Məhkəmə qərarları › İş №2(102)-1776/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1776/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1776/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Faiq oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İ(Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, həbs, başqa yerə getməmək haqqında iltizam, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Faiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-996/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsi haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İttiham aktından görünür ki, istintaq orqanı tərəfindən İddiaçı 8 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “b aşqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-244/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli hökmü ilə İddiaçı Faiq oğlu Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 179.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qə timkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübut yetirilmədiyi üçün bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1734/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 tərəfindən veril miş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün qismən – X2 aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

5. İddiaçı Faiq oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra cavabdeh, yaxud Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Maliyyə Nazirliyindən mənəvi zərərə görə 70.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda istinad olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cinayət məsuliyyətinə cəlb edilməsi onun toy mərasiminin ləğv edilməsinə səbəb olmuşdur. Belə ki, qız evi onun cinayət məsuliyyətinə cəlb olunduğunu müəyyən etdikdən sonra barəsində mənfi fikrə düşüb toyu ləğv etmişlər. Bununla da ona ağır mənəvi zərər vurulmuşdur. Bundan əlavə atası məlum hadisələrdən sonra ağır xəstəliyə tutulmuş və səhhəti pisləşmişdir ki, bu da onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Həbsdə olarkən ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, atasının xəstəliyi ağırlaşmış, o dövlət orqanlarının səhvi nəticəsində “cinayətkar” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Hətta barəsində kütləvi informasiya vasitələrində xəbərlər y ayılmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurulmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır, işə düzəlməkdə çətinliklər çəkir.

7. Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-4924/2024 nömrəli, 4 noyabr 2024-cü tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilərək, mənəvi zərərə görə 34.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçıya dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun formalaşdırdığı təcrübəyə əsasən mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edil mişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.

10. Məhkəmə bundan başqa qeyd etmişdir ki, vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, azadl ıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir.

11. Məhkəmə daha sonra qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat hesablanır. İşdən görünür ki, iddiaçı, heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişmələrinə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx. xx.2021-ci il tarixə qədər onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, yalnız xx.xx.2024-cü il tarixdə təqsirliliyi sübuta yetirilmədiyindən məhkəmə iclas zalından azad edilmişdir. Göstərilənlərə əsasən, iddiaçıya dəymiş mənəvi zərərin 34.000 ((1 il 6 ay x 500 manat) + (2 il 1 ay x 1.000 manat) = 9.000+25.000= 34.000)) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilməlidir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsi, 68-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1100, 1101.1, 1101.2-ci, Cinayət Prosessual Məcə llənin 57.1, 58.1, 58.2-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4,5,6,7,12-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 82.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qə tnamədən cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi də yərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət müh akiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 34.000 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi - “mənəvi ziyanın hər ay üçün 1.000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-996/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli hesab etmişdir.

17. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirmişdir ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrind ə dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəz ərdə tutulur.

18. Mənəvi ziyana görə kompensasiyanın məbləğinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, 34.000 manat ((1 il 6 ay x 500 manat) + (2 il 1 ay x 1.000 manat) = 9.000+25.000= 34.000 manat) tutulmasını ağlabatan hesab etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi, 68-ci maddəsinin İİİ hissəsi, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096, 1100, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin mə hkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən cavabdeh Maliyyə Nazirliyi (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya münasibətdə cavabdehin heç bir delikt törətmədiyi və iddiaçıya heç bir ziyan vurulmadığı halda, kompensasiya tələbi nin cavabdeh qismində Maliyyə Nazirliyinə yönəldilməsinin hüquqi əsası yoxdur. Belə ki, hazırkı iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır.

22. Kassasiya şikayətinin digər dəlilinə görə, işə baxan məhkəmələr “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenumunun 2021-ci il 24 dekabr tarixli qərarın 71-ci hissəsinin tələblərinə riayət etməmişlər. Belə ki, mənəvi ziyan zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda büdcənin mənafeyi nəzərə alınmaqla dəyərləndirilməli olduğu halda, məhkəmələrin mənəvi ziyanın hər ay üçün 1.000 manat dəyərində müəyyən edilməsi barədə mövqeyi əsaslı olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

23. Madd ə 28, İ hissə. Hər kəsin azadlıq hüququ vardır.

24. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakınd an məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

29. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

33. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanın ın qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

34. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

35. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

36. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.

37. Maddə 56.0.1 və 56.0.5. Bəraət almış təqsirləndirilən şəxs, qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs - cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər.

38. Maddə 57.1. cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

39. Maddə 58.1. cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

40. Maddə 58.2. fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.

41. Maddə 4 (1-ci bəndi). Bəraətverici hökm çıxarıldıqda, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

42. Maddə 5 (1-ci və 5-ci bəndləri). Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

43. Maddə 6 (1-ci bəndi). Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

44. Maddə 7 (1, 2 və 3-cü abzasl arı). Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

45. Maddə 12 (3 və 4-cü abzasları). Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı.

46. Bənd 2. “... Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

47. Bənd 10. “... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsı zlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Bu məlumatlar yaz ılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellya siya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbləğinin müəyyən edilməsində yanlışlığa yol vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

62. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddiaçıya vurulmuş mənəvi zərərə görə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçildiyi 1 il 6 ay müddətə görə hər ay üçün 500 manat məbləğində pulun cavabdeh vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi haqqında nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

63. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, iddianın təmin olunması hissəsində dəyişdiril ərək, iddiaçıya vurulmuş mənəvi zərərə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ, məhkəmə təcrübəsinə uyğun olaraq azaldılmalı, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə bağlı qalan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan məbləğin müəyyən edilməsi zamanı səhvə yol verilməsi istisna olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması ilə bağlı cavabdehin kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlə rə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 1617-ci paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilən hissədə kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini yuxarıda qeyd olunan hissədə dəyişdirmədən saxlayarkən, tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, n əticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

66. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, yuxarıda göstərilən hissədə cavabdehin kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırkı qərarın 16-17-ci paraqraflarında göstərilən hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən qeyd olunan hissəyə münasibətdə kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.

67. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində qanunsuz iddiaçının mənəvi zərərə məruz qalması və həmin zərərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olması hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, həmin hissə ilə bağlı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır.

68. Belə ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

69. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya v ə ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. 70. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: “Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.

71. Cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini n təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəməli olduğu Mülki Məcəllənin 1101.1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur. 72. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bəraətverici hökm çıxarıldıqda, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır (4cü maddənin 1-ci bəndi). Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində m ənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir (7-ci maddənin 1, 2 və 3-cü abzasları). Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir (12-ci maddəsinin 3 və 4-cü abzasları).

73. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

74. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərə findən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

75. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləğinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir:

76. Azadlıq hüququ təbii hüquqlardan biri kimi çıxış edir. Azərbaycan qanunlarına əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulan qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan ərazisindən kənara gedə bilər. Azərbaycan vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Göründüyü kimi, azadlıq hüququ insanın sərbəst hərəkətini, heç kimdən icazə almadan müstəqil davranışını ifadə edir. Bu hüquq eyni zamana bir insana münasibətdə dövlətin yanaşma tərzini də ifadə edir. Dövlət əsassız yerə insanların azadlığını məhdudlaşdıra bilməz. Azadlıq hüququ şəxsi hüquqlar qrupuna aid olan hüquqlardan biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək i mkanından da əsas etibarilə məhrum olur. İnsanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyin dən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.”

78. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

79. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

80. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nə zərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

81. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının barəsində ibtidai istintaq zamanı 1 il 6 ay müddət ərzində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsini və barəsində bəraət hökmü çıxarılanadək onun 2 il 1 ay həbsdə olmasını nəzərə alaraq, həbsdə saxlandığı 2 il 1 ay müddətə görə hər ay üçün 1.000 manat olmaqla cəmi 25.000 manat (25 (2 il 1 ay) x 1.000 manat = 25.000), barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi müddətə görə isə hər ay üçün 500 manat olmaqla cəmi 9.000 manat (18 (1 il 6 ay) x 500 manat = 9.000), ona dəymiş mənəvi zərərin ümumi məbləğini isə 34.000 manat müəyy ən etmişdir.

82. Məhkəmə kollegiyası hesab edir ki, cinayət-prosessual qanunvericiliyinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və həmin Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiri hesab edilsə də (CPM 154.1-ci maddəsi), təqsirləndirilən şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan, “həbs” qətimkan tədbiri ilə, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, şəxsin məruz qaldığı məhrumiyyət və iztirablar, onlara dəymiş mənəvi ziyanın məbləği baxımından fərqlındirilməlidir.

83. Çünki azadlıq hüququnun məhdudlaşdırıldığı həbsdə saxlamadan fərqli olaraq “başqa yerə ge tməmək haqqında iltizam” qətimkan tədbiri altında olan şəxs cəmiyyətdən tam təcrid olunmur, müəyyən məhdudiyyətlərlə əvvəlki sosial mühitində yaşamaqda davam edir, sosial həyatdan, digər şəxslərlə ünsiyyətdən tam təcrid olunmur.

84. Odur ki, məhkəmə kollegiyası iddiaçının 2 il 1 ay həbsdə olduğu hər ay üçün 1.000 manatın müəyyən edilməsini ədalətli hesab etsə də, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi müddətə görə isə hər ay üçün 500 manat olmaqla cəmi 9.000 manat müəyyən edilməsini ədalətli hesab etmir. Belə ki, mövcud məhkəmə təcrübəsinə görə şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi müddətə görə mənəvi ziyan kimi hər ay üçün 300 manat məbləğin tutulması məqsədəuyğun hesab edilmişdir.

85. Bu baxımdan məhkəmə ko llegiyası iddiaçının 2 il 1 ay həbsdə olduğu hər ay üçün 25.000 manat (25 (2 il 1 ay) x 1.000 manat = 25.000), barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi müddətə görə isə hər ay üçün 300 manat olmaqla cəmi 5.400 manat (18 (1 il 6 ay) x 300 manat = 5.400), ona dəymiş mənəvi zərərin ümumi məbləğinin isə 30.400 manat qiymətləndirilməsini ağlabatan və ədalətli hesab edir.

86. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, iddiaçıya dəymiş mənəvi zərərin həcmi 30.400 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdir.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-996/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilsin. Mənəvi zərərin əvəzi kimi 30.400 (otuz min dörd yüz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar