Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1775/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçı Ərizəçi, vəkili Vəkil və nümayəndəsi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinə qarşı bədbəxt hadisə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kasasiya şikayətin ə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim T.Kərimov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi işlədiyi “xxxx” QSC-nin X4 2013-cü ilin iyun ayının 5-dən 6-na keçən gecə, iş yerində və iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alınmasından, həmin xəsarətin istehsalat xarakterli olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov, Ş.Məhərrəmova) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə maraqlarına toxunan şəxs “xxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinə qarşı bədbəxt hadisə faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin təmin olunmaması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları a ydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 2013-cü ilin iyun ayının 5-dən 6-na keçən gecə iş yerində və iş vaxtı onunla baş vermiş bədbəxt hadisənin istehsalatda baş verməsi və aldığı xəsarətin istehsalat xarakterli olduğu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmiş dir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.6-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçü n dərhal həmin hadisə baş verən günü X9 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X9 Xidmətinin Aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Qaydaların 2.3-cü bəndinə əsasən işəgötürən tərəfindən bu Qaydaların 1.7-ci bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməs i ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. Həmin Qaydaların 2.6-cı maddəsinin 3-cü cümləsinə əsasən işçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İz formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi irəli sürdüyü tələblə əlaqədar məhkəməyə mötəbər sübutlar təqdim etmədiyi üçün ərizəsi təmin oluna bilməz. Belə ki, ərizəçinin göstərdiyi və birinci instansiya məhkə məsinin müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, Ərizəçi 2013-cü ilin iyun ayının 5-dən 6-na keçən gecə, iş yerində və iş çəkisi 30,4 kq. olan elektrovozun detalını endirərkən belində yaranan kəskin ağrılar əmələ gəlmiş və sonradan müayinə zamanı onun L3-L4, L4-L5 fəqərəarası disklərin Şmorl düyünləri, L4-L5 fəqərəarası diskin minimal arxa medial protruziyası xəsarəti aşkar olunmuşdur. Məhkəmə kollegiyası ərizəçinin səhhətinin pozulmasını şübhə altına almır, lakin hesab edir ki, həmin pozulmanın göstərilən vaxtda və göstərilən şəraitdə yaranması faktı iş üzrə təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, ərizəçi göstərdiyi hadisədən sonra dərhal işəgötürənə məlumat verməmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmamış və tibb müəssisəsinə müraciət etmə miş, iş vaxtını normal şəkildə başa çatdırmışdır. Onun ilk müraciəti yalnız xx xxxx 2013-cü il tarixdə 2 saylı X3muşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx xxxx 2013-cü il və xx xxx 2014-cü il tarixli məktublarına əsasən Ərizəçi sağlamlığının pozulması halı istehsalatla əlaqəli olubolmaması müəyyən edilmədiyindən həmin Xidmət tərəfindən təhqiq edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında ərizəçinin əvvəllər də bel ağrılarından əziyyət çəkməsini, bununla da səhhətində müəyyən olunmuş pozulmanın ərizəsində istinad etdiyi hadisə ilə əlaqəli olmamasını təsdiq edən məlumatlar mövcuddur. Belə ki, iş materiallarında olan X1 X5 rəisinə ünvanladığı izahatının surətinə əsasən Ərizəçi ona hadisədən 3-4 gün əvvəl belinin ağrımasını bildirmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Ərizəçi aşkar edilmiş “Lyumbaqo; Sağ tərəfli radikulyar ağrı sindromu” xəstəliyi ağır yük qaldırma nəticəsində əmələ gələ bilərdi. Lakin bununla əlaqədar istehsalatda müvafiq sənəd (İz formalı akt) tərtib edilmədiyinə görə, həmin xəstəliyin əmələ gəlmə səbəbi və baş vermə müddəti haqqında dəqiq fikir söylənilməsi mümkün deyil. Bundan başqa Bakı Şəhər Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Ərizəçi işdə ağır yük qaldırarkən xəsarət alması və həkim tərəfindən düzgün diaqnoz qoyulm aması barədə sonuncunun atası ərizələrində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Həmin qərara əsasən izahatında göstərmişdir ki, hadisədən təxminən bir həftə əvvəl 7 kq.-ya yaxın yük qaldıran zaman belində yüngül ağrı hiss etmişdir. Həmçinin araşdırma zamanı X6 izahatında göstərmişdir ki, əvvəllər iş zamanı Ərizəçi belində ağrı yarandığını görməmiş, lakin söhbət zamanı Qurban hadisədən təxminən bir həftə əvvəl tanışı üçün ev əşyalarını boşaldan zaman belində ağrı olduğunu bildirmiş, ondan sonra isə heç bir ağrısı olmamışdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənim deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1775/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1775/2020
09.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver