Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-177/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9376/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş № 2(001)-3069/2018) İddiaçı Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Reyestrdən Çıxarışın ləğv edilməsi və torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov, iş № 2(103)9053/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva, iş № 2(102)2656/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixl i qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Bakı şəhəri Goradil bağ massivində yerləşən 0,25 ha ölçüdə 675 saylı bağ sahəsi 1987-ci ildən X5 icarəyə verilmiş və 1989-cu ilin avqust ayında N ərizə ilə Bağlar təsərrüfatı Birliyinə müraciət edərək bağ sahəsinin qızı Cavabdeh1 adına keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar bağ sahəsinin 0, 12 ha hissəsinə Cavabdeh1 ilə icarə müqav iləsi bağlanmış və həmin bağa 675 “a” nömrəsi verilmişdir. 1992-ci ildə N vəfat etdikdən sonra ona məxsus 0,12 ha ölçüdə 675 nömrəli bağ sahəsinə onun həyat yoldaşı X4 ilə xx xxx 1993-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. 675 “a” saylı bağ sahəsi və orada yerləşən 1 ədəd bir mərtəbəli və 1 ədəd iki mərtəbəli evlər Cavabdeh1 adına özəlləşdirilmişdir və həmin əmlak üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla xx xxxx 2009-cu il tarixdə onun adına Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin fevral ayında X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağaəli Ağayevin adına olan bağ sahəsinin iki yerə bölünüb Cavabdeh1 ilə 675 “a” nömrəli bağ sahəsinə dair icarə müqaviləsi bağlanarkən 675 №-li bağ sahəsində yerləşən 1 və 2 mərtəbəli tikililərin Cavabdeh1 ilə b ağlanmış icarə müqaviləsinə daxil edilməsini, halbuki həmin evlərdən anası N və onun da istifadə etməsini və N vəfat etməzdən əvvəl bütün əmlakının arvadı Müqafiza Ağayevaya vəsiyyət etməsini əsas göstərməklə 675 “a” saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş Reyestrdən Çıxarışın qismən – 1 mərtəbəli bağ evinə dair hissədə ləğv edilib onunla Cavabdeh1 arasında 675 və 675 “a” bağ sahələrindən istifadə qaydasının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti vermiş və şikayətini iddia ərizəsində göstərdiklərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişd ir. Kassasiya kollegiyasının cavabdeh və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından gö rünür ki, 675 saylı bağ sahəsi iki hissəyə bölünərkən mübahisə predmeti olan tikililər Cavabdeh1 ilə bağlanmış icarə müqaviləsinə aid edilmiş, Nlə icarə müqaviləsi yalnız 0,12 ha torpaq sahəsinə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli tikililər bağın Cavabdeh1 aid hissəsində yerləşməklə onun istifadəsində olmuş və həmin tikililərə torpaq sahəsi ilə birlikdə Cavabdeh1 mülkiyyət hüququ tanınmışdır. İşdən görünür ki, 675 №-li bağ evinin icarədarları olan N və iddiaçının anası N həmin məsələni bundan istifadə etdikləri müddətdə mübahisə etməmiş və mübahisəli tikililərə iddia etməmişlər. İşdən görünür ki, 675 “a” saylı bağ sahəsi və orada yerləşən tikililər özəlləşdirmə qaydasında cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh həmin tikililərdən əvvəlcə icarə hüququ əs asında, 2009-cu ildən isə mülkiyyət hüququ əsasında istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mübahisəli tikililərin iddiaçının istifadəsində olması və yaxud bu hüququn hər hansı formada ona keçməsi müəyyən olunmadığından, kollegiya iddianın rədd olunmasını əsaslı sayır və hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı, kassasiya şikayətini isə əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-177/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-177/2020
08.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver