Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1768/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili X8, cavabdehlər Cavabdeh, X4 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məcburi köçkünlərin mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10712/2019 nömrəli qətnaməsindən cavabdeh X1 şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia çı Cavabdeh qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-14978/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi 5035 məhəllə ev 2, 13 saylı mənzildən çıxarılması qət edilmişdir. (hakim Şeyda Məhərrəmova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10712/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh,Cavabdeh Xalid oğlununapellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)14978/2016 nömrəli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul olunmaqla, iddia təmin olunmuş, Cavabdeh, X6, X5 Bakı şəhəri, Binəqədi rayon Biləcəri qəsəbəsi 5035 saylı məhəllə, Y.Hüseynov küçəsi, ev 2 mənzil 13 ünvanından digər yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə çıxarılmaları qət edilmişdir. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) Cavabdeh X2 şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. O və ailə üzvləri 1993-cü ildə Cəbrayıl rayonundan olan məcburi köçkün kimi qeyd edilən mənzildə məskunlaşmışlar. Həmin vaxt mənzil boş və təmirsiz olmuşdur. Mənzilə köçərkən heç kimin hüquq və mənafeləri pozulmamışdır. Keçən 25 il müddəti ərzində heç kəs onlara etiraz etməmiş və iddia qaldırmamışdır. Orderlə iddiaçıya verilmiş mənzilin hansı binada yerləşməsi də məlum deyil. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X10 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyası ndan xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh X7 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən X1 şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035 məhəllə, ev 2, 13 saylı mənzilə dair İddiaçı adına xx xxxxxxx 1998-ci il tarixdə 040273 saylı order verilməsini, həmin orderdə İddiaçı, həyat yoldaşı S.R.Əliyarova və 3 övladı – İ.İddiaçı, V.İddiaçı və V.İddiaçının adlarının qeyd edilməsini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kom itəsi Bakı şəhəri Binəqədi rayon üzrə Sektoru tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 10447 saylı arayışla Cavabdeh Cəbrayıl rayonundan məcburi köçkün olmaqla, Bakı şəhəri Biləcəri qəsəbəsi Poladtökmə zavodunun inzibati binasında məskunlaşmasının təsdiq edilməsini, orderin yaşayış sahəsinə köçmək üçün yeganə əsas olmasını, bununla belə birinci instansiya məhkəməsinin cavabdehin ailə üzvlərini konkretləşdirmədən onların mənzildən çıxarılmasını qeyd etməklə, həmin şəxslərin mənafeyinə uyğun olmayan qətnamə qəbul edilməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı yenidən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 33, 43-cü, xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddələri və analoji iddia üzrə “Akimova Azərbaycana qarşı” işdə X12 Məhkəməsinin presedent hüququ ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi məcburi köçkün olan cavabdehlərin orderlə iddiaçıya məxsus mənzildən çıxarılması barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayon Biləcəri qəsəbəsi 5035 saylı məhəllə, Y.Hüseynov küçəsi, ev 2, mənzil 13 xx xxxxxxx 1998-ci il tarixdə 040273 saylı orderlə iddiaçıya məxsusdur və cavabdehlər iddiaçıya məxsus olan həmin mənzildən qanunsuz istifadə edirlər. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 33-cu maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cu maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. X12 Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Göründüyü kimi, ap elyasiya instansiyasının işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə tətbiq etdiyi maddi hüquq normaları və analoji işlər üzrə “Akimova Azərbaycana qarşı” işdə X12 Məhkəməsinin presedent hüququna istinad etməsi düzgün olmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası orderlə iddiaçıya verilmiş mənzilin hansı binada yerləşməsinin məlum olmaması barədə kassasiyanın dəlilini qəbul etmir. Çünki hazırki işdə mənzilin ünvanının dəqiqləşməsi barədə məhkəmə qərardadı var və bu qərardad qüvvədədi r. Kassasiya şikayətində istinad edilən başqa dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəs inə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,cavabdeh X1 şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh X1 şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10712/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1768/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1768/2020
08.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver