Məhkəmə qərarları › İş №2(102)-176/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-176/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-176/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X oğlunun, Cavabdeh2 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qərardadından Cavabdeh2 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “xxxx” MMC və qeyrilərinə qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yön əldilməsinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)131/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)-131/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, hakimlər V.T.Həsənov və Ş.A.Məmmədova, iş № 2(103)-13687/2019) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)-131/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şika yəti mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh2 və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, poçt tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, həmin məktub kuryer vasitəsi ilə göndərilən ünvana dəfələrlə getdikdən sonra 28.08.2019-cu il tarixdə qonşuya təqdim olunub amma Cavabdeh2 bu məktub 08.09.2019-cu il tarixdə təhvil verilib. Qeyd edirlər ki, məktub ona 08.09.2019-cu il tarixdə təqdim edilmiş, ap ellyasiya şikayəti də 08.10.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş bununla da apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13687/2019 saylı 18 oktyabr 2019-cu il tarixli qərardadının qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, Cavabdeh2 vəkilin çıxışı ilə razı olduğunu bildirir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin MK-nı n 18 oktyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 18 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm əlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya in stansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün hesab edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)-131/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmişdir. Belə ki, iş materiallarından görünür ki, (İİ cild, səh 192) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)-131/2019 saylı qətnaməsi Cavabdeh2 tərəfindən 28.08.2019-cu il tarixdə həmin qətnamənin alınması barədə 368225 saylı qaiməyə imza olunmaqla əldə edilmişdir. İş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu ödənilməsi barədə qəbzdən (səhifə 202) görünür ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti vermək üçün rüsum 08.10.2019-cu i l tarixdə ödənilmiş, apellyasiya şikayəti Səbail rayon Məhkəməsinə 08.10.2019-cu il tarixdə (İİ cild səhifə 203) təqdim edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, dövlət rüsumunun ödənilməsi haqqında qəbzdəki tarix Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin müddətin ötürülməklə verilməsini bir daha təsdiq edir. 08 oktyabr 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)-131/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(004)-131/2019 saylı qətnaməsindən cavabdeh tərəfi ndən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, yəni son şikayət vermə tarixi olaraq 30 sentyabr 2019-cu il tarixdə verilməli olduğu halda 08 oktyabr 2019-cu il tarixdə verildiyindən, bununla da, apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-nin 130.3, 360, 363.1.3. və 366.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması nəticəs ini şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi ilə əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iclası zamanı iştirakları təmin edilməmişdir. Məhkəmə bu vəziyyətdə onların iştirakını təmin etməli, bununla bağlı sübutlarının olub-olmamasını araşdırmalı, qətnamənin həqiqətdə onlara hansı tarixdə çatmasını öyrənməli idi. Poçt tərəfindən təqdim edilmiş məktubda (məktubun surəti kassasiya şikayətinə əlavə edilmişdir) qeyd edilmişdir ki, həmin məktub kuryer vasitəsi ilə göndərilən ünvana dəfələrlə getdikdən sonra 28.08.2019-cu il tarixdə qonşuya təqdim olunub amma Cavabdeh2 bu məktub 08.09.2019-cu il tarixdə təhvil verilib. Apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Qey d edirlər ki, məktub ona 08.09.2019-cu il tarixdə təqdim edilmiş, apellyasiya şikayəti də 08.10.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş bununla da apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası kassatorun dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayarkən məhkəmə iclasında tərəfin iştirakını təmin etməyərək mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müddətin buraxılıb-buraxılmamasını lazımi qaydada araşdırmamış, bununla da tərəfin ədalətli məhkəmə araşdırması hüququnu təmin edən prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelly asiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kolegiyanın qənaətinə görə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı və yeni baxışda apellyasiyanın mümkünlüyü əsaslarının olub-olmaması, müddətin buraxılıb-buraxılmaması araşdırılıb prosessual qanunvericiliyin tələblərinə uyğun qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar