Məhkəmə qərarları › İş №2(102)-1777/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1777/2020

09.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1777/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı mənzil tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı mənzil tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı mənzil tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh “xxxx” QSC-nin üzərinə İddiaçı mənzil uçotunun saxlanılması və növbəlilik qaydasında mənzillə təmin olunması vəzifəsinin qoyulması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” QSC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsasland ırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «mənzil» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birinci növbədə mənzillə təmin olunması vəzifəsinin cavabdeh «xxxx» QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, «xxxx» QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rə hbərliyi ilə HİK-in xx.xx.1990-cı il tarixli birgə iclasının 04 nömrəli protokolu ilə sahənin keçmiş işçisi, təqaüdçü İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması qismində iş yerində 4 nəfər ailə üzvləri ilə uçota götürülmüşdür. Həmin birgə qərar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. İddiaçı ailə vəziyyəti və tutduğu vəzifə nəzərə alınaraq xx.xx.1992-ci il tarixli xüsusi orderlə keçmiş Zaqulba qəsəbəsi (indiki Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 28 mənzil 48) ünvan 1 ünvanda ümumi sahəsi 63,48 m2, yaşayış sahəsi 46 m2 olan 3 otaqlı xidməti mənzil ayrılmışdır. İddiaçı təqaüdə çıxmasına baxmayaraq iş yerində mənzil uçotunda saxlanılmışdır. 2016-cı ildə həmin mənzil iddiaçının arvadı X4 adına özəlləşdirmiş və sonuncunun adın a Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçıya verilmiş xidməti mənzil F.Məmmədova tərəfindən özəlləşdirildiyi üçün «xxxx» QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in xx.xx.2018-ci il tarixli 9A nömrəli protokoluna əsasən İddiaçı iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır. İddiaçı bildirir ki, o, «xxxx» QSC-nin işçisi olmuşdur. Xidməti vəzifə üzrə evlə təmin olunması barədə əmr verilmişdir. Belə ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin qərarına əsasən Dövlət Komitəsinin və Administrasiya rəhbərliyinin birgə iclasının protokoluna əsasən ona xidməti mənzil verilmiş və mənzil növbəsindən çıxarılmaması qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respu blikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən mənzil şəraitinin yaxşılaşdırılması zərurəti olan şəxslərin siyahısının təsdiq edilməsi barədə Nəsimi rayon XDS-in xx.xx.1990-cı il tarixli 133 saylı qərarına əsasən o da siyahıya əlavə edilmişdir. 2018-ci ildə ev verilməsi ilə bağlı «xxxx» QSC-yə çağırılmışdır. Daha sonra isə müəmmalı şəkildə siyahıdan çıxarılması barədə məlumat verilmişdir. Bununla bağlı rəsmi cavab almağa çalışsa da, rəsmi cavab verməkdən yayınırlar. Bu isə öz növbəsində qeyd etdiyi müvafiq qərarlara zidd olmaqla, onun hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi bildirir ki, iddia tələbi əsassızdır və t əmin edilə bilməz. Belə ki, Bakı Sabunçu yol distansiyasında 5-ci məntəqənin sabiq yol mantyoru işləmiş, hazırda təqaüdçü olan İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə iş yerində 4 nəfər ailə üzvü ilə uçota götürülmüşdür (sahə rəhbərliyi ilə HİK-in xx.xx.1990-cı il tarixli birgə iclasının 04 nömrəli protokoluna əsasən). Həmçinin İddiaçı ailə vəziyyəti və tutduğu vəzifə nəzərə alınaraq xx.xx.1992-ci il tarixli xüsusi orderlə ona keçmiş Zaqulba qəsəbəsi ünvan 1 ünvanda (indiki Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 28 mənzil 48) ümumi sahəsi 63,48 m2, yaşayış sahəsi 46 m2 olan 3 otaqlı xidməti mənzil ayrılmışdır. İddiaçı təqaüdə çıxmasına baxmayaraq iş yerində mənzil uçotunda saxlanılırdı. Lakin 2018-ci ilin oktyabr ayında məlum olmuşdur ki, İddiaçı verilmiş xidməti mənzil başqa ünvanda (ünvan 2 olan həyat yoldaşı X4 adına özəlləşdirilmiş və Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 5-ci bəndində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların siyahısı müəyyən edilmişdir. İddiaçı tərəfindən ona verilmiş xidməti mənzil artıq özəlləşdirildiyi üçün o, mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan sayılmır. Ona görə də, «xxxx» QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in xx.xx.2018-ci il tarixli protokoluna əsasən İddiaçı iş yerin də mənzil uçotundan çıxarılması qərara alınmışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti Başısının birinci müavininin xx xxxxxx 1992-ci il tarixli sərəncamı ilə iddiaçı xidməti yaşayış sahəsi ilə təmin olunsa da, onun mənzil uçotu saxlanılmışdır. Həmin xidməti sahə ilə təmin olunmasına baxmayaraq hesab edilmişdir ki, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxsdir və o, mənzil uçotundan çıxarıla bilməz. Həmçinin 10 ildən artıq «xxxx» QSC-də işləyən şəxs kimi iddiaçının xidməti yaşayış sahəsindən çıxarılmasına qanun yol vermədiyindən, həmin sahənin özəlləşdirməsi iddiaçının mənzil uçotu üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Possesual Məcəllənin 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında m üqaviləli hüquq münasibəti 1990-cı ildə yarandığından, məhkəmə kollegiyası hesab edir ki, mübahisə 1982-ci ildə qəbul edilmiş və xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının tələbləri baxımından həll edilməlidir. Həmin Məcəllənin 28-ci maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar qanunda nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsini almaq hüququna malikdirlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların dairəsi Mənzil Məcəlləsinin 29-cu maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar uçota götürülür. Həminl Məcəllənin 31-ci maddəsinə görə idarələrdə, təş kilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularınagörə yaşayış yerində uçota götürülürlər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi vətəndaşların mənzil uçotuna götürülməsinin əsas məqsədi onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Məhz buna görə də iddiaçının mənzilə ehtiyacının olmasını nəzərə alaraq ona xidməti mənzil verilmiş, eyni zamanda xidməti mənzil mənzil şəraitinin müvəqqəti yaxşılaşdırılmasını nəzərdə tutduğundan daimi mənzillə təmin olunması uçun o mənzil uçotunda saxlanılmışdır. Lakin 2016-cı ildə həmin mənzil iddiaçının arvadı adına özəlləşdirilməklə sonuncunun xüsusi mülkiyyətinə keçmişdir Göstərilən hal isə onu təstib edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə artıq müvəqqəti deyil daimi əssla rla mənzillə təmin edilmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəıməsi qətnamə qəbul edərkən 1982ci il mənzil məcəlləsinin vətəndaşların mənzil uçotuna götürülməsi ilə bağlı yuxarıda qeyd olunan müddəalarına istinad etsə də mübahisəyə iddiaçının artıq mənzil şəraitinin yaşxılaşması və uçotda qalmaq uçun əsaslar olmaması baxımından hüquqi qiymət vererməmişdir. 1982-ci il tarixli Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Bundan başqa apelyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq cavabdehin üzərinə iddiada irəli sürülməmiş vəzifə qoymuşdur. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək onun birinci növbə məzillə təmin olunması vəzifəsini cavabdehə h əvalə edilməsini xahiş etmiş və iddia ərizəsində mənzil uçotunun saxlanılması ilə bağlı tələb nəzərdə tutulmamışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçının mənzil uçotunun saxlanılması vəzifəsini də cavabdehin üzərinə qoymuşdur. Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 372.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Res publikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar