin vaxt çəpəri sökmüş, lakin sonra bərpa etməkdən imtina etmişdir. Müayinə zamanı həmin çəpərin divarlarının izlərinin də mövcüd luğu təsdiq edilmişdir. Müayinə zamanı iddiaçının əks küçədə çıxışlarının olması təsdiq olunmamışdır. Belə ki, cavabdehin göstərdiyi istiqamət üzrə iddiaçının həyətinə çox əvəllərdən inşa olunmuş və hazırda mövcüd olan tikili qeyd olunan istiqamətdə yolun ola biləcəyini istisna edir. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim-F.Pənahov) iddia təmin edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN 1221A, KOD 90801004 olan şəhadətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş 0.04 hektar torpaq sahəsinin 0.01 hektar hissəsində və 29 may 2013-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********85-10301 olan seriya RX ******* sa ylı çıxarış cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mülkiyyətinə verilmiş 0.0371 hektar torpaq sahəsinin 0.0071 hektar hissəsində etibarsız hesab edilmişdir.

13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Saatlı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə Cavabdeh1 15x20 metr olmaqla 3 sot torpaq sahəsi ayrılmışdır. 07 sentyabr 2006-cı ildə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 1221A, KOD 90801004 olan şəhadətnamədən görünür ki, Cavabdeh1 və onun digər ailə üzvlərinin mülkiyyətinə 0,04 hektar torpaq sahəsi verilmiş, bundan sonra isə Cavabdeh1 özünün və digər ailə üzvlərinin adına seriya RX ******* saylı çıxarış almışdır, həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,0371 hekta r qeyd edilmişdir. Göründüyü kimi, şəhadətnamədə və çıxarışda torpaq sahələrinin ölçüləri uyğun gəlmir. Həmçinin məhkəmə iclasında qeyd olunan torpaq sahəsinin ilkin sənədlər əsasında 15x20 metr müəyyən edildiyi halda sonradan hansı əsasla şəhadətnamədə 0,04 hektar, çıxarışda isə 0,0371 hektar qeyd olunması öz təsdiqini tapmamışdır.

14. Həmçinin, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, evinin həyətyanı sahəsinə gedən yoldan uzun illər maneəsiz istifadə etmiş və bununla əlaqədar cavabdehlə aralarında heç bir mübahisə olmamışdır. Yaxın 2019-cu ildə heç bir əsas olmadan cavabdeh onun yolun çıxışına qoyulmuş darvazanın götürülməsi barədə məhkəmədə iddia qaldıran zaman və həmin işə baxılan zaman cavabdeh öz iddiasının əsası kimi istinad etdiyi öz adına tərtib edilmiş seriya RX ******* saylı çıxarışı iş materiallarında görən zaman ona həmin çıxarış məlum olmuş və yalnız bundan sonra onun vəkilinin sorğusuna əsasən həmin çıxarış və çıxarışın verilməsi üçün əsas olmuş torpağın mülkiyyətə verilməsinə dair JN 1221A, KOD 90801004 olan şəhadətnaməni əldə etdikdən sonra həmin sənədlərin düzgün tərtib edilmədiyi ona məlum olmuşdur. Odur ki, o, həmin sənədlərin mübahisələndirilməsi üzrə iddia müddətini ötürməmişdir.

15. Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar iddiaçının izahatına və cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatətinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının hazırki iddia ilə əlaqədar hüquqlarının pozulması 2019-cu il tarixdə ona məlum olmuşdur. Bu fakt iş materialları ilə təsdiq olunur. Digər tərəfdən həmin iddia tələbi mülkiyyətçinin və ya sahibinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə əlaqədar olduğundan həmin tələb üzrə iddia müddəti tətbiq edilə bilməz.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.1, 148.2, 152.1, 157.8, 158.1.2, 158.4, 384.0.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən işi tam, hərtərəfli və obyektiv araşdırmadığından, nəticədə əsassız, düzgün olmayan və ədalətsiz qətnamə qəbul etmi şdir. Birinci instansiya məhkəməsi iddianın iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmasını mülki prosessual qanunvericiliyi baxımından yoxlamadan, məhkəmə prosesinin çəkişmə prinsipini təmin etmədən, mülki iş üzrə heç bir ekspertiza təyin etmədən və işin ədalətli həlli üçün ekspert qarşısında lazımi suallar qoymadan, iddiaçının öz tələbini əsaslandıran halları sübut etmədən və hazırda heç bir hüquqi qüvvəsi olmayan kserosurət bir kağıza əsaslanıb mülki işə birtərəfli qaydada baxaraq, iddianı təmin etmişdir. Əvvəla, İddiaçı onları cavabdeh göstərərək onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi mülki prosessual qanunvericiliyi baxımından düzgün deyildir. Çünki onlar hazırkı iddiaya cavab verməli olmayan şəxslərdir. Belə ki, torpaq islahatını onlar aparmamış lar və torpaqla bağlı çıxarışı onlar tərtib etməmişlər. Torpaq islahatını hamının bildiyi kimi Rayon Aqrar İslahat Komissiyası aparmışdır və torpaqla bağlı müvafiq çıxarışı da DƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsi vermişdir. Belə olan halda hazırkı iddia üzrə onlar necə cavabdeh ola bilər. Onlar yalnız bu iş üzrə üçüncü şəxs qismində cəlb edilə bilər. Bunu əvvəlcədən İddiaçı və onun vəkili Vəkil da bilmişdir. Belə ki, iddiaçı eyni iddia tələbi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində cavabdeh kimi DƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsini göstərmişdir. Şirvan İnzibati Məhkəməsi isə müvafiq qərardadı ilə onları iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. Belə olan halda iddiaçının nəyə görə bir məhkəmədə eyni tələb üzrə Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 13 saylı Şırvan Ərazi idarəsini, digər məhkəmədə isə onları cavabdeh kimi göstərməsi onlara məlum deyildir. Bu halı məhkəmə baxışı zamanı qeyd etsələr də, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamışdır. Qardaşı olan İddiaçı ilə torpaq mübahisəsi 2013-cü ildən yaranmışdır. Belə ki, İddiaçı 2012-ci ildə ata həyətindən vərəsəlik qaydasında payına düşən hissəni onun sadəlövhlüyündən istifadə edərək öz adına keçirdikdən sonra, ona mübahisəli ərazidə hasar çəkməyə imkan verməmişdir. Əvvəlcə mübahisəni öz aralarında həll etməyə üstünlük versə də, İslamın heç bir halda mübahisənin həllinə razı olmadığını və biraz da məsələni qəlizləşdirdiyini (hasar çəkməyə imkan verməyəcəyini bildirdiyini, əkdiyi gülləri və ağacları ç ıxarıb atdığını) görərək, rayon Polis Şöbəsinə, daha sonra isə DƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsinə və rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan da sonra Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavandehlərə məxsus darvazanın onun mülkiyyətində olan torpaq sahəsindən götürülməsi, qanunsuz hərəkətlərə son qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı tərəflər dinlənilərək iş materialları araşdırılmış, iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan darvaza onların mülkiyyətlərinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsində yerləşir. Sözügedən dəmir darvaza onların torpaq sahəsinin şimal hissəsində 4.5 metr məsafədə yerləşir və həmçinin İddiaçı dəmir darvazadan həyətyanı sahəsinə (cənub istiqamətinə) doğru 16 metr məsafədə onların torpaqlarından istifadə edir. Birinci instansiya məhkəməsi heç bir mötəbər sübuta istinad etmədən, yalnız iddiaçının bildirdiklərinə və mübahisəli əraziyə baxış keçirərək, güya müəyyən etdiklərinə əsaslanaraq ədalətsiz və əsassız qətnamə qəbul etmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlərT.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və Z.Zeynalov) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iddianı qa ldırmış iddiaçı əslində cavabdehlərə sözügedən torpaq sahəsinin verilməsi, həmçinin iddiaçının özünə və ailə üzvlərinə daha az torpaq sahəsinin verilməsi ilə bağlı Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir. Belə ki, iddiaçı cavabdehlərin qanuni istifadəsində 0.03 hektar torpaq sahəsi olduğu halda, aqrar islahat zamanı üçüncü şəxslərə 0.0371 hektar, yəni 0.0071 hektar artıq torpaq sahəsinin ayrılmış olduğunu, həmin sahənin isə onun torpaq sahəsinə gediş-gəliş yolu olduğunu, həmçinin aqrar islahat zamanı 1993-cü il təvəllüdlü oğlunun ailə üzvü kimi nəzərə alınmadığını, ona görə də, ona və ailə üzvlərinə 0.05 hektar deyil, 0.04 hektar torpaq sahəsi verildiyini iddia edir. Belə olan halda, iddiaçı razılaşmadığı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-c i il tarixli 05 nömrəli qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi, iddiaçı həmin qərarı mübahisələndirməmiş və şikayət vermə müddətini ötürmüşdür. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi Saatlı rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarından məlumatlı olmuş (həmçinin iddiaçının özünə məxsus torpağın mülkiyyətə verilməsi dair şəhadətnamədə Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarı barədə məlumatlar göstərilmişdir), lakin həmin qərarı vaxtında mübahisələndirməmişdir. Eyni zamanda, hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur.

20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki halda iddiaçının tələ bi JN 1221A, KOD 90801004 olan şəhadətnamə əsasında cavabdehlərin mülkiyyətinə verilmiş 0.04 hektar torpaq sahəsinin 0.01 hektar hissəsinin və seriya RX ******* saylı çıxarış əsasında cavabdehlərin mülkiyyətinə verilmiş 0.0371 hektar torpaq sahəsinin 0.0071 hektar hissəsinin etibarsız hesab edilməsindən ibarət olmuşdur ki, predmet baxımından qeyd olunan mübahisə inzibati mübahisədir və iddiaçı tərəfindən eyni tələblə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia qaldırılmış, iddiaya inzibati icraat qaydasında baxılması mümkün saylımamışdır. İnzibati mübahisəni araşdıran Şirvan İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı Saatlı rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarından məlumatlı olmuş (həmçinin iddiaçının özünə məxsus torpağın mülkiyyətə verilməsi dair şəhadətnamədə Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarı barədə məlumatlar göstərilmişdir), lakin həmin qərarı vaxtında mübahisələndirməmişdir.

21. Məhz inzibati mübahisə tərəflərinin hökmən birinin inzibati orqan olmasını, hazırki halda isə iddianın inzibati orqana qarşı deyil, fiziki şəxslərə qarşı yönəldiyini, mübahisənin predmetini nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlili mübahisələndirilən qətnamənin ləğvi üçün əsasdır. Bu baxımdan apellyasiya şikayətinin digər dəlilləri üzərində xüsusi dayanmağa lüzum yoxdur.

22. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işi yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətinə qanunla nəzərdə tutulmuş qaydada hələ keçən əsrin 60-cı illərindən yol yeri verilmiş, həmin torpaq sahəsi (yol yeri) fasiləsiz və etirazsız iddiaçının faktiki sahibliyindədir. Lakin mübahisəli torpaq sahəsi üzərində şəhadətnamədə olan yanlışlıql a əlaqədar cavabdehin hüquqları dövlət reyestrində qeydiyyatdan keçmişdir. Nəticədə onun evinin yeganə giriş-çıxış yolu olan eni 4,5 metr, uzunluğu 16 metr olan yəni 72 kv metr sahə cavabdeh tərəfindən tutulmuşdur. Bununla da, ona məxsus olan evin yeganə giriş-çıxış yolu bağlanılmış və onun ailə üzvlərinin evdən istifadə hüququ məhdudlaşdırılmışdır. Əlavə olaraq bildirir ki, cavabdehə 1989-cü ildə Saatlı XDS tərəfindən 3 sot torpaq sahəsi ayrılmış, lakin şəhadətnamədə isə 4 sot torpaq sahəsi verilmişdir ki, bu da iddiaçının yolunun bağlanmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən iddia əsasında duran faktiki hallar təsdiq edilmişdir. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində v urulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 28. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

29. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:

30. Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).

31. Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 32. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.201 5-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia çıların cavabdehlərə məxsus torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət aktınının və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə tələbləri əslində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı yönəlməli olan və inzibati icraat qaydasında baxılmalı olan tələbdir. Çünki dövlət aktının və çıxarışın etibarsızlığının əsası həmin İdarə tərəfindən torpaq sahəsinin 0,0071 ha hissəsinə dair cavabdehə qanunsuz olaraq çıxarış verilməsidir.

43. Lakin həmin sənədlərin verilməsinə əsas Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 nömrəli qərarı olmuşdur.

44. Göründüyü kimi, bu tələb mahiyyəti üzrə hüquqları qeydə alan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparı lmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir. Həmçinin həmin qeydiyyata əsas olan sənəd inzibati akt olan Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 nömrəli qərarıdır. İddiaçı isə həmin qərarı mübahisələndirmədən onun əsasında aparılmış qeydiyyatı mübahisələndirir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə alaraq, iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəlmiş iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası q eyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-51/2022 nömrəli mülki iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar