Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1774/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:yaşayış sahəsinə köçürülmə) 22.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil Qurbanəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2310/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx xx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh1 xx xxxxxx 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı cavabdeh və onun ailə üzvlərinin yaşadığı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə X12 və xx xxxxxx 2013-cü il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-219/2018 saylı qətnaməsinə əsasən Cavabdeh1 və İddiaçı arasında olan nikah pozulmuşdur. 1993-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan surətindən görünür ki, həmin texniki pasport Cavabdeh2 adına Cəlilabad rayonu Göytəpə şəhəri Savalan küçəsində yerləşən evə dair tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq övladları X12 və X8 ilə gəlin köçdüyü Cəlilabad rayonu Göytəpə şəhəri Savalan küçəsində yerləşən 47 saylı yaşayış evinə istifadə hüquqlarının tanınması tələbini irəli sürmüşdür. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, övladları X12 və X8 ilə birlikdə gəlin köçdüyü Cəlilabad rayonu Göytəpə şəhəri Savalan küçəsində yerləşən 47 saylı yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə ayrıldıqdan sonra yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə atasının yanında yaşayır. Valideynlərinə məxsus fərdi yaşayış evi çox darısqal və kiçik olduğundan uşaqları ilə birlikdə yaşamaq üçün gəlin köçdüyü evə qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişdir. Uşaqları ilə birgə həmin sözügedən evdən istifadə hüquqları bərpa edilməlidir. Mübahisəli evlə əlaqədar heç kəsin mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyata alınmadığını nəzərə alaraq hesab edir ki, həmin münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cəlilabad Rayon Məhkəməsinin (sədrlik edən hakim Qalib Paşayev) xx xxxxxx 2018ci il tarixli, 2(073)-2191/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü Aidə və xx.xx.2013-cü il təvəllüdlü Hüseyn adlı uşaqları ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaş adıqları fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə Mənzil Məcəlləsini 53, 54 və 123-cü maddələrinə istinad edərək iddia tələbini təmin etmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tale Kərimov məruzəçi, Zəki Babayev və Nüsrət Mirzəyev) xx xxxxxxx 2019-cu il tarixli, 2(106)2753/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad e dərək əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzil dövlət qeydiyyatına alınmadığından və iddiaçı cavabdehlə birgə yaşayaraq təsərrüfat apardığından Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən yaşadığı mənzildən məhrum edilə bilməz. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov -məruzəçi, Əhməd Əhmədov və Vüqar Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(102)1909/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-2753/2019 saylı qətnaməsi l əğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəmə qeyd etmişdir ki, “...iddia tələbində köçürülməsi qeyd olunan yaşayış evi iddiaçının qayınatası olan cavabdeh Cavabdeh2 İlyas oğluna məxsus olub 1987-ci ildə tikilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra həmin yaşayış evinə dair xx.xx.2018-ci il tarixində Cavabdeh2 İlyas oğlunun adına RX seriya, ******* №-li çıxarış verilmişdir. Yəni işə apelyasiya qaydasında baxılarkən tərəflər arasında mövcud hüquq münasibətlərinin yaranma əsası dəyişmişdir. İddia tələbinin hüquqi əsasının dəyişməsi Azərbaycan Respublikası MPMnin 372.3-cü maddəsində də təsbit olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll o lunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “ d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, cavabdehlərin adına xx xxxxxx 2014-cü il tarixli ********** qeydiyyat nömrəli Cəlilabad rayonu Göytəpə şəhərində 6 nəfər ailə üzvləri ilə ümumi-birgə 0.5599 ha kənd təsərrüfatı torpaq sahəsi qeydə alınmışdır. Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən daxil olmuş elektron adlı siyahıda olan məlumatlara əsasən Cavabdeh2 və Cavabdeh1 adlarına Cəlilabad rayonu Göytəpə şəhərində 6 nəfər ailə üzvləri ilə birgə 0.10 ha həyətyanı torpaq sahəsi (JN02101, kod-80602004) vardır. X1 adına Cöytəpə şəhəri, Savalan küçəsində aprel 19xx xxxxxxx 1580 inventar nömrə ilə texniki pasport tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixd ə verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Xudaverdiyev küçəsi, 21 ünvanda yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh2, X2, X4, X9, X3 və Cavabdeh1 ümumi birgə milkiyyətlərində, üzərində yerləşən fərdi yaşayış evi isə Cavabdeh2 tam pay hüququ üzrə xüsusi mülkiyyətindədir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Soltanov sədrlik edən və məruzəçi, Zəki Babayev, Nüsrət Mirzəyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir. Məhkəmə kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlərdən Cav abdeh1 ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və Cavabdeh2 qanuni sahibliyində və istifadəsində, o cümlədən mülkiyyət hüququ gözləntisi olduğu Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Xudaverdiyev küçəsi, 21 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bu evdə yaşaşdıqları dövrdə İddiaçı ilə Cavabdeh1 iki övladları doğulmuşdur. xx xxxxxx 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 məhkəmə qaydasında boşanmış və onların ailə münasibətlərinə xitam verilmişdir. Həmin vaxtdan iddiaçı uşaqları ilə birlikdə valideynlərinin evinə köçmüş və hal-hazıradək onlarla birlikdə yaşayır. İddiaçı sözügedən evdən çıxdıqdan bir il sonra, yəni xx xxxxxx 2017-ci il tarixdə həmin evə köçürülməsi ilə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. Cavabdeh2 xx xxxx 2018-ci il tarixdə iddiaçının köçmək istədiyi sözügedən fərdi yaşayış evinə tam payla mülkiyyət hüququ əldə etmiş və buna dair ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda bu Çıxarışla həmin fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi Cavabdeh2 və onun 5 nəfərdən ibarət olan ailə üzvlərinin, o cümlədən digər Cavabdeh1 ümumi birgə mülkiyyəti kimi qeydə alınmşdır. İddiaçının mübahisəli evin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşmanın olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi həmin norma mülkiyyətçi ilə keçmiş ailə üzvü arasında olan münasibətləri tənzimləyir. Hazırki mübahisəli hüquq münasibətləri üzrə isə İddiaçı mülkiyyətçinin, yəni Cavabdeh2 nəinki keçmiş, ümumiyyətlə ailə üzvü sayılmır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı sözügedən fərdi yaşayış evinin mülkiyyətçisinin keçmiş ailə üzvü olmadığından, hətda olmuş olsa belə mülkiyyətçi ilə başqa razılaşması olmadığından və onunla ailə münasibətlərinə xitam verilmiş olduğundan onun hazırda köçmək istədiyi evə hər hansı bir hüququ olmuş olmur. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tədbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Qurbanəli oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin eidlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsi ndə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə aralarındakı münasibətin həmin andan yaranması nəticəsinə gəlib, mübahisəli mənzilin məhz xüsusi mülkiyyətdə olmasına görə hazırkı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək Cəlilabad Rayon Məhkəməsinin qətnaməsini ləğv edərək iddiamı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə əgər mübahisəli mənzil Xüsusi mülkiyyətdə olmasaydı, onda həmin evə köçməyim barədə tələbi təmin edilərdi. O, nə mübahisəli evə gəlin köçərkən, nədə ki iddianı qaldırarkən, nə də birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ev xüsusi mülkiyyətdə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi evin xüsusi mülkiyyətdə olmasına görə maddi hüquq normalarını tətbiq etməklə, birinci instansyia məhkəməsinin qətnaməsini maddi hüquq normalarının pozulması əsası ilə ləğv etmiş, lakin həmin qətnamə çıxarılarkən evin xüsusi mülkiyyətdə olmamasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil Qurbanəli oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.4. Yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyə tçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, işə məhkəmədə baxılarkən mübahisəli fərdi yaşayış evinə dair hüquq müəy yənedici sənəd əldə edildiyindən tərəflər arasında hüquq münasibətləri dəyişmiş və apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq mübahisəyə Mənzil Məcəlləsinin 30.4 və 30.1-ci maddələrini tədbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2310/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov