Məhkəmə qərarları › İş №2(102)-1772/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1772/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1772/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürülmə, özbaşına tikili 10.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(103)-468/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş in hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı1 ilə Cavabdeh 12 sentyabr 2013-cü il tarixdə nikaha daxil olmuşlar;

3. Tərəflər birgə nikah dövründə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ünvan 1 ünvanda yerləşən evdə yaşamışlar;

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-1250/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikah pozulmuşdur;

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)4209/2021 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh Cavabdeh qarşı cavabdehin ona məxsus mübahisəli evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir;

6. Hazırda mübahisəli özbaşına tikilidə cavabdeh yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat

7. İddiaçılar İddiaçı1 (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) Cavabdeh qarşı (bundan sonra cavabdeh) iddia ərizəsi, daha sonra oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onların ünvan 3 ünvandaki yaşayış sahəsinə (bundan sonra mübahisəli yaşayış sahəsi) köçürülməsi, fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə cavabdehə qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə maneələrin cavabdehə və digər şəxslərə qadağan olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikaha g irməzdən əvvəl mübahisəli ünvanda fərdi yaşayış sahəsi tikdirmişdir, orada yaşamaqla pasport qeydiyyatına alınmış, onun həmin yaşayış sahəsindən istifadə hüququ faktiki olaraq tanınmışdır. Cavabdehin onun mənzilinə heç bir hüququ yoxdur, birgə nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra onun mənzilində qalıb yaşamasına heç bir nə qanuni, nə də ki mənəvi haqqı qalmamışdır. Cavabdehdən boşandıqdan sonra mənzilini tərk edib getməsini tələb etsə də, bunu könüllü şəkildə etməkdən imtina etmişdir. Halbuki, onun bundan sonra da yüngül həyat tərzi keçirərək onun yanında qalması qətiyyən qəbuledilməzdir, cavabdehin mənzilinə pasport qeydiyyatı da yoxdur.

9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı m übahisəli yaşayış evini aldığını iddia edir. Eyni zamanda, iddiaçı həmin evdə pasport qeydiyyatında olub ailə qurduqdan sonra oraya köçdüyünü bildirir. Yəni, iddiaçı mübahisəli evi gah tikdirdiyini, gah da beh müqaviləsi ilə aldığını iddia edir. İddiaçı mübahisəli ünvanda heç vaxt yaşamamış, buna görə də həmin evə istifadə hüququ yaranmamışdır. Evin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir. Təqdim olunan beh müqaviləsi uydurma əqddir. Digər iddiaçının cavabdehlə hər hansı bir ailə bağı olmamış, mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Evin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3397/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia qismə n edilərək, İddiaçı1 ünvan 3 ünvanında olan fərdi yaşayış evinə köçürülməsi, 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, İşin mübahisəsiz halıdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla tərəflərin əmlak hüquqlarının bir hissəsinə çevrilə bilər. Başqa sözlə, iddiaçının və cavabdehin həmin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut oldunduğu təqdirdə onların həmin evlə bağlı sahib olduqları əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Sadalanan qanunvercilik normalarından göründüyü kimi iddiaçının tələbinin “köçü rülmə” hissəsi istisna olmaqla digər - “fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə Cavabdeh qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə manelərin Cavabdeh və digər şəxslərə qadağan olunmasına dair” hissədə təmin edilməsi üçün iddiaçı mübahisəli evə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğunu, hüquqlarının müvafiq qaydada qeydiyyata alındığını, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil e dən əmlakları nikahdan əvvəl əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etdiyini sübut etməli idi. Lakin, iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə, həmin halların mövcud olması məsələsini qaldırmamış, cavabdehlə 2013-cü il tarixdən bəri ər-arvad kimi mübahisəli tikilidə yaşadığını etiraf etmişdir. Mübahisəli ev özbaşına tikili olsa da, qəbuledilən haldır ki, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.sair hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəs ait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Qeyd olunan və iddianın əsaslılığına xidmət edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür ki, məhkəmə araşdırması zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir.

12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, birinci iddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır, cavabdeh hazırda həmin evdə yaşasa da, iddiaçı orada yaşamır, cavabdeh iddiaçının evdə yaşamasına razı deyildir. Həmçinin, cavabdeh iddiaçının mübahisəli evə köçürülməsinə etirazını bildirsə də, onun adına mübahisəli evə dair hüquq müəyyənedici sənədlərin mövcudluğu, hüquqlarının müvafiq qaydada qeydiyyata alınması, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların olması, tikilinin yalnız o nun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etməsi halları da müəyyən edilməmişdir.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25 və 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 158.4, 181.1, 181.4, 190- cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki icraat

14. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilən qətnamədə cavabdehin mübahisəli mənzili nikahdan əvvəl alması, ona məxsus olması heç cür sübut edilməmişdir. Əksinə, qanuni qüvvəsini almış məhkəmə qərarlarının hamısında mübahisəli mənzilin iddiaçı tərəfindən alınması, inşa edilməsi, nikahdan sonra cavabdehin mənzilə köçürülməsi müəyyən edilsə də, bu halların olmamasını məhkəmə sübut edə bilməmişdir. Mənzildə yaşamağa cavabdeh tərəfindən maneələr olduğu, cavabdeh tərəfindən üçüncü şəxslərin mənzildə yerləşdirilməsi müəyyən olunsa da, hüquqmüəyyənedici sənədin olmaması əsası ilə iddianı həmin hissədə təmin etməməsi əsassızdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Lakin, eyni hüquqların iddiaçılardan ona şamil olunmamasını əsaslandırmamış, ümumiyyətlə belə bir iddiaçının olub-olmaması məlum deyildir.

16. Cavabdeh öz növbəsində apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şika yəti onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbinin əsasını 19 mart 2021-ci il tarixdə həmin ünvana pasport qeydiyyatına düşməsi təşkil edir. Belə ki, birinci iddiaçı və o nikahda olduğu dövrdə iddiaçıya məxsus Zabrat qəsəbəsi Xavər Vəliyev ünvanında yerləşən evdə yaşayıblar. Tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, hər iki iddiaçı 19 mart 2021-ci il tarixdə həmin ünvana qanunsuz olaraq pasport qeydiyyatına düşüblər. İddiaçılar tərəflərin nikahının pozulduğu 18 mart 2021-ci il tarixdən bir gün sonra həmin ünvana qeydiyyata düşməklə mənzildən istifadə hüququna dair hüquqi zəmin yaratmağa çalışıblar. Birinci iddiaçı həmin ünvanda pasport qeydiyyatında olmağı əsas gətirərək onun fərdi yaşayış evindən çıxarılması ilə bağlı iddia qaldırmış, lakin bu məqsədinə nail o la bilməmişdir. Bundan başqa, birinci iddiaçının özünün məhkəməyə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini 2018-ci il də öz istəyi ilə tərk etdiyini etiraf edib. Məhkəmə proseslərinin fasiləsiz aparılan audio və video yazılarında iddiaçının bu etirafı öz əksini tapıb. Başqa sözlə, hətta iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamış olsa belə (baxmayaraq ki, yaşadığını qəbul etmir), özü etiraf edir ki heç kəs onu yaşadığı yerdən məhrum etməyib. Hələ nikah pozulmamışdan əvvəl özü öz istəyi ilə yaşayış yerini tərk edib. Tərəflər nikaha daxil olmamışdan öncə kommunal xidmətlər onun adına qeydiyyata alınıb.

18. Məhkəmə iclasında birinci iddiaçı izahatında bildirmişdir ki, evi 2013-cü ilin iyun ayında həmin evi Quliyev Şahsuvardan almışdır. Cavabdehlə münasibətləri əvvəldən var idi. C avabdeh 20-ci sahədə Tanrıverdi kişinin həyətində 9 kv.m sahədə yaşayırdı. Cavabdeh Zabrata 2014-ci ildə gəlmişdir. Əvvəlcə Zabratda kirayə tutmuş, kirayə pulunu o, ödəmişdir, cavabdehin anası da yanında yaşayırdı. Daha sonra o, evi alandan sonra 2014-cü ilin əvvəlində Şahsuvar orada yaşaya-yaşaya təmir etdirmişdir, cavabdeh işləmirdi. Həmin evə 2014-cü ildə köçmüşdür. Yoldaşı rəhmətə getdikdən sonra cavabdehlə münasibətlərini rəsmiləşdirmiş, 2021-ci ildə boşanmışlar. Ev nikaha daxil olmamışdan 3 ay qabaq alınmışdır. “Azərsu” və “Azərqaz” tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosunda cavabdehin adının qeyd edilməsi yanlışdır. Abonent saldosu 2014-cü il tarixindən cavabdehin adına keçmişdir. 2011, 2012, 2013-cü il tarixlərində abonent saldosu Quliyev Şahsuvarın adına olmuşdur. Cavabdehin ailə üzvləri həmin evə köçdüyünə görə o, həmin evdən çıxaraq öz oğlunun evində yaşamağa başlayıb.

19. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, cavabdehi qonşu kimi tanıyır, birinci cavabdehi isə bir-iki dəfə görmüşdür. Cavabdeh təqribi 11 ildir ki, orada yaşayır. O, əvvəllər orada Şahsuvar adlı şəxsi görmüş, hazırda həmin şəxs rəhmətə getmişdir, onlardan sonra oraya cavabdeh gəlmişdir, təqribi 11 ildir ki, 2013-cü ildən cavabdehi orada görmüşdür. Cavabdeh birinci iddiaçı ilə bir yerdə oraya gəlməmişdir. Birinci iddiaçını orada 2-3 dəfə görmüşdür. Tarix baxımından dəqiq məlumat verə bilmir. O, Şahsuvarla birinci iddiaçını görməmiş, Şahsuvarı çoxdan tanıyırdı.

20. Şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cav abdehi tanıyır. Birinci iddiaçını isə gəlib-gedən zaman görürdü. Cavabdeh onun hasar qonşusudur və 2013-cü ildən orada yaşayır. Birinci iddiaçı həmin ünvanda yaşamayıb. Cavabdeh anası və bacısı ilə orada yaşayırdı.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-468/2024 nömrəli iş üzrə 16 yanvar 2024cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva – sədrlik edən və məruzəçi, F.Babayev və G.Axundova) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia birinci iddiaçıya aid hissədə qismən təmin edilərək, birinci iddiaçının fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin digər hissədə və ikinci cavabehə aid hissədə təmin edilməməsi qət edilmişdir.

22. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisələndirilməyən halları isə bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir və bu tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi və s.) mövcud deyildir. Özbaşına tikili olan ev cavabdehin faktiki sahibliyindədir.

23. Məhkəmə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, Əmlakın birinci iddiaçı tərəfindən məhz nikaha girməzdən əvvəl qeyri-rəsmi şəkildə alınmasının həqiqətə uyğun olmadığı da işin mübahisələndirilməyən hal larına aiddir. Bu hal Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1 iyul 2021-ci il tarixli, 2(008)- 4209/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş çərçivəsində qeyd edilənlərin müzakirə edilməsi istisna olunur.

24. Məhkəmə qeyd etmişdir ki, işə baxılması zamanı cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, mübahisəli evdə təmsil etdiyi şəxsin yaşadığını, kommunal xərclərin onun tərəfindən ödənildiyini, evin cavabdehə və onun ailəsinə məxsus olduğunu bildirmişdir. Cavabdeh tərəf məhkəməyə, həmçinin mübahisəli evin kommunal ödənişlərinə dair yazılı sübutları təqdim etmişdir.

25. Özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəm ə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, cavabdeh mübahisəli evin onun və ya ailəsi tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkcə onun qanuni gözlənti hüququnun olmasına istinad etsə bu halları təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, beləliklə də mübahisələndirilən fərdi yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir.

26. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr in iddiaçı tərəfindən bağlanması, müvafiq abonent cədvəllərinin onun adına tərtib olunması da tərəflərin xx.xx.2013-cü il tarixdə nikah münasibətlərinə daxil olduqları nəzərə alınsa, ağlabatandır və bu sənədlər məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları təkzib etmir. Həmçinin iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinin məzmunu ilə əlaqədar müəyyən edilir ki, hər iki tərəf mübahisəli fərdi yaşayış evində 2013-cü ildən yaşamağa başlamışdır.

27. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsi məsələsi araşdırılmış, həmin evin əldə edilməsində yalnız cavabdehin iştirak etməsi halı öz təsdiqini tapmamışdır, o, mübahisəli evə subyektiv hüquqa malik olduğunu qeyd etsə də, onun mübahisə predmeti olan evə mülkiyyətçi k imi yalnız onun qanuni gözlənti hüququnun olması halının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Buna görə də mübahisəli evin cavabdehin vəsaiti hesabına əldə edildiyi öz təsdiqini tapmadığı üçün həmin evin tərəflərin birgə nikah dövründə birgə vəsaiti hesabına əldə edilməsi qəbul edilir.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Lakin cavabdehin istinad etdiyi kimi bu halların (şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi) yoxlanılmasına ehtiyac qalmır. Çünki mübahis əli evin birgə vəsait hesabına əldə edilmədiyini, bu evin yalnız cavabdehə aid olması halları öz təsdiqini tapmamışdır. Yəni, mübahisəli ev birgə nikah dövründə əldə edildiyindən, həmin evə cavabdehlə bərabər iddiaçının da sahiblik hüququ, habelə gələcəkdə mülkiyyətin qeydiyyata alınması ilə bağlı qanuni gözləntisi vardır. Birinci cavabdehin fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir.

29. Məhkəmə iddia tələbinin ikinci iddiaçıya aid hissədə qeyd etmişdir ki, ikinci iddiaçı digər iddiaçının övladı olsa da, onun köçmək istədiyi özbaşına tikilidən yaşayış sahəsi kimi nə vaxtsa istifadə etdiyi, həmçinin həmin yaşayış sahəsinə onun ehtiyacı olması halları müəyyən edilməmişdir. İkinci iddiaçının başqa yaşayış yeri mövcuddur və onun mü bahisəli evdə nə vaxtsa yaşadığı müəyyən edilməmişdir. İddiaçının bu davranışı da köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Belə ki, iddiaçı sözügedən yaşayış sahəsinin əldə olunmasında onun zəhmətinin olduğuna, həmin tikilidə yaşadığına, davamlı əlaqələrinin mövcud olduğuna, istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunan xüsusatları sübut etmək yükü də iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti, apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarında iddiaçının həmin ünvanda yaşamağını təsdiq edən heç bir sübut mövcud deyil. İş materialları ilə sübuta yetirilmədiyi halda hətta hesab etsək ki, iddiaçı özünün dediyi kimi 2018-ci i ilədək həmin ünvanda yaşayayıb və həmin ünvanı öz istəyi ilə tərk edib. Belə olan halda belə mübahisəli ev nikahdan öncə cavabdehə məxsus olduğundan nikaha xitam verildikdən sonra iddiaçının həmin evə hər hansı hüququndan söhbət gedə bi lməz. Buna görə də məhkəmə qanunun analogiyasına əsasən hazır ki iddianı rədd etməli idi. Həmçinin tərəflərin 3 ildən artıq ki, nikahlarının pozulması və ayrı yaşaması, eyni zamanda iddiaçının özünün 2018-ci ildən mübahisəli evi tərk etməyini etiraf etməyi onun yaşayış yerinə ehtiyacı olmadığını (digər yaşayış yerinə isə sahib olduğunu) göstərir, bu da hətta onun müəyyən müddətə istifadə hüququn saxlanıla bilməsini də da inkar edir. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin sübutlarına və etirazlarına qiymət verməyərək, mahiyyətcə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

36. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

37. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Prosessual Məcəl lə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Məhkəmə kollegiyası, qətnaməni tərəfin müba hisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli ev özbaşına tikilidir və bu tikiliyə dair hər hans ı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Cavabdehin faktiki sahibliyində olan mübahisəli ev birgə nikah dövründə əldə edildiyindən, həmin evə cavabdehlə bərabər iddiaçının da sahiblik hüququ vardır. Birinci cavabdeh fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir.

48. Belə olan halda “iddiaçının 2018-ci ildən mübahisəli evi tərk etməsi, yaşayış yerinə ehtiyacı olmadığı, hətta onun müəyyən müddətə istifadə hüququnun saxlanılmamsı” barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gə linmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən i ş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(103)-468/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar