Məhkəmə qərarları › İş №2(102)-1773/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1773/2020

10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1773/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12496 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Q.Məmmədli, iş № 2(004)-3191/2019) iddiaçı Bakı Şəhəri İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin istifadə hüququnun alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması və Cavabdeh3 üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ilə X9, Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli fərdi yaşayış evinin istifadə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 ödənilmiş 58.888 manat və Cavabdeh2 ödənilmiş 74.847 manat məbləğində kompensasiyanın İddiaçınə geri qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) İddiaçı və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N küçəsi, 29-da yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 1-ci mərtəbəsində yerləşən 2 otağı X1 mülkiyyətində, “A” tiklisinin 2-ci mərtəbəsində yerləşən 1 yaşayış otağı, dəhliz, balkon Cavabdeh3, X19 və X5 mülkiyyətində olmuşdur. Bakı şəhəri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə X3 X2 məxsus “A” tikilisinin 1-ci mərtəbəsində yerləşən hissəsinə, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə isə Cavabdeh2 Cavabdeh3 və qeyrilərinə məxsus “A” tikilisinin 2-ci mərtəbəsində yerləşən hissəsinə istifadə hüquqlarının dövlət qeydiyyatına alınması, adlarına Dövlət Reyestrindən Çıxarışların verilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin B akı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərarlara əsasən Cavabdeh2 və X3 yaşayış sahəsindən istifadə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və adlarına Reyestrdən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarına əsasən həmin evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə Bakı Şəhəri İddiaçı ilə Cavabdeh2 və X9 arasında fərdi yaşayış evinin istifadə hüququnun alqı-satqısına dair müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 74.847 manat, Fikrət Ələsgərliyə isə 58.888 manat məbləğində kompensasiya ödənilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 X6 və qeyrilərinə qarşı yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə 3-cü şəxslər Fikrət və Cavabdeh2lərin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək yaşayış sahəsindən istifadə hüququnun alqı-satqısının mülki qanunvericiliyin tələbinə zidd olmasını, cavabdehlərin istifadəsində olan sahələrin məhkəmə qətnaməsi ilə Cavabdeh3 verilməsini və s. əsas göstərməklə Fikrət Ələsgərli və Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqavilələrinin Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız hesab edilməsi, onlara ödənilmiş kompensasiya məbləğinin İcra Hakimiyyətinə qaytarılması, Cavabdeh3 ilə yeni müqavilənin bağlanması və Cavabdeh3 cavabdehlər qarşısında kompensasiya ödənilməsi barədə öhdəliklərinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kasasiya şikayəti verərək müqavilənin etibarsız hesab edilərkən Mülki Məcəllənin 651-ci maddəsinin tələbinin nəzərə alınmamasını, müqavilənin qanuni olmaqla onun etibarsız sayılmasının əsass ız olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında yaşayış sahəsinə istifadə hüququnun alqı-satqısı barədə müqavilə bağlanmışdır. Yəni cavabdehlər yaşayış sahəsinə əldə etdikləri istifadə hüquqlarını İcra Hakimiyyətinə satmışlar. Apelyasiya instansiyası məhkəməsi həmin müqavilələrin qanunsuz olması barədə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə istinad etmişdir. Qanunun həmin normasına görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Cavabdeh2 görə isə məhkəmə Mülki Məcəllənin 651-ci maddəsinin qüvvəsini tətbiq etməklə iddianı rədd etməli idi. Mülki Məcəllənin 651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alğısatqısına əş yaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Cavabdeh2 satdığı hüquq yaşayış sahəsinə istifadə hüququ ilə bağlı olmaqla həmin hüququn alqı-satqısı alıcı üçün heç bir hüquq yaratmadığından, yəni həmin hüququn müqavilə əsasında başqasına keçməsi mümkün olmadığından, həmin hüquq Mülki Məcəllənin 651-ci maddəsində müəyyən edilmiş hüquq sayıla və satıla bilməz. Mülki Məcəllənin 228.3-cü maddəsi konkret olaraq yaşayış sahəsindən istifadə hüququnun alqı-satqısını qadağan etdiyindən, kollegiya hesab edir ki, mübahisənin 228.3cü maddəsinin qüvvəsinin tətbiq edilməklə həlli qanuni və əsaslı olmuşdur. Göstərilənl ərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun tələbinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar