Məhkəmə qərarları › İş №2(102)-1767/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1767/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1767/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə, birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə ilk və iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi, müqavilənin etibarsızlığı, mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2(103)98/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 26 may 2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətinə əsasən "xxxx" MMC ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) yerləşən ümumi sahəsi 320 kv.metr olan 1 nömrəli mənzili, həmin tarixli digər müqavilənin təsdiq edilmiş surətinə əsasən isə eyni yaşayış binasının 10-cu mərtəbəsində (sağ tər əfdə) yerləşən ümumi sahəsi 320 kv.metr olan 2 nömrəli mənzili İddiaçı satmağı, alıcı isə həmin mənzilləri qəbul edib onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürmüşlər. 2. "xxxx" Residencin satış təmsilçisi Abdulkadir Toprak tərəfindən imzalanmış 31 iyun 2017-ci il tarixli arayışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən “Gümüş Residens”in “B” blokunun 10-cu mərtəbəsindəki 91 və 92 nömrəli mənzillərin tam ödənişi mənzilin sahibi İddiaçı tərəfindən tam ödənilmişdir. 3. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin mülkiyyəti kimi 01 mart 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş 22 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə "xxxx" MMC (adından X1 çıxış etmiş) ünvan 3 ünvanında yerləşən 67-ci binanın, 10-cu mərtəbə, ümumi sahəsi 256,0 kv.m., yaşayış sahəsi 137,0 kv.m., qeyri-yaşayış sahəsi 119,0 kv.m. olan 4 otaqlı, 1 saylı mənzilini Cavabdeh2 512000 manata satmışdır. Həmin mənzil (Yeni qaydalarla: AZ1006, ünvan 6 üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş 22 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə "xxxx" MMC (adından X1 çıxış etmiş) ünvan 3 ünvanında yerləşən 67-ci binanın, 10-cu mərtəbə, ümumi sahəsi 256,0 kv.m., yaşayış sahə si 137,0 kv.m., qeyri-yaşayış sahəsi 119,0 kv.m. olan 4 otaqlı, 2 saylı mənzilini Cavabdeh3 512000 manata satmışdır. Həmin mənzil (Yeni qaydalarla: AZ1006, ünvan 7 üzərində Cavabdeh3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ünvan 4 ünvanlanmış 25 noyabr 2022-ci il tarixli məktubun surətinə əsasən, Abdulkadir Toprakın adına "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir.

7. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli müqavilələrin ləğv edilməsi barədə bildirişindən görünür ki, xx.xx.2017-ci il tar ixdə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 5 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzillərlə bağlı müqavilələr bağlamışdır. Hər iki müqavilənin 2ci bəndinə əsasən tərəflər öhdəlik götürmüşlər ki, mənzillərin ümumi dəyəri razılaşma yolu ilə müəyyən edilir. Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində Satıcının bank hesabına manatla ödəniləcəkdir. Hər iki müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” ilə müqavilə imzalandıqdan sonra və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzillər tamamlama-bəzək işlərinin gör ülməsi üçün “Alıcı”ya təhvil verilir. Hər iki müqavilənin 6-cı bəndinə əsasən “Alıcı” heç bir səbəb və ya fors major halları olmadan, müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini tam yerinə yetirməsə “Satıcı” birtərəfli qaydada müqaviləyə xitam verə bilər. Mənzillərin dəyərinin müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliklər İddiaçı tərəfindən icra edilməmişdir. Qeyd olunanları nəzərə alıb xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 3 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzillərlə bağl ı bağlanmış hər iki müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından məlum olur ki, "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qoşulması nəticəsində Cavabdeh1 MMC yenidən təşkil edilmiş və "xxxx" MMC-nin hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

9. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 91 nömrəli mənzilin və 67 saylı y aşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 92 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzillə bağlı tərəflər arasında 26 may 2017-ci il tarixli müqavilə bağlanmış, mənzilin dəyəri ödənilmişdir. Bina tikilib hazır olduqdan sonra iddiaçı aldığı mənzildən istifadə etmək üçün "xxxx" MMC-nin direktoruna ərizə ilə müraciət etsə də, ərizənin qəbulundan imtina edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC fəaliyyətinə bir müddət əvvəl xitam verərək, Cavabdeh1 MMC-yə qoşulmuşdur. Mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə hüququnu əldə et mişdir.

11. Birinci instansiya məhkəməsində Cavabdeh1 MMC iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçının tələb etdiyi mənzilin dəyərinin müəssisəyə ödənilməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Mənzil alqı-satqısına dair heç bir ödəniş olmadığı üçün mənzilin alınmasına görə müəssisənin bank hesabına iddiaçı tərəfindən hər hansı bir pul məbləğinin ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçının istinad etdiyi maliyyə arayışı iş materiallarında yoxdur. İddiaçı tərəfindən satış təmsilçisi Abdulkadir Toprak imzası ilə məhkəməyə təqdim edilən 31 iyun 2017-ci il tarixi qeyd olunan kserosurət sənədə baxmaqla müəyyən etmək olur ki, həmin sənəd maliyyə arayışı deyildir və 26 may 2017-ci il tarixli müqavilə ilə uyğunluq təşkil etmir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)1289/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 91 nömrəli mənzilin və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 92 nömrəli mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi öhdəliyinin Cavabdeh1 MMCnin üzərinə qoyulması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 26 may 2017-ci il tarixli müqavilələr ilə “X4”-in ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə və sol tərəfdə) yerləşən hər birinin sahəsi ayrılıqda ümumi sahəsi 320 kv.metr ol an mənzilləri iddiaçının sahibliyinə və istifadəsinə vermə, iddiaçının isə həmin mənzillərin dəyərinin “X5”-ə ödəmə öhdəlikləri əmələ gəlmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 399.1, 405.1, 407.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat

15. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ("xxxx" MMC) və Cavabdeh2 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1, mənzil 1 (Yeni qaydada: ünvan 6 ünvanda yerləşən ********** qeydiyyat nömrəli 22 oktyabr 2020-ci il tarixli m ənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsi, “PMD" MMC ("xxxx" MMC) və Cavabdeh3 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş ünvan 1, mənzil 2 (Yeni qaydada: ünvan 7 ünvanda yerləşən ********** qeydiyyat nömrəli 23 oktyabr 2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsinin Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nə həvalə edilərək, həmin mənzillərdə yaşayan şəxslərin oradan çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və iddiaçı arasında mübahisəli mənzillərin alqı-satqısına dair 26 may 2017-ci il tarixli müqavilələr bağlanmışdır. Mənzillərin dəyəri ******* manat olmaqla, hər iki mənzilə görə ******* manat məbləğində pul ödənilmişdir. Müəs sisənin təsdiq etdiyi maliyyə arayışına əsasən mənzillərin ödənişləri tam olaraq ödənilmişdir. Mənzillərin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyinə və müqavilələr üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, mənzillər iddiaçıya təhvil vermədiyinə, MMC tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin mənzillərin ona təhvil verilməsi öhdəliyinin icra edilməsini Cavabdeh1 MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermiş və işin araşdırılması zamanı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən mübahisəli mənzillərin qeydiyyata alınaraq, cavabdehlərin adına çıxarışlar verildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qüdrət Şükürov tərəfindən məhkəməyə məktubla müraciət olunaraq, şahid qismində izahat verməyi xahiş edilmiş və bildirmişdir ki, iddiaçının tələb etdiyi mənzillər tanışı Şahid ilə aralarında yaranmış razılaşmaya görə mənzillərin alqı-satqısını ilk olaraq iddiaçının adına rəsmiləşdirilməsini "xxxx" rəhbərliyindən şəxsən özü xahiş etmiş, sonradan fikrini dəyişərək mənzilləri oğlunun və həyat yoldaşının adına sənədləşdirmişdir. Göründüyü kimi mənzillər ilkin olaraq iddiaçının adına rəsmiləşdirilməsini cavabdehlərin atası və həyat yoldaşı Qüdrət Şükürov etiraf etmişdir. Belə olan halda, MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunv ericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir.

17. İddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında ünvan 3 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış 26 may 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

18. Həmin iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında müqavilələr forma tələbinə riayət edilmədən bağlanılmış, başqa əqdi pərdələyərək, ona uyğun real hüquqi nəticə lər yaratmaq niyyəti olmadan bağlanmışdır.

19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(009)954/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC (hazırda Cavabdeh1 MMC) arasında ünvan 3 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış 26 may 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi ilk növbədə verilmiş qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçıla "xxxx" MMC arasında sonuncunun mülkiyyətində olan mənzillərin alqı-satqı müqavilələri qanunda müəyyən edilmiş formaya riayət edilmədən bağlanıldığı, yəni həm in müqavilələr notariat qaydada təsdiq olunmadığı üçün etibarsız əqd hesab edilməlidir.

21. Məhkəmə İddiaçı bağladığı mənzillərin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatı olmamasına dair dəlillərini əsaslı hesab etməmiş və göstərmişdir ki, həmin mənzillərin "xxxx" MMC tərəfindən həmin il qarşılıqlı iddia tələbi üzrə iddiaçılara satılmasının rəsmiləşdirilməsi notariat orqanlarında həyata keçirilmişdir. Belə olan halda, satıcının əmlakının mülkiyyət kimi qeydiyyatdan keçməsi barədə alıcıya məlumat verməməsi məntiqli hesab edilə bilməz.

22. Birinci instansiya məhkəməsi digər tərəfdən qeyd etmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC arasında bağlanılmış müqavilələrin və satış təmsilçisi kimi A.Toprak tərəfindən imzalanmış maliyyə arayışının əsillər i məhkəməyə təqdim edilə bilməmiş, maliyyə arayışını imza edən şəxsin (Abdulkadir Toprak) ümumiyyətlə "xxxx" MMC-də işləməsi də öz təsdiqini tapmamış, müqavilələrdə, həmçinin maliyyə arayışında ümumiyyətlə daşınmaz əmlakların real qiymətləri qeyd olunmamışdır. Maliyyə arayışında isə binanın yerləşdiyi rayon və əldə olunan mənzillərin nömrələri müqavilələrdəki mənzillərin nömrələri ilə uyğunluq təşkil etmir.

23. Məhkəmə həmçinin göstərmişdir ki, ilkin iddia tələbi üzrə cavabdehlərlə bağlanılmış alqı-satqı müqavilələri qanunvericilikdə müəyyən edilən qaydaya riayət edilməklə rəsmiləşdirilmiş və onlar həmin əmlaklar üzərində qanuni əsaslarla mülkiyyət hüquqları əldə etmişlər.

24. Qarşılıqlı iddia tələbi əsaslı olması səbəbi ilə təmin edilərək İddiaçı mənzillərə dair bağladığı müqavilələr etib arsız hesab edildiyindən, bununla da onun həmin əmlaklar üzərində hüquq sahibi olmaması müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, onun 22 oktyabr 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, şəxslərin mənzildən çıxarılması barədə iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır.

25. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.1, 144.1, 146.1, 329.1, 331, 334, 337.1, 337.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli, “N.Əsədovanın şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1289/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Həmçinin ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(009)-954/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda baxılması üçün birləşdirilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2(103)-98/2024 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovdan və K.H.Əkbərovdan ibarət tərkibdə) birinci iş üzrə: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, 14 oktyabr 20 22-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, ikinci iş üzrə: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci iş üzrə iddia tələbini təmin edən rayon məhkəməsi daşınmaz əmlakın alqı-satqısına dair İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli müqaviləyə və həmin müqavilə üzrə ödənişin edilməsinə dair maliyyə arayışının kserosurətinə, eləcə də şahid ifadəsinə istinad etmişdir.

31. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, həmin müqavilə ilə iddiaçıya satılan əmlak daşınmaz əmlakın dövlət reyestrində 2016-cı ildən qeydiyyata alınmasına baxmayaraq, rayon məhkəməsi həmin mənzillərə dair müqavilənin notarial qaydada bağlanmamasını araşdırmamış, pulun ödənilməsinə dair qeyri-dəqiq məlumatları əks etdirən, başlıcası isə əsli olmayan, kserosurətə əsaslanmış, eləcə də həmin mənzillərin üçüncü şəxsin mülkiyyətində olduğunu qeyd etsələr də, bunu da araşdırmamışdır.

32. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərt əbəli yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMCnin mülkiyyətindədir. İddiaçının təqdim etdiyi daşınmaz əmlakın alqı-satqısına dair onunla "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli müqavilə isə, müqavilə ilə iddiaçıya satılan mənzillərin yerləşdiyi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binasının tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin 2016-cı ildən mülkiyyətində olmasına baxmayaraq, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, notarial qaydada təsdiq edilməmiş, yəni həmin müqavilə qanunun tələblərinə uyğun bağlanmamışdır.

33. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının həmin müqavilələr üzrə ödəmə etməsinə dair də rayon məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur, çünki buna dair təqdim olunan sübut mübahisə li olmaqla, həm də onun əsli təqdim olunmamışdır.

34. Bu xüsusat araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı rayon məhkəməsinin istinad etdiyi iki müqavilənin notariat qaydasında təsdiq olunmuş surətlərini təqdim etsə də, “Gumush Residens”in satış meneceri kimi qeyd edilən Abdulkadir Toprak tərəfindən imzalanmış 31 iyun 2017-ci il tarixli “ünvan 8 ünvanda yerləşən Gumush Rezidensin “B” blokunun 10-cu mərtəbəsindəki 91 və 92 nömrəli mənzillərin tam ödənişi mənzilin sahibi İddiaçı tərəfindən tam ödənilmişdir” məzmunlu sənəd kserosurətdir. Apellyasiya icraatı zamanı qarşı tərəfin israrlı tələbinə və apellyasiya kollegiyasinin təkliflərinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili həmin maliyyə sənədinin əslini təqdim etməmiş, sonuncu iclasda isə həmin sənədin əslini təqdim edə bilməyəcəy ini bildirmişdir. İddiaçının sübut kimi təqdim etdiyi həmin qeydlər vərəqi prosessual qanunvericiliyin normalarının tələblərinə qətiyyən cavab vermir.

35. Bundan başqa, cavabdeh MMC apellyasiya şikayətində qeyd etmişdir ki, həmin mənzillərin üçüncü şəxslərin mülkiyyətində olmasını bildirsələr də, məhkəmə bunu araşdırmamışdır. Hazırkı halda iddiaçının müqaviləsində göstərilən mənzillərlə Cavabdeh2 və Cavabdeh3 satılan mənzillərin eyni mənzil olması mübahisələndirilmir.

36. Mülki iş materiallarında olan müvafiq çıxarışlardan məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63, 65, 67, 69, 71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 1 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 6 tam mülkiyyət hüququ üzrə Cavabdeh2, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63, 65, 67, 69, 71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 2 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 7 tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir.

37. Beləliklə, birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməli olması barədə qanunun tələbinə əməl edilmədən bağlanılmış müqaviləyə əsaslanaraq iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

38. Apellyasiya kollegiyası ikinci iş üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunun tələbləri baxımından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və şəxsə (fiziki və ya hüquqi) mülkiyyət hüququ üzrə məxsus olan əmlakın özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi mütləq məna da notariat orqanında həyata keçirilməlidir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçıla "xxxx" MMC arasında sonuncunun mülkiyyətində olan mənzillərin alqı-satqı müqavilələri qanunda müəyyən edilmiş formaya riayət edilmədən bağlanıldığı, yəni həmin müqavilələr notariat qaydada təsdiq olunmadığı üçün etibarsız əqd hesab edilməlidir.

39. İkinci iş üzrə iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, bir halda ki, Q.Şükürov qeyd edilən mənzillərə dair müqavilənin onun razılığı ilə 2017-ci ildə İddiaçıla bağlanmasını, sonradan fikrini dəyişərək, müqavilələrin öz oğlu və arvadı ilə bağlandığını qeyd edir, bununla məlum olur ki, rayon məhkəməsi onunla MMC arasında bağlanmış müqavilədən qarşılıqlı iddiaçıların 2022-ci ildən xəbər tutması və bir illik müddəti ötürməməsi barədə mövqeyi əsaslı olmamışdır.

40. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bununla da məlum olur ki, İddiaçı ilə "xx xx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli müqavilələr əslində fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq, əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlərlə bağlı iddia müddəti olmur, yalnız Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi halında müddət məsələsi ortaya çıxır ki, bu zaman həmin normaya əsasən müəyyən olunmuş bir illik müddətin axımı onun icraya başlandığı gündən başlayır. Hazırkı mülki iş üzrə də müəyyən olunur ki, İddiaçı iddiasından, başqa sözlə desək, əhəmiyyətsiz olan əqdin icrasının başlanmasından Cavabdeh3 və Cavabdeh2 yalnız 16 yanvar 2023-cü il tarixdə, yəni birinci iş üzrə apellyasiya icraatı aparılarkən onların üçüncü şəxs qismində işə cəlb edildikləri zaman rəsmi olaraq məlumatlandırılmışlar, eyni zama nda da məlum olur ki, ikinci iş üzrə İddiaçıla bağlanmış müqavilələrin (əqdlərin) etibarsızlığına dair onlar qarşılıqlı iddia ilə 01 may 2023-cü ildə rayon məhkəməsinə müraciət etmişlər. Belə olan halda bəlli olur ki, MM-in 354.1-ci maddəsində təsbit olunmuş bir illik müddət keçməmişdir, demək ki, ikinci iş üzrə İddiaçı apellyasiya şikayətinin həmin, yəni bir illik kəsici müddətin ötürülməsi barədə dəlili əsassızdır.

41. İddiaçı istinad etdiyi əqdlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində ya ranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir. Bundan başqa, araşdırmalar zamanı iddiaçı tərəfindən həmin müqavilələr üzrə hansısa məbləğin ödənilməsi müəyyən olunmamışdır. Bu baxımdan, apellyasiya kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin hazırki mübahisəyə tətbiq edilməsi əsaslarının olmadığı qənaətində olmuşdur.

42. Nəhayət, apellyasiya məhkəməsi iddiaçıya izah etmişdir ki, o, həmin müqavilələr üzrə hər hansısa ödəniş etməsinə, eləcə də, həmin müqavilələrin bağlanması ilə bağlı ona hər hansı zərərin vurulduğuna dair sübutları təqdim etməklə, müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i

43. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2(103)-98/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaların təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 125, 129-cu, Mülki Məcəllənin 5.3, 16.1, 354.1, 354.2-ci, Mülki Prosessual Məcəllənin 62.4, 88, 106.1, 265.4-cü maddələrinin tələbləri pozulmuşdur.

45. Belə ki, kassator "xxxx" MMC-dən iki ədəd mənzil almış və aralarında hər iki mənzilə dair ayrı-ayrılıqda 26 may 2017-ci il tarixli alqı-satqı müqavilələri bağlamışlar. Müqavilələri MMC- nin direktoru imzalayaraq möhürlə təsdiq etmişdir. İki mənzilə görə ******* manat məbləğində pul MMC-nin direktorunun təklifi ilə onların yerləşdiyi ofisində öz işçiləri kimi təqdim etdikləri satış meneceri Abdulkadir Toprak adlı şəxsə ödənilmişdir. Yalnız məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçı ilə 26 may 2017-ci il tarixli hər iki mənzilə dair alqı-satqı müqavilələri bağlanan zaman, mənzillərin yerləşdiyi yaşayış binası 01 mart 2016-cı il tarixli ******* nömrəli çıxarışla satıcı "xxxx" MMC-nin mülkiyyətində olmuş, lakin sonuncu binanın mülkiyyətdə olmasını qəsdən gizlədərək alıcıya bu barədə məlumat verməyərək onu aldatmışdır. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanan müqavilələrin etibarsız hesab edilməsinə dair Cavabdeh2 və Cavabdeh3 1 illik müddə ti ötürmələrinə baxmayaraq qanunsuz və əsassız olaraq onların qarşılıqlı iddialarını təmin etmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh2 və Cavabdeh3 bildirmişlər ki, "xxxx" MMC ilə İddiaçı arasında 26 may 2017-ci il tarixli alqı-satqı müqavilələri imzalanarkən onların, həmin əqdlər üzrə hüquqi nəticələr yaratmaq niyyətləri olmamış, həmin əqdlər yalnız görünüş üçün bağlanmışdır. Tərəflər, yəni "xxxx" MMC ilə İddiaçı əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqavilələri pərdələmişlər. Mübahisəli mənzillər İddiaçı tərəfindən yox, əslində Qüdrət Şükürov tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdehlərin qarşılıqlı iddia ərizəsində qeyd etdikləri bir daha təsdiq edir ki, İddiaçıla bağlanan müqavilələrdən həmin vaxt Şükürovların məlumatla rı olmuş, məhkəmə qanunsuz və əsassız olaraq Şükürovların, mübahisələndirdikləri müqavilələrdən 1 ildən az müddətdə məlumatlı olduqlarını göstərməkdə səhv nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə, müqavilə üzrə tərəf olmayan şəxslərin tələbinə əsasən satıcı ilə alıcının arasında bağlanan müqavilələri etibarsız hesab etmiş, lakin satıcı MMC-nin həmin müqavilələrin etibarlı olduğunu təkzib etməməsinə baxmayaraq ödənilən vəsaitin qaytarılmasına dair Mülki Məcəllənin 337.5-ci maddəsinə əməl etməmişdir. Yəni MMC bu günə kimi İddiaçıla bağladığı müqavilələri mübahisələndirməmişdir. Bundan başqa, məhkəmədə MMC-nin mənzilləri hər iki tərəfə satmasının və Binanın MMC-nin xüsusi mülkiyyətdə olmasını İddiaçı gizlətməsinin səbəblərini araşdırmaq məqsədilə xüsusi qərardad çıxarılması və göstərilən şəx slərin cinayət əməlləri barəsində prokurora məlumat verilməsini xahiş edilmişdir. Lakin, apellyasiya məhkəməsi xüsusi qərardada dair apellyasiya şikayətində və məhkəmə iclasında bu barədə verilən vəsatətə münasibət bildirməmişdir.

46. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

47. Qarşılıqlı iddia üzrə iddiaçı Şükürov Samir Qüdrət oğlu kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

48. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 125.7, 129-cu, Mülki Məcəllənin 5.3, 16.1, 337.1, 337.5, 340.2, 354.1, 354.2, 452.1, 452.2-ci maddələrinə uyğun olmuş, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmamışdır. Kassasiya baxışının hədləri:

49. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual q anunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 324.4-cü maddəsinə əsasən müqavilənin b ağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədq iq olunmuş sübutlarla əsaslandırır. 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, kassatorla MMC arasında bağlanmış müqavilələr qanunla müəyyən olunan formada bağlanmadığından və yalan əqd olduğundan etibarsızdır.

55. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

56. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar)

57. Digər tərəfdən qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Hazırki işdə kassator tələbini MMC ilə bağlanmış 26 may 2017-ci il tarixli müqavilə və 31 iyun 2017-ci il tarixli maliyyə arayışına istinad etməklə əsaslandırsa da, iş materiallarından mü əyyən olunur ki, o, işin faktiki hallarını araşdıran məhkəmələrə müqavilələrin yalnız təsdiq olunan surətini, maliyyə arayışının isə sadə kserosurətini təqdim etmişdir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə istinad da əsaslı olmuşdur.

59. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassatorun Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin ötməsinə dair dəlili də Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilən mövqeyə uyğun deyildir.

60. Belə ki, həmin qərarda izah olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin irad əsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

61. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatın vəzifəsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Cinayətin əlamətlərinin aşkara çıxarılması mülki icraatın əsas məqsədi deyildir. Həmin vəzifəni həyata keçirərkən, yəni konkret mülki işə baxarkən, məhkəmə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Cinayət hallarını aşkara çıxarılması, araşdırılması və müvafiq tədbirlərin görülməsi cinayət-prosessual qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ qüvvədədir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardadın qəbul edilməməsi qətnamənin ləğvi üçün əsas ola bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv a raşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2(103)-98/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar