Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1762/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (maraqlarına toxunan şəxs Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti) iddia ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1762/2025 (Açar sözlər: öhdəliyin icrası, qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X8, X4 ibarət tərkibdə, İddiaçı cavabdeh “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (maraqlarına toxunan şəxs Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti) “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-126/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-345/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə Maraqlı şəxs ASC ilə “X22” MMC arasında xx.xx.2010-cu il tarxdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: MMC Maraqlı şəxs ASC-yə borclu olduğu 1.315.091 avro pulun və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda yerləşən və adları həmin qərardadda olan siyahıda göstərilən mənzilləri, qeyri-yaşayış sahələrini və qarajları heç bir əlavə şərt qoyulmadan Maraqlı şəxs ASC istifadəsinə və sərəncamına verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən siyahıya əsasən həmin binanın 1-ci mərtəbəsində yerləşən 421,8 kv.metr, 2-ci mərtəbəsində yerləşən 858,2 kv.metr mağazalar Maraqlı şəxs ASC təhvil verilməlidir. 2. “X22” MMC-nin direktoru X15 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini (mağazanı) alıcıya verməyi, alıcı isə öz növbəsi ndə qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 1.500 manat olmaqla, ümumi 189.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayır və alıcıya təhvil verir. 3. “X22” MMC-nin xx.xx.2013-cü il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən ev almaq üçün 189.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. 4. “X22” MMC-nin direktoru X15 tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 144 nömrəli maliyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (mağaza) üçün şirkət ə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 144 nömrəli müqavilə əsasında onun mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m. olan qeyri-yaşayış sahəsi adlanan mağazanın ona verilməsi öhdəliyinin cavabdeh MMCyə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan zaman binada tikinti işləri getdiyi üçün MMC bildirmişdir ki, tikinti işləri 24 ay ərzində bitdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verəcək. Lakin o, dəfələrlə bu barədə MMC-yə müraciət etsə də, MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yetirməkdən yayınaraq müxtəlif bəhanələr gətirmişdir. Belə ki, MMC üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, o, mənzilə olan sahiblik hüququndan mərhum olunmuşdur.
7. MMC-nin rəhbəri X7 iddianın etiraf olunması barədə məhkəməyə yazılı ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən MMC tərəfindən həqiqətən Bakı şəhəri, Yasam al rayonu, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilməlidir. Ona görə də iddianı etiraf edərək və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra eyni məzmunlu etiraf ərizəsi MMC-nin rəhbəri X15 tərəfindən verilərək, məhkəməyə ünvanlanmışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3483/2017 nömrəli, 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim Elşad Şamayev) iddia təmin edilmiş, MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən 126 kv.metrdən ibarət olan qeyri-yaşayış sahənin (mağazanın) xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçıya təhvil verilməsi vəzifəsinin MMC-yə həvalə edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq MMC-yə ödəsə də, sonuncu həmin qeyri-yaşayış sahəsini rəsmi olaraq iddiaçıya təhvil verməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə yazılı ərizə verməklə iddianı etiraf etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1
1. Məhkəmə hesab etmişdir ki, mülki qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən, MMC isə iddianı etiraf etdiyindən, həmin etiraf isə hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından, qeyd olunan etiraf qəbul edilməli və iddia təmin olunaraq sözügedən qeyri-yaşayış sahəsi (mağaza) iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 442, 445, 448, 452, 752-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
13. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qəbul edilən vaxt artıq cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə Maraqlı şəxs ASC-yə təhvil verilməsi qərara alınmışdır. Həmçinin, iddiaçı cavabdeh MMC-dən 2013-cü ildə müqavilə ilə qeyriyaşayış sahəsi aldığını iddia etsə də, həmin qeyri-yaşayış sahəsinin Maraqlı şəxs A SC-yə verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda iddiaçının hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, həmin müqavilə qanunsuz olmuşdur. Həmin işə baxılarkən cavabdeh MMC-nin iştirakı təmin edilməmiş, məhkəmə tərəfindən həmin müqavilənin həqiqiliyini təyin etmək üçün ekspertiza keçirilməmişdir. İddiaçı ilə müqavilə 2013-cü ildə bağlanmışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hazırkı müqavilə həmin dövrdə MMC-nin direktoru olmuş Elnur Məmmədov ilə bağlanmışdır. Elnur Məmmədov isə direktor olduğu dövrdə törətdiyi qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir və hal-hazırda cəza çəkir. Qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla çıxarılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin s orğusuna Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-345/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən MMC-dən Maraqlı şəxs ASC-nin xeyrinə cəmi 1.315.091 avro pul tutulmalı, tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində MMC tərəfindən tikilən binanın “A” blokunda olan 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə 421 kv.m və 2-ci mərtəbədə 858 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2011-ci ildə daxil olmuş və müvafiq qaydada icraata başlanılmış, icra tədbirləri nəticəsində icra sənədi üzrə 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj Maraqlı şəxs ASC-yə veri lmişdir. Digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbilə onların təhvil verilməsini təmin etmək mümkün olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-9880/2021 nömrəli, 23 dekabr 2021-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmi şdir ki, iddiaçı əmlak (qeyri-yaşayış sahəsi) almaq məqsədi ilə cavabdeh MMC-yə müraciət etmiş, onların arasında qeyd edilən əmlakın alğı-satqısı ilə bağlı müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin cavabdeh müqavilə öhdəliyini icra etməyərək, müqavilə ilə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini iddiaçıya verməkdən yayınmışdır. Mülki iş üzrə məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Maraqlı şəxs ASC hazırkı qətnamə qəbul edilən vaxt MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m. olan qeyri-yaşayış sahəsinin Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən artıq onlara təhvil verilməsinə istinad etmişdir. Lakin həmin qərardadda qeyd edilən mağazaların binanın müvafiq mərtəbələrinin hansı hissələrində yerləşməsi dəqiq göstərilməmişdir. Bununla yanaşı, iş materialları ilə müəyyən edilmişdir ki, həmin məhkəmə qərardadı icra edilməsi üçün Bakı şəhəri Yasamal rayonu icra və probasiya şöbəsinə 2011-ci ildə daxil olsa da, tam icra edilməmiş, qeyd edilən mağazalar tələbkara təhvil verilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunun 1-ci mərtəbəsində 421,8 kv.m. mağaza sahəsinin həmin binanın hansı hissəsində yerləşməsi, o cümlədən hazırkı qətnamə ilə iddiaçıya təhvil verilmiş 126 kv.m qeyri-yaşayış sahəsi (mağaza) ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilməmişdir. Maraqlı şəxs ASC bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla da, hazırkı qətnamə əsasında iddiaçıya təhvil verilməsi qət edilmiş qeyri-yaşayış sahəsinin (mağazanın) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-yə təhvil verilməli olan mağaza sahəsi ilə üst-üstə düşməsi halı sübuta yetirilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157, 442, 445, 448, 452-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 88, 217.4 və 385.2-ci maddələrin ə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
21. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən vaxt artıq cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsinin Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə Maraqlı şəxs ASC-yə təhvil verilməsi qərara alınmışdır. Həmçinin, iddiaçı cavabdeh MMC-dən 2013-cü ildə müqavilə ilə qeyri-yaşayış sahəsi aldığını iddia etsə də, həmin qeyri-yaşayış sahəsinin Maraqlı şəxs ASC-yə verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda iddiaçının hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, həmin müqavilə qanunsuz olmuşdur. Həmin işə baxılarkən məhkəmələr tərəfindən həmin müqavilənin həqiqiliyini təyin etmək üçün ekspertiza keçirilməmişdir. İddiaçı ilə müqavilə 2013-cü ildə bağlanmışdır. Məhkəmələr iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hazırkı müqavilə həmin dövrdə MMC-nin direktoru olmuş Elnur Məmmədov ilə bağlanmışdır. Elnur Məmmədov isə direktor o lduğu dövrdə törətdiyi qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir və hal-hazırda cəza çəkir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozmaqla çıxarılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3021/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov (məruzəçi), İsmayıl Xəlilov və Ələsgər Əliyev) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
24. Kassasiya instansiyası məhkəməsi aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə iş üçün mühüm əhəmiyyət kəs b edən hallar araşdırılmadan, sübutlara tam və hərtərəfli qiymət verilmədən və beləliklə də qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarıldığından ləğv edilməlidir.
25. Maraqlı şəxs ASC-nin apellyasiya şikayətinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məktub göndərilmiş və həmin məktubda icra vərəqəsi üzrə həyata keçirilmiş icra hərəkətləri barədə sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Həmin məktuba icra şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavaba görə xx.xx.2010-cu il tarixli icra sənədi icra şöbəsinə xx.xx.2011-ci il tarixdə daxil olmuş və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 qaraj Maraqlı şəxs ASCyə təhvil ver ilmiş, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmamışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən mübahisəli vəziyyətdə həqiqətə nail olmaq üçün Bankın, MMC-nin nümayəndələrinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakının təmin edilməklə işə baxılması mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxmış və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olubolmaması yoxlanılmamış və bu məqsədlə heç bir araşdırma aparılmamışdır.
27. İddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlmək üçün əsas verməmişdir.
28. MMC ilə iddiaçının arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilməmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünmüşdür ki, icra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri binanın həm birinci, həm də 2-ci mərtəbələrində yerləşir. İddiaçının isə iddia etməsinə görə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi binanın 1-ci mərtəbəsində yerləşir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, belə olan halda, MMC-yə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən olunmalı və bununla əlaqədar binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq olunmalı, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən olunmalı, yerli baxış keçirilməklə mübahisəli qeyri-yaşayış sahəsinin yeri müəyyən olunmalı, həmin sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməli idi.
30. Apellyasiya instansiyası məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf olunmasını iddianın təmin edilməsi üçün əsas kimi qəbul edərkən Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsi nin hazırkı vəziyyətdə iddianın təmin edilməsi üçün əsas verməməsini nəzərə almamışdır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, qəbul edilmiş qətnamə Bankın maraqlarına toxunduğundan apellyasiya instansiyası məhkəməsinin MPM-in 52 və 191-ci maddələrinə istinad etməsi əsassız olmuşdur.
32. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələb qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlıdır. Əgər tərəflər arasında qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı heç bir mübahisə yox idisə, onda iddiaçının hansı səbəbdən belə bir iddia ilə məhkəməyə müraciət etməsi aydın deyildir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
33. İşə ikinci dəfə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə tərəflər təyin edilmiş yerə gəlmədiyindən, tədqiqat obyektinə dair hüquqmüəyyənedici və texniki sənədlər Mərkəzə təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən iddiaçı, maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X9 və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın ərazisində olan mühafizəçi X1 iştirakları ilə yerində müayinə aparılmış, maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-yə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-345/2010 nömrəli, xx.xx.2010-cu il tarixl i qərardadına əsasən qarajlardan başqa hər hansı bir qeyri-yaşayış sahəsinin təhvil verilmədiyi, iddiaçıya verilmiş - Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın görünən birinci mərtəbəsində sağ tərəfdən birinci olan qeyri-yaşayış sahəsinin gözəyarı baxışla 126 kv.m. olması müəyyən edilmiş, əlavə sübut və dəlillər təqdim edilməmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-421/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, icra sənədi icra şöbəsinə xx.xx.2011-ci il tarixdə daxil olmuş və icra tədbirləri nəticəsində 2 ədəd təmirsiz mənzil və 117 qaraj Maraqlı şəxs ASC-yə təhvil verilmiş, digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbindən onların təhvil verilməsinin təmin edilməsi mümkün olmamışdır. İddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməsi və mübahisə edilən sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olması heç bir sübutla təsdiq edilmədiyindən maraqlarına toxunan Bankın göstərdiklərinin əsassız olması qə naətinə gəlmək üçün əsas vermişdir.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməməsi belə, mübahisələndirilməyən müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi üçün və iddianın rədd edilməsi üçün əsaslar müəyyən etmir. Cavabdehin məlumatlandırılmasına baxmayaraq, məhkəmə kollegiyasının iclaslarında iştirakdan yayınması tərəflər arasında anlaşılmazlıqların olmasına dəlalət etmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, digər icra sənədi üzrə araşdırma aparmaq səlahiyyəti isə hazırkı icraatın vəzifələrinə aid olmadığından, maraqlarına toxunan şəxsin (Bankın) barışıq sazişindən irəli gələn icra sənədinin icrası ilə əlaqədar müvafiq tələblər irəli sürmək kimi hüquqları vardır.
39. Apellyasiya instansiyası məhkəməsi mövq eyini Mülki Məcəllənin 178, 442, 567, 569, 570, 762-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
40. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən mübahisəli vəziyyətdə həqiqətə nail olmaq üçün cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə məşğul olan icra məmurunun iştirakını təmin etməklə işə baxılmasının mübahisəyə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, onların iştirakı olmadan işə baxıb və bu zaman mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmadığını yoxlamamış və bu məqsədlə heç bir araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilənin həqiqi olub-olmadığını müəyyən etmək məqsədilə cavabdeh tərəfindən 2013-cü il tarixdə MMC-nin direktoru olmuş Elnur Məmmədovun rəhbərliyi dövründə bağlanmış müqavilələri iddiaçı ilə bağlanmış müqavilə ilə tutuşduraraq müqayisə etməli, müqavilələrin forması, məzmunu, şrifti, habelə Elnur Məmmədovun imzası tutuşdurulmalı idi. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, sözügedən bin ada 1-ci mərtəbədə neçə kv.metr qeyri-yaşayış sahəsinin mövcud olduğunu, 1-ci mərtəbə üzrə (qeyri-yaşayış sahəsi) neçə müqavilə bağlanıldığını, bağlanmış müqavilələr üzrə neçə kv.metr sahə satıldığını, iddiaçıya verilən sahənin konkret olaraq binanın hansı hissəsində olduğunu, iddiaçıya sahə verilərkən sahənin ayrılması, dislokasiyası, sxemi əks etdirən sənədlərin mövcud olub-olmadığını müəyyən etməli idi. Həmçinin, cavabdehin nümayəndəsinin bilavasitə məhkəmə iclasında iştirakını təmin edib, hazırkı mübahisəli məsələyə onun münasibətini öyrənməmiş, başqa sözlə iş üzrə müvafiq ekspertiza keçirib iddiaçı ilə bağlanmış müqavilənin həqiqiliyini yoxlamamışdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2897/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı ilə (hak imlər Əhməd Əhmədov (məruzəçi), İspəndiyar Şəfiyev və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
43. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya instansiyası məhkəməsi bundan əvvəlki qərarında həqiqətə nail olmaq üçün Bankın, cavabdehin nümayəndəsinin və icra sənədinin icrası ilə bilavasitə məşğul olan icra məmurunun iştirakları ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmamasının yoxlanılması; cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçülərinin müəyyən olunması; bununla əlaqədar olaraq həmin binanın texniki sənədlərinin tərəflərin birgə iştirakı ilə tədqiq edilməklə, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerinin müəyyən edilməsi; habelə iddianın cavabdeh tərəfindən etiraf olunması Bankın hüququnu pozduğu üçün bunun qəbuledilməz olmaqla, Mülki Prosessual Məcəllənin 52, 191-ci maddələrinə istinad edilməsinin əsassız olması; tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı mübahisə olmadığı halda, iddiaçının hansı səbəbdən belə bir tələblə məhkəməyə müraciət etməsinin aydınlaşdırılmaması və sair barədə konkret göstərişlər verdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamaqla Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmuşdur.
44. Digər tərə fdən işdən görünmüşdür ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi xx.xx.2013-cü il tarixli müqavilədə göstərilən, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi barədədir. Cavabdeh isə məhkəməyə yazılı ərizə verərək, iddianı etiraf etmişdir. Belə olan halda tərəflər arasında məhkəmədə baxılmalı olan mübahisənin nədən ibarət olduğu məlum deyil.
45. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmiş və iddiaçının hansı səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə aydınlıq gətirməmişdir. Əksinə, belə bir iddianın qaldırılması əslində qanuni qüvvəyə minmiş məhkəmə aktını cavabdehin icra etməsindən yayınmasına yönəlmişdir.
46. Belə ki, işdən görünmüşdür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə Bankla cavabdeh arasında xx.xx.2010cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilib və həmin qərardad üzrə verilmiş icra sənədinə əsasən, cavabdehdən Bankın xeyrinə 1.315.091 avro pul tutulmuş və tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə yönəldilmişdir. Qeyd olunan icra sənədi İcra Şöbəsinin icraatına xx.xx.2011-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icra icraatına başlanılmış və icra tədbirləri nəticəsində icra sənədinə əsasən sözügedən əmlak lardan Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilmişdir. Digər mənzillərdə yaşayış olduğu, cavabdeh tərəfindən sonradan müqavilə ilə başqa şəxslərə satıldığı, mənzillərin və qeyri-yaşayış sahələrinin yerləşdiyi yer dəqiq göstərilmədiyi üçün, onların Banka təhvil verilməsi mümkün olmamışdır.
47. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbulundan sonra cavabdeh açıq-aşkar iddiaçıya Bankın hüququndan və iddiasından azad olmayan qeyri-yaşayış sahəsi (mağaza) vermişdir. Başqa sözlə, Bank cavabdehə vermiş olduğu pul vəsaiti həcmində sözügedən əmlaklara, yəni Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində onun tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə 2010-cu ildən iddialı olmuş, mübahisəli qeyri-yaşayış sahəsi isə iddiaçıya 2013-cü ildə satılmışdır.
48. Belə olan halda hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə tərəflərin, Bankın nümayəndəsinin, habelə sözügedən icra sənədinin icrası ilə məşğul olan icra məmurunun məhkəmə iclasında iştirakları təmin edilməklə məsələyə aydınlıq gətirilməli, zərurət yaranarsa iş üzrə müvafiq ekspertizalar keçirilməklə həm borcun əvəzinə Banka verilmiş yuxarıda qeydə olunan binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 421 kv.metr, 2ci mərtəbəsində yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinin, həm də iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin yerində ölçüləri, sərhədləri, həmi n qeyri-yaşayış sahələrinin binanın hansı hissələrində yerləşmələri, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən qeyri-yaşayış sahələrinə daxil olub-olmaması, həmçinin mübahisəli 126 kv.metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarlılığı yoxlanılmalı və yalnız bundan sonra iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.
49. Bunun üçün, 2013-cü ildə cavabdehin qanuni təmsilçisi olmuş Elnur Məmmədovun imzaladığı digər müqavilələrlə, iddiaçı ilə bağlanmış müqavilənin forması, məzmunu, şrifti və sair xüsusi əlamətləri qarşılıqlı şəkildə tədqiq edilməli, sözügedən binanın 1-ci mərtəbəsində ümumiyyətlə neçə kv.metr qeyri-yaşayış sahəsinin mövcud olduğu, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələ rinə dair hansı ölçüdə neçə müqavilənin bağlandığı, həmin müqavilələr üzrə faktiki neçə kv.metr sahənin satıldığı, mübahisəli 126 kv.metr qeyri-yaşayış sahəsinin dislokasiyasını, sxemini özündə əks etdirən sənədlərin mövcud olub-olmadığı tərəflərin iştirakı ilə araşdırılmalı və həmin sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, öz qərarının icrasını təmin etməmiş və xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirmədən, iş üzrə yekun məhkəmə aktını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, aidiyyəti sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışmış və nəticədə Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 77.3, 81, 99-cu maddələrinin tələblərini pozmuşdur.
51. Bundan başqa, iddiaçıya verilmiş sahənin icra sənədində olan sahə ilə üst-üstə düşməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi heç bir sübuta əsaslanmamaqla, ehtimal xarakteri daşıdığından qətnamədə müəyyən olunmuş həmin hal Bankın göstərdiklərinin əsassız olması qənaətinə gəlməyə əsas verməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi ümumiyyətlə göstərilməmişdir. İcra sənədinə əsasən Banka verilməli olan qeyri-yaş ayış sahələri isə binanın həm 1-ci, həm də 2-ci mərtəbələrində yerləşir.
52. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin yalnız tərəflərin izahatlarına əsaslanaraq iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin sözügedən binanın məhz 1-ci mərtəbəsində yerləşməsinə dair gəldiyi nəticə qanuni əsaslı sayıla bilməz. Çünki işdə, ümumiyyətlə sözügedən binanın, habelə iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki vəziyyətini özündə əks etdirən heç bir sənəd (binanın, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin sxemi, eskizi, texniki pasportu və sair) yoxdur. İddiaçı ilə bağlanmış müqavilədə isə həmin qeyri-yaşayış sahəsinin binanın neçənci mərtəbəsində yerləşməsi göstərilməmişdir.
53. Digər tərəfdən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitə ləri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
54. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehə məxsus binada yerləşən bütün qeyri-yaşayış sahələrinin yerləri və ölçüləri müəyyən edilməli və bununla əlaqədar olaraq binanın texniki sənədləri tərəflərin birgə iştirakı ilə tədqiq olunmalı, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yeri müəyyən edildikdən sonra, həmin sahənin barışıq sazişində və icra sənədində göstərilən qeyriyaşayış sahələrinə daxil olub-olmaması müəyyənləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
55. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq, hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-t exniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3930 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən binada qeyri-yaşayış sahəsi təsdiq edilmiş layihə sənədlərinə əsasən, ±0.00 səviyyədə (yer səviyyəsində) 1-ci mərtəbədə yerləşir və həmin layihə sənədlərində Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən yaşayış kompleksində ümumilikdə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1427,3 kv.m. göstərilmişdir. Lakin faktiki olaraq, qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edildiyindən, layihədə göstərilən vəziyyətdə saxlanılmadığından, eləcə də həmin sahələr ayrı-ayrı şəxslərin istifadəsində olduğundan faktiki vəziyyətdə sahələr ini müəyyən etmək mümkün olmamışdır (İ sual üzrə). Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində MMC tərəfindən tikilən binada iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsünün 124,16 kv.metr təşkil etdiyi, həmin qeyri-yaşayış sahəsinin faktiki olaraq -3.30 səviyyəli zirzəmidə yerləşdiyi, təsdiq edilmiş layihə sənədlərində isə ±0.00 səviyyə (yer səviyyəsi) 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdiyi müəyyən edilmişdir. Lakin, iddiaçı ilə MMC arasında xx.xx.2013-cü il tarixdə müqavilədə 126,0 kv.m. göstərilsə də həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsinə dair ayrıc aktı və ya plansxem müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır (İİ sual üzrə). Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində MMC tərəfindən tikilən bina təsdiq edilmiş layihə sənədlərinə uyğun inşa edilmədiyindən, iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyriyaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem olmadığından, bu suallar üzrə tədqiqat aparılmamışdır (İİİ və İV suallar üzrə). Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edildiyindən, layihədə göstərilən vəziyyətdə saxlanılmadığından, eləcə də həmin sahələr ayrı-ayrı şəxslərin istifadəsində olduğundan faktiki vəziyyətdə sahələrinin sahəsini müəyyən etmək mümkün olmamışdır. Lakin binaya dair təsdiq edilmiş layihə sənədlərində 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin ümumi sahəsi 1427,3 kv.m. gö stərilmişdir. İddiaçı ilə MMC arasında xx.xx.2013-cü il tarixdə müqavilədə 126,0 kv.m. göstərilsədə həmin qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinə dair hansı ölçüdə neçə müqavilənin bağlandığının, həmin müqavilələr üzrə faktiki neçə kv.metr sahənin satıldığının müəyyən edilməsi “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, sualın bu hissəsi üzrə tədqiqat aparılmamışdır (V sual üzrə). Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, eləcə də Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə Bankla cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış barışıq sazişi üzrə verilmiş icra sənədində qeyd edilmiş Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində MMC tərəfindən tikilən binanın 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr qeyri-yaşayış sahələrini özündə əks etdirən hər hansı bir texniki sənəd (plan-sxem, cizgi, ayrıc aktı ve s.) olmadığından qərardadın altıncı və yeddi sualları üzrə tədqiqat aparılmamışdır (Vİ və Vİİ suallar üzrə).
56. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 4 ünvanında 0,4 ha torpaq sahəsi üzərində tikilən MMC-yə məxsus hündürmərtəbəli yaşayış binasının tikintisinə dair həmin idarənin xx.xx.2011-ci il tarixli, 18/04-286 nömrəli məktubu ilə razılaşdırılmış eskiz layihəsi məhkəməyə təqdim edilmişdir.
57. Apellyasiya baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçının, Maraqlı şəxs ASC-nin nümayəndəsi X6, ekspert X10, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə xx.xx.2025-ci il tarixdə yerli müayinə keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin girişi həyət tərəfdəndir. Yəni, həyətin içindən üzü binaya baxanda binanın “A” blokunda birinci mərtəbəsində sağ tərəfində yerləşir. Həmin qeyri-yaşayış sahəsinin girişi həyət tərəfdəndir və qabağı açıqdır. Mübahisəli qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edi lib. Qeyri-yaşayış sahəsinin tavan hissəsində binanın bütün kommunikasiya xətləri, yəni kanalizasiya və su xətlərinə aid olan boruların mövcudluğu müəyyən edildi. İş materiallarına əlavə olunmuş layihə sənədlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin bina təsdiq edilmiş layihə sənədlərinə uyğun inşa edilməmişdir. İş materiallarına əlavə olunmuş eskiz layihənin 3-cü səhifəsində qaraj kimi göstərilən yer hazırkı mübahisəni təşkil edən yerdir.
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-126/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəlki apellyasiya baxışı zamanı xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardad icra edilməmişdir. Halbuki hazırda borcun əvəzinə Banka verilmiş yuxarıda qeydə olunan binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 421 kv.metr, 2-ci mərtəbəsində yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinin, həm də iddiaçıya verilmiş sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin yerində ölçüləri, sərhədləri, həmin qeyriyaşayış sahələrinin binanın hansı hissələrində yerləşmələri, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icra sənədində göstərilən q eyri-yaşayış sahələrinə daxil olubolmamasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/3930 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi verilmişdir.
60. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadına əsasən verilmiş icra sənədi ilə bağlı 21(103)-345/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra işi tələb olunmuş və müəyyən edilmişdir ki, qeyd olunan icra sənədi tam icra olunmamışdır. Eyni zamanda isə digər icra sənədi, yəni iddiaçının tələbi üzrə başlanılmış xx.xx.2017-ci il tarix li, 2(004)-3483/2017 nömrəli icra işi tapılmadığından apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır.
61. Təkrar apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən binada qeyri-yaşayış sahəsi təsdiq edilmiş layihə sənədlərinə əsasən, ±0.00 səviyyədə (yer səviyyəsində) 1-ci mərtəbədə yerləşir və həmin layihə sənədlərində Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində tikilən yaşayış kompleksində ümumilikdə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1427,3 kv.m. göstərilmişdir. Lakin faktiki olaraq, qeyri-yaşayış sahəsinin daxilində arakəsmələr inşa edildiyindən, layihədə göstərilən vəziyyətdə saxlanılmadığından, eləcə də həmin sahələr ayrı-ayrı şəxslərin istifadəsində olduğundan f aktiki vəziyyətdə sahələrini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilən binada iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsünün 124,16 kv.metr təşkil etdiyi, həmin qeyri-yaşayış sahəsinin faktiki olaraq -3.30 səviyyəli zirzəmidə yerləşdiyi, təsdiq edilmiş layihə sənədlərində isə ±0.00 səviyyə (yer səviyyəsi) 1-ci mərtəbəsində qeyri-yaşayış sahələrinin yerləşdiyi müəyyən edilmişdir. Lakin, iddiaçı ilə MMC arasında xx.xx.2013-cü il tarixdə müqavilədə 126 kv.m. göstərilsə də həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem müqaviləyə əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun sahənin yerini dəqiqliklə müəyyən etmə k mümkün olmamışdır.
62. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, eyni zamanda qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadının qəbulundan sonra MMC açıq-aşkar iddiaçıya Bankın hüququndan və iddiasından azad olmayan qeyri-yaşayış sahəsi (mağaza) vermişdir. Başqa sözlə, Bank MMC-yə vermiş olduğu pul vəsaiti həcmində sözügedən əmlaklara, yəni Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sahəsində onun tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə 2010-cu ildən iddialı olmuş, mübahisəli qeyri-yaşayış sahəsi isə iddiaçıya 2013-cü ildə satılmışdır.
63. Məhkəmə kol legiyası bundan başqa qeyd etmişdir ki, sözügedən müqavilələrin hər ikisini X15 imzalamışdır. Hazırkı iş üzrə MMC Bakı Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadından məlumatlı olduğu halda iddiaçı ilə xx.xx.2013-cü il tarixli müqavilə bağlamaqla Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyi üzərinə götürmüşdür. Digər tərəfdən MMC tərəfindən hazırkı iddia tələbinin etiraf olunması Bankın hüququnu pozduğu üçün qəbuledilməz olmuşdur. Bundan başqa, MMC-nin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında məhkəməyə ünvanlanmış etiraf ərizəsində olan imzanın ona aid olmadığını (cild 1, i.v. 18), eləcə də digər etiraf ərizəsində də (cild 1, i.v. 29) direktor X13 aid olmadığını bildirmişdir.
64. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsinin qərarında şəhr olunmuş MMC-nin qanuni təmsilçisi olmuş X11 imzaladığı digər müqavilələrlə, iddiaçı ilə bağlanmış müqavilənin forması, məzmunu, şrifti və sair xüsusi əlamətləri qarşılıqlı şəkildə tədqiq edilməlii olmasına dair göstərişi üzrə bu hal hazırkı vəziyyətdə iş üçün mühüm hüquqi əhəmiyyət kəsb etmədiyindən aparılmasına zərurət qalmamışdır. Belə ki, 2013-cü ildə iddiaçı ilə X15 arasında müqavilə bağlanmasına baxmayaraq, 2010-cu ildə bağlanmış barışıq sazişinə əsasən Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə sazişin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi ilə bağlı müqavilə bağla mışdır. Bununla yanaşı hazırkı apellyasiya baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçının, maraqlı şəxs "Rabitəbank” ASC-nin nümayəndəsi X6, ekspert X10, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə yerli müayinə keçirilmişdir.
65. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı iddianın qaldırılması əslində qanuni qüvvəyə minmiş məhkəmə aktını MMC-nin icra etməsinin yayınmasına yönəlmişdir. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə Bankla MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və həmin qərardad üzrə verilmiş icra sənədinə əsasən, MMC-dən Bankın xeyrinə 1.315.091 avro pul tutulmuş və tutma Bakı şəhəri, Talıblı küçəsində 0,4 ha torpaq sa həsində cavabdeh tərəfindən tikilən binanın “A” blokunda yerləşən 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə yerləşən sahəsi 421 kv.metr və 2-ci mərtəbədə yerləşən sahəsi 858 kv.metr olan qeyri-yaşayış sahələrinə yönəldilmişdir. Qeyd olunan icra sənədi İcra Şöbəsinin icraatına xx.xx.2011-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icra icraatına başlanılmış və icra tədbirləri nəticəsində icra sənədinə əsasən sözügedən əmlaklardan Banka 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj verilmişdir. Digər mənzillərdə yaşayış olduğu, MMC tərəfindən sonradan müqavilə ilə başqa şəxslərə satıldığı, mənzillərin və qeyri-yaşayış sahələrinin yerləşdiyi yer dəqiq göstərilmədiyi üçün, onların Banka təhvil verilməsi mümkün olmamışdır.
66. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, tərəflər arasınd a bağlanmış sözügedən müqavilədə qeyri-yaşayış sahəsinin ölçüsünün 126 kv.metr olması göstərilsə də, həmin sahənin binanın neçənci mərtəbəsində yerləşməsi ümumiyyətlə göstərilməmişdir. İcra sənədinə əsasən Banka verilməli olan qeyri-yaşayış sahələri isə binanın həm 1-ci, həm də 2-ci mərtəbələrində yerləşmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdırmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyriyaşayış sahəsinin (mağazanın) ona təhvil verilməsi öhdəliyinin MMC-yə həvalə edilməsi üçün əsaslar olmamışdır. İddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.
67. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157, 442, 448, 452, 568, 752, 762-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 206.1, 217.1, 217.3, 218.1, 372, 384.0.2, 385.1.1 - 385.1.2, 405 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
68. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
69. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli sahə Maraqlı ş əxs ASC-yə 2010-cu ildə barışıq sazişi ilə verilmiş sahələrlə üst-üstə düşmədiyi üçün MMC tərəfindən 2013-cü ildə iddiaçıya həmin sahə satılmış və dəyəri alınmışdır. Əgər həmin sahə 2010-cu ildə Maraqlı şəxs ASC-yə verilsə idi, barışıq sazişini imzalayan şəxslə iddiaçının müqavilələrini imzalayan şəxs eyni şəxs olduğundan həmin sahəni 2013-cü ildə iddiaçıya satmazdı. İş üzrə ekspert rəylərində qeyd olunduğu kimi, məhkəmə iclaslarında da Maraqlı şəxs ASC iddia etdiyi sahənin iddiaçıya verilmiş sahə ilə üst-üstə düşməsini sübuta yetirə bilməmişdir.
70. Bundan başqa məhkəmədə izahat verən MMC-nin nümayəndəsi X2 qeyd olunan şəxs MMC-nin nümayəndəsi deyil, etibarnaməsi olmamış və təsisçi olsada belə MMC-nin adından məhkəmədə izahat vermək səlahiyyəti olmamışdır. Həmin şəxs birinci instansiya mə hkəməsinə iddianı etiraf etməsi barədə məktub göndərmişdir. MMC tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyi üçün MMC-yə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Bütün bunlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunsuzluğa və pozuntuya yol verərək, MMC-nin adından danışmaq səlahiyyəti olmayan X5 izahatına istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız olaraq ləğv etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
71. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
72. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra e dərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
73. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
74. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
75. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
76. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
77. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tut ulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
78. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
79. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkə n bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
82. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
85. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
86. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
87. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
88. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
89. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təm in olunub-olunmadığını müəyyən edir.
90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
92. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
93. Maddə 418.3. Prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
94. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
95. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
96. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
98. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisən in maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
99. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 100. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessu al hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
101. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 a prel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
102. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
103. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-126/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.