Məhkəmə qərarları › İş №2(102)-177/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-177/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-177/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5668/2022 nömrəli mülki iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər 2004-cü ildə fakti ki nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 doğulmuşdur.

2. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ XXX nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X4 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikah akt qeydləri kitabında XXX nömrəli akt qeydi aparılmış, nikahdan sonra arvada XXX soyadı verilmişdir.

3. Bakı şəhəri ünvan 1 83 nömrəli ev ünvanı üzrə vətəndaşların qeydiyyatı üçün 2006-cı il tarixli ev kitabına görə, ünvan 2 ünvanda X2, Cavabdeh, Nümayəndə, X9, X10 qeydiyyatdadırlar.

4. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 795799 nömrəli Ölüm haqqında ş əhadətnaməyə əsasən, X2 xx.xx.2016-cı il tarixində ölmuş, bu barədə akt qeydləri kitabında XXX nömrəli ölüm haqqında akt qeydi aparılmışdır. 5. 1 nömrəli Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.1974-cü il təvəllüdlü Nümayəndə, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2003-cü il təvəllüdlü X11 Bakı şəhəri ünvan 4-də qeydiyyatdadırlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə ünvan 2ə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslar ına görə, iddiaçı xx.xx.2004-cü il tarixdə yetkinlik yaşına çatmadığından cavabdehlə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, toydan sonra cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayondakı iki otaqlı mənzilinə gəlin gəlmiş, bir il altı ay həmin mənzildə yaşadıqdan sonra, mənzil satılmışdır. Satılmış mənzilin pulunun bir hissəsinə ünvan 3 ünvanda 3 otaqlı fərdi yaşayış evi alınmış, həmin evdə əlavələr edərək ailənin büdcəsi hesabına əlavə bir otaq və digər tikililər inşa etdirmişlər. Ailədə hamı həmin evə pasport qeydiyyatına alınmışdır. Cavabdehlə birgə nikahlarından üç övladı doğulmuşdur. xx.xx.2011- ci il tarixdə o, cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə birgə nikahdan doğulan uşaqların üçü də ünvan 4 ünvanda qeydiyyatdadırlar. Cavabdeh spirtli içki a ludəçisi olmaqla ailəyə, uşaqlarına maddi və mənəvi cəhətdən kömək etmir, uşaqlarının təlim-tərbiyəsi ilə, fiziki sağlamlığı ilə məşğul olmur. Cavabdehin daimi iş yeri yoxdur, hərdən fərdi əməklə məşğul olaraq qazandığı pul vəsaitinə spirtli içkilər alıb içməklə, ailə üzvləri arasında insan ləyaqətini alçaldan söyüşlər etməklə, öz uşaqlarını və həyat yoldaşını vaxtaşırı təhqir etməklə yaşadıqları mənzildən qovur, bir neçə gün anasının evində yaşadıqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə mənzilə gətirmişdir. Ailənin maddi cəhətdən dolanışığı üçün pul vəsaitini o, qazanır. Yaşadıqları ev dörd otaqlıdır, evdə yalnız onun ailə üzvləri yaşayır, onun ailə üzvlərinə məxsus əşyalar yerləşir. Onun baldızı və 2 uşağı da həmin evdə qeydiyyatda olmasına baxmayaraq, özlərinə məxsus mənzildə yaşay ırlar. Hal-hazırda o, övladları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, cavabdeh 4 otaqlı evdə tək-tənha yaşayır, uşaqların saxlanmasına köməklik göstərmir. Ona məxsus 18 il bundan əvvəl valideynləri tərəfindən ona verilən cehiz əşyaları müxtəlif mebellər, yataq dəstləri və məişət əşyaları həmin evdə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qeyd edilən ünvandan ona cehiz verilən mebelləri söküb onun anasına məxsus evin həyətinə gətirib tökmüşdür. O, uzun illər övladları üçün toplayıb gizlətdiyi 3.275 manat pulunu da cavabdeh götürmüşdür. Həmin ev onun cavabdehlə birgə nikahı dövründə alındığından, həmin evdə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına yenidənqurma və təmir işləri aparıldığından, o, övladları ilə birlikdə 2021-ci ilin sentyabrınadək ailəsi ilə birlikdə həmin evdə yaşadığından, onun da övladları ilə bu evdə yaşamaq hüququ vardır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2534/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilmiş, iddiaçının övladları - xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə ünvan 2ə köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... özbaşına tikili olan ünvan 5də iddiaçı 2006-cı ildən ailəsi, həmin vaxt əri və bir övladı ilə yaşamağa başlamış, daha sonra tərəflərin bu ünvanda daha iki övladları anadan olmuş, tərəflərin birgə nikahlarından olan 3 övladları cavabdeh kimi bu ünvana qeydiyyata alınmışdır.... cavabdehlə 2021-ci ilin sentyabr ayınad ək ünvan 5 ünvanında yaşayan, birgə nikah dövründə həmin evdə cavabdehlə birlikdə əlavə tikinti işləri aparan iddiaçını cavabdeh üç övladı ilə birlikdə yeganə yaşayış yerləri olan evdən çıxarmaqla həmin evə qayıtmağa icazə vermir....... özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 6 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehlə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına bu evdə tikinti işləri apardığından, cavabdehin etirazında istinad oluna n hallar iddiaçının və övladlarının həmin tikiliyə köçürülməmələri üçün əsas olmadığından iddia ərizəsi təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.”

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə qanunsuz və əsassızdır. Mübahisəli ev mərhum anası tərəfindən 2006-cı ildə əldə edilmişdir. Onunla iddiaçı isə 2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı nikahın pozulmasına qədər qeyd oluna n ünvandan köçüb getmişdir. İddiaçı mübahisəli evdən istifadəyə dair onun mülkiyyətçisi olmuş anası ilə heç bir notarial müqavilə bağlamamışdır, onun ailə üvzü və ya qohumu deyildir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 2(103)-5668/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur....... iddiaçı cavabdeh ilə ailə qurmuş, cavabdehlə aralarında mübahisə yarananadək övladları ilə birlikdə mübahisəli mənzildə yaşamış, birgə və sait hesabına əlavə tikililər inşa etmişlər.”

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27-ci və 180.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.

18. Kassasiya şikayəti Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideyn lərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelər ini pozmamalıdır. 23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı: “... Mülki Məcəllənin göst ərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır.... Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlamaqla işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

30. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, özbaşına tikili olan evdə iddiaçı 2006-cı ildən ailəsi, həmin vaxt əri və bir övladı ilə yaşamağa başlamış, daha sonra tərəflərin bu ünvanda daha iki övladları anadan olmuş, birgə nikahdan olan bütün övladları cavabdehin özü kimi bu ünvana qeydiyyata alınmış, hü quq müəyyənedici sənədi olmayan tikili iddiaçının və övladlarının yeganə yaşayış sahəsi olmuş, iddiaçı uzun müddət övladları ilə birlikdə həmin tikilidə yaşamış, cavabdehlə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına bu evdə tikinti işləri aparmışlar.

31. Bu kontekstdə, şikayətin Mülki Məcəllənin 228-ci maddəsinin mübahisəyə tətbiq edilməli olması barədə dəlili əsassızdır. Belə ki, həmin norma mülkiyyətçi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Hazırkı işdə isə mübahisəli yaşayış sahəsi özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə belə tikintini aparmış şəxs də daxil olmaqla heç kim ona mülkiyyət hüququ əldə etmir (bu Qərarın 24-cü bəndi).

32. Eyni qaydada, yəni həm Mülki Məcəllənin 228-ci maddəsi, həm də Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyy ətçi ilə yaranan hüquq münasibətlərindən bəhs etdiyindən, şikayətin Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına istinad edən dəlili də əsaslı deyil (bu Qərarın 27-ci bəndi).

33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5668/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar