Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1777/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Sadıxov Əlimərdan Sadıx oğlu, Cavabdeh vəkili Yadigarov Vüsal Alxan oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 20 18-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Burcayev, iş 2(008)-2673/2018) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 ilə birlikdə Bakı şəhəri,ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər V.Baxışova və N.Cəfərov, iş № 2(103)-9512/2018) iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Yadigarov Vüsal Alxan oğlu göstərmişdir ki, işə baxarkə n apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Sadıxov Əlimərdan Sadıx oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edil məsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, AZ-İİİ seriyalı 288667 nömrəli doğum haqqında şəhadətnaməyə görə, X5 xx xxxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, uşağın atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ seriyalı 218307 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə görə, Cavabdeh və İddiaçı il ə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 07 ayının 16 günündə 219 nömrə ilə qeyd edilmişdir. Sabunçu Rayon İcra hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfındən verilmiş 30 aprel 2018-ci il tarixli 92 nömrəli məktuba görə, ünvan 1 ünvan 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən mərhum X6 məxsusdur, mərhumun varisi X2. Cavabdeh adına hər hansı bir tikilinin olması haqqında məlumatı yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 07 may 2018-ci il tarixli **********23 nömrəli məktubdan görə, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqmda məlumat İdarə nin arxivində aşkar edilməmişdir. “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin 15.10.2018-ci il tarixli məktubuna görə, ünvan 1ənzil ünvanına 27.03.2008-ci il tarixdə X1 adına təbiiqaz istehlakçısı kimi **********00010 abonent kodu açılaraq ******* nömrəli Aktaris G-4 tipli sayğac quraşdırılaraq qeydiyyata alınmışdır. “xxxx” ASC-in Sabunçu Sukanal İdarəsinin 12 oktyabr 2018-ci il tarixli məktubuna görə, Zabrat qəs, ünvan 1 ünvanda yaşayan Cavabdeh adına 01.07.2006-cı ildə müqavilə bağlanmışdır. 06.10.2017-ci il tarixində mənzilin su təchizatı üzərində su sayğacı quraşdırılmışdır. Həmin tarixə qədər ailə tərkibi 3 nəfər olmaqla hesabat aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakılar ı qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Ə gər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqları nın bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüququ təmin edılır. İddiaçının köçmək istədiyi ev özbaşına tikilidir, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, iddiaçı və cavabdehin tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdehin iddiaçının orada yaşamasına mane törətməsi iddiaçının əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edil məməsinə səbəb ola bilər.Belə olan təqdirdə, iddiaçının həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, onun İddiaçı ilə birl ikdə yaşadıqları ünvan 2 ünvandakı ev uzaq qohumları X2 məxsus olmuş, onlar həmin evdə müvəqqəti yaşamış, X2 14 dekabr 2018-ci il tarixdə həmin evə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış almaqla mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırmışdır. Bundan əlavə X2 ərizə ilə müraciət edərək Sabunçu rayon məhkəməsinin iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsinin təmin olunması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq X2 müraciəti ilə əlaqədar olaraq bildirir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsinə apelyasiya qaydasında baxılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Kollegi yası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə müvafiq olaraq eyni qətnaməyə Bakı Apellyasiya Məhkəməsində yenidən apelyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 iyun 2017-cı il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə belə iddia qaldırmış şəxsin müvafiq subyektiv hü quqa malik olub-olmamasını araşdırmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. M.İbrahimovanın şikayətindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış və həmin qətnamə ilə müəyyən edi lmiş halları təkzib edən yeni qətnamə çıxarmışdır. İşə baxan Bakı Apellyasiya Məhkəməsi bir-birini təkzib edən iki qətnamə ilə hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiklə müəyyən edilmiş səlahiyyət həddini aşmışdır. Halbuki məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Belə ki, mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Mülki Prosessual Məcəllənin 402-ci maddəsində apellyasiya məhkəmələrinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti ilə müraciət etmək hüququna malikdirlər. İşdə iştirak etməyə cəlb olunmayan, apellyasiya instansiyası məhkəməsinin aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının müdafiəsi Mülki Prosessual Məcəllədə təsbit edilmişdir. Həmin Məcəllənin 403.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər.” Digər tərəfdən Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə qətnaməni 23 oktyabr 2018-ci il tarixdə qəbul etmiş, X2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış 14 dekabr 2018-ci il tarixdə verilmişdir. Beləliklə ap ellyasiya instansiyası məhkəməsində işə baxılarkən X2 mülkiyyət hüququ mübahisəli evə qeydə alınmamış olmuşdur. Kassasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi və qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu hüquqi mövqe də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında öz əksini tapmışdır. Bununla belə Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı tikintiyə istifadə hüququnun tanınması və tikiliyə (evə) köçürmə tələbinin birinci instansiyası məhkəməsi tərəfindən qismən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 2-də yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürmə hissəsində təmin edilməsi, həmin evdə istifadə hüququnun tanınması hissəsində təmin edilməməsi ilə razılaşmış, həmin qətnaməni dəyişdirilmədən saxlanılmışdır. Deməli, məhkəmə qətnamələrinə əsasən İddiaçı mübahisəli evə istifadə hüququ məhkəmə tərəfindən tanınmamışdır. O, yalnız evin hüquqi statusu qanunsuz tikili olması faktına görə həmin evə köçürülmüş, bu zaman apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 43-cü maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi və mənzil hüququna istinad etmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra evin hüquqi statusunun dəyişməsi, yəni həmin evin X2 mülkiyyətinə çevrilməsi faktiki vəziyyəti dəyişdirir. Bu faktiki vəziyyət məhkəmə, yəni apellyasiya instansiyası məhkəməsi qətnaməsi qəbul edildikdən sonra dəyişdiyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə təsir göstərə bil məz. Bununla belə Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli mənzilə köçürülməsi hazırda mülkiyyətçi kimi X2 mülkiyyət hüququnu məhdudlaşdırır. Belə olan halda İddiaçı ilə mülkiyyətçi X2 arasında mənzillə əlaqədar hər hansı bağlılıq, yəni İddiaçı mənzildən istifadə hüququnun yaranmasına dəlalət edən bağlılıq (məsələn, tərəflər arasında yaşayış evinin tərkib hissəsindən istifadə ilə bağlı müqavilə) yoxdursa İddiaçı mübahisəli evə köçürülməsi onun bu köçürmədən faydalanmasına əsas verməyəcəkdir. Belə ki, mübahisəli evə köçürülmə oradan istifadə hüququnun əldə edilməsi üçün əsas deyil, mülkiyyətçinin tələbi ilə İddiaçı həmin mənzildən çıxarılmasına maneə yarada bilməz. İddiaçı mənzildən istifadə hüququ mülkiyyətçı X2 iradəsindən asılı olaraq müəyyənləşdirilməlidir. Bununla belə müba hisəli evin hüquqi statusu apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qəbul edildikdən sonra dəyişdiyinə görə Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 20 18-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1777/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1777/2019
05.03.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver