Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1766/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Kamil Əyyubov adına 12 nömrəli məktəbə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Kamil Əyyubov adına 12 nömrəli məktəbə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2(103)-1561/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 1 7 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)-5409/2022 nömrəli iş üzrə 8 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Azad İmanovun sədrliyi və məruzəsi ilə, Qürbət Əsgərov və Fuad Talışınskidən ibarət tərkibdə) apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.
5. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5065/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfovun məruzəsi ilə, Ələsgər Əliyev və İsmayıl Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5409/2022 saylı, 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Daha so nra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətin bərpa edilməsi barədə ərizə və ərizəyə əlavə olaraq apellyasiya şikayəti vermişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim:Həqiqət Əhmədova) ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1561/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, apellyas iya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1561/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər Azad İmanovun sədrliyi və məruzəsi ilə, Qürbət Əsgərov və Fuad Talışınskidən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
12. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı şikayətində ümumi şəkildə prosessual hüquq normaları sadalamış, həmin prosessual hüquq normalarının apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə də əməl etməmişdir. Halbuki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
13. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409 maddələrinə, eləcə də həmin Məcəllənin 3 saylı Əlavəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm əsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadları prosessual normaların tələblərinin pozulması ilə qəbul edilmiş, bununla da iddiaçının şikayətinə apellyasiya qaydasında baxılmasının qarşısı alınmış və beləliklə, onun ədalətli məhkəmə araşdırması hüququ, məhkəməyə müraciət etmə hüququ, qanun və məhkəmə qarşısında bərabərlik hüququ və məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
16. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci, 4.1-ci, 6-cı, 8-ci, 9-cu, 88-ci, 361-ci və 407-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
22. Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarə t olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırki icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasi ya şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materaillarını araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə haqlı olaraq qərardaddan verilmiş kassasiya şikayətini geri qaytarmışdır. İddiaçının apellyasiya şikayəti dəfələrlə eyni əsaslarla, yəni şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, şikayətin formasına riayət edilməməsi əsasları ilə qeyri-mümkün hesab edilmiş, lakin idiiaçı həmin nö qsanları aradan qaldırmaq əvəzinə apellyasiyanın qeyri mümkünlüyü barədə qərardaddan verdiyi kassasiya şikayətində də təkrarən eyni nöqsanlara yol vermişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əkpəm qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)1561/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə