Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1760/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi tələbi 10.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-703/2024 saylı mülki iş üzrə 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə b axan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 0354792 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və dəymiş ziyan 73440 m3 hesablanmışdır;
3. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 6 saat və hesabat müddəti 360 gün deyil 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 8 saat və hesabat müddəti 360 gün deyil 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 8 saat və hesabat müddəti 360 gün dey il, 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat 1,2x6x30=216 m3, 3x8x30=720 m3, 1.4x8x30=336 m3, hesabı ilə hesablanmalıdır; 4. 0378295 nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən, ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və dəymiş ziyan 6120 m3 hesablanmışdır;
5. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnaməyə əsasən, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 24 saat deyil, 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 8 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat deyi l, 12 saat və hesabat müddəti 30 gün kimi nəzərə alınaraq, 1,2x6x30=216 m3, 3x8x30=270 m3, 1.4x12x30=504 m3 hesablanmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndələri tərəfindən ona məxsus ünvan 1 ünvanındaki sayğacla bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktların ləğv edilməklə 8812 manat əsassız borc hesablanmışdır. Hazırda məhkəməyə müraciət edərək, (abonent kodu **********50000) olan xx.xx.2023-cü il tarixli akt lə ğv edilərək, hesablanmış 8812 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edir.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iş üzrə iki akt tərtib olunduğunu xx.xx.2022-cü il tarixli akt əsasında 73440 k.m dəymiş ziyan hesablanaraq, 8812 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 6120 k.m dəymiş ziyan hesablanaraq, 734.40 manat borc hesablandığını deyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
10. Bakı şəhəri Sabunçu Ray on Məhkəməsinin 2(008)-2858/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia tələbinin qismən təmin edilməsi, Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlara əsasən **********50000 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 9274,96 (doqquz min iki yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərci kimi 65 manatın iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. 11.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlara hüquqi qiymət verərək, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edildi. Təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8812 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734.40 manat ümumilikdə borcdan **********50000 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 9274,96 manat borc silinməlidir. 12.Məhkəmə mövqeyinin hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5-ci, 6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat 13.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun olmuş və bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşə killərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırsa abonentin Azəriqaz İB -yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə isə öz növbəsində nədənsə iddia tələbinin təmin olunmasında maraqlı olmuşdur. Eyni zamanda iddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə nə hər hansı ödəniş nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə isə bu hallara yox sübutsuz mülki iş üzə baxaraq iddiaçının mülahizələri ilə qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş akt, foto, saldodan da aydın olur ki iddiaçı tərəfindən təbii qaz ta lanmışdır. Təqdim olunmuş fotolardan görünür ki, iddiaçı aşkar surətdə təbii qazdan qeyri qanuni istifadə etməkdədir və qeyd edilən fotolar ayrıayrı vaxtlarda və ünvanın müxtəlif yerlərindən çəkilmişdir (yeni fotolar) mülki işə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-703/2024 nömrəli iş üzrə 17 yanvar 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2858/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. 16.Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda 1 ədəd PQ4, 1 ədəd QSSQ, 2 ədəd dəmir soba və 1 ədəd iran sobası olması göstərilsə də, məhkəmə araşdırması zamanı iş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan məlum olur ki, ünvan 1 ünvanında 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Samovar(1/1) Dəmir peçi (yay-qış) (1/1) olduğu müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən dəymiş ziyanın həcmi hesablandığı zaman qanunvericiliyin tələbləri pozularaq, hesabat fərdi yaşayış evində mövcud olmayan qaz işlədiciləri üzrə 360 gün 24 saat hesabat müddəti əsas götürülməklə hesablanmışdır. Halbuki, hesabat qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olm ayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə “Təbii qazdan istifadə Qaydaları”n 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 17.Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir. 18.Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktlar üzrə hesablanmış borc məbləğindən 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən hesablanmaqla iddianın təmin edilməyən hissəsi olan 271 manat (118,80+152,64) çıxılmaqla qalan 9274,96 manat məbləğində borc haqlı olaraq abonent hesabından silinmişdir. Məhkəmə tərəfindən təmin edilməyən məbləğlə bağlı iddiaçı tərəfindən şikayəti verilmədiyindən həmin məbləğlə bağlı kollegiya münasibət bildirmir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmi n edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri 19.Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş etmişdir. 20.Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək d üzgün hüquqi nəticəyə gəlməmişlər. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı ilə cavabdeh arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təchiz olunmuşdur. Ancaq iddiaçı qeyd etdiyi müqavilənin tələblərini pozaraq cavabdeh vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq məhkəməyə vermiş olduğu iddiası təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahib liyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Yuxarıda qeyd edilən qanunvericiliyini nəzərə alsaq görünür ki, iddiaçı əslində əldə etdiyi cavabdehin mülkiyyətindəki qazdır bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış mülki iş üçün nə ekspertiza keçirilmiş nə də yerli baxış həyata keçirilmişdir. Yuxarıda qeyd edilən hər ha nsı prosessual hərəkətləri keçirməyərək əsassız mülahizələrlə qətnamə qəbul edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusiatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişlər. Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki tərəfindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq “Qaz t əchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 22.Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 23.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 27.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 28.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübah isələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddianın təmin olunmuş həcmində borc məbləği cavabdeh təşkilat tərəfindən əsassız hesablanmışdır.
32. Kollegiya bildirir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 33.Məhkəmə tərkibi onu da nəzərə alır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı b u barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 34.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya in stansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 36.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-703/2024 saylı mülki iş üzrə 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.