Məhkəmə qərarları › İş №2(102)-1778/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1778/2024

11.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1778/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-2582/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 30.10.20015-ci il tarixli, 514 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC-yə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-nə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir.

3. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh ASC-nə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir 4. xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR saylı əmrə əsasən Cavabdeh ASC-nin “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 514 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 5. 9 dekabr 2022-ci il tarixdə İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, ilkin olaraq Bankda “İnsan Resur sları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin mütəxəssisi vəzifəsində əmək fəaliyyətinə başlasa da, 2021-ci ilin noyabr ayında həmin şöbənin rəhbəri vəzifəsinə keçirilmişdir. İşəgötürənin xx.xx.2022-cı il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Bankda 2021-ci ilin sentyabr-dekabr aylarında baş tutmuş “RM məktəbi” layihəsi çərçivəsində qaliblərin müəyyən edilməsi üçün keçirilmiş imtahanda qalib olmuş şəxslərə təqdim edilməsi məqsədilə aşağıdakı hədiyyələr alınmış və alınmış hədiyyələr təyinatı üzrə təqdim olunması üçün guya onun sərəncamına verilmişdir. iPad Pro 12,9 (5th Gen). 512 GB, Wi-Fi + 4G, Space gray, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X17 Core i9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro 512 G B, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X16 7GPS, 45 mm, Midnight Aluminium, X13, (MKN53) - 2 ədəd. “RM məktəbi” layihəsi üzrə qalib olmuş iştirakçılara faktiki olaraq verilmiş hədiyyələr isə aşağıdakılar olmuşdur: iPad Pro 12,9 (5th Gen), 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) -1 ədəd, MacBook pro 16 with X17 Core i9 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0)-1 ədəd, iPhone 13 Pro, 512 GB, Blue (MLVH3)-1 ədəd, Headsets APPLE AirPods (3 nd generation), (MME73) -1 ədəd, X16 7GPS 45 mm, Midnight Aluminium, X13, (MKN53) - 1 ədəd. Keçirilmiş audit zamanı müəyyən edilmişdir ki, onun sərəncamında (cavabdehliyində) qalmış avadanlıqlar bunlar olmuşdur: iPad Pro 12,9 (5th Gen) 512 GB, Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) -1 ədəd, MacBook pro 16 with X17 Core i 9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0)-1 ədəd, iPhone 13 Pro, 512 GB, Blue (MLVH3) - 2 ədəd, Headsets APPLE AirPods (3 nd generation), (MME73) -1 ədəd, X16 7GPS, 45 mm, Midnight Aluminium, X13, (MKN53) - 1 ədəd. Həmin əmrdə qeyd edilmişdir ki, ona məlum olmuşdur ki, qalıq avadanlıqların hər hansı formada hədiyyə və ya şəxsi məqsədlər üçün istifadəsi nəzərdə tutulmamış, mövcud vəziyyətdən istifadə edərək vəzifə səlahiyyətlərini aşmış və qeyd edilən avadanlıqlar barədə bilavasitə rəhbərinə məlumat vermədən sərəncam vermiş və bir ədəd “MacBook Pro” avadanlığını rəhbərlik etdiyi şöbənin işçisi X1 vermiş, o isə öz növbəsində bu avadanlığı sonradan sataraq gəlir əldə etmiş və həmin vəsaiti mənimsəməklə kredit borclarının azaldılması üçün istifadə etmişdir. Eyni zamanda “İphone Pro13” markalı mob il telefonunu da əsassız olaraq S.Rzaquliyevanın istifadəsinə vermişdir. Sərəncamında qalmış digər avadanlıqlar isə öz mülahizəsinə əsasən əsassız olaraq mənimsəmiş və şəxsi məqsədlər üçün istifadə etməklə aşındırmışdır. Göstərilənlərlə bağlı qeyd edilmişdir ki, işəgötürənin xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR saylı əmri qanunsuz və əsassızdır. 2021-ci ilin sentyabr-dekabr aylarında təşkil olunmuş “RM məktəbi” layihəsi təşkil edilərkən yuxarıda qeyd olunan əşyaların planlaşdırılması, alınması və digər təşkilati məsələlər “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin mütəxəssisi Simuzər Rzaquliyeva tərəfindən həyata keçirilmişdir. Beləliklə, o həmin vaxtlarda “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsində baş mütəxəssis vəzifəsində çalışdığından həmin pro seslərdə iştirakı nəzərdə tutulmamış və həmin layihə ilə əlaqəsi olmamışdır. 2021-ci il noyabr ayında isə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Şöbəyə rəhbər təyin olunarkən onunla rəhbərlik edəcəyi şöbəyə məxsus inventarın təhvil-təslimi aparılmayıb, yeni vəzifəsi ilə bağlı vəzifə təlimatı öhdəlikləri rəsmi qaydada ona təqdim edilməyib, onlarla tanış edilməmişdir. Həmin vəzifəyə təyin edilməyinə baxmayaraq yenə də “RM məktəbi” layihəsi ilə bağlı bütün işlər S.Rzaquliyevanın icraatında olmuşdur. Təşkil olunmuş tədbirdən sonra qalan 6 ədəd avadanlıq onun və digər 4 nəfər iş yoldaşının istifadə etdiyi ümumi iş otağına qoyulmuşdur və bu zaman o nə həmin otaqda olmuş, nə də həmin əşyaları kimdənsə təhvil almışdır. Bu barədə tərəfind ən həmin vaxt İnsan Resursları Departamentinə müvəqqəti rəhbərliyi həyata keçirən Cavid Quliyevə məlumat verilmişdir. Cavid Quliyev bildirmişdir ki, “hədiyyələr hələlik sizin otaqda qalsın, sonra baxarıq”. Əlavə olaraq bankın İnformasiya Texnologiyaları departamentinın əməkdaşından və anbardar Çingiz Əsgərovdan həmin məhsulları necə edəcəkləri ilə bağlı məlumat istədikdə, hər iki tərəf həmin məhsulların X8 aid olduğunu və onlarla bağlı onların sərəncam verməli olduqlarını ona bildirmişdirlər. Beləcə qeyd olunan avadanlıqlar İnsan Resursları Departamentinə müvəqqəti rəhbərliyi həyata keçirən Cavid Quliyevin göstərişinə əsasən müxtəlif vaxtlarda müxtəlif işçilərin istifadəsinə verilmişdir. Bir ədəd “İphone 13 Pro Max” modeli isə bankın o vaxtkı sədri Taleh Kazımovun məlumatı olmaqla və onun icazəsi ilə Simuzər Rzaquliyevanın istifadəsinə verilmişdir. Həmçinin yuxarıda göstərilən avadanlıqlarla bağlı heç bir təhvil-təslim aktı tərtib edilməmişdir. Həmin avadanlıqların ümumi istifadədə olan iş otağında saxlanması üçün etibarlı saxlanc yeri təmin edilməmişdir. Ümumiyyətlə, bu tip avadanlıqların gələcəkdə bank tərəfindən hər hansı məqsədlər üçün istifadə edilməsi üçün onların saxlanması onun vəzifə səlahiyyətlərinə aid olmamışdır. Həmin vaxt Cavid Quliyev (hazırda idarə heyətinin sədri və həm də onun işəgötürən qismində çıxış edən) İnsan Resursları Departamentinın rəhbəri vəzifəsi vakant olduğu üçün bankın idarə heyəti üzvü olaraq departamentin fəaliyyətinə nəzarəti həyata keçirirdi və o, tabeçilik üzrə C.Quliyevdən icazə almaqla həmin avadanlıqlardan iş məqsədləri üçün istifadə etmişdir. Halbuki, ASC-nin X10 rəhbəri Orxan Vahabov iddia edir ki, o, həmin avadanlıqların qablaşdırılmasını pozaraq icazəsiz və pozuntuya yol verməklə götürüb istifadə etmişdir. Hesab edir ki, O.Vahabovun həmin iddiaları tamamilə əsassızdır. Ümumiyyətlə, ASC-də çalışdığı 7 il müddətində istifadəsinə verilmiş heç bir əmlak, həmçinin hazırda sözügedən texniki vasitələr heç bir rəsmiləşdirmə (təhvil-təslim) aparılmadan istifadəsinə verilmişdir. Nümunə üçün 2017-ci ilin sonlarında bank tərəfindən ona şəxsi istifadə üçün təqdim edilmiş “iPhone 8+” avadanlığını, daha sonralar təqdim edilmiş “Airpods Pro”, “Samsung” mobil telefonu və müxtəlif elektron və digər əşyaları qeyd edə bilər. 2022-ci ilin yanvar ayında iş məqsədləri üçün daimi istifadəsinə verilən “Lenovo Thinkpad” kompüteri də heç b ir təhvil-təslim aktı olmadan ona təqdim edilmişdir. Ümumiyyətlə, bankda işlədiyi müddətdə işçilərə verilən bu tip cihaz və avadanlıqların hər hansı bir formada təhvil-təslim aktı əsasında rəsmiləşdirilməsi aparılmayıb. İş məqsədləri və ya şəxsi istifadə üçün əməkdaşlara təqdim edilən əşyalar bir növ bankda əvvəldən formalaşmış adətlər əsasında qeyrirəsmi formada təqdim edilmişdir. Əmrdə qeyd edilir ki, S.Rzaquliyevanın “Macbook” avadanlığını satması və hansısa məqsədlərlə istifadə etməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Bu hal ona yalnız 2022-ci ilin sentyabr ayında aparılan araşdırma zamanı məlum olmuşdur. S.Rzaquliyeva sonradan “Macbook" avadanlığının və istifadəsinə verilən bir ədəd “İphone Pro” mobil telefonunun dəyərini tam olaraq banka geri ödəmişdir. Digər sözügedən avad anlıqlar isə tərəfindən banka təhvil verilmiş, buna baxmayaraq ondan həmin avadanlıqların yenisinin alınaraq banka verilməsi tələb edilmişdir. Araşdırma zamanı 4 oktyabr 2022-ci il tarixində onu elə həmin gündən etibarən 9 gün müddətinə ödənişli əmək məzuniyyətinə göndərilməyi ilə bağlı bankın rəhbərliyi tərəfindən göstəriş verilmişdir. Ondan məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-a bəndinə zidd olaraq məzuniyyətin başlanmasına 5 gün qalmış məzuniyyət əmri verilmədən, həmin maddəyə əsasən onu məzuniyyət əmri ilə tanış etmədən Məcəllənin 140-cı maddəsinin 5-ci bəndinə zidd olaraq 3 gün öncədən məzuniyyət haqqını ona ödəmədən məzuniyyətə göndərilmişdir. 8 gün müddəti tamam olduqdan sonra məzuniyyətin daha 2 gün m üddətinə, 14 oktyabr 2022-ci il tarixinədək uzadıldığı ona bildirilmişdir. Bununla da öz qanunsuz əməllərini həyata keçirmək üçün onun Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ “Paşa Bank" ASC tərəfindən pozulmuşdur. Həmçinin ASC-nin səlahiyyətli şəxsləri Orxan Vahabov və İlham Hüseynov onu cinayət törətməkdə ittiham edərək guya həmin avadanlıqları mənimsədiyini bildirmiş və əməlində cinayət tərkibinin olduğunu ona bildirmişlər. Bu səbəbdən də əmək müqaviləsinə xitam verməzdən əvvəl həmin şəxslər ondan əşyaların dəyərini ödəməyini tələb etsə də o, həmin tələbi rədd edərək heç bir pozuntuya yol vermədiyini onlara bildirmişdir. Əşyaların dəyərinin ödənilməsi ilə bağlı heç bir yazılı sənəd ona təqdim edilməyib. A4 formatlı kağızda qeyd edilmiş qeyrimüəyyən bir bank hesabına 8808.70 AZN məbləğində vəsaiti ödəməyi ondan tələb edilmişdir. Bu hal ilə bağlı Orxan Vahabov tərəfindən əlyazma ilə yazılmış məbləğ və hesab nömrəsi olan A4 formatlı kağızı maddi sübut kimi ərizəsinə əlavə edir. Bu hal özlüyündə yuxarıda adları sadalanan şəxslərin qanunsuz əməllərini sübut etməklə onun qanunsuz işdən çıxarılmağını təsdiq edən haldır. Əmrdə qeyd edilir ki, guya o mövcud vəziyyətdən istifadə edərək vəzifə səlahiyyətlərini aşmış, qeyd edilən avadanlıqlar barəsində bilavasitə rəhbərinə məlumat vermədən sərəncam vermişdir. Göründüyü kimi, cavabdeh onu, Cinayət Məcəlləsinin 179-cu maddəsinə nəzərdə tutulmuş “mənimsəmə və ya israf etmə” cinayəti törətməkdə ittiham edir. Belə olan halda cavabdehə sual olunur, nə üçün barəsində cinayət işinin başlanılması üçün müvafiq dövlət orqanlarına məlumat verilməmişdir? Əgər onun əməlində hansısa hüquq pozuntusunun tərkib əlamətləri olmuşdursa, bu zaman işəgötürən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət təqibi orqanlarına bu barədə məlumat verilməli; cinayət təqibi orqanları tərəfindən araşdırma aparılmalı, əməlinin Cinayət Məcəlləsinin hansı maddəsinin tərkibini yaratdığı müəyyən edilməli; təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməli; barəsində ittiham hökmü çıxmalı; ittiham hökmü qanuni qüvvəyə minməli. Yalnız bu proseslərdən sonra işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü əsas götürməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilərdi. Ancaq göründüyü kimi işəgötürən əsassız mühakimə yürüdərək onu, hüquq pozuntusu törətmə kdə ittiham etmiş, həmin əsassız mühakimələrini əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə əsaslandırmağa çalışmış və onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam vermişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2022-ci il tarixində, saat 12:30-da bankın sədri Cavid Quliyevin qəbulunda olmuş və yekun müzakirələrində heç bir razılıq əldə edilmədiyindən elə həmin gün saat 13:00 radələrində ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən onun təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ərizənin bankın məsul əməkdaşı tərəfindən qəbul edilmədiyini görüb əlavə olaraq elə həmin gün saat 14:00 radələrində eyni məzmunlu ərizəni yaxınlıqdakı poçt şöbəsindən teleqram vasitə silə banka təqdim etmişdir. Həmin gün bankın İnsan Resursları departamentinin yeni direktoru Zibeydə Hacıyeva tərəfindən ona iki eyni formalı əmr (141/22-İA/İR №-li əmr) təqdim edilmiş, birinci əmr axşam saat 17:35-də, ikinci eyni məzmunlu əmr isə saat 19:39-da təqdim edilmişdir. Birinci əmrdən fərqli olaraq ikinci əmrin sonunda “Bu əmr xx.xx.2022-ci il tarixində, saat 09:30-da ünvan 1 ünvanında qəbul edilmişdir” yazısı qeyd edilmişdir. Bu da onu sübut edir ki, həmin yazı sonradan əmrə daxil edilmiş və guya həmin gün saat 09:30-da qəbul edilmişdir. Məlumat üçün qeyd edir ki, həmin gün saat 14:26-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayış əldə etmişdir. Həmin arayış faktiki olaraq həmin a nda onunla bağlanmış əmək müqaviləsinin hüquqi qüvvədə olduğunu sübut edir. Ümumiyyətlə, həmin gün elektron portalı mütəmadi yoxlamış və əminliklə deyə bilər ki, onunla bağlanmış əmək müqaviləsinə həmin gün saat 17:20-dən sonra xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsasızdır. Qeyd edir ki, bu günə kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbehi almamışdır. Vurğulayır ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Onun işdən azad olunmağının əsası kimi qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin onun konkret olaraq hansı əmək vəzifəsindən irəli gələn öhdəliyini icra etmədiyini konkret olaraq göstərilməmişdir. xx.xx.2022-ci il tarixli 141/22-İA/İR saylı əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları haqqında əmrdə heç bır əsaslandırma təsbit edilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafiz ə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmişdir. xx.xx.2022-ci il tarixində ƏƏSMN yanında X11 Xidmətində qəbulda olarkən əmək müfəttişi tərəfindən ona verilən məlumata görə Müfəttişlik tərəfindən onun şikayəti əsasında Paşa Bank ASC-yə məktubla müraciət olunaraq ona aid olan sənədlərin, konkret olaraq əmək müqaviləsinə xitam əmrində qeyd edilən avadanlıqların onun sərəncamına verilməsi ilə bağlı təhvil-təslim aktının, audit yoxlamasının çıxarışı və ya aktının, onun tərəfindən imzalanmış izahatın surətinin və onun tərəfindən və bankın sədri tərəfindən imzalanmış “Təşkilati İnkişaf şöbəsinin rəhbərinin vəzifə təlimatının və s. sənədlərin təqdim olunmasını xahiş etmişdir. Bank tələb olunan sənədləri tam təqdim etmədiyindən (adıçəkilən sənədlərin heç biri mövcud olmadığı üç ün təqdim edilməmişdir) müfəttişlik tərəfindən müraciəti araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən AR ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2023-cü il tarixinədək dayandırıldığından X11 Xidməti tərəfindən Cavabdeh ASC-də yoxlama aparılması mümkün olmamışdır. Əmrdə yol verdiyi kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir.

7. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bankda 2021-ci ilin sentyabrdekabr aylarında “RM məkt əbi” layihəsi baş tutmuşdur. Qeyd edilən layihənin məqsədi bankda çalışan Müştəri Menecerlərinin (Relationship manager, qısa RM) peşəkarlıq səviyyəsinin artırılması olmuşdur. Buna görə də Müştəri Menecerlərinə fərqli sahələr üzrə təlimlər keçirilmiş və eyni zamanda həm təlim prosesi çərçivəsində, həm də yekunda qiymətləndirilmə aparıİmaqla ilk üç yeri tutan Müştəri Menecerləri mükafatlandırılmışdır. Bunun üçün də Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyələr alınmışdır. Həmin hədiyyələr sırasına aşağıdakılar daxildir: - iki ədəd iPad Prb 12.9(5th Gen), 512 GB, Wİ-Fİ+4G, Space grey, 2021(MHR83); - iki ədəd MacBook Pro 16 with X17 Core İ9, 16 GB,1TB, Boz kosmos,(Z0XZ0); - üç ədəd iPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - iki ədəd Headsets APPLE Air Pods (3nd generation), (MME73); - iki ədəd X16 7 GPS, 45 mm, Midnight Aluminium, X13 (MKN53). Qeyd edilən hədiyyələr məhz keçirilmiş layihə çərçivəsində imtahanda qalib olmuş şəxslər üçün nəzərdə tutulmuşdur. “RM məktəbi” layihəsi yekunlaşdıqdan sonra X14 funksiyası tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, aşağıda adları qeyd edilən əmlaklar; - bir ədəd iPad Pro 12.9(5th Gen), 512 GB, Wİ-Fİ+4G, Space grey, 2021(MHR83); - İki ədəd İPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - bir ədəd Headsets APPLE AirPods (3nd generation), (MME73); - bir ədəd X16 7 GPS, 45 mm, Midnight Aluminium, X13 (MKN53) -1 ədəd MacBook Pro 16" with X17 Core İ9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0); İddiaçı və tabeliyində olan əməkdaş Simuzər Rzaquliyeva tərəfindən öz şəxsi məqsədləri üçün istifadə edilməklə istismar edilmişdir. X5 tərəfindən ona dair hissədə (1 ədəd MacBook Pro 16" with X17 Core İ9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0), bir ədəd iPhone 13 Pro, 512 GB Blue (MLVH3)) vurulmuş maddi ziyan ödənilmişdir. Qeyd edilən pozuntularla əlaqədar olaraq İddiaçı izahatı alınmış və o, bir ədəd iPhone 13 Pro telefonunu 2022-ci ilin yanvar ayından sentyabr ayına qədər, bir ədəd X15 elektron saatını 2022-ci ilin aprel ayından sentyabr ayının sonuna qədər istifadə etdiyini, bir ədəd “İPad Pro”nu 2022-ci ilin fevral ayından əsassız istifadə etdiyini və 2022-ci ilin sentyabr ayında ofisə qaytardığını bildirmişdir. Bütün məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. Qeyd olunan səbəblərdən işəgötürən iddiaçı ilə bağlanmı ş xx.xx.2015-ci il tarixli, 514 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tərtib edilmişdir. İddiaçı ilə imzalanmış xx.xx.2015-ci il tarixli, 514 saylı əmək müqaviləsinin 5-ci bəndinə və qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti nəzərdə tutulmuşdur. İddiaçı izahatında təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl etdiyini etiraf etmiş, həmin məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. İddiaçı məhsulların Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyə şəklində alındığını və onların əmək funksiy asının icrası ilə əlaqədar olmadığını bilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edilən avadanlıqların hədiyyə şəklində Banka məxsus olduğunu bilmiş və həmin avadanlıqları istifadə etdiyini təsdiqləmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər hallar formal mülahizələrdir və bunu təsdiq edəcək sübutlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək İddiaçı dəymiş ziyana görə 8808.70 manat məbləğində vəsaitin tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına və digər iddia tə ləbinə qarşı təqdim olunmuş etiraza istinadən onunla əsaslandırılmışdır ki, X4 tərəfindən imzalanmış vəzifə təlimatına əsasən o həm də daxili qaydalara əməl etməlidir. Cavabdeh ASC-nin daxili qaydalarına əsasən əməkdaş dürüst olmalı, Bankın aktivlərini şəxsiləşdirməməli və ya şəxsi xeyir məqsədilə istifadə etməməlidir. Göstərilənlərə əsasən eyni zamanda əmək müqaviləsinin 5-ci bəndinə və qanunvericiliyin tələblərinə əsasən tərəflərin birinin digərinə vurduğu ziyana görə onların qarşılıqlı məsuliyyəti nəzərədə tutulmuşdur. X2 hərəkətləri nəticəsində Banka maddi ziyan dəymiş və buna görə də vurulmuş ziyanın dəyəri ödənilməlidir. X2 hərəkətləri nəticəsində istifadə olunmuş həmin əşyaların artıq hədiyyə şəklində yeni layihələr çərçivəsində hər hansı şəxsə təqdim edilməsi mümkün deyildir. Banka ümumilikdə vurulmuş ziyanın dəyəri 808,70 manat təşkil etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(004)-2960/2022 saylı mülk iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh ASCyə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(009)256/2023 saylı mülk işlə birləşdirilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir.

11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən öz xahişi ilə x itam verilməsini xahiş etmişdir.

12. İş materiallarında olan iddiaçının xx.xx.2022-ci il tarixli izahatından görünür ki, “RM School” layihəsindən qalan hədiyyələr (1 ədəd Mac, 1 ədəd ipad, 1 ədəd apple watch, 2 ədəd iphone 13 pro) X8 aid ofis otağında saxlanılmışdır. 1 ədəd iphone 13 pro markal telefonu S.Rzaquliyeva CEO-dan şifahi icazəsini alaraq vermiş, digər telefonu isə özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə həmin telefonun istifadəsini dayandırmışdır. Bu barədə rəhbərliyə və heç kəsə məlumat verilməmişdir. 1 ədəd “Mac PO school” bitdikdən sonra S.Rzaquliyevanın müraciətinə əsasən işlə bağlı ona təqdim etmişdir. 1 ədəd “Apple” saatı aprel ayından sentyabr ayının sonuna qədər iddiaçı tərəfindən istifadə edilmiş və bu barədə rəhbərliyə məlumat verilməmişdir. 1 ədəd “İpad” fevra l ayında “PO school” zamanı təlim prosesində istifadə üçün iddiaçının istifadəsində olmuşdur. 2022-ci ilin sentyabr ayında ofisə qaytarmışdır. 1 ədəd “Airpods” tədbir günü iştirakçılardan birinə təqdim edilmişdir. S.Rzaquliyevaya təqdim edilən telefondan başqa digər məhsulların təyinatının hədiyyədən korporativ istifadəyə dəyişilməsi ilə bağlı rəhbərlikdən razılıq alınmamışdır. İzahatda heç bir təzyiq olmadan yazıldığı qeyd edilmişdir.

13. Təhvil-təslim aktının surətindən görünür ki, iPad Pro 12,9 (5th Gen). 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X17 Core i9. 16 GB. 1TB. Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro. 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X16 7GPS, 45 mm, Midnight Aluminium. X13, (MKN53) - 2 ədəd məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir. 14. xx.xx.2015-ci tarixli “Əmək Müqaviləsi”-nin 5-ci bəndinə əsasən işçi işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)256/2023 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) İddiaçı iddiası təmin olunmamış, Cavabdeh ASC-nin iddia tələbi isə təmin olunaraq, dəymiş ziyana görə 8808,70 manat pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət olunmuşdur.

16. Məhkəmə, İddiaçı tam maddi məsuliyyət daşıması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Belə ki, işçi o halda vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır ki, bununla bağlı işəgötürənlə işçi arasında sonuncunun tam maddi məsuliyyət daşıması barədə ya zılı müqavilə bağlansın.

17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən İddiaçı Cavabdeh ASC-nə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi təmin edilməməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 10, 70 (“ç” bəndi), 71 (1-ci hissəsinə), 198, 199, 200 və 205-ci (2-ci hissəsi) maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının təmin olunması, Cavabdeh ASC-nin iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandıraraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, mübahisələndirilən əmrin qanunsuz olmasını, qanunvericiliyin tələblərinin pozulmasını, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və sair qeyd etmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Cavabdeh ASC-nin Daxili Audit Departamentinin “RM SCHOOL” layihəsi ilə bağlı araşdırma barədə arayışından çıxarışdan görünür ki, “RM School” layihəsi üzrə qalib olmuş əməkdaşlara verilmiş hədiyyələr nəzərə alınmadıqda digər hədiyyələrin hansı məqsəd ilə alınması audit tərəfind ən sorğulanmışdır. İnsan resursları departamentinin Təşkilati inkişaf şöbəsinin rəhbəri İddiaçı bildirmişdir ki, həmin hədiyyələrin ilkin olaraq “RM School” layihəsi üzrə hər nominasiyada bir neçə qalib olacağı təqdirdə onlara verilməsi nəzərdə tutulmuş, daha sonar nominasiyalar üzrə 1 qalib olduğu üçün qalan hədiyyələr “PO School” layihəsi ilə əlaqədar saxlanılmışdır. Lakin qeyd olunan layihədə digər bankların iştirak etməsi səbəbindən bu hədiyyələrin qaliblərə verilməməsi rəhbərlik tərəfindən qərara alınmışdır. Yoxlama zamanı qeyd olunan avadanlıqların balansda uçotunun olmaması məlum olmuş və bu səbəbdən onları faktiki mövcudluğunun yoxlanılması qərara alınmışdır. Şifahi sorğu zamanı avadanlıqların İnsan resursları departamentində saxlanıldığı bildirilmişdir. Avadanlıqlar yerində baxış zamanı müəyyən edilmişdir ki, dəyəri 5000 manat məbləğində olan 1 ədəd “X18” Təşkilatı İnkişaf şöbəsinin əməkdaşı Simuzər Rzaquliyeva tərəfindən satılmış və əldə olunan vəsaitlər şəxsi məqsədlər üçün istifadə edilmişdir. Bundan əlavə dəyəri 3042 manat məbləğində olan 1 ədəd “İphone 13 Pro” mobil telefonu onun rəhbərinin (İddiaçı) razılığı ilə şəxsi istifadəyə götürülmüşdür. Digər avadanlıqlar isə dəyəri 3042 manat məbləğində 1 ədəd “İpad Pro”, 3042 manat məbləğində olan 1 ədəd “İphone 13 Pro” mobil telefonu, 381 manat məbləğində olan 1 ədəd “Apple AirPods”, 1000 manat məbləğində olan 1 ədəd “Apple Watch” Təşkilatı İnkişaf şöbəsinin müdiri İddiaçı tərəfindən heç bir əsas olmadan şəxsi istifadəyə götürülmüşdür. Qeyd olunan avadanlıqların X6 saxlanılması barədə X3 Departamentinin direktoruna məlumat verilməmişdir. “RM School” layihəsinin qalibləri üçün nəzərdə tutulmuş hədiyyələr təqdim olunandan sonra artıq qalmış hədiyyələr İnsan resursları departamentinin X6 saxlanılmışdır. Daha sonra hədiyyə verilməsi məqsədilə alınmiş elektron avadanlıqlar departament direktorunun məlumatı olmadan şöbə rəhbəri və əməkdaşı tərəfindən şəxsi məqsədlər çünü mənisənilmiş və ya satılmışdır.

22. Apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, daxil olmuş ekspert rəyi ilə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/4972 saylı rəyi) müəyyən olunmuşdur ki, iddia ərizəsində adları sadalanan əşyaların ilkin alış qiyməti ilə istifadə olunmuş qiymətləri nəzəri qaydada təxminən 12459 və 8700 manat müəyyən edilmişdir.

23. İddiaçı nüma yəndəsi (vəkili) ekspert rəyinə dair mülahizə təqdim edərək göstərmişdir ki, ekspertiza rəyində göstərilən əşyalardan 1 ədəd kompyuter (“MacBook pro 16 with X17 Core i 9, 16GB, 1TB, boz kosmos, Z0XZ0”) Cavabdeh ASC-nin iddia tələbində mövcud olmamışdır. Həmin əşyadan bankın digər əməkdakı Simuzər Rzaquliyeva istifadə etmiş və dəyərini də banka ödəmişdir. Bu səbəbdən də həmin kompyuterin qiyməti çıxılmalıdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2582/2023 saylı mülki iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh ASC-nin iddia tələbinin təmin olunaraq, dəymiş ziyana görə 8.808,70 manat pulun İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması” hissədə ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, İddiaçı dəymiş maddi ziyana görə 3.117 manat pulun tutularaq Cavabdeh ASC-nə ödənilməsi və qalan hissədə İddiaçı apellyasiya şikayətinə əsasən qətnamənin dəyişirilmədən saxlanılması qət edilmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı “RM School” layihəsindən qalan müvafiq əşyaları (mobil telefon, saat və sair) qanunsuz olaraq işəgötürənin razılığı, sərəncamı olmadan istifadə etmiş, bununla da banka ziyan vurmuşdur. Göründüyü kimi iddiaçının əm ək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıqaşkar müəyyən olunur. İddiaçı özü də qeyd edilən halları inkar etməmiş, lakin bildirmişdir ki, həmin əşyaları ondan başqa digər Bank işçiləri də istifadə etmişlər.

26. Cavabdehin nümayəndəsi bildirmişdir ki, Bank işçilərinin müraciəti üzrə onların müəyyən ehtiyaclarının (məsələn, mobil telefon, kompyuter və s.) qarşılanması üçün addımlar atır, lakin iddiaçı maddi məsul şəxs olaraq, hər hansı müraciət etmədən, özbaşına olaraq həmin əşyaları götürərək istifadə etmiş, bununla da Banka ziyan vurmuşdur. İddiaçı əşyalardan istifadə etməsi üçün şifahi olaraq Bankın rəhbər şəxslərindən icazə almasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

27. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, Cavabdeh ASC onu 8808,70 manat dəyərində əmlakı mənimsəməkdə ittiham edir. Belə olan halda ilkin olaraq cinayət faktı barədə şikayət olunmalı, barəsində araşdırma aparılmalı, bu hal sübuta yetirildiyi təqdirdə ondan həmin məbləğ tələb olunmalı idi.

28. Məhkəmə kollegiyası qeyd olunan dəlillə bağlı müəyyən etmişdir ki, əmək qanunvericiliyi işçinin işəgötürənə vurduğu ziyan, onun həcmi və ödənilməsi ilə bağlı halları dəqiq tənzimləmişdir (bu barədə aşağıda Cavabdeh ASC-nin iddia tələbinə hüquqi qiymət verilərkən ətraflı şərh olunmuşdur). İşəgötürənin müvafiq maddi ziyanı işçidən tələb etməsi üçün ilkin olaraq c inayət təqibi orqanlarının qərarının olması zəruri deyildir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi iddiaçının özü də Banka məxsus əşyalardan istifadə etməsini təsdiq etmişdir.

29. İddiaçı apellyasiya şikayətində bank tərəfindən lazımi araşdırmanın aparılmamasını da göstərmişdir ki, bu hal işdə olan sənədlərlə təkzib olunur. Əksinə, təqdim olunmuş sübutlara əsasən, Bank tərəfindən müvafq araşdırma aparılmış, iddiaçının özünün və digər şəxslərin izahatları alınmış, audit araşdırmasının nəticələri təqdim edilmiş, istifadə olunmuş əşyaların sayı, fərdi xüsusiyyətləri, dəyərləri və sair müəyyən edilmişdir. İddiaçı həmin əşyaların ona təhvil verilməməsini də göstərmişdir ki, bu hal vəziyyəti dəyişdirmir. Yəni, əşyaların iddiaçıya təhvil verilib-verilməməsi sonuncunun onlardan istifadəsi ni qanuni hala gətirmir. Bununla yanaşı, apellyasiya şikayətində mübahisələndirilən əmrin əsaslandırılmaması ümumi formada göstərilmiş, lakin işdən görünür ki, əmr qanunvericiliyin tələblərinə uyğun kifayət qədər əsaslandırılmışdır. İddiaçı tələbində həmçinin qeyd etmişdir ki, mübahisəli əmr 17 oktyabr 2022-ci il tarixdə axşam saatlarında təqdim olunsa da sonradan əmrə onun səhər 09.30 radələrində qəbul edildiyi barədə qeyd əlavə olunmuşdur.

30. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd etmişdir ki, işdə olan mübahisələndirilən əmrin surətindən görünür ki, iddiaçı özü həmin əmrlə tanış olmuş, bunu imzası ilə təsdtiq etmişdir. Əmrdə isə onun 17 oktyabr 2022-ci il tarixdə, saat 09.30-da qəbul edildiyi qeyd olunmuşdur. Beləliklə, işdə olan sübutlara əsasən iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozuntuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (əvvəlcədən işçinin izahatının alınması və s.) gözlənilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

32. Məhkəmə kollegiyası Cavabdeh ASC-nin “maddi ziyanın ödənilməsi” tələbinin tam təmin olunması istiqamətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, İddiaçı tərəfində n istifadə olanmuş müvafiq əşyalar hazırda Cavabdeh ASC-nin sahibliyindədir. Cavabdeh ASC isə iddiasında həmin əşyaların təzə vəziyyətdə, yəni ilkin (alış) dəyərinin tutulmalı olmasını tələb etmişdir. Halbuki, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Eyni zamanda ziyanın məbləği, müvafiq aşınma normaları da nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır.

33. Həmçinin Cavabdeh ASC-nin nümayəndəsi qeyd edilən halı təsdiq edərək həmin kompüterin dəyərini İddiaçı tələb etmədiklərini bildirmişdir. Belə olan halda, qeyd edilən əşyanın qiymətləri (ilkin və istifadə olunmuş) çıxılmaqla, müəyyən olunur ki, qalan digər əşyaların ilkin alış qiyməti ilə i stifadə olunmuş qiymətləri – müvafiq olaraq 8.367 manat və 5.250 manat təşkil edir. Qeyd edilən qiymətlərin fərqi olan 3.117 manat isə işəgötürənə dəymiş ziyan üzrə faktik itkiləri göstərir.

34. Göründüyü kimi İddiaçı qanunsuz əməlləri nəticəsində Banka dəymiş faktiki ziyanın məbləği 3117 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, İddiaçı maddi ziyan kimi mübahisə predmeti olan əşyaların ilkin dəyərini tutmaqda haqlı olmamış, bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

35. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35, 71 (1 və 2-ci hissələr)-ci maddələrinin, Əmək Məcəlləsinin 2, 70, 71 (2-ci hissə), 72 (c və e bəndləri), 191, 192-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamənin 9-cu səhifəsinin 2-ci abzasında qeyd olunan “cavabdeh müəssisədə aparılmış yoxlama zamanı qeyd olunan avadanlıqların balansda uçotunun olmaması məlum olmuş və bu səbəbdən onları faktiki mövcudluğunun yoxlanılması qərara alınmışdır” cümləsindən aydın olur ki, müəssisədə texniki vasitələrin inventarizasiya qaydaları bu işə məsul olan əməkdaşlar tərəfindən düzgün təşkil edilməmişdir. Yəni əslində həmin texniki vasitələrin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il Q-17 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” ilə müəyyən edilmiş inventarizasiyası qaydaları pozulmuş əməkdaşlar barəsində intizam tənbehi tətbiq edilməli olduğu halda Cavabdeh ASC həmin şəxslər barəsində heç bir tədbir görməyərək iddiaçının işdən çıxarılması barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi də bu halı araşdırmaq, inventarizasiya işini düzgün həyata keçirməmiş əməkdaşların təqsiri ucbatından hüquqları pozulmuş iddiaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, qeyd edilən məsələyə ümumiyyətlə hüquqi qiymət verməmiş, nəticədə tamamilə qanunsuz qərar qəbul etmişdir. Qətnamənin 11-ci səhifəsinin 5-ci abzasında məhkəmə qeyd etmişdir ki, “göründüyü kimi iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. Həmçinin Qətnamənin 11-ci səhifəsində göstərilir ki, cavabdehin nümayəndəsi bildirmişdir ki, bank işçilərinin müraciəti üzrə onların müəyyən ehtiyaclarının (məsələn, mobil telefon, kompyuter və s.) qarşılanması üçün addımlar atır, lakin iddiaçı maddiməsul şəxs olaraq hər hansı müraciət etmədən özbaşına olaraq həmin əşyaları götürərək istifadə etmiş, bununla da banka ziyan vurmuşdur. Məhkəmə qətnaməsinin yuxarıda göstərilən hissələrində məhkəmə dolayı yolla həmin əş yaların toxunulmazlığını və saxlanılmasını (salamatlığını) təmin etmək vəzifəsinin “maddiməsul şəxs”-in öhdəliyi olduğunu qənaətinə gəlmişdir. Qeyd edilən əşyalar (texniki vasitələr) alındıqdan sonra inventarizasiya qaydalarına uyğun olaraq hansısa vəzifəli şəxsə- maddi-məsul şəxs təyin edilməklə saxlanılması üçün ona rəsmi qaydada təhvil verilməli idi. Lakin, iş materiallarında həmin texniki ləvazimatların ona təhvil verilməsi və ya saxlanılması üçün ona təqdim edilməsi ilə bağlı eləcə də onun maddi-məsul şəxs olmasını təsdiq edən heç bir sübut mövcud deyil. Beləliklə, müəssisənin digər struktur şöbə əməkdaşlarının (həmin texniki vasitələri alan, saxlamalı olan və s.) öz işlərini düzgün təşkil etməməsi nəticəsində maddi-məsul şəxs müəyyən edilməmiş, həmin şöbə əməkdaşları isə ümumiyyətlə məsuliyyətə cəlb edilməmişlər. Bu işin təşkil edilməməsində heç bir öhdəliyi olmayan və müdiriyyətin icazəsi əsasında həmin əşyalardan istifadə edən o isə intizam məsuliyyətə cəlb edilməklə barəsində ən ağır intizam tənbehi tətbiq edilmişdir. Ümumiyyətlə, o, Bankda çalışdığı müddətdə onun istifadəsinə verilən heç bir avadanlıqla bağlı hər hansı təhvil-təslim proseduru həyata keçirilməyib. Belə olan halda 7 il Bankda bu formada müxtəlif cihazlar təqdim olunaraq bankın iş məqsədləri üçün istifadə edən işçi digər şöbə əməkdaşlarının öz vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə görə əsassız olaraq maddi-məsul şəxs hesab edilərək belə ağır formada cəzalandırıla bilərmi? Əslində müəssisədə baş verən bu pozuntuda o deyil, həmin məhsullar alındıqdan sonra onların inventarizasiyasını həya ta keçirməli olan aidiyyəti vəzifəli şəxslər məsuliyyət daşımışdırlar. Lakin həmin şəxslərin məsuliyyət məsələsi ümumiyyətlə araşdırılmamış, bütün məsuliyyət onun üzərinə qoyulmuş, maddi-məsul şəxs olmamasına baxmayaraq onun barəsində işdən çıxarma növündə ən ağır intizam tənbehi tətbiq edilmişdir. Bundan əlavə hazırkı iş üzrə tərəflər arasında tam maddi məsuliyyətlə bağlı müqavilə bağlanmamışdır. Beləliklə də işçi ilə işəgötürən arasında tam maddi məsuliyyətlə bağlı müqavilə olmadığından işçinin məsuliyyətinin həddi Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bir aylıq orta əmək haqqı məbləğindən çox ola bilməzdi. Həmçinin audit yoxlamasının nəticələrində qeyd edilmişdir ki, təlim və inkişaf şöbəsinin əməkdaşı Simuzər Rzaquliyeva 5000 manat məbləğində olan 1 ədəd “X18”, 3042 manat məbləğind ə olan 1 ədəd “İphone 13 Pro” mobil telefonunu üçüncü şəxslərə satmışdır. Lakin o həmin əşyaları özgəninkiləşdirməmiş, sadəcə olaraq iş yerində əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar istifadə etmişdir. Məsələ ilə araşdırma aparıldıqda isə həmin əşyaların müəssisənin aidiyyəti vəzifəli şəxslərinə təqdim etmişdir. Hazırkı mübahisə üzrə Əmək Məcəlləsinin bu maddəsinin də tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı həmin yoxlama sənədləri ilə ümumiyyətlə, tanış edilməmiş, həmin sənədlər yalnız apellyasiya instansiyası məhkəməsində baxış zamanı məhkəməyə təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə əsassız olaraq qeyd etmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi onun tərəfindən törədilmiş pozuntuların x arakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (əvvəlcədən işçinin izahatının alınması və s.) gözlənilmişdir. Göründüyü kimi cavabdeh heç də əmək müqaviləsinə xitam verməzdən əvvəl araşdırma apararkən qanunvericiliyin tələblərinə riayət etməmişdir. Göstərilənlərlə yanaşı, qətnamədə saxta audit hesabatına da heç bir münasibət bildirilməmişdir. Halbuki, bununla bağlı tərəfimizdən xx.xx.2023-cü il tarixində apellyasiya instansiyası məhkəməsinə təqdim olunan “saxta audit hesabatı haqqında” mülahizədə ətraflı məlumat verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edilmiş, audit yoxlamasının nəticəsinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə belə bir audit yoxlaması haqqında sənəd in olmadığını bildirmişdir. Hazırkı mübahisə üzrə “audit rəyi” nə birinci instansiya məhkəməsində hazırlıq iclası zamanı, nə də məhkəmə baxışı zamanı məhkəmə araşdırmasına təqdim edilməmişdir. Yalnız apellyasiya instansiyası məhkəməsində baxış zamanı audit yoxlamasının nəticəsi məhkəməyə təqdim edilmişdir ki, bu da həmin sübutun mötəbər sübut olmamasından xəbər verir. Həmçinin cavabdeh həmin audit rəyini hansı səbəbdən birinci instansiya məhkəməsində hazırlıq iclası yekunlaşana qədər təqdim etmədiyini əsaslandıra bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, mülki işdə həm birinci instansiya məhkəməsi tərəfindən həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə qiymət verilməmiş xeyli sayda yazılı sənədlər mövcuddur. Həm onun tələbini, həm də cavabdehin etirazlarını əsaslandı rmaq üçün təqdim edilmiş həmin sənədlərin məhkəməyə kim tərəfindən və hansı qaydada təqdim edildiyini müəyyən etmək mümkün olmasa da işə əlavə edilmiş həmin sənədlərə qiymət vermək məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Bundan başqa məhkəməyə təqdim edilmiş audit rə yində səlahiyyətli şəxsin imzası yoxdur. Nə sənədi hazırlayanların, nə də Daxili audit departamentinin rəhbərinin imzası sənəddə yoxdur. Sənəd sadəcə printerdən çap edilərək üzərinə “əsli ilə düzdür” möhürü vurulub. Həmin möhürün də cavabdehə aid olmasını bildirən heç bir xüsusiyyəti yoxdur. Əgər sənəd onunla bağlanmış əmək müqaviləsinə xitam verilənədək hazırlanmış olsa idi belə o həmin sənədlə tanış edilməmişdir. Əmək Məcəlləsinin 203-cü maddəsinin 2-ci bəndinə əsasən “araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.” Göründüyü kimi o həmin audit sənədi ilə tanış edilməmişdir və onun həmin sənədlə tanış edildiyini sübut edən heç bir sənəd məhkəm əyə təqdim edilməmişdir. Beləliklə, bütün bu qeyd edilənlər həmin audit hesabatının əslində mövcud olmadığını, məhkəmə araşdırmasına təqdim etmək üçün formal olaraq tərtib edildiyini sübut edir. Tam maddi məsuliyyət barədə yazılı müqavilənin olmaması halında isə onun təqsiri sübuta yetirilsə idi belə, əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri olmadığı üçün o, Əmək Məcəlləsinin 198-ci və 200.5-ci maddələrinə əsasən yalnız orta əmək haqqı miqdarında məsuliyyət daşıya bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara da hüquqi qiymət verməmiş və qanunsuz qətnamə çıxarmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 70. “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

40. Maddə 71. 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kol lektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

41. Maddə 72. “c” bəndi. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

42. Maddə 72. “e” bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir

43. Maddə

191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana g örə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

44. Maddə

192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən öz iddiasının rədd, cavabdehin iddiasının təmin olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

57. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, öz iddiasının təmin, cavabdehin iddiasının rədd olunması üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması, iddiaçının cavabdehdə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilməsi, sonra isə xx.xx.2022-ci il tarixdə cavabdehin “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” Şöbəsinin rəhbəri vəzifəsinə keçirilməsi işin mübahisə olunmayan hallarıdır.

59. Həmçinin, işdə olan xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR saylı əmrin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 514 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

60. İşdə olan iddiaçının xx.xx.2022-ci il tarixli izahatından görünür ki, “RM School” layihəsindən qalan hədiyyələr (1ədəd Mac, 1 ədəd ipad, 1 ə dəd apple watch, 2 ədəd iphone 13 pro) X8 aid ofis otağında saxlanılmışdır. 1 ədəd iphone 13 pro markal telefonu S.Rzaquliyeva CEO-dan şifahi icazəsini alaraq vermiş, digər telefonu isə özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə həmin telefonun istifadəsini dayandırmışdır. Bu barədə rəhbərliyə və heç kəsə məlumat verilməmişdir. 1 ədəd Mac “PO school” bitdikdən sonra S.Rzaquliyevanın müraciətinə əsasən işlə bağlı ona təqdim etmişdir. 1 ədəd “apple” saatı aprel ayından sentyabr ayının sonuna qədər İddiaçı tərəfindən istifadə edilmiş və bu barədə rəhbərliyə məlumat verilməmişdir. 1 ədəd “ipad” fevral ayında “PO school” zamanı təlim prosesində istifadə üçün İddiaçı istifadəsində olmuşdur. 2022-ci ilin sentyabr ayında ofisə qaytarmışdır. 1 ədəd “airpods” tədbir günü iştirakçılardan birinə təqdim edilmişdir. S.Rzaquliyevaya təqdim edilən telefondan başqa, digər məhsulların təyinatının hədiyyədən korporativ istifadəyə dəyişilməsi ilə bağlı rəhbərlikdən razılıq alınmamışdır. Əməlindən peşmandır, izahatda heç bir təzyiq olmadan yazıldığı qeyd edilmişdir.

61. İşdə olan sifariş № 1-PB-CON-978-2021 üçün təhvil-təslim aktının surətindən görünür ki, iPad Pro 12,9 (5th Gen). 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) 2 ədəd, MacBook pro 16 with X17 Core i9. 16 GB. 1TB. Boz kosmos, (Z0XZ0) – 2 ədəd, iPhone 13 Pro. 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X16 7GPS, 45 mm, X7 Sport Band, (MKN53) - 2 ədəd məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehin “RM School” layihəsindən qalan müvafiq əşyaları (mobil telefon, saat və sair) qanunsuz olaraq, işəgötürənin razılığı, sərəncamı olmadan istifadə etmiş, bununla da Banka ziyan vurmuşdur.

63. Göründüyü kimi iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. İddiaçı özü də qeyd edilən halları inkar etməmiş, lakin bildirmişdir ki, həmin əşyaları ondan başqa digər Bank işçiləri də i stifadə etmişlər.

64. Cavabdehin nümayəndəsi bildirmişdir ki, Bank işçilərinin müraciəti üzrə onların müəyyən ehtiyaclarının (məsələn, mobil telefon, kompyuter və s.) qarşılanması üçün addımlar atır, lakin iddiaçı maddi məsul şəxs olaraq, hər hansı müraciət etmədən, özbaşına olaraq həmin əşyaları götürərək istifadə etmiş, bununla da Banka ziyan vurmuşdur. İddiaçı əşyalardan istifadə etməsi üçün şifahi olaraq Bankın rəhbər şəxslərindən icazə almasını bildirsə də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

65. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, cavabdeh onu 8808,70 manat dəyərində əmlakı mənimsəməkdə ittiham edir. Belə olan halda ilkin olaraq cinayət faktı barədə şikayət olunmalı, barəsində araşdırma apar ılmalı, bu hal sübuta yetirildiyi təqdirdə ondan həmin məbləğ tələb olunmalı idi.

66. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan dəlillə bağlı müəyyən etmişdir ki, əmək qanunvericiliyi işçinin işəgötürənə vurduğu ziyan, onun həcmi və ödənilməsi ilə bağlı halları dəqiq tənzimləmişdir (bu barədə aşağıda Cavabdeh ASC-nin iddia tələbinə hüquqi qiymət verilərkən ətraflı şərh olunmuşdur). İşəgötürənin müvafiq maddi ziyanı işçidən tələb etməsi üçün ilkin olaraq cinayət təqibi orqanlarının qərarının olması zəruri deyildir. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi, iddiaçının özü də Banka məxsus əşyalardan istifadə etməsini təsdiq etmişdir.

67. İddiaçı həmçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində Bank tərəfindən lazımi araşdırmanın aparılmamasını da göstərmişdir ki, bu hal işdə olan sənədlərlə təkzib olunur. Əksinə, təqdim olunmuş sübutlara əsasən, Bank tərəfindən müvafq araşdırma aparılmış, iddiaçının özünun və digər şəxslərin izahatları alınmış, audit araşdırmasının nəticələri təqdim edilmiş, istifadə olunmuş əşyaların sayı, fərdi xüsusiyyətləri, dəyərləri və sair müəyyən edilmişdir. İddiaçı həmin əşyaların ona təhvil verilməməsini də göstərmişdir ki, bu hal vəziyyəti dəyişdirmir. Yəni, əşyaların iddiaçıya təhvil verilib-verilməməsi sonuncunun onlardan istifadəsini qanuni hala gətirmir. Bununla yanaşı apellyasiya şikayətində mübahisələndirilən əmrin əsaslandırılmaması ümumi formada göstərilmiş, lakin işdən görünür ki, əmr qanunvericiliyin tələblərinə uyğun kifayət qədər əsaslandırılmışdır. İddiaçı tələbində həmçinin qeyd etmişdir ki, mübahisəli əmr 17 oktyabr 2022-ci il tarixdə axşam saatlarında təqdim olunsa da sonradan əmrə onun səhər 09:30 radələrində qəbul edildiyi barədə qeyd əlavə olunmuşdur.

68. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə bağlı qeyd etmişdir ki, işdə olan mübahisələndirilən əmrin surətindən görünür ki, iddiaçı özü həmin əmrlə tanış olmuş, bunu imzası ilə təsdiq etmişdir. Əmrdə isə onun 17 oktyabr 2022-ci il tarixdə, saat 09.30-da qəbul edildiyi qeyd olunmuşdur. Beləliklə, işdə olan sübutlara əsasən, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur.

69. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozun tuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (əvvəlcədən işçinin izahatının alınması və s.) gözlənilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

70. Apellyasiya instansiyası məhkəməsi cavabdehin “maddi ziyanın ödənilməsi” tələbinin tam təmin olunması istiqamətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən istifadə olanmuş müvafiq əşyalar hazırda cavabdehin sahibliyindədir. Cavabdehin isə iddiasında həmin əşyaların təzə vəziyyətdə, yəni ilkin (alış) dəyərinin tutulmalı olmasını tələb etmişdir. Halbuki, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, işəgötürənə dəymiş ziyanı n məbləği faktik itkilər üzrə müəyyən edilir. Eyni zamanda, ziyanın məbləği, müvafiq aşınma normaları da nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır.

71. Həmçinin cavabdehin nümayəndəsi qeyd edilən halı təsdiq edərək, həmin kompyuterin dəyərini iddiaçıdan tələb etmədiklərini bildirmişdir. Belə olan halda, qeyd edilən əşyanın qiymətləri (ilkin və istifadə olunmuş) çıxılmaqla, müəyyən olunur ki, qalan digər əşyaların ilkin alış qiyməti ilə istifadə olunmuş qiymətləri- müvafiq olaraq 8.367 manat və 5.250 manat təşkil edir. Qeyd edilən qiymətlərin fərqi olan 3.117 manat isə işəgötürənə dəymiş ziyan üzrə faktik itkiləri göstərir.

72. Göründüyü kimi iddiaçının qanunsuz əməlləri nəticəsində Banka dəymiş faktiki ziyanın məbləği 3117 manat təşkil edir. B irinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, iddiaçıdan maddi ziyan kimi mübahisə predmeti olan əşyaların ilkin dəyərini tutmaqda haqlı olmamış, bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

73. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edil mədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-2582/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar