Məhkəmə qərarları › İş №2(102)-1767/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1767/2021

30.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1767/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ağcabədi rayon İcra Hakimiyyətinin cavabdeh X-a qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1767/21 (Açar sözlər: məhkəmə qərarlarının sabitliyinin qorunması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ağcabədi rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair” Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2607/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxslər X5, X7, X6 və X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İşin halları

1. İddiaçı Ağcabədi rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Əkbərov) iddiaçı Ağcabədi rayon İcra Hakimiyyətinın Cavabdeh qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, Ağca bədi şəhəri Z.Bünyadov küçəsi 87 saylı evdə yaşayan Cavabdeh və onun ailə üzvlərinin adına yazılmış xx xxxxxxxx 1998-ci il tarixli JN-4xx xxx 60801004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının etibarsız hesab edilməsi qət оlunmuşdur.

3. Qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. 4. xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya şikayətinə qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir.

5. Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxxxx 2010-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim Zamin İbrahimov) Ağcabədi rayon Məhkəməsinin 2145/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsindən Cava bdeh tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə və apelyasiya şikayətinin baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilməmiş, apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxxxx 2010-cu il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-99/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qərardadı ilə (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi) Saleh Süleymanov və Etibar Camalov) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xxxx 2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qərardaddan Cavabdeh və vəkili X12 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3266/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova (sədrlik edən və məruzəçi) Bağır Əsədov və Akif İsgəndərov) Cavabdeh və vəkili X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-99/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. İşdən görünür ki, bundan sonra Cavabdeh vəfat etmiş və onun ailə üzvləri olan X8, X7, X6 və Bağırova Mənsumə Tapdıq qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnamədən apelyasiya şikayəti vermişlər, həmçinin məhkəməyə apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişlər.

10. Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim Etibar Quliyev) iddiaçı Ağcabədi rayon İcra Hakimiyyətinın Cavabdeh qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsindən, işdə iştirak etməyə cəlb edilməyən X8, X7, X6 və Bağırova Mənsumə Tapdıq qızı tərəfindən verilmiş apelyasiya şikayətinin baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməs i qərara alınmışdır.

11. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3831/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qərardadı ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və Fehruz Abbasov) Ağcabədi rayon Məhkəməsinin 2145/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsindən, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan X8, X7, X6 və X tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir.

12. Həmin qərardaddan mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi XX, XX, XXX və XXX vəkili Həsənova Elmira Xandəmir qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2615/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov (sədrlik edən və məruzəçi) Gündüz Quliyev və Zaur Əliyev) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3831/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: Z.Babayev, Q.Kərimov və N.Mirzəyev) iddiaçı Ağcabədi rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı, xx xxxx xx 2003-cü il tarixli qətnaməsindən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X8, X7, X6 və Bağırova Mənsumə Tapdıq qızı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir.

14. Apelyasiya məhkəməsi qərardadını Mülki Prosessual Məcəlləsinin 133.1133.5-ci maddələrinə, 233, 363.1.3, 364-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, şikayətçilər cavabdehin ailə üzvləri olmuş, məhkəmə çəkişmələri barədə məlumatlıv olmuş, apellyasiya şikayəti qanunla müəyyən edilmiş bir aylıq müddəti 16 il 03 ay 04 gün buraxmaqla verildiyindən və həmin halın mövculduğu apellyasiya qaydasında baxılmasını istisna etdiyindən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxslər X5, X7, X6 və Bağırova Mənsumə Tapdıq qızı apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailənin ümumi mülkiyyətində olan 4,8 ha torpaq sahəsinə 2018-ci ildə vərəsəlik şəhadətnaməsi alan zaman əvvəlki məhkəmə mübahisələri barədə məlumatlı olmuş və bundan sonra şikayətlər vermişlər. Hazırda həmin torpaq sahəsinə çıxarış almışlar və onların mülkiyətindədir. Məhkəmə müddətin bərpasından timtina edərkən prosessual qanunvericiliyi düzgün tətb iq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi X9 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

19. Üçüncü şəxslər və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsip inin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər (Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli Qərarı).

21. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. 22. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 361, 363 və 366-cı maddələrində apelyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Belə hüquqa malik olan şəxs apelyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır.

23. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

24. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gə lməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

26. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

27. Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

28. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

29. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Şikayətçilər Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tariхdə qəbul etdiyi qətnamə dən vermiş olduqları apellyasia şikayətinin mümkün hesab olunmasını istəyirlər. Qərarın təsviri hissəsində ardıcıllqla şərh olunduğu məlumatlardan göründüyü kimi həmin iş üzrə cavabdeh hazırkı şikayətçilərin ailə üzvü (ailə başçısı) olmüşdür.

33. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı Ağcabədi rayon İcra Hakimiyyəti xx xxx 2003-cü il tarixdə iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi xx xxxx 2003-cü il tarixdə məhkəmənin icraatına qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etmiş, məhkəmə araşdırması zamanı Cavabdeh izahat verərkən - onun və ailə üzvlərinin – yəni Cavabdeh, X2, X10, X6, X5, X4 və X3 adına yazılmış xx xxxxxxxx 1998-ci il tarixli JN-4xx xxx 60801004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının qanunsuz verilməsini etiraf etməmiş, lakin izahatında arvadının bir müddət kolxozda işləməsini qeyd etmiş, özünün və digər ailə üzvlərinin kolxozda işləmədiklərini, həmin torpaqda heç bir təsərrüfat işi aparmadıqlarını və hazırda bu torpaq sahəsinin başqa şəxs tərəfindən əkilib becərilməsini, arvadının və digər ailə üzvlərinin keçmiş N.Nərimanov adına istehsal kooperativində 03 ildən artıq işləməsinə dair heç bir sənəd və sübut təqdim edə bilmədiyini bildirmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2-145/2003 saylı qətnaməsi də xx xxxxxx 2003-cü il tariхdə qəbul edildikdən sonra qətnamənin surəti Cavabdeh təqdim edilmişdir. Cavabdeh yalnız xx xxxxxx 2010-cu il tarixdə, yəni qətnamənin qəbul edilməsindən 7 il 03 ay 14 gün sonra apelyasiya şikayəti vermişdir.

34. Cavabdeh vəfat etdikdən s onra hazırkı şikayətçilər məhkəmə qətnaməsi ilə etibarsız hesab olunan dövlət aktının itirilməsi barədə kütləvi informasiya vasitəsində rəsmi elan verdikdən sonra müvafiq sənədləşmələr apararaq torpaq sahəsinə dair Çıxarış əldə etmişlər. Ona görə hazırkı şikayətlərin əsası kimi mülkiyyətçi hüquqlarına istinad edilməsi əsaslı deyil.

35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, **********39 saylı məktubundan görünür ki, Ağcabədi şəhəri N.Nərimanov kolxozu ərazisində yerləşən 4,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə müraciət əsasında JN-459 nömrəli dövlət aktına reyestrdən çıxarış verilən zaman, Ağcabədi rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-145 saylı qətnaməsi barədə hər-hansı bir məlumat qeydə alınmayıb. Lakin sözügedən qətnamə barədə məlumat Ərazi İdarəsinə Ağcabədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli məktubu əsasında daxil olmuşdur və tərəflərindən xx.xx.2019-cu il tarixdə əmlak üzərində hər-hansı bir əməliyyat aparılmaması üçün müvəqqəti nəzarət qoyulmuşdur.

36. Apelyasiya Məhkəməsi hesab etmişdir ki, Ağcabədi rayon Məhkəməsinin 2145/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsi icraya yönəldildikdən sonra mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi XX, XX, xx və XX xx xxxxxx 2019-cu il tarixdə, yəni qətnamənin qəbul edilməsindən 16 il 03 ay 04 gündən sonra apelyasiya şikayəti vermişlərvə bunu qətnamənin onlara rəsmi olaraq xx xxxxxxx 2019-cu il tarixdə verilməsi ilə əsa slandırsalar da Ağcabədi rayon Məhkəməsinin 2-145/2003 saylı qətnaməsinin xx xxxxxx 2003-cü il tarixdə qəbul edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Rəhimə Əliyeva, Aygün Babayeva, Elnarə Babayeva və Mənsumə Bağırovanın atası olan Cavabdeh məhkəmə iclaslarında iştirak etməsi, xx xxxxxx 2010-cu il tarixdə qətnamədən apelyasiya şikayəti, daha sonra apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verməsi, şikayətçilərin həmin müddət ərzində qətnamədən məlumatsız olmalarını istisna edir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər (Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.

38. Hazırkı işdə maraqlı şəxslərin xx xxxxxx 2003-cü il tarixli qətnaməsini 16 ildən sonra mübahisələndirmələri açıq-aşkar əsassız olmaqla yuxarıda qeyd olunan prinsiplərə ziddir.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X5, X7, X6 və Bağırova Mənsumə Tapdıq qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2607/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar