Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1766/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 12.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(103)-1012/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 12 iyun 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərtilə 9500 manat məbləğində pul vəsaiti vermiş və bu barədə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Borc verən tərəfindən 115 manat məbləğində notarius xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 10073 saylı qəbzdən görünür ki, 8.500 manat X7 ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8615 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 106,15 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, təcili ona pul lazımdır, pulu ən geci 10 gün müddətində qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçı ilə razılaşaraq iddiaçıdan alacağı 9500 manat pulu ən geci 8 günə qaytaracağını bildirirək aralarında 01 sentyabr 2023-cü il tarixdə borc müqaviləsi (kredit müqaviləsi) bağlanmışdır. Həmin borc müqaviləsi üçün iddiaçı cavabdehə 9500 manat pul vermiş, əlavə olaraq notarius üçün rüsum kimi 115 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən ona verdiyi borcdan 1000 manat pul iddiaçıya ödənmişdir. Cavabdehdən borca verdiyi pulun qalan hissəsini, yəni 8500 manat pulu tələb etdikdə o müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən boyun qaçıraraq tələbini yerinə yetirməmişdir. Cavabdehlə aralarında bağlanmış 01 sentyabr 2023-cü il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən borc alan borcunu 11 sentyabr 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi (kredit müqaviləsi) üzrə borc alan tərəfindən alınan borc vaxtında qaytarılmadığı halda qanunvericiliklə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, borc müqaviləsində (kredit müqaviləsi) müqavilənin notarial qaydasında təsdiq edilməsi üçün çəkilən xərc borc alanın öhdəliyinə düşmüşdür, ancaq həmin 115 manat rüsumu da iddiaçı ödəmişdir.
4. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, ev almaq məqsədi ilə Cavabdeh bacısı ilə tanış olmuş, birlikdə notariusa getmişlər. Cavabdehin bacısı ilə krediti rəsmiləşdirmək mümkün olmadığından, cavabdehin razılığı ilə onunla iddiaçı arasında kredit müqaviləsi bağlanaraq 9500 manat tərəflərindən cavabdehə verilmişdir. Həmin pulun 1000 manatı cavabdehdə qa lmış, qalan 8500 manat cavabdeh tərəfindən X1 hesabına ödənilmişdir. Daha sonra X4 dələduz olduğu məlum olduqda, cavabdeh ona verilmiş 1000 manat məbləğində pul vəsaitini iddiaçı tərəfə geri qaytarmışdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş edərək, bildirmişdir ki, bacısı əmlak alqı-satqısı ilə məşğul olarkən X8 ilə tanış olmuşdur. Bacısı ilə birlikdə İddiaçı ev məsələsinə görə notariusa getmişlər, orada bacısı Təranənin şəxsiyyət vəsiqəsi aktiv olmadığından iddiaçının xahişi ilə onunla aralarında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ona 9500 manat pul vəsaiti verilmişdir. Həmin pulun 1000 manatı onlarda qal mış, qalan 8500 manat onun öz vasitəsi və iddiaçının iştirakı ilə X1 hesabına ödəmişdir. Daha sonra X4 dələduz olduğunu öyrəndiklərində isə, ona verilmiş 1000 manat məbləğində pul vəsaitini iddiaçı tərəfə geri qaytarmışdır. Habelə cavabdeh qeyd etdi ki, İddiaçı polis idarəsinə ərizə ilə müraciət etmiş, həmin faktla bağlı Sabunçu rayon Pois İdarəsində cinayət işi başlanmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 nömrəli 17 may 2024cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 8500 manat məbləğində pul vəsaitinin və 115 manat məbləğində notariat və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun 56,15 manat hissəsi olmaqla, cəmi 8671,15 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət e dilmişdir. (hakim Sahibə Hacıyeva)
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olması və 8500 manat məbləğində pul vəsaitinin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə verilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır.
8. Məhkəmə cavabdehin pul vəsaitini ona deyil, digər şəxsə borc verilməsi ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Yəni ki, əqdin bağlanması üçün tərəflərin iradə ifadəsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iclasında izahat vermiş cavabdeh is ə pulu notariat ofisində götürdüyünü, pulu götürdükdən bir neçə dəqiqə sonra isə üçüncü şəxs Məhəmməd Həsənovun kartına göndərdiyini bildirmiş, iddiaçı da məhkəmə iclasında pulun cavabdeh tərəfindən götürüldükdən sonra digər şəxsə göndərdiyini təsdiq etmişdir. Müqavilə onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır. Odur ki, Cavabdeh ilə Məhəmməd Həsənov arasında olan pul münasibətləri hazırkı iddianın predmenti hesab edilməməklə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin də pərdələnmiş əqd olunmasına əsas ola bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsin dəki icraat
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı özünü ev alqı-satqısı ilə məşğul olan şəxs kimi qələmə verən X8 ilə tanış olmuş, sonuncu ona ev satacağını, ilkin rəsmiləşdirmə üçün 9500 manat veməsini, 10 gün sonra isə tam sənədləşmənin həyata keçiriləcəyini və bəyəndikləri evi onlara təhvil verəcəyini bildirmişdir. Həsənov Məmməd paralel olaraq cavabdehin bacısı Təranə ilə internet üzərindən tanış olmuş, onun əlilliyi olduğu üçün ev şəraitində yalnız elanlar vasitəsilə ev alqı-satqı xidməti göstərməsini öyrənmiş və ona zəng edərək, özünün guya nazirlikdə işlədiyini və həmin gün işdən çıxa bimədiyini d emiş və onun əvəzinə Təranənin təcili həmin gün bir müştəri ilə görüşüb ondan 9500 manat pul məbləğinin alınıb ona köçürməsini xahiş etmiş, əvəzində ona 1000 manat xidmət haqqı söz vermişdir. Birdən birə belə böyük xidmət haqqı məbləğinə həvəslənən Təranə, hara lazım olsa gedə biləcəyini demişdir. Sonra Təranə öz bacısı Cavabdeh zəng edərək, onu maşınla notariat oifisinə aparmasını xahiş etmişdir. Bacısı onu aparmış, orada ilk dəfə İddiaçı görmüşlər. Sənədləşmə zamanı Təranənin vəsiqəsi aktiv olmadığı üçün, o bacısı Gülnarədən (cavabdeh) onun əvəzinə sənədlərə imza etməyi xahiş etmişdir. Qeyd edilməlidir ki, hər iki bacı əslində sənədləşmənin mahiyyətinə varmamış və X3 göstərişlərinə əməl etmişlər. Bu zaman İddiaçı də bunu təsdiq etmiş və ev almaq üçün notariusa gəldiyini bildirmiş, bundan əvvəl onu bura X4 göndərdiyini demişdir. Orada iddiaçı 9500 manat pulu cavabdehə vermiş, sonra iddiaçının iştirakı ilə həmin vəsaitin 8500 manatı dərhal ödəmə terminalı vasitəsilə elə notariusda Həsənov Məmmədin kartına köçürülmüşdür. Cavabdeh həmin vaxt bütün əməliyyatı öz telefonuna çəkmiş və iddiaçıya vəsaitin həqiqətən onun ev almaq istədiyi adama ödənilməsini əyani olaraq göstərmişdir. Razılaşdırqları kimi öz xidmət haqları olan 1000 azn məbləği götürərək oradan sevincli halda evə qayıtmışlar. Lakin bir müddət sonra Səidə ev satan adam Həsənov Məmməd ilə əlaqə qura bilmədikdə, onu tapmış və pullarının geri qaytarılmasını tələb etmişdir. Həmin vaxt hər ikisi polisə aldandıqları barədə Həsənov Məmməd barəsində şikayət etmiş, Gülnarə əslində onun bu olanlara heç bir aidiyyətinin olmam asını bildirmiş və o vaxt aldığı 1000 azn vəsaiti Səidəyə qaytarmışdır. Bir daha ona 8500 məbləğin özünün gözü qarşısında Həsənov Məmmədə ödənildiyini və ona aid olmadığını bildirmişdir. Sabunçu Polis İdarəsində X8 barəsində dələduzluqla iş açılmış, onun daha bir neçə adamı aldatdığı aşkara çıxmışdır. X14 axtarışdadır. Göründüyü kimi tərəflər arasında borc münasibətləri olmamış, əsl niyyət əmlak (ev) alqısı və ya bu sahədə xidmətin göstərilməsi olmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı və cavabdeh bir-birini şəxsən tanımamış, iddiaçının cavabdehə 9500 manatı borc vermək kimi niyyəti, cavabdehin isə ondan 10 günlük müddətinə 9500 manat borc pul almaq niyyəti olmamışdır. Əslində hər iki tərəfin eyni adam X8 tərəfindən aldandıqları halda, zə rərə yalnız cavabdehin məruz qalması ədalətsizdir. Yuxarıda sadalanan xüsusatlar birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tərəfindən verilən izahatlarla da təsdiq edilib, iddiaçı hadisəni olduğu kimi danışıb və məhkəmə iclasının audio-video yazılarında da var. Tərəflər arasında borc haqqında razılaşma, borc vermək və ya borc almaq kimi razılaşma və ya niyyət olmamışdır. İddiaçı tərəf əslində müqavilə tərəfi olmayan digər şəxslə şifahi razılaşma əldə etmiş, niyyət ev almaq olmuş, 9500 manat ev alınması üçün əslində digər şəxsə köçürülməsi üçün ödənilmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanan zaman iddiaçı və 3-cü şəxs Həsənov Məmməd cavabdehin bacısının ağır maddi durumundan istifadə etmiş, onu 1000 manat xidmət haqqı müqabilində notariusa g etməyə sövq etmiş və tanımadığı adam ilə müqavilə bağlamağa təhrik etmişdir. Müqavilə predmeti olan vəsait 8500 manat dərhal Həsənov Məmmədə ödənilmiş, iddiaçı bunu özü tələb etmiş və sonra da ödənilmə prosesini izləmiş, görmüşdür. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, tərəflər arasında borc münasibətləri olmamış, əsl niyyət əmlak (ev) alqısı və ya bu sahədə xidmətin göstərilməsi olmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı və cavabdeh bir-birini şəxsən tanımamış, iddiaçının cavabdehə 9500 manatı borc vermək kimi niyyəti, cavavdehin isə ondan 10 günlük müddətinə 9500 manat borc pul almaq niyyəti olmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1012/2025 nömrəli 5 fevral 2025-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 nömrəli 17 may 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. (X5 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə)
13. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə borc verilməsi cavabdehin imzaladığı, məzmunu və imzasının həqiqiliyi şübhə altına alınmadığı əsaslarla həyata keçirildiyindən hazırki halda iddia tələbini yoxlanılan hissədə təmin etməklə birinci instan siya məhkəməsi düzgün qərara gəlmişdir. Müqavilə onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatlar, Cavabdeh ilə Məhəmməd Həsənov arasında olan pul münasibətləri mübahisə predmeti hesab edilməməklə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin mövcudluğunun və həqiqiliyinin inkarına əsas ola bilməz.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli,2(103)-1012/2025 saylı qətnaməsinin ləğv edilərək, işin faktiki hallarının düzgün və tam araşdırılması üçün işi təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında borc haqqında razılaşma, borc vermək və ya borc almaq kimi razılaşma və ya niyyət olmamışdır. İddiaçı tərəf əslində müqavilə tərəfi olmayan digər şəxslə şifahi razılaşma əldə etmiş, niyyət ev almaq olmuş, 9500.0 manat ev alınması üçün əslində digər şəxsə köçürülməsi üçün ödənilmişdir. Bundan başqa qeyd edilmişdir ki, Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tərəflərin Abşeron Rayon Polis İdarəsində verdiyi ifadələr bu halları bir daha təsdiq edir.
17. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 340-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli dir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə borc verilməsi cavabdehin imzaladığı, məzmunu və imzasının həqiqiliyi şü bhə altına alınmadığı əsaslarla həyata keçirilmişdir.
34. Belə olan halda, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş h allara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1012/2025 nömrəli iş üzrə 5 fevral 2025-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.