Məhkəmə qərarları › İş №2(102)-1762/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1762/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1762/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(105)-246/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 Şəxsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Qərbi Azərbaycanın Karvansaray rayonunda (İcevan) anadan olmuşdur. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə çalışmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1980-cı ilin may ayından 1988ci ilin 01 fev ral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Qərbi Azərbaycanın Karvansaray rayonunda (İcevan) anadan olmuşdur. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə çalışmışdır. Onun ümumi iş stajı 25 ildən az (17 il 6 ay 7 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.2005-ci il və xx.xx.2006-2021-ci illər üzrə cəmi 1 ay) təşkil edir. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi 1980-cı ilin may ayın dan 1988-ci ilin 01 fevral ayına qədər tütünçü kimi işləmişdir. Hazırda əmək pensiyası ilə əlaqədar DSMFnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həmin illər üzrə iş stajının müəyyən olunmasını təsdiq edən sənəd verməlidir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 saylı qərarının 2.5 bəndinə əsasən stajın məhkəmə qaydasında müəyyən olunmasını bildirir. Həm də hüquqi əhəmiyyəti olan bu faktı inzibati qaydada müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası MPM-nin 305-307-ci maddələrinə uyğun olaraq bu məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Onu da qeyd etmişdir ki, bu faktı təsdiq edən şahidləri də vardır. Həmin faktın təsdiqi yalnız məhkəmə qətnaməsi əsasında ola bilər. Ona görə də bu faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsində iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi izahatında və etirazında bildirmişdir ki, 2(012)-3124/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi 1980-1988-ci illərdə Ermənistan Respublikasının Karvansaray (İcevan) rayonunun “Salah kənd” kolxozunda tütünçü işlədiyini və əməkhaqqı aldığını iddia edir. Ərizəçi 09 avqust 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra Ərizəçi 1980-1988-ci illərdə Karvansaray (İcevan) rayonunun “Salah kənd” kolxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək p ensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim ed ilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədl ər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün:

1. Ən azı iki nəfər şahid olmalı:

2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);

3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin ) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilm əlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Lakin is materiallarından məlum olur ki, ərizədə şahid qismində cəlb edilmiş səxlərdən sadəcə birinin (X2) əmək kitabçası mövcuddur.

5. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X5 ifadəsində bildirmişdir ki, o, 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda kolxoz sədri işləmiş, əvvəl isə həmin kolxozda mühasib işləmişdir. O, 1969-cu ildən əmək fəaliyyətinə başlamışdır. Bununla əlaqədar o, Ərizəçi həqiqətən 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə işləməsini təsdiq etmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun kəndçisidir. O, 1966-cı ildən Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütündə işləmişdir. Kolxoz sədri əvvəl Tapdıq müəllim olmuş, 1980ci ildən isə X5 olmuşdur. Yeganə həqiqətən 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütün sahəsində fəhlə olaraq işləmişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X3 ifadəsində bildirmişdir ki, o, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütün sahəsində 1980-1988-ci illərdə Ərizəçi ilə birlikdə işləmişdir. Onların sədri əvvəllər Tapdıq müəllim olsa da, 1980-ci ildən sonra X1 işləmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3124/2023 nömrəli qətnaməsi ilə ərizənin təmin olunması, Ərizəç i 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

9. Məhkəmə qətnaməsində mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə aid hüquq haqqında mübahisənin olması müəyyən edilmədiyindən işə mahiyyəti üzrə baxılmalı və ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməsi şahid ifadələri ilə, xüsusilə də 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd tütün kolxozunun sədri vəzifəsində işləmiş X2 ifadəsi ilə tam təsdiq olunur. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat almaq hüququ vardır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 38, MPM-nin 307.1, 307.2.11, 308, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə X11 Şəxsi apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)3124/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəməyə təqdim etdiyi materiallara əsasən 1-ci şahid X5 ifadə verərək bildirmişdir ki, 1980-1988-ci illər aralığında “Salah kənd” kolxozunda ərizəçi ilə birlikdə işləmişdir. 2-ci şahid X6 ifadə verərək bildirmişdir ki, ərizəçinin kəndçisidir və o, 1980-1988-ci illər aralığında “Salah kənd” kolxozunda tütünçü işləmişdir. 3-cü şahid X3 ifadə verərək bildirmişdir ki, ərizəçinin kəndçisidir və o, 1980-1988-ci illər aralığında “Salah kənd” kolxozunda tütünçü işləmi şdir. Qeyd etmişdir ki, şahidlərdən sadəcə birinin (X5) əmək kitabçası mövcuddur. Lakin məhkəmə qanunvericiliyin tələblərini pozaraq digər şahidlərin şifahi izahatlarını mötəbər hesab edərək qətnamə çıxarmışdır. Bundan əlavə məhkəmə iclasında izahat verən şahidlərin izahatları ilə ərizəçinin ifadəsi və ərizəsində qeyd etdiyi bir sıra məqamlar arasında ziddiyətlər mövcuddur. Belə ki, ərizəçi ilkin ifadəsində 1980-ci ilin may ayından 1988-ci ilin 01 fevral ayınadək işlədiyini və məlum hadisələrdən sonra evlərini tərk etmək məcburiyyətində qaldıqlarından sənədlərini itirdiyini bildimişdir. Lakin şahidlərin hər biri öz izahatlarında 1988-ci ilin noyabrında öz kəndlərini tərk etdiklərini bildirdilər. Daha sonra ərizəçi ifadəsini dəyişdirərək 1988-ci ildə məcburi şəkildə deyil, öz istəyi ilə k əndlərini tərk edib və Bakıya gəldiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçiyə maraqlı şəxs tərəfindən ünvanlanmış məktubda onun təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajının 25 ildən az (17 il 6 ay 7 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.2005-ci il və xx.xx.2006-2021-ci illər üzrə cəmi 1 ay)) təşkil etdiyi bildirilmişdir. Göründüyü kimi ərizəçi xx.xx.1988-ci il tarixdə artıq başqa müəssisədə əmək fəaliyyətinə başlamışdır və həmin dövr ərizəçinin sosial sığorta stajına daxil edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-246/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (İ.Dəmirov (sədrliyi və məruzəsi ilə), hakimlər L.Rəhimli və F.Məmmədov) maraqlı şəxs in apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

15. İşdən görünür ki, ərizə hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin əmək fəaliyyətinin məhkəmə qaydasında müəyyən edilməsi barədədir. Qanunvericiliyin tələbinə görə də məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

16. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ərizəçinin Salah kənd kolxozunda tütünçü kimi fəhlə işləməsi məhz həmin kolxozun direktoru işləmiş X2 ifadəsi ilə, eyni zamanda məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayəti vermiş maraqlı şəxsin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş ərizəçinin birinci instansiya məhkəməsinə təqdim etdiyi fotoşəklinin əks olunduğu tütün istehsalını özündə ifadə edən həmin dövrə aid fotoşəkillərlə də təsdiq olunur. Buna görə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 17 nömrəli, 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajın ın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə, Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 Şəxsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasında izahat verən şahidlərin izahatları ilə ərizəçinin ifadəsi və ərizəsində qeyd etdiyi bir sıra məqamlar arasında ziddiyətl ər mövcuddur. Belə ki, ərizəçi ilkin ifadəsində 1980-ci ilin may ayından 1988-ci ilin 01 fevral ayınadək işlədiyini və məlum hadisələrdən sonra evlərini tərk etmək məcburiyyətində qaldıqlarından sənədlərini itirdiyini bildimişdir. Lakin şahidlərin hər biri öz izahatlarında 1988-ci ilin noyabrında öz kəndlərini tərk etdiklərini bildirilmişdilər. Daha sonra ərizəçi ifadəsini dəyişdirərək 1988-ci ildə məcburi şəkildə deyil, öz istəyi ilə kəndlərini tərk edib və Bakıya gəldiyini bildirmişdir. İş üzrə ərizəçi və şahidlərin izahatlarında olan həmin ziddiyyətli məsələlərə apellyasiya instansiya məhkəməsi münasibət bildirməmiş, həmin hallara aydınlıq gətirmədən, kifayət qədər araşdırma aparmadan qərar çıxarmışdır. Ərizəçi maraqlı şəxs tərəfindən ünvanlanmış məktubda onun təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajının 25 ildən az (17 il 6 ay 7 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.2005-ci il və xx.xx.2006-2021-ci illər üzrə cəmi 1 ay)) təşkil etdiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən də görünür ki, ərizəçi xx.xx.1988-ci il tarixdə artıq başqa müəssisədə əmək fəaliyyətinə başlamışdır və həmin dövr ərizəçinin sosial sığorta stajına daxil edilmişdir. Qeyd etmək lazımdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-246/2024 nömrəli qətnaməsində ərizəçinin Salah kənd kolxozunda tütünçü kimi fəhlə işləməsi məhz həmin kolxozun direktoru işləmiş X2 ifadəsi ilə, eyni zamanda ərizəçinin təqdim etdiyi fotoşəklinin ək s olunduğu tütün istehsalını özündə ifadə edən həmin dövrə aid fotoşəkillərlə də təsdiq olunduğu qeyd edilmişdir. İş üzrə şahid qismində çıxış edən X2 təqdim etdiyi əmək kitabçası və fotoşəklə əsasən apellyasiya instansiya məhkəməsi ərizəçinin 1980-ci ilin may ayından 1988-ci ilin 01 fevral tarixədək Qərbi Azərbaycan Karvansaray (İcəvan) rayonunun Salah kənd kolxozunda işləməsi faktını təsdiq edərək maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Belə ki, şahid qismində cəlb edilən şəxslərdən digər iki şəxsin heç birinin əmək kitabçası mövcud deyil. Məhkəmə müvafiq qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Ərizəçinin əmək kitabçasında onun dublikat olması və ya əvvəllər başqa yerlərdə işləməsi barədə qeyd mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Ərizəçi kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Maraqlı şəxs kasasiya şikayətində apellyasiya instansiyası məhkə məsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. Maddə 307.2.11. Məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

25. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. Maddə 14.2 Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzə rə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

34. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu (01 yanvar 2006-cı ilədək qüvvədə olmuş)

35. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və koop erativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

36. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə

37. Bənd

16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər föv qəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. “İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakt eri şahid ifadələrinə əsasən müəyyən edilmir.

38. Bənd

17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, ərizəçi onun 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməyi faktının müəyyən edilməsini xahiş edir.

41. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir. Bu cür faktlar, mahiyyəti konkretləşdirilərək MPM-nin 307.2.1-307.2.10-1-ci maddələrində müəyyən edilmişdir. Eyni zamanda MPM-nin 307.2.11-ci maddəsində qanunvericilik də müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur və hazırki tələb məhz MPM-nin 307.2.11-ci maddəsində müəyyən edilmiş tələblərə aiddir.

42. MPM-nin 307.1 və 308-ci maddələrinin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

43. Bu baxımdan müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər.

44. Əmək stajının müəyyən olunması barədə tələbə baxılması üçün ikinci zəruri şərt də mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

45. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-c i il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərində qeyd olunurdu ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

46. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdı r. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır.

47. Baxılan işdə ərizəçi azərbaycanlıların deportasiya olunmuş ərazidə yaşamış şəxsdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən ona aid iş stajı sənədlərini məhz həmin səbəbdən əldə edə bilmədiyi müəyyən edilmişdir.

48. İş üzrə dindirilmiş şahidlərdən biri məhz ərizəçinin işləmiş olduğu kolxozda kolxoz sədri olmuş və o, ərizəçinin müəyyən o lunmasını xahiş etdiyi bütün müddət ərzində həmin kolxozda işləmişdir.

49. Digər iki şahdində məhz həmin müddət ərzində kolxozda müvafiq vəzifələrdə işləmələrini istisna ediən heç bir sübut yoxdur. Bununla yanaşı təqdim olunmuş fotoşəkildən də aydın olur ki, o, ərizədə iddia etdiyi vəzifənin icrası zamanı çəkilmişdir. Belə olan halda müəyyən olunması xahiş olunan faktın mümkünlüyünü istisna edən heç bir sübut mövcud deyildir. Ərizəçi mümkün sübutlarını təqdim etmiş və məhkəmələr haqlı olaraq həmin sübutları faktın təsdiq edilməsi əsasları kimi qəbul etmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-246 /2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar