Məhkəmə qərarları › İş №2(102)-176/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-176/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-176/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası və Probasiya Xidməti Baş İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin keçmiş işçisi, hazırda Pirallahı rayon Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin rəis müavini Cavabdeh2 və Bakı şəhəri Nizami rayonu Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin icra məmuru Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xxxoğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4833/2020 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə “X8 və xxx” MMC-dən 38400 manat pulun İddiaçı1, X3, İddiaçı2, X1, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulması qət olunmuşdur. Qətnamə üzrə verilmiş icr a sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmiş və xx xxxxxxx 2016-cı il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı1 tərəfindən imzalanmış xx xxxxxx 2016-ci il tarixli qəbzin surətinə əsasən, sonuncu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli icra vərəqəsi üzrə “xxxx” MMC-dən tutulmalı olan 38400 manat məbləğində puldan həm özünə, həm də digər şəxslər arasında bölüşdürülməsi məqsədilə 5249 manatı nağd şəkildə götürmüşdür. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə borcluda tələbin yönəldiləcəyi əmlak və gəlirlərin olmaması əsası ilə icra sənədi onu vermiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəmə sində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası və Probasiya Xidməti Baş İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin keçmiş işçisi, hazırda Pirallahı rayon Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin rəis müavini Cavabdeh2 və Bakı şəhəri Nizami rayonu Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin icra məmuru Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MMC tərəfindən onlara ödəniləcək 38400 manat pulun dəyərinin devolivasiyaya görə 71328 manat sayılması, devolivasiyaya görə qətnamə çıxarılacaq 71328 manatın iddiaçıların ödənişinə cavabdeh kimi Ədli yyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası və Probasiya Xidməti Baş İdarəsinə qoyulması, Pirallahı rayonunun İcra və Probasiya şöbəsinin rəis müavini, ədliyyə mayoru xxxdən 3840 manatın geri alınmasının təmin edilməsi, barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh3 onlara vurduğu maddi və mənəvi ziyana görə aylıq əmək haqqının 3 misli qədər onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsi tərəfindən bilərəkdən icra edilməmiş və xx xxxxx 2018-ci il tarixdə icra məmuru Cavabdeh3 pul vəsaitinin, daşınmaz əmlakın, qiy mətli kağızların və nəqliyyat vasitələrinin olmamasına görə icra sənədini məhkəməyə qaytarmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)4735/2019 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin icra olunmaması iddiaçının iddia etdiyi kimi icra məmurları Cavabdeh2 və Cavabdeh3 hərəkətsizliyi ilə bağlı olmamışdır. İcra məmurları qətnamənin icrası ilə bağlı tədbirlər görmüşlər. Lakin borclunun fəaliyyətini dayandırması və onun adına pul vəsaiti, daşınmaz əmlak, qiymətli kağızlar və nəqliyyat vasitəsinin aşkar olunmaması səbəbindən icra sənədi icra edilmədən geri qaytarılmışdır. Bundan əlavə, iddia əriz əsində icra məmuru Cavabdeh2 5240 manat puldan 2840 manatını götürdüyü qeyd edilsə də, buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Əksinə iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 “xxxx” MMC-dən tutulmalı olan 38400 manat məbləğində puldan həm özünə, həm də X4, X5, İddiaçı2, X2, İddiaçı3 və İddiaçı4 arasında bölüşdürülməsi məqsədilə 5249 manatı nağd şəkildə götürməsinə dair qəbzi imzalamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4735/2019 saylı qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4833/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4735/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izah atları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınınxx xxxx 2020-ci il tarixli, 2(103)-4833/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, icra məmurların hərəkətsizliklərinə düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayətinə yazılı etirazlar verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməd ən saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və y a çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vu rulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcm də ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 0402 0məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iddianın əsasını məhkəmə qətnaməsi ilə müəyyən olunan pul vəsaitinin vaxtında tutulması ilə əlaqədar iddiaçılara ziyanın ödənilməsini təşkil edir. İddiaçılar həmin ziyanı cavabdeh kimi göstərdikləri icra məmurlarından tələb edirlər. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan məhkəmələr səlahiyyətləri çərçivəsində iddiaçıların tələblərinə hüquqi qiymət verərək, onları əsaslı hesab etməmişlər. Belə ki, məhkəmə qətnaməsinin icra olunmamasında hazırki iş üzrə cavabdehlərin qanuna-zidd və təqsirli hərəkətlərinin olmasına dair hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4833/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar