Məhkəmə qərarları › İş №2(102)-1775/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1775/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1775/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2283/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq ondan 3696 (üç min altı yüz doxsan altı) manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kiçik sahibkar kimi kənd təsərrüfat bitkilərinin becərilməsi və satışı ilə məşğul olur. Cavabdeh2 xeyli vaxtdır ki, tanıyır. 2014-cü ildə taxıl mövsümü zamanı Cavabdeh2 nisyə olaraq hər kiloqramının qiyməti 28 qəpik hesabı ilə cəmi 3.696 manat dəyərində 13 ton 200 kq buğda satmışdır. Onların arasında olan razılığa əsasən buğdanı satıb dərhal pulu qaytarmalı idi. Bütün bu proseslər şahid X2 iştirakı ilə olmuşdur. Ancaq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdaraq bu günə qə dər müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Neçə illərdir ki, o, onun xahişlərini nəzərə alıb güzəştdə gedərək gözləmişdir. Ancaq, bütün bunların heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, Ağdam RPŞ-nə müraciət etmişdir. Ağdam RPŞ-nin təhqiqat qrupunun 19 iyun 2019-cu il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qəbul etdiyi qərardan görünür ki, araşdırma zamanı vermiş olduğu izahatında Cavabdeh2 ondan 2.000 manat dəyərində nisyə taxıl aldığını etiraf etmişdir. Eyni zamanda cavabdehin oğlu da PŞ-də vermiş olduğu izahatda atası Cavabdeh2 ondan 2.000 manat dəyərində buğda aldığını təsdiq etmişdir. Cavabdeh2 ondan aldığı 2 ton buğdanın dəyərini bilərəkdən azaldaraq 2.000 manat kimi göstərmişdir. Cavabdeh2 iddiaya etiraz edərək. İzahatında göstərmişdir ki, o, 2009-cu i ldə ehtiyacı olduğu üçün əvvəllər tanıdığı faizlə pul verən Ağdam rayon sakini olan Xdən 2.000 manat məbləğində faizlə borc pul istəmiş, Xdə nağd pulu olmadığı üçün ona 2.000 manat dəyərində buğda vermişdir ki, satıb pulunu götürsün və əlavə olaraq 1.200 manat faiz ödəməklə qaytarsın. Oda taxılı aparıb 2.000 manata satmış və öz torpaq sahəsində soğan və digər tərəvəz məhsulları əkmişdir. Əkdiyi məhsulları satdıqdan sonra 2.000 və 1.200 manat olmaqla, iki dəfəyə cəmi 3.200 manat məbləğində pulu Xə qaytarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, Cavabdeh2 onun atasıdır. 2009-cu ildə onlara vacib pul lazım olduğu üçün atası yaxından tanıdığı İddiaçı borc olaraq 2.000 manat məbləğində pul istəmiş, İddiaçı nağd pulu olmadığı üçün 2.000 m anat dəyərində taxıl vermişdir ki, satıb puldan istifadə etsin və faizlə qaytarsın. Atası həmin taxılı satıb pul əldə etmişdir. Sonradan atası X1 Xə olan borcunu faizi ilə birlikdə cəmi 3.200 manat məbləğində pulu iki dəfəyə verərək tam ödəmişdir. Hazırda atası X1ın Xə heç bir borcu yoxdur. Ancaq X atasından pulu gec ödədiyinə görə əlavə pul tələb edir və müxtəlif yerlərə şikayət ərizəsi yazır. Ağcabədi Rayon Məhkəməsinin (hakim Sulduz Ləzimov) 21 may 2020-ci il tarixli, 2(017)529/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı 3.696 manat məbləğində borc pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə iş materiallarında olan 29 may 2019-cu il tarixli, HK-1,387 nömrəli qərara istinad edərək, həmin qərara əsasən qeyd etmişdir ki, materialda cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir və həmin qərarda Cavabdeh2 İddiaçı 3.200 manat ödəməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 İddiaçı 2.000 manat dəyərində buğda almış, sonra isə əlavə 1.200 manat faiz olmaqla cəmi 3.200 manat qaytarmışdır. Bu da onu göstərir ki, cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı cavabdehin ona borcu olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(017)-529/2020 saylı qətnaməsinin ləğv olunması və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, həmçinin məhkəmə tərəfindən qərəzli mövqe tutulmuş, ədalətli məhkəmə araşdırmasına nail olunmamışdır. İş materiallarında olan 29 may 2019-cu il tarixli HK1/1387 nömrəli araşdırma materiallarında Cavabdeh2 ona 3200 manat pul ödəməsi öz əksini tapmamışdır. Əksinə cavabdehin etiraf edici izahatı və iş üzrə dindirilmiş şahidin ifadəsi ilə Cavabdeh2 ona pul borclu olması tam şəkildə öz sübutunu tapmışdır. Apelyasiya şikayətinə məhkəmə baxışı iclasında Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, 2009-cu ildə ehtiyacı olduğu üçün əvvəllər tanıdığı faizlə pul verən Ağdam rayon sakini olan Xdən 2.00 0 manat məbləğində faizlə borc pul istəmiş, Xdə nağd pulu olmadığı üçün ona 2.000 manat dəyərində buğda vermişdir ki, satıb pulunu götürsün və əlavə olaraq 1.200 manat faiz ödəməklə qaytarsın. Oda taxılı aparıb 2.000 manata satmış və öz torpaq sahəsində soğan və digər tərəvəz məhsulları əkmişdir. Əkdiyi məhsulları satdıqdan sonra 2.000 və 1.200 manat olmaqla iki dəfəyə cəmi 3.200 manat məbləğində pulu Xə qaytarmışdır. X6 Şöbəsinə 2019cu ildə onlardan şikayət yazaraq bildirmişdir ki, guya X2 ondan taxıl almışdır. Polis şöbəsində onun şikayəti araşdırılaraq müəyyən olunmuşdur ki, onların Xə borcu yoxdur. Buna görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Soltanov sədrlik edən və məruzəçi, X2 və X3) 2 (106)-2283/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(017)-529/2020 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, Cavabdeh2 2000 (iki min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla, o cümlədən iddi açının izahatının bir hissəsi, habelə bunu tamamlayan cavabdehin izahatı və şahid X1 ifadəsi ilə müəyyən olunur ki, aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən Cavabdeh2 İddiaçı natura şəklində 2000 (iki min) manat borc almışdır. İşin müəyyən olunmuş hallarından və bu hallara tətbiq edilməli olan maddi hüquq normalarından göründüyü kimi, cavabdeh şifahi borc müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu iddiaçıya qaytarmalı olduğu halda bunu etmədiyindən, bununla da, müqavilədə nəzərdə tutulmuş öhdəliyini pozduğundan, buna görə də kreditorun borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ yarandığından və borc alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası işin mübahisələndirlən, o cümlədən tərəflərin tələb və etirazlarının əsasını təşkil edən hallarına, yəni iddiaçının cavabdehə 3696 (üç min altı yüz doxsan altı) manat dəyərində 13 ton 200 kq buğda satması və cavabdehin iddiaçıya məhkəmə iclasında müəyyən olunduğu 2000 manat məbləğində deyil, məhz 3696 manat məbləğdə borcunun qalması, həmçinin cavabdehin iddiaçıdan sələmlə götürmüş olduğu 2000 manat borc pula görə iddiaçıya 3200 manat pul ödəməsi hallarına münasibət bildirərək qeyd etmişdir ki, tərəflər həmin hallara dair nə birinci instansiya, nə də ki, apellyasiya instansiya məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin ətraflı araşdırılmasını təm in etməyərək iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən faktiki halları düzgün qiymətləndirməyərək və cavabdehin izahatına, eləcə də şahid ifadəsinə və cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsaslanaraq iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş X1 ifadəsinə sübut kimi istinad edərkən həmin şəxsin cavabdehin doğma övladı və buna görə də işin nəticəsində bilavasitə maraqlı olmasını nəzərə almamışdır. Həmin şahidin ifadəsinin cavabdehin izahatı ilə tamamilə üst-üstə düşməsi, belə eyniliyin isə onlar arasında işin halları barədə əvvəlcədən razılaşdırılmış mətndən irəli gəlməsinin istisna olmaması, eləcə də bu izahat və ifadənin başqa sübutlarla tamamlanmaması həmin izahat və ifadənin cavabdehin iddiaçıdan sələmlə götürmüş olduğu 2000 manat borc pula görə iddiaçıya 3200 manat pul ödəməsi hissəsinin həqiqiliyini şübhə altına alır. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi cinayət işinin başlanmasının rədd olunması haqqında 29 may 2019-cu il tarixli, HK-1,387 nömrəli qərarla bağlı qeyd etmişdir ki, həmin qərarda cavabdehin iddiaçıdan sələmlə götürmüş olduğu 2000 manat borc pula görə iddiaçıya 3200 manat pul ödəməsi barədə məlumat yalnız hazırki Cavabdeh2 və onun oğlu X2 Manafovun izahatlarında əksini tapmış olduğundan və digər sübutlarla tamamlanmadığından, həmin məlumatlar da yuxarıda göstərilən səbəblərdən mötəbər sübut kimi qəbul oluna bilməzlər və buna görə də bu məlumatlarla sözügedən halın müəyyən edilmiş olması istisna edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara düzgün qiymət verməmiş və iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə baxmayaraq, iddia tələbinin rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 442, 427.3, 739.1, 443.3-ci maddələrinə istinadən əsaslandırmıəşdır. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2283/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsinin edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə i craatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və obyektiv araşdırma aparmadan qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Kasasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3 -cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra sını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi apellyasiya instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı qətnamənin iddianın təmin edilməmiş hissəsindən kassasiya şik ayəti vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilmiş hissəsində cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim et dikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2283/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar