Məhkəmə qərarları › İş №2(102)-1767/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1767/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1767/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əhəmiyyətsiz əqd, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-868/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşa ğıdakıları müəyyən etmişlər: 2. “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən X9 mülkiyyətində olmuşdur;

3. X9 ərizəsi əsasında toplanmış material üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hissələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X13 tərəfindən xx.xx.2019-cu il tarixində rəy verilmiş və rəyə əsasən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, G4KECH118827 mühərrik nömrəli, KNAGN412BC5284277 ban nömrəli, 2012-ci il buraxılışlı qara rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə müvafiq qeydin aparılması məqsədəmüvafiq hesab edilmişdir; 4. xx.xx.2019-cu il tarixdə X14 həmin avtomobili 17000 manat məbləğinə X1; 5. 24.09.2020-ci il tarixdə X6 mübahisəli avtomobili X2;

6. Abşeron rayon 1 saylı notariat ofisində təsdiqlənmiş 7E-15866 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən X11 məxsus “Kia Optima” minik markalı, **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2023-cü il tarixədək X7 etibar edilmişdir;

7. X4 ilə alıcı Cavabdeh1 Yasıf oğlu arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, mühərrik nömrəsi N-Z SİL, Ban nömrəsi KNAGN412BC284277 olan nəqliyyat vasitəsi 17000 manata Cavabdeh1 Yasıf oğluna satılmışdır;

8. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və 7E-2540 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh1 məxsus “Kia Optima” minik markalı, **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2025-ci il tarixədək X10 etibar edilmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi adından Cavabdeh2 etibarnamə əsasında hərəkət etmişdir;

9. Qeydiyyat İmtahan İdarəsinin baş inspektoru, polis mayoru Mətin Abdulayev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı cənab Pərvin Səfərəliyeva ünvanlanmış raporta əsasən xx.xx.2024-cü il tarixdə nömrə nişanı: **-KE-***, şəhadətnamə: BD424250, markas ı: “Kia Optima” minik, b/ili: 2012, rəngi: qara, mühərrik: N-Z SİL, ban: KNAGN412BC5284277, sahibi: Cavabdeh1, sahibinin qeydiyyat ünvanı: ünvan 1at vasitəsi qeydiyyat işlərin aparılması məqsədilə DİN-in Baş X25 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə müraciət etmişdir. Avtomobil texniki müayinədən keçirilərkən ban nömrəsi ətrafında qaynaq işləri aparılması tərəflərindən aşkarlanmışdır. Göstərilənlər barədə avtomobilə müvafiq akt tərtib olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin “Siqnal” İLİİ-in mühafizə olunan duracağına saxlanılması üçün təhvil verilməmişdir;

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki cənab Vüqar Əhədova ünvanlanmış xx.xx.2024-cü il tarixli 16-/2-26107/2024 nömrəli məktuba əsasən “Kia Optima” markalı, **KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki müayinədən keçirilərkən ban nömrəsi ətrafında qaynaq işləri aparılması barədə DİN Baş X25 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini A.Leysanovun raportu aidiyyəti üzrə göndərilmiş və bildirilmişdir ki, həmin avtomobilə müvafiq akt tərtib olunaraq BDYPİ “Siqnal” İLİİ-nin mühafizə olunan duracağında saxlanılması üçün verilməmişdir;

11. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki cənab Vüqar Əhədova ünvanlanmış olduğu izahatında bildirmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobil etibarnamə əsasında onun özünə məxsusdur. Həmin avtomobil “turbo.az” saytında satışa çıxarılmışdır. O, avtomobili satan Cavabdeh2 elanda olan nömrəsi ilə əlaqə saxlamış və avtomobil barədə danışmışdır. Sonra gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etdiyi üçün razılaşıb almışdır. Avtomobilə görə qohumu X8 adına etibarnamə almışdır ki, avtomobili öz adına qeydiyyat etdirə bilsin. xx.xx.2024-cü il tarixdə avtomobilə görə etibarnamə verilmişdir. Etibarnamə aldıqdan sonra sənədləşmə aparılması üçün avtomobili BDYPİ-nə təqdim etmiş, orada avtomobil in texniki baxışı keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilmiş və bu səbəbdən də, qeydiyyat hərəkətləri aparılmamışdır. O, Cavabdeh2 bu barədə məlumat vermiş, Cavabdeh2 avtomobildə belə bir qüsurun olmasından xəbərsiz olduğunu bildirmişdir. Hazırda avtomobil duracağa qoyulmuşdur və o, avtomobili alan zaman belə bir qüsurun olmasını bilməmişdir;

12. Cavabdeh2 polisə verdiyi izahatında avtomobil alveri ilə məşğul olduğunu, həmin avtomobili xx.xx.2024-cü il tarixdə 17000 manata Cəlilabad rayonundan İlqar adlı şəxdən aldığını, sonra avtomobili yığdırmaq məqsədilə ustaya apardıqda onun mühərrikinin gücünün 2400 yox, 2000 kubmetr olduğunu bilmiş, belə olduqda avtomobilin mühərrikini və salonunu yığdırdığını, buna 3300 manat pul xərclədiyini, bunda n sonra isə “turbo.az” saytında avtomobilin satışı barədə elan verib, onu xx.xx.2024-cü ildə İddiaçı 22500 manata satdığını bildirmişdir;

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/54 nömrəli arayışa əsasən Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 3-13-5/2-3115/2024 №-li, xx.xx.2024-cü il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Təqdim edilən “Kia Optima” minik markalı, **KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? “Kia Optima” minik markalı, baxış zamanı üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirilmişdir. Avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, o, qara boya ilə rənglənmişdir (Bax: Fotocədvəl-1, Foto-1). Trosoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin hissədə həkk edilmiş “KNAGN412BC5284277” hərf və rəqəmləri aşkar edilmişdir. Həmin hərf və rəqəmlərin səthi sumbata kağızı (təmizləyici kağız) vasitəsilə boyadan metal səthədək təmizlənmiş və 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir (Bax: Fotocədvəl-1, Foto-2). Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir (Bax: Fotocədvəl-1, Foto-4). Avtomobilin zavod lövhəsinin (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə müəyyən hissələri qopmuş yapışqan kağız üzərində birka aşkar edilmişdir. Zavod lövhəsinin üzərində olan avtomobilin texniki göstəriciləri və ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmləri olan hissəsi 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsinin göstərən hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir (Bax: Fotocədvəl–1, Foto-3). Sonra avtomobilin qabaq ön şüşəsinin alt hissəsinə baxış zamanı həmin hissədə lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmləri aşkar edilmişdir. Həmin hərf və rəqəmlər 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, həmin hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir (Bax: Fotocədvəl-1, Foto-5). Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə diaqnostik güzgü və fanar vasitəsilə baxış zamanı həmin hissədə m ühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmiş, yoxdur (Bax: Fotocədvəl-1, Foto-6). Tədqiqata nəqliyyat vasitəsinin BD424250 nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Qeydiyyat şəhadətnaməsinin bir üzündə qeydiyyat nişanları: **-KE-***, istehsal tarixi: 2012, qeydiyyat tarixi, avtomobil sahibi haqqında məlumatlar, şəhadətnamənin ikinci üzündə marka: Kia, model: Optima minik, tip: sedan, mühərrik: N-Z sil, ban: KNAGN412BC5284277, rəngi: qara və şəhadətnaməni verən orqan haqqında məlumatlar vardır. “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparılmışdır. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qe ydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin müəyyən hissələri qopmuş yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərr ik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmişdir, yoxdur;

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYPİ-nin Qİİ-nin rəis müavini, polis polkovnik-leytenantı cənab Afəddin Leysanova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-5/2-3392/2024 nömrəli məktuba əsasən xx.xx.2023-cü il tarixdə Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 mülkiyyətində olan, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı etibarnamə əsasında idarə etdiyi “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci i l buraxılışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma Fəyyar İlyasova həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Həmin avtomobil “turbo.az” saytında satışa çıxarılmışdır. Avtomobili satan Cavabdeh2 elanda olan nömrəsi ilə əlaqə saxlamış avtomobil barədə danışmışdır. Sonra gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etdiyi üçün razılaşıb almışdır. Avtomobilə görə qohumu X8 adına etibarnamə almışd ır ki, avtomobili öz adına qeydiyyat etdirə bilsin. xx.xx.2024-cü il tarixdə ona avtomobilə görə etibarnamə verilmişdir. Etibarnamə alandan sonra sənədləşmə aparılması üçün avtomobili BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilin texniki baxışı keçirilən zamanı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Cavabdeh2 bu barədə məlumat vermişdir. Cavabdeh2 avtomobildə belə bir qüsur olmasından xəbərsiz olmasını demişdir. Hazırda avtomobil duracağa qoyulmuşdur. Avtomobili alan zamanı avtomobilin belə bir qüsuru olmasını bilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/54 nömrəli tədqiqat haqqında arayışından görünmüşdür ki, “Kia Optima ” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin müəyyən hissələri qopmuş yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən “KNAGN412BC52S4277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC52K4277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf v ə rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmişdir, yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməmiş və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hans ı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki, qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsini n kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən har hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasiona r olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır;

15. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22500 manatın, vurulmuş 1000 manat maddi zərərin, vəkilə ödənilmiş 320 manat və 157 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 mü lkiyyətində olan 2012-ci il buraxılışlı, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 22500 manat ödəməklə əldə etmişdir. Həmin avtomobil ona zədəsiz, rənglənməmiş, heç bir texniki problemi olmaması və bütün sənədlərinin tam qaydasında olması adı ilə satıldığı halda, o, avtomobili X8 adına verilmiş etibarnamədən istifadə etməklə öz adına sənədləşdirmək üçün X26 İdarəsinin qeydiyyat İmtahan şöbəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, aldığı avtomobilin ban nömrəsi olan hissədə qaynaq işləri aparılmışdır. Bu səbəbdən də, o, avtomobili öz adına sənədləşdirə bilməmişdir. Həmin vaxt ona BDYPİ-nin Qİİ-nin rəis müavini Afəddin Leysanovun adına ərizə yazdırılmış və bu məsələnin araşdırılmasına başlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, mühərri k nömrəsinin həkk edilməsi nəzərdə tutulan hissəsində mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri yoxdur, onda qaynaq işləri aparılmışdır, bu hallar BDYPİ-yə bildirilməmiş və sənədləşdirilməmişdir. Bu isə avtomobilin bütün göstəricilərini şübhə altına almışdır ki, avtomobilin istehsal ilinin də yanlış olması əsasına gəlinir. Həmçinin cavabdeh ona avtomobilin mühərrik həcminin 2.0 olduğunu desə də, faktiki olaraq 2.4 olduğu üzə çıxmışdır. Cavabdehin avtomobil satış elanı saytı olan “turbo.az” saytında eyni şəkillə avtomobili 2 fərqli məlumatlarla satışa qoyduğunu öyrəndikdə onun özünü bu kimi nöqsanlardan xəbərsiz göstərməyə çalışmasının yalan olduğunu anlasa da, barəsində heç bir ciddi tədbir görülmədiyindən məhkəməyə müraciət edərək, pulunu tələb etmək məcburiyyətində qalmışdır. Bu ndan sonra o, cavabdehə onu aldatması və qüsurlu avtomobil satması ilə bağlı müraciət edərək pulunu qaytarmasını tələb etsə də, o, xəbəri olmadığını, polisə şikayət etməsini məsləhət görərək pulunu qaytarmaqdan imtina etmişdir. Onun polisə etdiyi şikayətlərin də heç bir nəticəsi yoxdur. Artıq hadisədən uzun bir müddət keçməsinə baxmayaraq, nə pulunu qaytarmış, nə də dəymiş ziyanın ödənilməsi ilə bağlı bir addım atılmışdır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, avtomobildə aşkar olunmuş qüsurla bağlı, yəni avtomobilin ban nömrəsini ətrafında qaynaq i şlərinin aparılması barədə ona məlumat verilməmiş, həmin qüsurla bağlı hələ ona maddi zərər dəyməmişdir, lakin hesab etmişdir ki, avtomobili satanda bu fakt avtomobilin dəyərini aşağı salacaqdır.

19. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda, mübahisə predmeti olan avtomobilin geri qaytarılmasına hazır olduqlarını, həmçinin iddiaçının avtomobilin rənglənməsindən xəbərdar olduğunu bildirmişdir.

20. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəm ədən xahiş etmişdir. Cavabdeh həmçinin sözügedən mübahisəli avtomobilin iddiaçı tərəfindən istifadə edilməsini də məhkəmənin diqqətinə çatdırmışdır.

21. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh2 eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən mübahisəli avtomobil alınarkən yoxlanılmış, avtomobildə olan qüsurlar barədə iddiaçıya məlumat verilmiş, bundan sonra aralarında ödəniş həyata keçirilmişdir.

22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3408/2024 nömrəli iş üzrə 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hak im Pərviz Məmmədov).

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 2012-ci il buraxılışlı, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili 22500 manat məbləğində pul vəsaiti ödənilməklə əldə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba və iş materiallarında olan digər sənədlərə əsasən xx.xx.2023-cü il tarixdən həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1dur və sözügedən avtomobil hazırda onun mülkiyyətindədir. İddiaçı həmin avtomobilin xx.xx.2024-cü il tarixdə “turbo.az” saytında satışa çıxarılması ilə bağlı elanı görmüş, dərhal elanda olan nömrə ilə əlaqə saxlayaraq avtomobil barədə məlumat almış, daha sonra nəqliyyat va sitəsinə vizual baxış keçirtmiş, avtomobil onu qane etdiyi üçün bəyənmişdir. Daha sonra nəqliyyat vasitəsi onun tərəfindən sürülmüş, bununla kifayətlənməyən iddiaçı avtomobili öz ustasına apararaq yoxlatdırmışdır. Həmçinin qeyd edilməlidir ki, avtomobildə aparılan kosmetik və rənglənmə işləri barədə də iddiaçıya məlumat verilmişdir. Daha sonra tərəflər, yəni Cavabdeh2 və iddiaçı rəsmi qaydada alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Lakin alqı-satqı müqaviləsini rəsmiləşdirmək əvəzinə avtomobil baş etibarnamə verilməklə iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilmişdir.

24. İddiaçı etibarnamə əsasında “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-də rəsmiləşdirmək istəyərkən, avtomobilə texniki baxış zamanı müəyyən olunmuşd ur ki, avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmış və bu səbəbdən də, qeydiyyat hərəkətləri aparılmamışdır. Daha sonra bu məqsədlə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən har hansı bir fakt müəyyən edilməmişdir. Tərəflərin izahatları ilə də təsdiq edilmişdir ki, həmin avtomobil hazırda İddiaçı faktiki istifadəsindədir və onun tərəfi ndən sürülməkdədir. Bu faktı iddiaçının özü də məhkəmə iclasında təsdiq etmişdir.

25. İddiaçı avtomobili əldə edərkən öz ustasına apararaq yoxlatdırdığını, həmin yoxlama zamanı hər hansı qüsurun aşkar olunmadığını bildirdiyindən, məhkəmə satıcının da həmin fakt barədə məlumatlı olmamasını ağlabatan hesab etmişdir. Bununla yanaşı məhkəməyə DYP tərəfindən təqdim edilmiş məlumatlara əsasən sözügedən mübahisəli avtomobilin qeydiyyat hərəkətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, sözügedən avtomobillə bağlı bir neçə alqı-satqı müqavilələri bağlanmış, 2017-ci il üçün həmin nəqliyyat vasitəsinin sahibi X14, 2019-cu il üçün X6, 2020-ci il üçün X15, 2023-cü il üçün isə Cavabdeh1 olmuşdur. Bu müddət ərzində qanunun tələbinə uyğun olaraq həmin avtomobilə texniki baxışlar keçirilmişdir. Azərbay can Respublikasının Daxili İşlər Nazirliyinin № Q6-001-12 saylı 16 may 2012-ci il tarixli Qərarı ilə təsdiq edimiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X24 nəzarəti qaydaları barədə Təlimata uyğun olaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək DYP-nin üzərinə qoyulmuş vəzifələrə aid edilmişdir və mübahisəni predmeti olan avtomob illə bağlı texniki baxışlar keçirilmişdir, avtomobildə hər hansı dəyişikliyin daha əvvəl aşkar edilməməsində avtomobilin mülkiyyətçisinin və səlahiyyətli sahiblərinin təqsiri olmamışdır və onların bu barədə məlumatının olmaması ağlabatan olmuşdur.

26. İşin bu faktiki halı Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar idarəsininin apardığı araşdırmanın nəticəsində tərtib edilmiş rəylə də təsdiq edilmişdir. Belə ki, məhz həmin araşdırma nəticəsində müəyyən edilmişdir ki, avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Lakin bununla yanaşı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı b ir fakt müəyyən edilməmiş, eyni zamanda “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, G4KECH118827 mühərrik nömrəli, KNAGN412BC5284277 ban nömrəli, 2012-ci il buraxılışlı qara rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə müvafiq qeyd aparılması məqsədəmüvafiq hesab edilmişdir.

27. Hazırda iddiaçı Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə əsaslanaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7 aydan artıq istismar etdiyi avtomobilə görə ödədiyi 22500 manatın, vurulmuş 1000 manat maddi zərərin tutulmasını tələb etsə də, eyni zamanda avtomobilin istismarında hər hansı problemin olmadığını, avtomobillə bağlı hər hansı maddi zərərə məruz qalmadığını bildirmişdir.

28. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh1 qa rşı irəli sürdüyü tələblərinin əsası kimi göstərdiyi Mülki Məcəllənin 21 və 1096-cı maddələrində müəyyən olunmuş dispozisiya şərtləri mövcud olmadığından, iddiaçıya real zərərin dəyməsi müəyyən edilmədiyindən, həmçinin iddia tələbi digər Cavabdeh1 qarşı əsaslandırılmadığından iddia tələbləri təmin edilməməlidir.

29. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386, 567, 568, 581, 587, 588, 589, 1096, 1097-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il Qərarına, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin № Q6001-12 saylı 16 may 2012-ci il tarixli Qərarı ilə təsdiq edimiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X24 nəzarəti qaydaları barədə Təlimata istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlış olaraq o nəticəyə gəlmişdir ki, tərəflər arasında avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İşin həqiqi hüquqi halı budur ki, tərəflər avtomobilin alqı-satqısı barədə razılığa gəlmişlər, cavabdehlər avtomobilə dair etibarnamə və avtomobili iddiaçının faktiki sahibliyinə və istifadəsinə vermi şdir. İddiaçı avtomobilin razılaşdırılmış dəyərini tam olaraq cavabdehlərə vermiş, avtomobili öz adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına aldırmaq üçün müvafiq icra hakimiyyəti orqanına – DİN BDYPİ-ə müraciət etdikdə, avtomobilin mühərrik və ban nömrələrində uyğunsuzluq olduğuna görə, qeydiyyat orqanı rəsmiləşdirməni aparmaqdan imtina etmiş, beləliklə, alqı-satqı baş tutmamış, iddiaçı avtomobili öz mülkiyyətinə keçirə bilməmişdir. “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və va şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. Rayon məhkəməsi qətnaməsində mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməli olduğuna dair konkret mövqeyini göstərməsə də Mülki Məcəllənin 21, 567, 568, 581, 587, 588, 589, 1096, 1097-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasın Qanunun 30-cu, İXM-nin 339.1-1-ci maddəsini və s. normativ aktların məzmununu sadalamışdır. Məhkəmə sadalanan hüquq normalarından hansının iddianın rədd edilməsi əsası kimi tətbiq edildiyini konkret müəyyənləşdirməmişdir. Eyni zamanda, iddianı rədd edən məhkəmənin mövqeyindən belə anlaşılır ki, məhkəmə iddiaçı və cavabdeh arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlandığını, iddiaçının avtomobilin dəyərini ödəyərək onu satın aldığını, avtomobilin alqı-satqısı ərəfəsində id diaçının avtomobilə baxış keçirdiyini və bəyəndiyini qeyd edərək, hesab etmişdir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlandığından və iddiaçı ona təqdim olunan avtomobili bəyənib dəyərini ödədiyindən, ödədiyi pulun geri tələb edilməsinə dair hazırkı iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsinə dair münasibətlərin yarandığı qənaətinə gəlmişdir. Məhkəmə tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlandığı münasibətinə gəlmişdirsə, o zaman mübahisə üzrə seçilməli və tətbiq edilməli olan maddi hüququ yanlış təfsir etmiş və tətbiq edilməli olan maddi normanı tətbiq etməmişdir. Məhkəmə işin hallarını və tərəflər arasındakı münasibəti düzgün müəyyən etməmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-868/2025 nömrəli mülki iş üzrə 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin Cavabdeh2 aid hissədə qismən təmin edilməsi, Cavabdeh2 avtomobil üçün ödənilmiş 22500 manat və 320 manat vəkil xərci olmaqla, cəmi 22820 manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi cəmi 237 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddiaçıya pulun ödənilməsindən sonra, avtomobilin Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan və Cavabdeh1 aid hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

33. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337.1, 337.5 və 587.1-ci maddələri nəzərdən keçirilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işin halları baxımından ilkin olaraq tərəflər arasında etibarlı əqdin olub-olmaması yoxlanılmalı, yalnız həmin əqdin etibarlı olması halında istinad olunan digər maddi hüquq normasının tətbiqi araşdırılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin halları ilə iddiaçı ilə Cavabdeh2 arasında avromobilin alqı-satqısı ilə bağlı danışıqların aparılması, razılığın əldə olunması, bundan sonra iddaçı tərəfindən avtomobilin dəyəri 22500 manat pulun Cavabdeh2 verilməsi, cavabdehin isə qeyd olunan avtomobili id diaçıya təhvil verməsi, eləcə də avtomobilə dair bütün səlahiyyətləri, o cümlədən müvafiq icra orqanında qeydə alınmasını nəzərdə tutan müvafiq etibarnamə verilməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

35. Eyni zamanda da müəyyən olunmuşdur ki, tərəflər arasında hazırkı mübahisəyə səbəb həmin avtomobilin müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı zamanı avtomobildə aradan qaldırıla bilməyən qüsurun aşkara edilməsindən sonra yaranmışdır.

36. Bu baxımdan, hazırda iddiaçının tələbi avtomobilin alqı-satqısına dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə - əqdə əsaslandığından, məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını yoxlamaqdır.

37. Tərəflər arasındakı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilən əşya rəsmi reyestrdə qeydə alınmalı daşı nar əşya olduğundan, onun iddiaçının mülkiyyətinə keçməsi üçün rəsmi reyestrdə qeydə alınması gərəkdir, həmçinin alqı-satqı müqaviləsi isə notarial qaydada bağlanmalıdır. Tərəflər aralarında avtomobilin alqı-satqısı barədə razılaşmış, iddiaçı avtomobilin dəyəri kimi 22500 manat ödəmiş, lakin həmin müqaviləni qanuna uyğun rəsmiləşdirməmişlər. Cavabdeh2 pulunu ödəyərək aldığı avtomobili ban nömrəsinin olmaması əsası ilə öz mülkiyyətinə keçirə bilməyən iddiaçı hazırda ödədiyi həmin məbləği və dəymiş ziyanı tələb edir.

38. Eyni zamanda müəyyən olunmuşdur ki, satılan avtomobil digər Cavabdeh1 mülkiyyətində olduğundan alqı-satqı müqaviləsi də həmin mülkiyyətçi ilə bağlana bilərdi, lakin işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, Cavabdeh2 avtomobili mülkiyyətçi kimi öz adından satmış və əld ə olunan vəsaiti də özündə saxlamışdır.

39. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünmüşdür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sərəncam hüququ xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Cavabdeh2 ötürülmüşdür (i/v 65).

40. İddiaçının avtomobil üçün Cavabdeh2 22500 manat ödəməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçı və Cavabdeh2 avtomobil alqı-satqısına dair razılaşaraq, iddiaçı avtomobilin dəyəri kimi ona 22500 manat ödəmiş olsa da, alqı-satqı müqaviləsi qanunun tələblərinə uyğun olaraq bağlanmamış, avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilə n daşınar əşya olsa da, iddiaçının adına reyestrdə qeydə alınmamış, sonuncu alqı-satqı müqaviləsi bağlanarkən bu hal üçün qanunda tələb olunan forma tələbinə əməl edilməmişdir. Belə olan halda, müəyyən olmuşdur ki, həmin əqd etibarsız əqddir.

41. Kollegiya qeyd etmişdir ki, iddiaçının avtomobilin alqı-satqısına dair əqdə əsaslanaraq zərəri tələb etməsi barədə hazırkı iddiası ilə bağlı məhkəmə icraatının vəzifəsinə uyğun olaraq iddianın əsaslandığı həmin əqdin etibarlı olub-olmaması yoxlanılmış, əqdin Məcəllənin tələblərini pozmaqla bağlandığına görə etibarsız olması müəyyən edilmiş, etibarsız əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə yaratmadığından, hazırkı halda Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri tətbiq edilməli, yəni tərəflərdən h ər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.

42. Bununla da müəyyən olunmuşdur ki, rayon məhkəməsi hazırkı mübahisəyə baxarkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, müvafiq olaraq da düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış əqdin etibarsız olduğu müəyyən olunmuşdur ki, belə olan halda iddia tələbinin ehtimal olunan digər qanuni əsasının yoxlanılmasına zərurət qalmamışdır.

43. Məhkəmə kollegiyası Cavabdeh2 izahatındakı avtomobilin indi vurulmuş olması, 78 ay sürülməsi barədə dəlili üzrə qeyd etmişdir ki, tərəflərin polisdə izahatlarından məlum olmuşdur ki, Cavabdeh2 avtomobili xx.xx.2024-cü ildə iddiaçıya satmış, iddiaçı avtomobili təhvil aldıqdan 15 dəqiqə sonra mühərrikin nömrəsi ilə bağlı uyğunsuzluğu görüb avtomobili geri qaytarmaq istədiyini bildirsə də, Cavabdeh2 bununla razılaşmamışdır. Hazırkı iddia ərizəsi ilə isə o, xx.xx.2024-cü ildə məhkəməyə müraciət edilmişdir (i/v 1). Həmçinin Cavabdeh2 rayon məhkəməsində izahatında iddiaçıya avtomobili gətirməsini, pulunu isə 2-3 günə qaytaracağını dediyini bildirmişdir (i/v 57).

44. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, avtomobilin vurulması və sair barədə Cavabdeh2 hər hansı sübut təqdim etməmişdir, eyni zamanda, avtomobilini təhvil aldıqdan sonra qüsuru bilən iddiaçı onu dərhal qaytarmaq istəsə də, cavabdeh razılaşmamışdır. Bundan başqa, həmin avtomobillə bağlı cavabdehin qeyd etdiyi hallar aşkar olunsa, bu, onun ayrıca müvafiq tələb irəli sürməsini istisna etmir. Odur ki, onun bu etiraz dəlilləri əsassız olmuşdur.

45. Odur ki, iddia tələbi qismən - Cavabdeh2 münasibət də təmin edilərək, avtomobil üçün ödənilmiş 22500 manat Cavabdeh2 alınaraq iddiaçıya verilməli, avtomobil isə Cavabdeh2 qaytarılmalı, digər Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.

46. Cavabdeh1 rayon məhkəməsində və polisdə izahatında həmin avtomobili Elçin adlı şəxsdən 17000 manata aldığını, 15-20 gün sonra isə 18600 manata satdığını, sonra avtomobili satdığı adam zəng vuraraq avtomobili satdığından Cavabdeh2 adlı şəxsə etibarnamə verməli olduğunu bildirmiş, o da vermiş, daha sonra isə Cavabdeh2 avtomobili İddiaçı satdığından İddiaçı etibarnamə verilməli olduğunu bildirmiş, o da vermiş, hazırda Cavabdeh2 ilə İddiaçı arasında olan avtomobil alqı-satqısı ilə onun heç bir əlaqəsi olmadığını, o məsələnin ona aidiyyəti olmadığını bildirmişdir.

47. Məhkəmə kollegiyası maddi ziya n kimi 1000 manat tələb hissədə isə belə qənaətə gəlmişdir ki, həmin hissədə iddia tələbi əsaslandırılmadığından təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 144, 337, 567, 581, 587, 647, 648, 650-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notar ial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

53. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

55. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

56. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr ist isna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

57. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

58. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

59. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməs in.

60. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

61. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, sözügedən avtomobilin alqı-satqısı barədə razılaşma əqdin məcburi formasına əməl edilmədiyinə görə etibarsız (əhəmiyyətsiz) olmuşdur.

71. Belə ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (§ 52, 53, 61).

72. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (§ 5456).

73. Əhəmiyyətsiz əqd hüquqi nəticə yaratmadığı üçün belə əqd əsasında əldə edilmiş pul vəsaiti əsassız varlanma təşkil edir. Bu səbəbdən qeyd olunan avtomilə görə Cavabdeh2 verilmiş pul vəsaitinin ondan tutularaq iddiaçıya qaytarılması Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olmuşdur. Həmin normaya əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə ara şdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-868/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar