Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1758/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X5, X21, X7,X4 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin veriməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1558/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının atası X26 xx.xx.1993-cü ildə vəfat etmişdir. 2. ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi: **********27) 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyestr kitabının 59723 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə X19 adına qeydiyyata alınmışdır.
3. X6, X11, X14, X12 və X1 3 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrlə onlar xx.xx.1993-cü ildə ölmüş ataları X16 qalmış mirası qəbul etmədiklərini, özlərinə çatası hissəsindən imtina etməsini, gələcəkdə bununla bağlı hər hansı bir iddia ortaya çıxarsa, məsuliyyəti öz üzərlərinə götürdüyünü qeyd etmişlər (imzaların həqiqiliyi Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmişdir).
4. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu X49 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli şəhadətnaməyə əsasən xx.xx.1993-cü ildə vəfat etmiş X19 vərəsəsi X17r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.
5. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-355 reyestr nömrəli vərəsəlik payının bağışlanma müqaviləsinə əsasən X25 Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X16 miras qalmış əmlakdan ona çatası tam hissədə payını İddiaçı bağışlamış və İddiaçı tərəfindən qəbul edilmişdir. Sadıqova Floranın adından bu müqaviləni etibarnamə üzrə səlahiyyətli nümayəndəsi imzaladığından, o, xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə verərək, müqavilənin onun tapşırığı ilə bağlandığını və həmin müqaviləni bəyəndiyini bəyan etmişdir.
6. X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi notariat idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, X2 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi, X19 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində X18 miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X16 miras qalmış ünvan 1nə cava bdeh tərəfindən miras əmlak üzrə iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 İddiaçı mərhum atası Məmmədmuradov X16 vərəsələrinə miras qalmışdır. Müraciət əsasında miras əmlak üzrə Bakı şəhəri 54 saylı Notariat Ofisində vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuş, miras əmlak üzrə hüququ olan 5 varisin - X9, X1, X10, X5, X3 imtina ərizələri ilə və varis olan X15 1 (bir) bağışlama müqaviləsi ilə İddiaçı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəhbərliyinə yazılı şəkildə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli, **********08 nömrəli cavab məktubunda bildirilmişdir ki, bağ s ahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi yazılı formada müraciət edilərək tələb edilmiş, lakin cavabdeh tərəfindən həmin şəhadətnamənin verilməsindən imtina edilərək yazılı ərizəyə cavab verilməmiş, edilən şifahi müraciətlərin də nəticəsi olmamışdır. Cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 miras əmlak üzrə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini təm in etməməsi səbəbindən o, faktiki sahibliyində olan miras əmlak üzrə hüquqları qeydə aldıra bilmir, miras əmlaka dair cavabdeh tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyindən məhkəmə qaydasında həmin sənədi almaq qərarına gəlmişdir. Hazırda iddiaçı həmin bağ sahəsinə dair özünün adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 cəlb etmişdir. Cavabdeh tərəf isə vərəsəlik işinin başqa notariat ofisində açıldığını, onlar tərəfindən təsdiq edilmiş müqavilə əsasında iddiaçıya qanun üzrə şəhadətnamə yox, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli olduğunu bildirir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tari xli, 2(006)3996/2024 nömrəli qərardadı ilə X6, X25, X11, X14 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Onlar məhkəməyə xx.xx.2024-cü il tarixli ərizələr ünvanlayaraq qeyd olunan miras əmlaka dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmədiklərini bildirmişlər.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3996/2024 nömrəli iş üzrə 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Abidova Günay) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sadıqova Floraya məxsus olan, onun və iddiaçının mərhum atalarından miras qalmış bağ sahəsinin tam payda iddiaçıya bağışlanması və iddiaçının həmin payı qəbul etməsi barədə iddiaçı ilə Sadıqova Flora arasında müvafiq müqavilənin bağlanması ilə tərəflər miras əmlak barəsində həmin vaxtadək həyata keçirilmiş notariat əməliyyatlarını bəyənmiş, yəni iddiaçı miras əmlaka dair tam pay üzrə şəhadətnamənin Sadıqova Floraya verilməsini mübahisələndirməmişdir. Bununla da, mərhum atalarından qalmış miras əmlak üzrə tam pay əvvəlcə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sadıqova Floraya, sonra isə onunla iddiaçı arasında bağlanmış müqavilə əsasında yekunda iddiaçıya məxsus olmuşdur. Miras əmlak barəsində verilmiş şəhadətnamədən sonra, məhz elə həmin şəhadətnamə əsasında şəhadətnamədə nəzərdə tutulmuş pay hüququnun iddiaçıya bağışlanması və iddiaçının bunu qəbul etmə si barədə bağlanmış müqaviləni məhkəmə Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində nəzərdə tutulmuş “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr” kateqoriyasına uyğun gələn müqavilə kimi qiymətləndirərək hesab edilir ki, bu müqavilə iddiaçının mübahisə predmeti olan bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır və yetərlidir. Buna görə də iddia tələbinin hüquqi əsası yoxdur.
13. Bundan başqa, iş materialları əsasında müəyyən edilir ki, bağ sahəsi barədə vərəsəlik işi cavabdeh qismində cəlb edilmiş notariat ofisində deyil, başqa notariat ofisində açılmışdır. Cavabdeh qismində cəlb edilmiş notariat ofisi isə vərəsəlik payının bağışlanması haqqında müqavilənin rəsmiləşdirildiyi ofisdir. Deməli, iddiaçı hazırkı iddiasını iddiaya cavab verməli olmaya n şəxsə qarşı vermişdir.
14. Cavabdeh qismində cəlb edilmiş notariat ofisi əsl cavabdeh olmadığından, iddia ərizəsi təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 357, 666.1, 668.1, 668.1.1, 1321.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 80, 81, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı mərhum atası Məmmədmuradov X16 qalan əmlaka dair vərəsə hesab olunur. Məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə t əklif edə bilər. Əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda məhkəmə iclası təxirə salına bilər. Hazırkı işdə də bu hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1558/25 nömrəli iş üzrə 3 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rüstəmli Məhəmməd (sədrlik edən və məruzəçi), İsgəndərov Akif və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolverilənd ir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin ( statusunun ) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olubolmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün onun əldə etmək istədiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.
20. İş materiallarından müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi digər vərəsə tərəfindən iddiaçıya bağışlanmış, həmin bağışlama müqaviləsi isə onun hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da göstərilmişdir ki, qeyd olunan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. O da qeyd edilməlidir ki, iddiaçı tərəfindən sözügedən bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrinin aparılması vəzifəsini daşıyan inzibati orqana təqdim edildikdən sonra həmin orqan t ərəfindən qeydiyyatın aparılmasından imtina edildikdə, onun qərarı, hərəkət və ya hərəkətsizliyi inzibati məhkəməyə müraciət olunmaqla mübahisələndirilə bilər.
21. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı həmçinin qeyd etmişdir ki, mərhum X16 miras qalmış əmlak barədə vərəsəlik işi artıq Bakı şəhəri 32 saylı Notariat Ofisində açılmış, vərəsələrdən birinə mirasa əmlakdan tam hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə və miras əmlaka dair bağışlama müqaviləsi vərəsələr arasında mübahisə predmeti olmamış, hazırda da mübahisə predmeti deyil. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən digər vərəsələr (iş üzrə üçüncü şəxslər) məhkəməyə yazılı müraciət edərək miras əmlakdan imtina etdiklərini bir daha təsdiq etmişlər. Belə olan ha lda, miras əmlaka dair notariat orqanı tərəfindən iddiaçının adına yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.
22. Bundan başqa, iddiaçı hazırkı iddiasını iddiaya cavab verməli olmayan şəxsə qarşı vermişdir. Belə ki, cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisində hər hansı vərəsəlik işi açılmamışdır.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-cu, 666-cı 668-ci,1321-ci,1325-ci və 560.3.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0., 8.0.3.-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 142, 50.3 və sair maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil2) kassasiya şikayəti v erərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1558/2025, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşə baxan məhkəmə vərəsəlik işinin cavabdeh tərəfindən açıldığını, miras əmla ka dair ilkin mülkiyyət hüquqlarını cavabdehin məktubu əsasında alındığını nəzərə almamışdır. Məhkəmə onun həmin miras əmlak üzrə vərəsə olmadığını, cavabdeh tərəfindən həmin əmlaka dair adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməməsi səbəbindən hüquqlarının qeydiyyatının mümkün olmadığını nəzərə almamış və bunlarda qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
26. Kollegiya şikayət olunan qətnamənin ləğv üçün göstərmiş olduğu dəlillərin araşdırmasını təmin etməyərək şikayətindəki həmin dəlillərə hüquqi qiymət belə verməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlanılmasını, həmin instansiya birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamasını təmin etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 29. 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.
30. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
31. Maddə 668.1, 668.1.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: - daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.
32. Maddə 13 21.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
33. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətn amə almaq hüququndan məhrum etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 8.0., 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 261.0, 261.0.1.İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. 37.Maddə 262.
3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün MPM-lə müəyyən edilmiş əsaslar mövcuddur. Odur ki, iddiaya mahiyyəti üzrə baxılıb, rədd olunması ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
45. İlk olaraq qeyd edilməlidir ki, MPM-in norma ları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
46. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60 cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.
47. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki,hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. E yni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
48. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də işə, tərəflər arasında məhkəmədə baxılmalı olan mübahisənin mövcud olmaması əsası ilə, məhkəmədə baxılmalı olmamasıdır. Qeyd olunan halda verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddia məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraa ta xitam verilməlidir.
49. İşdən məlum olur ki, iddiaçının tələbi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.
50. Tələbin maddi-hüquqi əsası olaraq iddiaçı və məhkəmələr bir çox normalara istinad etmişlər. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi: **********27) 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə X19 adına qeydiyyata alınmışdır. İddiaçının atasımiras qoyan X26 xx.xx.1993-cü ildə vəfat etmişdir
51. Onun vəfatından sonra vərəsələrindən olan - X6, X11, X14, X12 və X13 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrlə onlar xx.xx.1993cü ildə ölmüş ataları X16 q almış mirası qəbul etmədiklərini, özlərinə çatası hissəsindən imtina etməsini, gələcəkdə bununla bağlı hər hansı bir iddia ortaya çıxarsa, məsuliyyəti öz üzərlərinə götürdüklərini qeyd etmişlər (imzaların həqiqiliyi Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmişdir).
52. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu X49 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixdə şəhadətnamə verilmiş, xx.xx.1993-cü ildə vəfat etmiş X19 vərəsəsinin X25 olması müəyyən edilərək miras əmlak tam payda ona verilmişdir. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.
53. Bundan sonra Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx. 2021-ci il tarixdə vərəsəlik payının bağışlanma müqaviləsi təsdiq edilmişdir. Bağışlama müqaviləsinə əsasən X25 Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X16 miras qalmış əmlakdan ona çatası tam hissədə payını İddiaçı bağışlamış və İddiaçı tərəfindən qəbul edilmişdir.
54. Mirası qəbul etmiş tək vərəsə Sadıqova Floranın adından bu müqaviləni etibarnamə üzrə səlahiyyətli nümayəndəsi imzalasa da, o, xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə verərək, müqavilənin onun tapşırığı ilə bağlandığını və həmin müqaviləni bəyəndiyini bəyan etmişdir.
55. Apellyasiya instansiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qe yd etmişdir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin ( statusunun ) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlə r götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir.
56. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi faktiki olaraq irəli sürülmüş tələbin məhkəmə icraatı qaydasında baxılması yolverilən tələb olmadığı qətnaətinə gəlmiş, şəxsin baxılan iş üzrə irəli sürülmüş iddiaya hüquqi marağının olmamasını qeyd edərək, şəxsə mün asibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilməməsini müəyyən etmişdir. Lakin göstərildiyi kimi iddianın yolverilməzliyinin müəyyən olunması halı başlanmış icraatın davam etmək imkanını aradan qaldırır. Nəticədə məhkəmənin hüquqi müdafiə vasitəsini həyata keçirmək üçün malik olduğu imkanını izah etməsi o nəticəyə gəlməyə əsas verir ki, irəli sürülmüş tələb məhkəmə qaydasında baxılması istisna edilən tələbdir.
57. Beləliklə göstərilən halların məcmusu isə ona deməyə əsas verir ki, irəli sürülmüş tələbə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılmasını yolverilən olmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusu nun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələb üzrə iddiaçının hüquqi vəziyyətinin dəyişməsi mümkünsüzdür. Bununla yanaşı qeyd edilməlidir ki, tələb irəli sürülən şəxsin tələbə cavab verib-verməməsindən asılı olmayaraq belə iddianın mümkünlüyü ilkin şərtdir. Nəzərə alınmalıdır ki, məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mə nafe və maraqlardan bəhs olunur.
58. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, sözügedən bağışlama müqaviləsini daşınmaz əmlakın dövlət reyestrinin aparılması vəzifəsini daşıyan inzibati orqana təqdim etdikdən sonra həmin orqan tərəfindən qeydiyyatın aparılmasından imtina edildikdə, onun qərarı, hərəkət və hərəkətsizliyi inzibati məhkəmədə mübahisələndirmək hüququna malikdir.
59. Göstərilənlərə əsasən və MPM-in 261, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 2(103)-1558/2025 nömrəli iş üzrə 3 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.