Məhkəmə qərarları › İş №2(102)-1773/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1773/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1773/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı ilk iddiası və Cavabdeh MTK-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki vəziyyətin bərpasının mümkün olmamasının hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK qarşı “özbaşına inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh MTK-nin İddiaçı qarşı “torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına kompensasiya verilməklə xi tam verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-378/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikilməsindən ibarətdir.

2. Qeyd olunan torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli, AA 061144 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.

3. Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 138 saylı sərəncamı ilə, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarı və “Yerli icra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutularaq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi 15,17, 17A, 17B, 19 və Əli bəy Hüseynzadə küçəsi, 8 s aylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə xx.xx.2017-ci il tarixli aktı, xx.xx.2017-ci il tarixli xx/xx-03495 saylı məktubu, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli Q-280 saylı razılıq məktubu və Cavabdeh MTK-nın S-101 saylı, xx.xx.2017-ci il tarixli müraciəti nəzərə alınaraq, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov küçəsi 15, 17, 17A, 17B, 19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 1,3 ha olan ərazi də çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MTKnın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır.

4. Səbail rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetini Cavabdeh MTK tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10, 12, 14, 16, 18, 20; Əlibəyov qardaşları küçəsi, 15, 17, 17A, 17B, 19 və Əli bəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yaşayış binalarının (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması təşkil etmişdir. Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10, 12, 14, 16, 18, 20; Əlibəyov Qardaşları küçəsi, 15, 17, 17A, 17B, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanlarınd a tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə Cavabdeh MTK arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra verilməsi müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödənilməsi, müqavilənin 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%dən artıq sahəsi olan, təmirli və püşkatma yolu ilə seçilmiş mənzil sahəsi ilə təmin edilməsi öhdəlik kimi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. 5. 21.12.2017-ci il tarixdə tərtib edilmiş və Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən təsdiq edilmiş aktda göstərilir ki, Səbail RİH-nin təsərrüfat şöbəsinin böyük məsləhətçi memarı Kamil Məmmədov, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 138 No-li xx.xx.2017-ci il tarixli sərəncamına əsasən 1.30 ha torpaq sahəsində instrumental təriqilə ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuş və Cavabdeh MTK-nın nümayəndəsi A.Səfərova yerində təhvil verilmişdir. Səbail rayonu, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 1.30 ha torpaq sahəsini Cavabdeh MTK-nın nümayəndəsi A.Səfərov cizgidə olduğu kimi yerində qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, habelə torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin hasarı cavabdeh tərəfindən dağıdılmış, ona məxsus ərazidə tikinti işləri aparılmışdır. Həmçinin cavabdeh tərəfindən digər bir bina da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəsli ilə nəzərdə tutulan “Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ”na dair normalar kobudcasına pozulmaqla iddiaçıya məxsus torpaq sahəsinin bilavasitə yaxınlığında ucaldılır. Hazırda cavabdeh tərəfindən tikinti işləri iddiaçıya məxsus torpaq sahəsinin bilavasitə ərazisində aparılır. Cavabdehin nümayəndələri ilk öncə iddiaçıya ona məxsus ərazi cavabdeh üçün zəruri olduğundan sahənin bazar dəyərini təşkil edən məbləği iddiaçıya ödəməyə razı olduğunu bildirmişd ir. Lakin hazırda cavabdeh iddiaçıya verdiyi sözdən boyun qaçırır, onunla bərabər sonuncuya məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasını davam edir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdeh tərəfindən iddiaçıya məxsus 11 saylı torpaq sahəsinin əvəzinə 300.000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı ş əhərinin Suraxanı, Nəsimi, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkəti tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə ed ilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi Xanlar küçəsi 10,12,14,16,18, 20, Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B, 19 və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olduğundan mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirall ahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» xx.xx.2016-cı il tarixli 86 saylı qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 138 saylı sərəncamı ilə həmin binaların sökülməsi, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinin həyata keçirilməsi "xxxx" MMC-nin həmtəsisçisi olduğu Cavabdehnə həvalə edilmişdir. Bu məqsədlə 1,3 ha torpaq sahəsinin Cavabdeh MTK-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 138 saylı sərəncamının icrası ilə əlaqədar olaraq Səbail rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndin ə əsasən yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödənilməsi, müqavilənin 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatma yolu ilə seçilmiş mənzil sahəsi ilə təmin edilməsi öhdəlik kimi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq MTK tərəfindən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, razılıq əldə olunmuş, notariat qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Sözügedən ünvanlarda yaşayış binasının tikintisinə başlanılmışdır. Hal-hazırda yaşayış binasın ın tikintisi sürətlə davam edir və ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq həmin qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan normativ hüquqi və inzibati aktların icrası gecikməklə yanaşı, həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqla davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütəmadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur.

10. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmişdir. "xxxx" LTD MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərinin bazar dəyəri 200.000 manat müəyyən edilmişdir.

11. Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) ilkin iddia tələbi təmin olunmamış, qarşılıqlı iddia tələbi təmin edilərək, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən 300.000 manat kompensasiya verilməsi yolu ilə iddiaçının torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilmiş və həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüquqlarının tanınması qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edildiyi kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən 0,04 ha torpaq sahəsi cavabdehə yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə həmsərhəddir, yəni qonşuluqda yerləşir. Cavabdeh Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 138 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sərhədləri daxilində tikinti işləri aparmış və orada yüksək mərtəbəli bina inşa etmişdir. Həmin bina iddiaçının mülkiyyətindəki torpaq sahəsinin ərazisindən kənarda inşa edilmiş və iddiaçının mülkiyyətindəki torpaq sahəs inə cavabdeh tərəfindən hər hansı müdaxilə edilməmişdir.

13. İddiaçının mülkiyyətindəki torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılması müəyyən olunmadığından və iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmadığından, ilk iddia tələbi cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində əsaslı hesab edilməməlidir.

14. Məhkəmə ilk iddianın cavabdeh tərəfindən torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan inşa edilmiş tikililərin sökülməsi ilə bağlı qeyd edib ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən mülkiyyətindəki torpaq sahəsində hər hansı tikinti işləri aparılmamış və həmin torpaq sahəsində heç bir tikili mövcud deyil.

15. Həmçinin məhkəmə Şəhərsalma və Tikinti M əcəlləsinin 69.1, 69.1.1, 69.1.2 və 69.2-ci maddələrinə istinadla qeyd edib ki, qanunvericilik torpaq sahəsində inşa edilən tikililər arasında ara məsafəsinin saxlanılmasını nəzərdə tutur. Tikili ilə qonşu torpaq sahəsi arasında ara məsafəsinin saxlanılması qanunla müəyyən olunmur. Bu səbəbdən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədə tələbini də məhkəmə əsassız hesab edir.

16. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin yerləşdiyi ünvan 3 ünvan cavabdehə ayrılmış və razılaşdırılmış ərazinin tikintiplanlaşdırma eskizlərinin müəyyən edilmiş sərhədlərində yerləşir və texniki sənədlərdə öz əksini tapmışdır.

17. Məhkəmə gəldiyi nəticən i Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 69.1, 69.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 247.1-ci, Mülki Prosessual Məcəlləsinin 218.3, 220.6-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 0,04 ha torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir və cavabdeh iddiaçıya məxsus torpaq sahəsini mənimsəyib orada qurğular yerləşdirib tikili ucaltmışdır. Bu halı cav abdehin nümayəndəsi məhkəmə iclaslarında, həmçinin qarşılıqlı iddia ərizəsində də etiraf etmişdir. İlkin iddia tələbini rədd edən məhkəmə qeyd edib ki, iddiaçı onun torpağında hər hansı bir qurğu və tikilinin ucaldılmasını sübuta yetirməmiş, ümumiyyətlə torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı müdaxilə edilməmişdir. İddiaçı mübahisəli tikintinin aparıldığı torpaq sahəsinin iş üzrə təqdim edilmiş iddiaçıya məxsus çıxarışla üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsi barədə vəsatətlə çıxış etsə də, cavabdehin nümayəndəsi həmin sahənin cavabdehə Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 138 saylı sərəncamı ilə verildiyini və hazırda həmin torpaq sahəsindən tikinti məqsədləri üçün istifadə edildiyini bildirərək, bu məsələlərin araşdırılmasına ehtiyac olmadığını bildirmişdir. Eyni zamanda, ilkin iddia ərizəsinin 2-ci tələbinə aid hissəsini (Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi) məhkəmə o əsasla rədd etmişdir ki, “qanunvericilik torpaq sahəsində inşa edilən tikililər arasında ara məsafəsinin saxlanılmasını nəzərdə tutur, tikili ilə qonşu torpaq sahəsi arasında ara məsafəsinin saxlanılması qanunla müəyyən olunmur”. Halbuki, iddiaçıya məxsus torpağa dair dövlət tərəfindən verilmiş çıxarışda “məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi” qeyd edilmişdir. 19.1. Məhkəmə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə dair subyektiv hüququnu Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 138 saylı Sərəncamı və Səbail rayon İcra Hakimiyyəti Başçısı ilə cava bdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə əsaslandırmışdır. Baxmayaraq ki, həmin sənədlərin məzmunu ilə tanış olduqda müəyyən olunur ki, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20; Əlibəyov Qardaşları küçəsi 15, 17, 17A, 17B, 19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü cavabdehə həvalə edilmişdir. Göründüyü kimi, dövlət tərəfindən cavabdehə yalnız qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların inşası həvalə edilmiş, vətəndaşlara mülkiyyət hüququ ilə məxsus boş torpaq sahələri bağışlanmamışdır. 19.2. Bundan başqa, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanı Səbail Rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamında əhatə edilməmişdir və cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə dair mülkiyyət hüququna xitam verilərək öz mülkiyyət hüququnun tanınması barədə iddia tələbləri ilə çıxış etmək kimi subyektiv hüququ yoxdur. 19.3. Cavabdeh mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə iddia tələbinin dəlillərinə münasibət bildirməyərək və mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə əsaslanaraq qarşılıqlı iddia ərizəsini iddiaçının belə bir iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd etməli idi.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin (və ya hansı hissədə üst-üstə düşüb-düşmədiyinin) müəyyən edilməsi barədə sual qoyulmuşdur.

21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/470 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İd diaçı məxsus olan 0,04 ha torpaq sahəsinin Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsində (boş qalan ərazidə) onun təyinatına uyğun istifadəsi, yəni fərdi yaşayış evinin inşasının mümkün olub-olmamasının müəyyən edilməsi barədə sual qoyulmuşdur.

23. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4955 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq, İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşasının mümkün olmadığı müəyyən edilir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-378/22 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov və İddiaçı) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

25. Məhkəmə k ollegiyası qeyd etmişdir ki, aparılmış araşdırmalar zamanı (hər iki tərəfin izahatları, ekspertiza rəyləri) ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyd olunan torpaq sahəsinin də yerləşdiyi ərazidə cavabdeh tərəfindən yüksək mərtəbəli böyük yaşayış kompleksi tikilmiş, həmin binalara xidmət edəcək yardımçı sahələr (qazanxana və sair) isə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin ünvanda inşa edilən yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin inşası tamamlanmışdır. 25.1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanının Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə əhatə olunmadığı göstəri lmişdir. 25.2. Ekspertiza rəyləri ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsi Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür. 0,04 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsi (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyası (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alınmaqla, İddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşası mümkün deyil. 25.3. Cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş və başa çatdırılmış yaşayış kompleksinə olduqca böyük miqdarda vəsaitin sərf olunduğu mübahisəsizdir. Eyni zamanda, tikintinin apar ıldığı həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də həmin binalarda mənzillər almış (əldə etmiş) digər şəxslərin də yeni inşa edilən binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur. 25.4. Belə olan halda məlum olur ki, hazırkı halda iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsi barədə tələbi mahiyyət etibarı ilə həmin ünvanda inşası tamamlanmış yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin sökülməsi ilə bağlıdır ki, bu tələbin təmin edilməsi isə iqtisadi baxımdan çox böyük maliyyə xərcləri tələb etməklə yanaşı, həm də çoxsaylı digər vətəndaşların mənzil hüquqlarının bərpaolunmaz dərəcədə pozulmasına gətirib çıxarmış olacaqdır. Bunun isə həm iqtisadi-maliyyə xərcləri baxımından, həm iddiaçı ilə həmin binalarda mənzil hüququ olan ço xsaylı digər vətəndaşların toqquşan maraqlarının tarazlaşdırılması baxımından, həm də qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğu aşkardır. Çünki oxşar hallarla bağlı qanunvericilikdə xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. 25.5. Belə ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 25.6. Demək ki, hazırkı halda iddiaçının cavabdehə qarşı mahiyyət etibarı ilə əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbi təmin edilə bilməz, bununla belə, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı torpaq sahəsinin real bazar dəyərinə müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməy ə müraciət etmək hüququnun olması izah edilməlidir.

26. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edib ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 26.1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanının Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə əhatə olunmadığı göstərilmişdir. 26.2. Belə olan halda məlum olur ki, qarşılıqlı iddia tələbi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsasına görə təmin edilə bilməz. 26.3. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş xx.xx.2021-ci il tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı məxsus 11 saylı torpaq sahəsinin əvəzinə 300.000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 26.4. Səbail Rayon Məhkəməsinin 2(009)-680/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsində qarşılıqlı iddia ərizəsində yuxarıdakı tələblərin təmin edilməsi ilə yanaşı, həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının t anınması da qərara alınmışdır.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13,1, 29,4cü, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3,1-ci, Mülki Məcəllənin 157.9, 459.5, MPM-nin 218.3, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia ərizəsinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qanuni mülkiyyətində olan torpağı 2 ildir ki, zəbt etdiyi halda, hər iki məhkəmə instansiyası iddiaçının cavabdehə qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanın da yerləşən, 0.04 ha torpaq sahəsinin ərazisində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə iddiasını təmin etməmişdir.

30. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsi barədə tələbi mahiyyət etibarı ilə həmin ünvanda inşası tamamlanmamış yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin sökülməsi ilə bağlıdır ki, bu tələbin təmin edilməsi isə iqtisadi baxımından çox böyük maliyyə xərcləri tələb etməklə yanaşı, həm də çoxsaylı digər vətəndaşların mənzil hüquqlarının bərpaolunmaz dərəcədə pozulmasına gətirib çixarmış olacaqdır. Bunun isə həm iqtisadi-maliyyə xərcləri baxımından, həm iddiaçı ilə həmin binalarda mənzil hüququ olan çoxsaylı digər vətəndaşların toqquşan maraqlarının tarazılaşdırılması baxımından, həm də qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğu aşkardır.

31. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla da təsdiq olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanı, Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2017-ci il tarixli sərəncamında əhatə edilməmişdir.

32. Apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpağın cavabdeh tərəfindən boşaldılmasına dair iddiasını rədd edərkən, iddiaçının mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur.

33. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 459.5-ci maddəsinə əsaslanaraq, iddiaçının ilkin iddiasını rədd etsə də, həmin maddəyə əs aslanıb, iddiaçıya ədalətli əvəzin ödənilməsini də qət etməmişdir. Halbuki, məhkəmə kollegiyasının istinad etdiyi müddəa torpağa dair mülkiyyət hüququnun pozulması hallarını tənzimləmir.

34. Kassator şikayətini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 1 saylı Protokolunun 1, Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1, Azərbaycan Respublikası Konstitusiysı 13, 29.4-cü, Mülki Məcəllənin 157.9, 180.1, 180.4, 459.5-ci, MPM-nin 394.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin rədd edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxla nılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyası

36. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilik də nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, y axud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

43. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən onun iddiasının təmin olunmaması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-5 və 25.2-ci paraqraflarında əksini tapmışdır.

58. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülüb əvvəlki vəziyyətinə gətirilməsi yolu ilə mülkiyyət hüququnun bərpa olunmasına çalışır. İddiaçı izahatında bildirmişdir ki, cavabdehin nümayəndələri ilk öncə ona məxsus ərazi cavabdeh üçün z əruri olduğundan sahənin bazar dəyərini təşkil edən məbləği ona ödəməyə razı olmuş, lakin sonradan bu razılaşma baş tutmamışdır.

59. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, artıq iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən yüksək mərtəbəli böyük yaşayış kompleksi tikilmiş, həmin binalara xidmət edəcək yardımçı sahələr (qazanxana və sair) isə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Eyni zamanda, müəyyən olunmuşdur ki, həmin ünvanda inşa edilən yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin inşası tamamlanmışdır.

60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsi barədə tələbi mahiyyət etibarı ilə həmin ünvanda inşası tamamlanmış yüksək mərtəbəli binaların, eləcə də yardımçı sahələrin sökülməsi ilə bağlıdır ki, bu tələbin təmin edilməsi isə iqtisadi baxımdan çox böyük maliyyə xərcləri tələb etməklə yanaşı, həm də çoxsaylı digər vətəndaşların mənzil hüquqlarının bərpaolunmaz dərəcədə pozulmasına gətirib çıxarmış olacaqdır.

61. Məhkəmə kollegiyası ilkin vəziyyətin bərpa edilməsinin mümkün olmadığı oxşar hallarla bağlı Mülki Məcəllənin 459.5-ci maddəsində müəyyən edilmiş qaydaya istinad etməklə bildirmişdir ki, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

62. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Xüsusilə nəzərə alınmalı olan hal odur ki, hündürmərtəbəli binanın inşası uzun vaxt aparan və aşkar görünən hal dır. Buna görə də həmin tikililərin inşası ilə bağlı etirazlar vaxtında bildirilməli və hüquqdan sui-istifadəyə yol verilməməlidir.

63. Buna əsasən də iddia tələbi təmin olunmamış, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı torpaq sahəsinin dəyərinə müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

64. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

65. Kassatorun «Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 459.5-ci maddəsinə əsaslanaraq, iddiaçının ilkin iddiasını rədd etsə də, həmin maddəyə əsaslanıb, iddiaçıya ədalətli əvəzin ödənilməsini də qət etməmişdir» dəlili qətnamənin ləğvinə əsas vermir. Çünki bu cür iddia tələbi olmadığı halda MPM-nin 218.3-cü maddəsinə əsasən məhkəmə həmin məbləğin tutulması barədə qətnamə çıxara bilməzdi. Məhz buna görə də məhkəmə kollegiyası izah etmişdir ki, iddiaçı həmin tələblə məhkəmədə iddia qaldıra bilər.

66. İddia tələbi “0,04 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” hissəsində təmin olunmadığına görə, “torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” barədə tələbin araşdırılmasına zərurət qalmır.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nə ticə əsaslandırılmışdır.

68. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-378/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar