Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1773/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2024-ci il tarixli, 2(105)14/2023 saylı qərardadından cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 21 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzib ati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 1.Xaçmaz Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(067)-34/2019 saylı qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və digərlərinə qarşı “mülkiyyət hüququnun tanınması və “torpağın mülkiyyətə verilməsinə dair” JN:139 “A” saylı Şəhadətnamənin etibarsız hesab edilməsi” barədə ilk iddia ərizəsi, habelə Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı “özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
2. İddiaçı apellyasiya şikayət i verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilk iddia ərizəsinin rədd olunan hissəsində ləğv edilib, ilk iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddia ərizəsinin rədd olunan hissəsində ləğv edilib, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cu il tarixli, 2(105)-14/2023 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova sədrlik edən, məruzəçi, A.Mahmudov və S.Qafari) apellyasiya şikayətləri qismən təmin edilərək iş üzrə Xaçmaz Rayon məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(067)-34/2019 saylı qətnaməsi qismən - Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı “özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb olunması” barədə qarşılıqlı iddia ərizəsinin rədd olunması hissəsində ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir.
5. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(105)-14/2023 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(067)34/2019 saylı qətnaməsi qismən - İddiaçı Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və digərlərinə qarşı “mülkiyyət hüququnun tanınması” və “torpağın mülkiyyətə verilməsinə dair” JN:139 “A” say lı Şəhadətnamənin etibarsız hesab edilməsi” barədə ilk iddia ərizəsinin rədd olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. 6. 6 dekabr 2023-cü il tarixdə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(105)-14/2023 saylı qətnamə və qərardadının surətləri elektron imza ilə təsdiq edilməklə cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının vəkili Vəkil1 elektron kabinetində yerləşdirilmişdir.
7. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı (vəkili Vəkil1) tərəfindən sözügedən qətnamədən 9 fevral 2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2024-cü il tarixl i, 2(105)-14/2023 saylı qərardadı ilə (hakimlər A.Süleymanova, sədrlik edən, məruzəçi, Z.Məmmədov və E.Rəhimov) cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının nümayəndəsi və vəkili Vəkil1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(105)-14/2023 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət buraxılmaqla verilmişdir. Kassasiya şikayəti verilməsinin son müddəti 07 fevral 2024-cü il tarix olmuş, lakin həmin gün Prezident seçkiləri günü olduğundan və Seçki Məcəlləsinin 8.2-maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmadığından prosessual müddəti n son günü 8 fevral 2024-cü il tarix qəbul edilməsinə baxmayaraq şikayət 9 fevral 2024-cü il tarixdə verilmişdir. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının nümayəndəsi və vəkili Vəkil1 qətnamədən kassasiya şikayəti vermə müddətini ötürməsinə baxmayaraq buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. Ona görə də kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2(105)-14/2024 saylı qərardadının ləğv edilməsi, kassasiya şikayətinin qəbul edilm əsi və kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin hazırda mübahisələndirilən 16 fevral 2024-cü il tarixli, 2(105)-14/2023 saylı qərardadında göstərilib ki, kassasiya şikayətinə verilməsinin son müddəti 7 fevral 2024-cü il tarix olmuş, lakin həmin gün Prezident seçkiləri günü olduğundan iş günü hesab olunmadığından, prosessual müddətin son günü 8 fevral 2024cü il olmağına baxmayaraq şikayət 9 fevral 2024-cü il tarixində verilmişdir. Qarşılıqlı iddia üzrə Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının apellyasiya instansiya məhkəməsində nümayəndəsi Vəkil1 deyil, əmisi Nümayəndə2 olmuşdur. Onun isə elektron kabineti mövcud deyil. Odur ki, kassasiya şikayətinin verilmə müddəti qətnamənin sürətinin Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına çatdığı müddətdən hesablanmalıdır.
12. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 404.1.1, 405.0.1-ci maddələrinə istinad olunaraq əsaslandırılmışdır. b)Kassasiya şikayətinə dair etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 135.1. Mülki Prosessual Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhk əmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindənkassasiya şikayəti verilə bilər.
20. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin b ərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
22. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qər ardadı bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
27. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblərini pozub.
28. Belə ki işdən görünür ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızını nümayəndə kimi Nümayəndə2, vəkil kimi isə Vəkil1 təmsil edib. Lakin nə Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı, nə də ki onun nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində “elektron kabineti” olmayıb. Yalnız Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının vəkili Vəkil1 “elektron kabineti” olub, sonuncu isə onu məhkəmədə nümayəndə kimi deyil, vək il kimi təmsil edib.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46, 61-ci maddələrinin tələblərinə görə vəkil, işdə iştirak edən şəxslərin tərkibinə daxil deyil, prosesin digər iştirakçısı hesab olunur və həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən vəkilin apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadlarından yalnız vəkil statusunda kassasiya şikayəti vermək hüququ yoxdur və belə bir hüquqa yalnız tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçilər və maraqlı şəxslər malikdirlər.
30. Göründüyü kimi prosesin digər iştirakçısı kimi vəkil o halda iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarından kassasiya şikayəti verə bilər ki, iş üzrə tərəfin və ya üçüncü şəxsin həm vəkili, həm də nümayəndəsi olmuş olsun.
31. Cavabdeh Nəsru llayeva (Şükürova) Arzu Bədəl qızı apellyasiya instansiyası məhkəməsində ona hüquqi yardım göstərmək üçün Vəkil1 ilə müqavilə bağlasa da, onun adına məhkəmədə onu təmsil etmək üçün etibarnamə verməyib və o, belə bir etibarnaməni Nümayəndə2 adına verib, sonuncunun isə “Elektron məhkəmə” informasiya sistemində “elektron kabineti” olmayıb.
32. Belə olan halda apellyasiya instansiyası məhkəməsi cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının kassasiya şikayətini geri qaytararkən ilk növbədə mübahisələndirilən qətnamənin surətinin rəsmi qaydada ona nə vaxt verildiyini və ya Vəkil1 qətnamənin surətini ona təqdim edib-etmədiyini araşdırmalı idi.
33. Digər tərəfdən işdən, habelə kassasiya şikayətinin dəlillərindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti 6 dekabr 2023-cü il tarixdə Vəkil1 məxsus “elektron kabinet”-də yerləşdirilsə də, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının bu barədə məlumatı olmayıb və qətnamənin surəti ona rəsmi qaydada 14 dekabr 2023-cü il tarixdə sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılıb.
34. Mülki prosessual qanunvericiliyə görə məhkəmə işdə iştirak edən şəxslərə, yəni tərəflərə, üçüncü şəxslərə və sair apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada verməlidir və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”-lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin siste m vasitəsilə elektron qaydada (elektron poçt, SMS və sair vasitəsilə) çatdırılır.
35. Yuxarıda sadalanan mülki prosessual normaların mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər tərəfindən kassasiya şikayətinin verilməsi ilə bağlı 2 aylıq prosessual müddətin axımı - məhz qətnamənin surətinin onlara rəsmi qaydada verildiyi və ya “elektron kabinet”-ləri olduğu halda isə orada yerləşdirildiyi və onlara bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və sair vasitəsilə) çatdırıldığı gündən başlayır.
36. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq pros essual müddətin axımının qətnamənin surətinin ona rəsmi qaydada verildiyi 14 dekabr 2023-cü il tarixdən deyil, Vəkil1 “elektron kabineti”-nə yerləşdirildiyi 6 dekabr 2023-cü il tarixdən hesablamaqla, qeyd olunan mülki prosessual normaların tələblərini pozub və cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı tərəfindən prosessual hərəkətlərin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilməsini nəzərə almayıb.
37. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının qətnamədən verdiyi kassasiya şikayətini geri qaytarmaqla, onun Konstitusiyasının 60-cı maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarını pozub. Halbuki həmin normaların mənasına gö rə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və ağlabatan müddətdə açıq araşdırılması hüququna malikdir.
38. Avropa Məhkəməsinin çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququna qoyulan istənilən məhdudiyyətlər yalnız o, halda 6cı maddənin tələblərinə uyğun ola bilər ki, onlar: birincisi, qanuni məqsəd daşısın; ikincisi, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun.
39. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
40. Daha sonra işdən görünür ki, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı yalnız işə apellyasiya qaydasında baxıldıqdan sonra, yəni 22 yanvar 2024-cü il tarixdə Vəkil1 adına etibarnamə verib və işə apellyasiya qaydasında baxılarkən sonuncu cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının nümayəndəsi olmayıb.
41. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan mülki prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2(105)-14/2024 saylı qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.