Məhkəmə qərarları › İş №2(102)-1770/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1770/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1770/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: delikt nəticəsində vurulan maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X6 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlu hakimlərdən ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025- ci il tarixli 2(103)-1540/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları

1. X7 2020-ci ilin iyul ayının sonlarında İddiaçı Dubaydan elektron qol saatları gətirərək satmağı və gəliri bölüşdürməyi təklif edərək İddiaçı bunun üçün 15.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, İddiaçı həmin pulu tanışı vasitəsi ilə Dubayda alğı-satqının həyata keçirildiyi yerə ödəmiş, bundan sonra gömrük və karqo xərclərini ödəmək üçün cavabdehə 5.000 ABŞ dolları pul vermişdir.

2. Cavabdeh öz vədinə əməl etməmiş, iddiaçıya qeyd olunan məbləğlərdən 5.000 manat, daha sonra 18 oktyabr 2022-ci il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 300 manat, 20 iyul 2024-cü il tarixdə 500 manat, cəmi 1.100 manat qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, 29.000 manat pul vəsaitinin cavabdeh X2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2020-ci ilin iyul ayının sonunda o, cavabdehlə özünün işlədiyi yerə gəlmişlər. Cavabdehlə biznes planı barədə söhbət edərkən Mehman ona Dubaydan «Xiaomi Mi band 5» elektron qol saatı alıb Azərbaycana gətirməyi təklif etmişdir. O, Dubayda karqo işi ilə də məşğul olduğu üçün oradan mal gətirə bilir. Mehman ona təklif etmişdir ki, həmin qol saatını Dubaydan birini 107 dirhəmə, yəni 30 ABŞ dollarına almaq olar. Bakıda isə həmin saatların qiyməti 85 manat idi. Cavabdeh ona bildirmişdir ki, həmin işdə yaxşı qazanc var, 1000 ədəd saatdan sifariş vermək olar, saatların konkret müştərisi olduğunu və mal gələn kimi 75 manatdan hamısını satıb nağd pul verəcəyini demişdir. Razılaşmaları əsasında onlar qazancı 2 hissəyə böləcəkdilər. Onların cavabdehlə alqısatqı etdikləri üçün aralarında heç bir problem olmadığından cavabdehə etibar edirdi. O, Mehmana bildirmişdir ki, 1000 ədəd almağa pulu yoxdur, lakin 500 ədəd sifariş etmək olar. Əlavə olaraq cavabdehə bildirmişdir ki, onun dostları var, kimə nə qədər pul vermək lazımdırsa deyəcək, verəcəklər. Mehman ona 15.000 ABŞ dolları pul lazım olduğunu demişdir. O, Dubay şəhərində yaşayan Rüfət adlı dostuna bu barədə demiş və Rüfət 2 avqust 2020-ci il tarixdə «Xiaomi Mi band 5» elektron qol saatları satılan dükana gedib 15.000 ABŞ dolları pulu dükana verib alınan malların qəbzini götürüb ona «WhatsApp» vasitəsilə göndərmişdir. Həmin saatları alandan bir həftə sonra Mehman malların gəldiyini bildirib ondan gömrük və karqo rüsumu üçün 5.000 ABŞ dolları pul istəmişdir. O, cavabdehə 10 avqust 2020-ci il tarixdə qardaşı İsmayılov Tahirin yanında 5.000 ABŞ dolları vermişdir. Bundan təxminən 3-4 gün sonra cavabdeh iş yerinə gəlib ona malları götürdüyünü və gəldiyi avtomobilin arxa yük yerini açıb 500 ədəd «Xiaomi Mi band 5» elektron qol saatlarını ona göstərib bildirmişdir ki, qol saatlarını aparıb müştəriyə təhvil verib pulu həmin gün götürüb sabah onun yanına gələcək. Sabahı gün Mehman ona zəng edib bildirmişdir ki, müştəri Bakı şəhərində deyil 2-3 günə gələcək. 2-3 gün keçəndən sonra cavabdeh axşam saatlarında ona zəng edib onunla görüşmüş, ona 5.000 manat pul vermişdir. Mehman pulu ona bir hissə verdiyi üçün iradını bildirmişdir. Mehman müştəridən pulu tam alm adığını, verdiyi pulu isə öz pulundan verdiyini bildirmişdir. Cavabdeh həmin gün bildirmişdir ki, 2010-cu ildən onun 40.000 manat borcu olduğundan borcu ödəyə bilmədiyi üçün məhkəmə icraçıları tərəfindən verilmiş təqdimata əsasən ona məhkəmə tərəfindən 15 gün həbs veriblər. O, həbsdə olan vaxtı ona zəng çatmayacaq, həmin vaxt onun işçisi olan Rövşən adlı oğlan onun işlərini görüb ona pulun qalan hisəssini verəcək. Mehmanla aralarında söz-söhbət olmuşdur. Bundan sonra o, cavabdehin ona verdiyi nömrəyə, yəni Rövşənə dəfələrlə zəng etmişdir. Rövşən pulun olmadığını bildirmişdir. Mehman özü həbsdən çıxandan sonra ona zəng etmiş və görüşmüşlər. Cavabdeh ona müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. O, məcbur qalıb may 2021-ci il tarixdə X8 haqqında cinayət işinin açılması barədə Sumqayı t şəhər Polis İdarəsinə şikayət etmişdir. 05 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxardıb bildirmişlər ki, cavabdehlə aralarında olan mübahisə mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etsin. Mehman polisə müraciət etdiyini görüb ondan 5-6 ay vaxt istəmişdir. Həmin vaxtı ona vermişdir. Müddəti üzatmaqla başa düşmüşdür ki, Mehman sadəcə olaraq vaxt qazanmaq istəyir. Borcunu qaytarmaq fikri yoxdur. Hazırda maddi vəziyyəti çox ağırdır. Cavabdehə borcun qaytarılmasına uzun müddət verilsə də, o, üzərinə düşən vəzifəni yerinə yetirib pulunu qaytarmır. Cavabdeh bununla ona həm maddi, həm də mənəvi zərər vurmuşdur.

5. Cavabdeh məhkəməyə iddiaya dair etraz, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddianı n dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, əvvəla iddiaçının iddia əriəsində və təqdim etdiyi Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Tural Əhmədlinin HK-217 saylı araşdırma materialı üzrə 5 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə araşdırma zamanı özünün, həmçinin cavabdehin qeyd etdiklərindən göründüyü kimi, tərəflər razılığa gəlmişlər ki, əldə olunan gəliri yarı böləcəklər. Malların satışından yığılan 5.000 manatı Azərə verəndə, ona bildirmişdir ki, qalan pulları danışdığı vaxtdan gec yığacaaq, çünki ona Nəsimi Rayon Məhkəməsi tərəfindən 15 gün inzibati həbs verilmişdir. Azərə bildirmişdir ki, həmin müddətdə olmadığına görə, pul yığma məsələsi ilə dostu Rövşən məşgul olacaq. Amma inanmır ki, o vaxta qədər məsələni bilən müştərilə r ödəniş etsin. Fikirləşdiyi kimi də oldu və Rövşən, həbsdə olduğum müddətdə pul yığa bilməmişdi. Həbsdən çıxandan sonra Azərə zəng edib onunla görüşmüş, ona əsaslı səbəblər göstərərək, həmin səbəblərdən hər ikisinin ziyana düşdüyünü bildirmişdir. Həmin vaxt Azərə işin nəticədə çox zəif qazanc verəcəyini deyəndə, ona təklif etmişdir ki, əldə olan maya pulla bir də mal gətirib, heç olmasa istədiyi qazancı əldə edərək bölsünlər. O da razılaşmışdır. Yenidən Dubaydan 500 ədəd «Xiaomi Mi band 5» elektron qol saatı almış və başqa sifarişlərlə birlikdə Dubayda karqoya təhvil vermişdir. Lakin mallar gələndə karqoda gömrük tərəfindən qiymət araşdırması üçün gömrük orqanı tərəfindən 4 aydan çox saxlanılmışdır. Həmin mallar ona məxsus olan "xxxx" MMC-nin adına sifariş verilmişdir. Saxlanılan malların gömrük bəyannamələri və onların içərisində Azərlə sifariş verdiyi qol saatları da Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi, polis kapıtanı X9 təqdim edilmişdir. Nəticədə gömrük orqanı sifariş verdiyi malların rüsümunu 62.000 manat qaldırmış və həmin gətirilən mallardan gəlir etmək əvəzinə, hər ikisinə ziyan dəymişdir. Bundan sonra iddiaçı cavabdehin arqumentlərinin əsaslı olub-olmadığını yoxlamış və həqiqətən cavabdehin iradəsindən aslı olmayan səbəblərin olduğu müəyyən edilmiş, məhz bundan sonra iddiaçı cavabdehə uzun müddət iradını bildirməmiş, lakin təqribən 2021-ci il mart-aprel aylarında X8 haqqında cinayət işinin açılması barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, uzun müddət araşdırma aparıldıqdan sonra 5 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılaraq, tərəflər arasında olan mübahisənin mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etmək hüququ izah edilmiş, bundan 3 il sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir. Beləliklə, əslində işin həqiqi halları ilə müəyyən edilir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3761/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 27900 (iyirmi yeddi min doqquz yüz) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, tərəflər arasında mülki qanunvericiliyə zi dd olmayan münasibətlər yaranmışdır, lakin tərəflər arasında müqavilə imzalanmamış, münasibətlər yalnız şifahi razılaşmalar üzərində qurulmuşdur. İşin məhkəmə tərəfindən faktiki araşdırılmış hallarından görünür ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından gəlir əldə etmək məqsədilə birgə fəaliyyət görülməsini özündə əks etdirən, qanunvericiliklə qadağan olmayan müqavilə münasibətləri olmuşdur. Belə ki, tərəflər arasında yaranmış münasibətlərdə verilmiş pulun məbləğinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada yazılı borc müqaviləsi olmadığından, bu halda yalnız etibarsız sayılan borc münasibətləri yarana bilər. Tərəflər arasında münasibətlər pulun məbləğinə uyğun olaraq müvafiq formaya riayət edilməməsi baxımından etibarsız borc münasibətləri hesab edilməklə, nəticədə əqdin etibarsızlığından irəli gələrək müqavilə əsası olmadan əsassız varlanma qaydalarına uyğun olaraq tənzimləndikdə cavabdeh tərəfindən iddiaçıya pulun qaytarılmasının təmin edilməsi mübahisəsizdir.

8. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı bildirmişdir ki, onun cavabdehlə qazanc əldə etmək məqsədilə işgüzar münasibətlər qurması və bununla əlaqədar cavabdehə 15000 ABŞ dolları məbləğində pulu X1 tanışı Rüfət adlı şəxs vasitəsilə verməsi, habelə birbaşa özünün cavabdehə gömrük rüsumlarının ödənilməsi məqsədilə 5000 ABŞ dolları məbləğində pul verməsi və həmin pulların müqabilində isə tərəflərin gözlənilən qazancı əldə etməməsi, üstəlik də qazanc məqsədilə qoyulmuş pul vəsaitinin iddiaçıya qaytarılmaması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Belə ki, ca vabdeh tərəfindən 3 il əvvəl cinayət təqibi orqanında aparılmış araşdırma zamanı verilmiş izahatda iddiaçının təsvir etdiyi faktiki hallara uyğun olaraq xüsusatlar öz əskini tapmışdır. İddiaçının bildirməsinə və cavabdehin də təsdiq etməsinə əsasən müəyyən edilir ki, iddiaçının Dubay şəhərində olan tanışı məhz iddiaçının göstərişi ilə cavabdehin bildirdiyi malları almaq üçün pul ödəmişdir. Hazırda cavabdehin bu halı mübahisələndirərək həmin pulun sanki iddiaçıya aid olmaması, həmin pulu tələb etmək hüququnun iddiaçıya deyil, Rüfət adlı şəxsə məxsus olmasına dair irəli sürdüyü dəlilləri əsassızdır. İşin araşdırılmış hallarına əsasən məhkəmə Dubay şəhərində Rüfət adlı şəxsin hazırki iş üzrə İddiaçı göstərişi ilə malları almaq üçün pul ödəməsini və hazırki vaxtadək Rüfət adlı şəxsin cavabdehə qarşı hər hansı tələblə çıxış etməməsini, habelə işgüzar münasibətlərdə bu cür sövdələşmələrin rastgəlinən olmasını nəzərə alaraq belə hesab edir ki, cavabdehin bu məsələ ilə bağlı dəlilləri əsassızdır.

9. Məhkəmə iddiaçının tələbini həm iddiaçının göstərişi ilə onun Dubay şəhərindəki tanışı tərəfindən ödənilmiş 15000 ABŞ dolları və həmçinin iddiaçının özünün birbaşa cavabdehə verdiyi 5000 ABŞ dolları hissəsində işin araşdırılmış halları ilə öz təsdiqini tapdığı üçün əsaslı hesab etmiş, eyni zamanda işin araşdırılmış halları ilə o da müəyyən edilmişdir ki, cavabdeh ümumi məbləğdən iddiaçıya həmin dövrdə 5000 manat qaytarmış, sonrakı illərdə isə hissə-hissə olmaqla 1100 manat pul qaytarmışdır.

10. Cavabdeh aldığı puldan 5000 manat və 1100 manat olmaqla bir hissəsini iddiaçıya ödəmiş, lakin ümumi məbləğin 27900 manat hissəsini bu günədək ödəməmiş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir.Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27900 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsinin təqdim etdiyi ərizə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Çünki, cavabdeh ümumi məbləğdən 18 oktyabr 2022-ci il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 300 manat, 20 iyul 2024-cü il tarixdə 500 manat ödəniş edilmişdir. Cavabdeh həmin pul məbləğlərinin mübahisəli pula görə deyil, başqa məqsədlə ödənilməsini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə də iddiaçının irəli sürdüyü dəlillər cavab dehin dəlilləri və dəlilləri təsdiq edəcək sübutları ilə təkzib edilmədiyindən iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilir. İddiaçı kifayət qədər cavabdehin həmin pul məbləğini ödəməsini səbrlə gözləmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən həmin pulun tam olaraq qaytarılması təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 11.1, 11.2, 14.1, 21.1, 21.2, 21.3, 337.5, 380.1, 380.2, 385.1, 386.1, 390.1, 442, 443, 448, 739, 1091.2, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il t arixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, iddiaçının özünün qeyd etdiklərinə inanılsa belə, elə həmin qeyd edilənlərlə müəyyən olunur ki, 2020-ci ilin avqust ayında Cavabdeh ona zəng edib onunla görüşərək, ona həmin borcdan 5.000 (beş min) manat pul qaytarmış, 2020-ci ilin avqust ayından sonra cavabdeh ona müxtəlif bəhanələr gətirib qalan pulunu qaytarmamışdır. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçı tərəfindən iddia ona olan borcun 5.000 (beş min) manat hissəsinin qaytarıldığı 2020-ci ilin avqust ayından 3 il 7 ay sonra qaldırılmışdır. Beləliklə, müəyyən edilir ki, hət ta həmin iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu, yəni iddia müddətinin keçməsi isə, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(103)-1540/2025 saylı qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonr a Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

17. Birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən qeyd etmişdir ki, onun cavabdehlə qazanc əldə etmək məqsədilə işgüzar münasibətlər qurması və bununla əlaqədar cavabdehə 15000 ABŞ dolları məbləğində pulu X1 tanışı Rüfət adlı şəxs vasitəsilə verməsi, habelə birbaşa özünün cavabdehə gömrük rüsumlarının ödənilməsi məqsədilə 5000 ABŞ dolları məbləğində pul verməsi və həmin pulların müqabilində isə tərəflərin gözlənilən qazancı əldə etməməsi, üstəlik də qazanc məqsədilə qoyulmuş pul vəsaitinin iddiaçıya qaytarılmaması işin araşdırılmış halları ilə ö z təsdiqini tapır. Belə ki, cavabdeh tərəfindən 3 il əvvəl cinayət təqibi orqanında aparılmış araşdırma zamanı verilmiş izahatda iddiaçının təsvir etdiyi faktiki hallara uyğun olaraq xüsusatlar öz əskini tapmışdır. İddiaçının bildirməsinə və cavabdehin də təsdiq etməsinə əsasən müəyyən edilir ki, iddiaçının Dubay şəhərində olan tanışı məhz iddiaçının göstərişi ilə cavabdehin bildirdiyi malları almaq üçün pul ödəmişdir. Hazırda cavabdehin bu halı mübahisələndirərək həmin pulun sanki iddiaçıya aid olmaması, həmin pulu tələb etmək hüququnun iddiaçıya deyil, Rüfət adlı şəxsə məxsus olmasına dair irəli sürdüyü dəlilləri əsassızdır. İşin araşdırılmış hallarına əsasən məhkəmə Dubay şəhərində Rüfət adlı şəxsin hazırki iş üzrə İddiaçı göstərişi ilə malları almaq üçün pul ödəməsini və hazırki vaxtad ək Rüfət adlı şəxsin cavabdehə qarşı hər hansı tələblə çıxış etməməsini, habelə işgüzar münasibətlərdə bu cür sövdələşmələrin rastgəlinən olmasını nəzərə alaraq belə hesab edir ki, cavabdehin bu məsələ ilə bağlı dəlilləri əsassızdır.

18. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi həm iddiaçının göstərişi ilə onun Dubay şəhərindəki tanışı tərəfindən ödənilmiş 15000 ABŞ dolları və həmçinin iddiaçının özünün birbaşa cavabdehə verdiyi 5000 ABŞ dolları hissəsində işin araşdırılmış halları ilə öz təsdiqini tapdığı üçün əsaslıdır. Cavabdeh X8 İddiaçı elektron qol saatları alaraq satmaq və gəlir əldə etmək məqsədi ilə 15000 ABŞ dolları və 5000 ABŞ dolları məbləğində pul almış, həmin pulun müqabilində alınmış aksessuarlar üzərində sərəncam verilməsi cavabdehin ba şqa öhdəliyinə görə məhdudlaşdırılmışdır. Eyni zamanda işin araşdırılmış halları ilə o da müəyyən edilir ki, cavabdeh ümumi məbləğdən iddiaçıya həmin dövrdə 5000 manat qaytarmış, sonrakı illərdə isə hissə-hissə olmaqla 1100 manat pul qaytarmışdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsi barədə mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Çünki, cavabdeh ümumi məbləğdən 18 oktyabr 2022-ci il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 300 manat, 20 iyul 2024-cü il tarixdə 500 manat ödəniş edilmişdir. Cavabdeh həmin pul məbləğlərinin mübahisəli pula görə deyil, başqa məqsədlə ödənilməsini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə də idd iaçının irəli sürdüyü dəlillər cavabdehin dəlilləri və dəlilləri təsdiq edəcək sübutları ilə təkzib edilmədiyindən iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilir. İddiaçı kifayət qədər cavabdehin həmin pul məbləğini ödəməsini səbrlə gözləmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən həmin pulun tam olaraq qaytarılması təmin edilməmişdir.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 11.1, 11.2, 14.1, 21.1, 21.2, 21.3, 337.5, 380.1, 380.2, 385.1, 386.1, 390.1, 442, 443, 448, 739, 1091.2 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh X3 nümayəndəsi k assasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 11.1, 11.2, 14.1, 21.1, 21.2, 21.3, 337.5, 373, 380.1, 380.2, 385.1, 386.1, 390.1, 442, 443.1, 443.2, 443.7,443.8, 443.9, 443.10, 448.1, 448.2, 739.1, 739.2, 739.3, 1091.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4, 386-cü maddələri, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il il tarixli 4 №-li Qərarının 6.3-cü bəndinin pozulduğu göstərilmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətinin əsas dəlilşi kimi iddia müddətinin başlanğıcının məhkəmə tərəfindən düz gün müəyyən edilmədiyi göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

29. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

30. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarınd an görünür ki, tərəflər arasında birgə fəaliyyət göstərməklə gəlir əldə edilməsi ilə bağlı şifahi razılaşma əldə edilmiş və iddiaçı bu məqsədlə cavabdehə 2020-ci ildə 15000 ABŞ dolları və 5000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh öz ğhdəliyinə və verdiyi vədə əməl etmədiyindən tərəflər arasında münasibətlər pozulmuş və iddiaçı ödədiyi vəsaiti geri tələb etmişdir.

38. İşin mübahisəsiz halıdır ki, cavabdeh aldığı məbləğdən iddiaçıya 5000 manat və hissə-hissə olmaqla 1100 manat pul qaytarmışdır. İddiaçı 2024-cü ilin aprel ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh 18 oktyabr 2022-ci il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 300 manat, 20 iyul 2024-cü il tarixdə 500 manat ödəniş etmişdir. MM-nin 380.1-ci və 380.2-ci maddələrinə əsasən iddia qaldırılanadə k sonuncu ödəniş edildiyi tarixdən (xx.xx.2023-cü il) iddia müddətinin axımı kəsildiyindən və müddət yenidən başladığından məhkəmə düzgün olaraq iddia müddətinin ötürülmədiyinə dair nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəyə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.

40. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə bağlı olduğundan kassasiya baxışının predmetini təşkil etmir.

41. İşə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində qeyd edilmiş normaların pozuntusuna yol verilməmişdir.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli 2(103)1540/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar