Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1769/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X8 və X2 ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdehin vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2800 ( iki min səkkiz yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 maşın alveri ilə məşğuldur. 23 yanvar 2018-ci il tarixdə ona məxsus “Nissan” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il 6 ay müddətinə hər ay 400 (dörd yüz) manat ödəmək şərti ilə cəmi 7.200 (yeddi min iki yüz) manat pul ödəyəndən sonra alqı-satqı edəcəklərinə razılaşmışlar. O, cavabdeh X4 inanmış və ona etibar etmişdir. Cavabdeh heç bir kredit müqaviləsi bağlanmasına imkan verməmişdir. Sonradan başa düşmüşdür ki, o, etibarından sui-istifadə edərək onu aldatmışdır. Belə ki, cavabdeh X5 notarial qaydada ona Bakı şəhəri X5 kontorunda 23 yanvar 2018-ci il tarixli nəqliyyat vasitə sinin 02.08.2019-cu ilədək istifadə edilməsi haqqında etibarnamə vermişdir. Aralarında olan şifahi razılıq əsasında “Nissan” markalı avtomaşına görə o, 7 (yeddi ay) müddətinə hər ay cavabdeh X5a terminal, bank və poçt vasitəsi ilə köçürmə yolu ilə 400 manat, cəmi 2800 manat pul ödəmişdir. X5 həmin pulları özünə məxsus kartla, bank və poçt vasitəsi ilə götürmüşdür. Səkkizinci ayda 400 manat verilməsində bir neçə gün gecikmə olduğu üçün X5 onu aldadaraq özünə məxsus ***-***-**** nömrəli mobil telefonla istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək ona çox şirin dillər tökərək maşının pulunu ödənilməsində çətinlik varsa maşını gətirməsini və satdıqdan sonra onun pulunu qaytaracağı və öz pulunu da götürəcəyini bildirmişdir. O, işləmək üçün Rusiya Federasiyasına getmək fikrinə d üşdüyündən və cavabdehə inandığından avtomaşını Elçin adlı tanışı ilə Gəncədən Bakı şəhərinə aparıb ona təhvil vermişdir. Cavabdeh söz vermişdir ki, maşını satıb 2800 manat pulunu ödəyəcəkdir. Hətta, cavabdeh X5 bir neçə dəfə telefonla da ona bu barədə bildirmişdir. Ancaq maşını satdıqdan sonra da, bu günə kimi pulunu qaytarmadığından məcbur olun onun hərəkətlərindən polisə ərizə ilə şikayət etmişdir. İşə baxan Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X7 cavabdehin əməllərində cinayət tərkibi olmamasını və iş mülki xarakterli olduğuna görə 15.02.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarla cinayət işinin başlanmasını rədd etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n (sədrlik edən Samir Talıbov) 26 iyul 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov və İ.Şirinov) 25 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, X5 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli X5 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasınd a olmuş, işə baxan apellyasiya instansiya məhkəməsinin hakimi məhkəmə prosesində İddiaçı nümayəndəsi, anası X5 iştirakını təmin etməmiş və məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə tərəfindən verilən teleqrama əhəmiyyət verməmiş və Fitnə Cəfərovanın məhkəmə iclası zamanı xəstəliyinə diqqət vermədən tərəf kimi hüquqların qanunla nəzərdə tutulan çəkişmə prinsipini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə verilmiş etibarnamə onun xəbəri olmadan 3 aydan sonra ləğv edilmişdir. X5 nəqliyyat vasitəsini 9 ay idarə edə bilməmişdir. Qətnamədə göstərilir ki, avtomobil guya 9 ay Vüsalın istifadəsində olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərinə uyğun izahata verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416 -cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 601.1, 601.2, 606.1-ci maddələrinə istinadən bu nəticəyə gəlmişdir ki,cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunmur. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn etsə belə, bu hal da iş materialları ilə təsdiq olunmur. Çünki, iddiaçı qeyd olunan avtomobilə görə cavabdehə 2800 manat ödəsə də, bunun əvəzində 9 aya yaxın cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmiş və bundan yararlanmışdır. Əlbəttə ki, bu müddət ərzində avtomobilin istismar edilməsi nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınması labüddür. Bundan əlavə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan Mülki Məcəllənin 650-ci maddəsinin imperativ tələbinə əsasən ona daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilməlidir. Bu o deməkdir ki, tərəflər həqiqətən də mübahisə predmeti olan avtomobilə dair nisyə alqı-satqı müqaviləsi bağlamaq istəyirdilərsə, bu müqavilə notariat qaydasında təsdiq olunmalı və daşınar əşyanın dövlət reyestrində qeydə alınmalı idi. Lakin bu hallar baş verməmiş, o cümlədən avtomobilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri hansısa yazılı müqavilədə öz əksini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, tərəflər həqiqətən də mübahisə predmeti olan avtomobilə dair alqısatqı münasibətləri ilə bağlı niyyətləri olduğu halda buna dair nisyə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməli və bu daşınar əşyanın dövlət reyestrində qeydə alınmalı idi. Lakin bu hallar baş verməmiş, o cümlədən avtomobilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri hansısa yazılı müqavilədə öz əksini tapmamışdır. Lakin tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, faktiki olaraq cavabdehin əməllərində əsassız varlanma hallarının mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır. Kollegiya qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyi ndən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. İşin materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi borc münasibətlərinə dair hüquq normalarına istinad etsə də, iddiasının mahiyyətini əslində cavabdehin iddiaçının hesabına əsassız varlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, yaranmış vəziyyətdə cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Belə ki, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmçinin də iddiaçı qeyd olunan avtomobilə görə cavabdehə 2800 manat ödəsə də, bunun əvəzində 9 aya yaxın müddətdə cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmiş və bundan yararlanmışdır. Əlbəttə ki, bu müddət ərzində avtomobilin istismar edilməsi nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınması labüddür. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı məhz 9 ay müddətində avtomobildən istifadə etdiyinə görə cavabdeh avtomobilə görə aldığı 2800 manat pulu qaytarmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. - 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu v axtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının 9 ayda 2800 manat ödəməsini etiraf etməsinə baxmayaraq iddiaçının 9 aya yaxın cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etməsi və bundan yararlanması (istismar edilməsi) nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınmasının labüd olmasına dair nəticələrinə hansı mötəbər sübutlar əsasında gəlməsini əsaslandırmamışdır. Bununla bağlı iş materiallarında yalnız cavabdehin izahatları vardır ki, təkcə bu izahatlara istinad etməklə gəlinən nəticəni məhkəmə kollegiyası qanuni və əsaslı saymır. Belə ki, işdə olan sübutları təhlil etmədən, onların möt əbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kassasiya şikayətində kassator Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə verilmiş etibarnamənin onun xəbəri olmadan 3 aydan sonra ləğv edilməsini, nəqliyyat vasitəsini 9 ay idarə edə bilməməsini göstərmişdir. İşin materiallarından görünür ki, cavabdeh də pulun ödənilməsinin gecikdirilməsi səbəbi ilə etibarnamənin ləğv etdirməsini bildirsə də, onun tarixini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halı araşdırmamışdır. Başqa sözlə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomaşının nə qədər istifadədə olmasını aydınlaşdırmadan hansı hesablamalar əsasında 9 aya yaxın müddətdə istifadə edilmiş həmin avtomobilin bu müddət ərzində istismar edilməsi nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınması və buna görə də bu istifadənin dəyərinin 2800 manat hesablanmalı olması aydın deyildir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlə aralarında lazımı qaydada bağlanmamış müqavilənin şərtlərinə də əməl etmək istəmədiyindən ödənilmiş 2800 manat məbləği də tələb edə bilməməsinə də dair nəticəsi apellyasiya instansiyası məhkəməsi düzgün əsaslandırmamış, hazırki mübahisəni həll edərk ən mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəl əri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mövcud prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarına dair hüquqi mövqeyini bildirə bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyekt iv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli,apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1769/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1769/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver