Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1766/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-189/2024 nömrəli, 18 yanvar 2024-ci il tarixli qətnaməsindən Ərizəçi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,30 hektar torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmi şdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məlumatına əsasən, JN8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ayrılmış torpaq sahəsinə aid məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınmasına, elektron kadastr məlumat bazasında aşkar edilməmişdir. Bu səbəbdən JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ayrılmış torpaq sahəsinə aid məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması mümkün olmamışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Ərizəçi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarsinə q arş Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinincavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci i nstansiya məhkəməsində icraat:
6. Ərizəçi (bundan sonra ərizəçi) nümayəndəsi və vəkili Vəkil (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə MPM-nin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Hal-hazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyir. Bununla əlaqədar o, xx.xx.2021-ci il tarixdə qanuna müvafıq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********00 saylı cavab məktubu i lə Çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsindən təhvil alınmış Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamış, eyni zamanda Ərazi İdarəsinin elektron-məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. O, göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərilmiş əsaslarla iddia rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. O, həmçinin xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması xahişi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə müraciət edib. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri PHŞ-nin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********09 saylı məktubu ilə ona bildirilmişdir ki, elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı JN-8261N KOD 30301036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən Şəhadətnamə ilə ayrılmış tor paq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Bildirir ki, DT və XK ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə DT və XK ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir, xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv olunmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən şəhadətna mələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada onun heç bir təqsirim yoxdur. Həmçinin bildirir ki, Quba rayon AİK-nın 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahıları əlavə olunmamışdır. Yuxarıda göstərilən Şəhadətnamənin ləğv olunmuş DT və XK Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi Şəhadətnamədə göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsini qeyri-mümkün edir. Bu halda onun göstərilən torpaq sahəsinə MPMnin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə qaydasında təsdiq olunmalıdır.
8. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)14 49/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aydın Babayev) Ərizəçi xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüququ üzrə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmadığından, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatının alınması müəyyən olunmadığından Ərizəçi hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307.1 və 308-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyas iya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixli, JN8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İlkin instansiyada işə baxarkən hakim göstərilən torpaq sahəsinin 2004-cü ildən hal-hazıra qədər onun istifadəsində və faktiki mülkiyyətində olması məsələsini araşdırmalı olmasına baxmayaraq, bunun üçün heç nə etməmiş, heç olmasa torpaq sahəsinə yerində baxış keçirməmişdir. Həmçinin bildirmişdir ki, o, öz ərizəsində (müvafiq sənədləri ərizəyə əlavə etməklə) göstərmişdir ki, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reye strindən Çıxarış almaq üçün xx.xx.2021ci il tarixdə qanunamüvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********00 saylı cavab məktubu ilə Çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamış, eyni zamanda Ərazi İdarəsinin elektron-məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. O, göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması ba rədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərilmiş əsaslarla onun iddiasını rədd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin (105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hakim isə göstərilənləri onun ərizəsinin rədd olunması üçün əsas saymışdır. O, elə ona görə xüsusi icraat qaydasında torpaq sahə sinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir ki, texniki məsələlərə görə ona Reyestrdən Çıxarış verilmədiyinə görə torpaq sahəsinin onun istifadəsində və sahibliyində olması faktı hüquqi cəhətdən təsdiq olunsun. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil v erilmişdir. xx.xx.2004-cü il tarixli, JN8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada onun heç bir təqsiri yoxdur. Həmçinin qeyd olunmalıdır ki, Quba rayon Aqrar-İslahat Komissiyaının 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahıları əlavə olunmamışdır. Bu isə bir vətəndaş kimi onun təqsiri deyil. Belə ki, göstərilən bu hala əsaslansalar onda belə çıxır ki, Quba şəhərində aqrar islahat aparılarkən Quba şəhərinin sakinlərinə verilmiş bütün torpaqlar qanunsuz verilib və bu torpaqların heç birinə reyestrdən çıxarış verilməməlidir, verilmiş çıxarışlar ləğv olunmalıdır və ümumiyyətlə bütün bu torpaqlar vətəndaşlardan geri alınmalıdır? Dövlət tərəfindən verilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlarını təsdiq edən sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə yə əsasən 2004-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinin hüquqi statusu necə olmalıdır? “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” Deməli, 2 004-cü ilin noyabr ayında verilmiş Şəhadətnamə ilə təsbit olunmuş mülkiyyət hüquqları əslində şübhə altına alına bilməz. Bildirmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, “Daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlar ını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya prinsiplərinin, mülki qanunvericliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər”. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqlar torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların pla nı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Lalə Rəhimli ) 2(105)-189/2024 nömrəli, 18 yanvar 2024-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 ap rel 2019-cu il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üz rə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 217.2, 217.4, 305.1.1, 307.1, 307.2.11, 308 və 311-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
17. Qətnamədən ərizəçi (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ərizəçinin xüsusi mülkiyyətimdədir. İlkin və apellyasiya instan siyalarında işə baxarkən hakimlər göstərilən torpaq sahəsinin 2004-cü ildən hal-hazıra qədər ərizəçinin istifadəndə və faktiki mülkiyyətində olması məsələsini araşdırmalı olmasına baxmayaraq, bunun üçün heç nə etməmiş, heç olmasa torpaq sahəsinə yerində baxış keçirməmişlər. Həmçinin qeyd edilməlidir ki, ərizəçi özü ərizəsində (müvafiq sənədləri ərizəyə əlavə etməklə) göstərmişdir ki, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq üçün xx.xx.2021-ci il tarixdə qanunamüvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********00 saylı cavab məktubu ilə Çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edil miş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamış, eyni zamanda Ərazi İdarəsinin elektron-məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Ərizəçi göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərilmiş əsaslarla onun iddiasını rədd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayı t İnzibati Məhkəməsinin 2-1(118)-2160/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə isə göstərilənləri ərizəsinin rədd olunması üçün əsas saymışdır. Ərizəçi elə ona görə xüsusi icraat qaydasında torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir ki, texniki məsələlərə görə ona Reyestrdən Çıxarış verilmədiyinə görə torpaq sahəsinin onun istifadəsində və sahibliyində olması faktı hüquqi cəhətdən təsdiq olunsun. Qeyd olunmalıdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin ve rilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada mənim heç bir təqsirim yoxdur. Həmçinin qeyd edilməlidir ki, Quba rayon Aqrarİslahat Komissiyaının 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahıları əlavə olunmamışdır. Bu isə artıq bir vətəndaş kimi ərizəçinin təqsiri deyil. Belə ki, göstərilən bu hala əsaslansaq, onda belə çıxır ki, Quba şəhərində aqrar islahat aparılarkən Quba şəhərinin sakinlərinə verilmiş bütün torpaqlar qanunsuz verilib və bu torpaqların heç birinə reyestrdən çıxarış verilməməlidir, verilmiş çıxarışlar ləğv olunmalıdır və ümumiyyətlə, bütün bu torpaqlar vətəndaşlardan geri alınmalıdır? Dövlət tərəfindən verilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlar ını təsdiq edən sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 2004-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinin hüquqi statusu necə olmalıdır? Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
19. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.
20. Maddə 50.4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.
21. Maddə
55. Məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsasdır.
22. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
23. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
24. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
25. Bənd
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona m əxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
26. Bənd 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır.
27. Bənd
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digə r faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanun larda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
33. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
34. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
35. Maddə
308. Məhkəmə hü quqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
36. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəlləni n sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.
47. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
48. İzah olunma lıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə e dilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-189/2024 nömrəli, 18 yanvar 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.