Məhkəmə qərarları › İş №2(102)-1779/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1779/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1779/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı, X7 və X3 qarşı qarşılıqlısı ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1779/2023 (Açar sözlər: öhdəliyin icrası, mülkiyyətçinin öz əmlakını özgənin qanunsuz sahibliyindən geri tələb etməsi, icarəçinin vəzifələri; maneələrin qadağan edilməsi və pul tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” tələbi nə dair ilkin iddiası, Cavabdeh İddiaçı, X7 və X3 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinə əsasən X5 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, sahəsi 205,90 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh aylıq icar ə haqqı 500 manat razılaşdırılmaqla icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakının Dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 205,90 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdən tam mülkiyyət hüququ ilə İd diaçı məxsusdur.

3. Azərbaycan Respublikasıının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət reyestrindən çıxarışına əsasən, fiziki şəxs Cavabdeh qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi faktiki ünvan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 12 ünvanı olmaqla xx.xx.2021-ci il tarixdə qida təhlükəsizliyi qeydiyyatına alınmışdır.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh ərizə ünavanlayaraq, Cavabdeh mülkiyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 205,90 kv.m. olan olan qeyriyaşayış sahəsinin xx.xx.2022-ci il tarixə kimi boşaldaraq ona təhvil verilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüq uquna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, sonuncunun və faktiki fəaliyyət göstərən digər şəxslərin obyektdən onlara məxsus əşyalarla birlikdə çıxarılması və sözügedən obyektin təhvil-təslim aktına əsasən ona təhvil verilməsi; cavabdehdən ödənilməmiş icarə haqqına görə 10.000 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 750 manat, cəmi 10.750 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh obyektdən ona məxsus əşyalarla birlikdə çıxarılması və sözügedən obyektin təhvil-təslim aktına əsasən ona təhvil verilməsi; Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrdə ödənilməmiş icarə haqqına görə 11.250 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat, cəmi 12.093,75 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, obyekt onun mülkiyyətindədir. Sözügedən əmlak onun mülkiyyətinə keçməmişdən öncə əvvəlki mülkiyyətçi tərəfindən xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə 31.01 2017-ci il tarixə kimi Anar Şahverdiyevə aylıq 500 manat icarə haqqı ilə icarəyə verilmişdir. İcarə obyekti restor an fəaliyyəti göstərməsi üçün mülkiyyətçi tərəfindən bütün zəruri avadanlıqlarla təmin edilmiş və müasir interyerə malik şəkildə icarəçiyə təhvil verilmişdir. Müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin qeyd olunan bəndinə əsasən icarə müddəti bir neçə dəfə uzadılmış, əmlak onun mülkiyyətinə keçdikdən (xx.xx.2020-ci il tarixindən) sonra da icarə münasibətləri həmin müqavilə əsasında davam etdirilmişdir. Müqavilənin müddəti sonuncu dəfə xx.xx.2021-ci il tarixində daha 1 il müddətinə uzadılmışdır. xx.xx.2020-ci il tarixindən icarəçi Cavabdeh icarə haqqını müxtəlif bəhanələrlə ödəməmiş və xx.xx.2022-ci il tarixinə qədər ola n müddət ərzində icarəyə verənə 11.250 manat borcu yaranmışdır. Həmçinin, iddiaçı icarə obyektində digər şəxslərin də fəaliyyət göstərdiyinin şahidi olsalar da həmin şəxslərin dairəsini müəyyən edə bilməmişdir. Bu hallar isə Cavabdeh tərəfindən icarə obyektinin üçüncü şəxslərə subicarəyə verilməsini təsdiq edir. Halbuki sözügedən İcarə Müqaviləsinin 7-ci bəndinə əsasən “icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz”. İddiaçı müqavilə öhdəliklərinin icarəçi tərəfindən pozulmasını və vaxtında yerinə yetirilməməsini nəzərə alaraq müqavilənin müddətinin uzadılmaması qərarına gələrək icarə müddətinin bitməsinə 1 ay qalmış icarə müddətinin uzadılmayacağı barədə icarəçiyə yazılı bildiriş göndərmişdir. Bildiriş cavabdehə rəsmi qaydada xx.xx.2021-ci il tarixində çatdırılmışdır. Eləcə də, bildirişdə icarə obyektinin xx.xx.2022-ci il tarixində qarşılıqlı təhvil-təslim aktına əsasən boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. Qeyd olunan bildiriş icarəçiyə çatdırıldıqdan sonra münasibətlər daha da kəskinləşmiş və icarəçi tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə buraxılmır. Nəticədə də icarə obyektində baş verən hadisələrdən, həmçinin də ona məxsus avadanlıqların vəziyyətindən məlumatsızdır. Artıq xx.xx.2022-ci il tarixdə müqavilənin müddətinin bitməsinə baxmayaraq icarəçi icarə obyektini boşaldaraq icarəyə verənə təhvil vermir və hələ də obyekti Cavabdeh qanunsuz sahibliyindədir.

8. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh İddiaçı, X7 və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehl ərə xx.xx.2023-cü il tarixə kimi (müqavilənin bitmə müddətinə kimi) onun fəaliyyətinə yaratdıqları və yaradacaqları süni maneələrin (qazın, işığın, suyun verilməsinin dayandırılması və s.) qadağan olunması, İlqar Əhədovdan və Aidə Həsənovadan 10.000 manat məbləğində qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3.435 manat təmir xərclərinin, qarşılıqlı iddia üzrə hər üç cavabdehdən 6.000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Cavabdeh sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə kimi (müqavilənin bitmə müddətinə kimi) müqavilənin qüvvədə olması, İlqar Əhədov və Aidə Həsənovadan 10.000 manat qabaqcadan ödədiyi 20 aylıq i carə haqqının, 3.435 manat təmir xərclərinin, həmçinin iddia üzrə cavabdehlərin hər üçündən 6.000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki,. iddia ərizəsinin surəti ona təqdim olunana kimi mülkiyyətçi kimi Aidə Həsənovanı tanımış və onun göstərişi ilə obyektin faktiki sahibi İlqar Əhədova vaxtlı-vaxtında icarə haqqı ödəmişdir. İcarə müqaviləsinə əsasən müqavilə müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikdə müqavilə müddəti növbəti ilin sonuna kimi uzadılır. İlkin və hazırki mülkiyyətçidən ona rəsmi olaraq icarə müqaviləsinin pozulmasına dair hər hansı təklif verilmədiyindən icarə m ünasibətləri davam etdirilmiş, müqavilənin müddəti xx.xx.2021-ci il tarixə kimi müəyyən olunmuşdur. Bundan sonra yenə ona icarə müqaviləsinin pozulması barədə xəbərdarlıq edilmədiyindən müqavilənin şərtlərinə əsasən müqavilə müddəti xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. Hazırda müqavilənin müddəti müqavilə şərtinə əsasən, müqavilənin ləğvi barədə ona müraciət olunmadığından xx.xx.2023-cü il tarixinə kimi uzadılmışdır. O, İddiaçı tanımır, əmlakın onun mülkiyyətinə keçməsi barədə ona nə əvvəlki, nə də hazırki mülkiyyətçi, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər məlumat verməmişlər və icarə müqaviləsinin pozulmasına dair ona pretenziya etməmişlər və bu səbəbdən də icarə müqaviləsinin müddəti xx.xx.2023-ci il müddətinə uzadılmışdır. Eyni zamanda, o, həmin obyekti boş vəziyyətdə icarəyə götürmüş, sonradan öz vəsaiti hesabına 1 ay müddətinə icarə haqqı ödəməyinə baxmayaraq fəaliyyətinə uyğun təmir etdirmiş və avadanlıqlarla təchiz edərək 2017-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır. Uzun müddətdir ki, həmin iaşə obyektində fiziki şəxs kimi fəaliyyət göstərir. Onunla icarə müqaviləsini Aidə Həsənovanın adından onun etibarnamə üzrə nümayəndəsi X10 bağlamışdır. 2021-ci ilin sonlarında obyektin faktiki sahibi İlqar Əhədov vasitəsi ilə X5 ondan 20 aylıq icarə haqqını (10.000 manat) ehtiyacı olduğundan qabaqcadan almışdır. Bu barədə “whatsapp” yazışmaları da vardır. O, həmin obyektdə uzun illər işlədiyini, normal münasibətiləri olduğunu nəzərə alaraq ona qabaqcadan 20 ayın icarə haqqısını vermişdir ki, onsuzda onlarda müqavilə müddəti 2023-ci ilin sonlarına kimi davam edə cək, işlədikcə icarə haqqından qarşılıqlı cavabdeh, X1 borcunu hesablayıb çıxar və borc tamamlana kimi fəaliyyət göstərib icarə haqqı ödəməz. Bu səbəbdən də o, arxayın olub obyekti təkrar təmir etdirmiş və təmirə öz vəsaitindən 3.435 manat xərcləmişdir. 2021-ci ilin sonlarında obyekti, tam təmir etdirdikdən və 20 aylıq icarə haqqını (10.000 manat) X10 qabaqcadan ondan aldıqdan sonra, 2022-ci ilin yanvar ayının əvvəllərində qarşılıqlı iddia üzrə cavabdeh X10 ona X1 icarə haqqını qeyri-rəsmi olaraq (müqavilədən kənar) 2.000 manat etdiyini bildirmişdir. O, razılaşmadıqda İlqar Əhədov qanunsuz olaraq obyektə verilən işığı və qazı kəsdirmiş, qabaqcadan ondan aldıqları icarə haqqını geri qaytarmaq istəməmiş, ona sahibkar kimi maddi və mənəvi zərər vurmuşdur. Mübahisə predmeti olan obyektə işıq v ə qaz verilmədiyindən fəaliyyət göstərə bilməmiş və ona qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən təmir xərclərinə görə 3.435 manat, fəaliyət göstərmədiyinə görə 6.000 manat maddi zərər vurulmuşdur. O, fəaliyyətini davam etdirmək, obyekti işiq və qaz təchizatı ilə təmin etmək məqsədi ilə “Azərişıq” və “Azərqaza” yazılı müraciət edərək enerjinin və qazın verilməsini bərpa etməyi xahiş etmiş və eyni zamanda onunla müqavilə bağlayan Aidə Həsənovaya və İlqar Əhədova pretenziya məktubu göndərmişdir. Lakin ona mülkiyyətçinin dəyişdiyini, obyektin sahibinin İddiaçı olduğu yenə də bildirilməmişdir. Digər tərəfdən İddiaçı iddia edir ki, obyektdə olan avadanlıqlar ona məxsusdur. Əslində isə o, həmin obyektdə 31 oktyabr 2016-cı ildən fəaliyyət göstərir. Həmin dövdə isə mülkiyyətçi X5 olmuşdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilk iddianın təmin edilərək, ilk iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205,9 kv.metr olan qeyriyaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11.250 manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 12.093,75 manat pulun ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Anar Şahverdizədəyə icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və icarə müqaviləsi xx.xx.2022-ci il tarixində ləğv edilmişdir. Müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, qeyri-yaşayış sahəsi mülkiyyətçisinin tələbi ilə ona təhvil verilməmişdir. Bu səbəbdən, İddiaçı mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır.

13. Məhkəmə ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə Cavabdeh üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidir. O, faktiki istifadəsində olmuş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Həmçinin o, əmlakın mülkiyyətçisinin dəyişməsindən xəbərsiz olduğunu qeyd etsə də, icarə haqqının obyektin əvvəlki mülkiyyətçisinə ödənilməsinə dair də, heç bir mötəbər sübut təqdim etməmişdir.

14. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməli, 2020-ci ilin iyun ayından icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixə dək olan müddət üçün icarə haqqı və icarə predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qaytarılmadığı üçün 2022-ci ilin fevral, mart ayları və aprel ayının birinci yarısına görə də icarə haqqı məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə ilk iddia tələbini “gecikdirilmiş vaxt üçün hesablanmış 843,75 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsində də əsaslı hesab etmişdir. Belə ki, Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək icarə haqqınının ödənilməsini gecikdirmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həmin pul vəsaitindən faydalanmışdır.

16. Məhkəmə qarşılıqlı iddia tələbinin müqavilənin xx.xx.2023-cü il tarixə kimi qüvvədə olması hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin müddətinin bitməsinə 1 ay qalmış Cavabdeh obyektin ünvanı üzrə bildiriş göndərməklə müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və icarə müqaviləsi xx.xx.2022-ci il tarixində ləğv edilmişdir. Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin qabaqcadan ödənilmiş icarə haqqının və təmir xərclərinin İlqar Əhədov və Aidə Həsənovadan tutulmasına münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı 2021-ci ilin sonlarında obyektin faktiki sahibi İlqar Əhədov vasitəsi ilə Aidə Həsənovanın ondan 20 aylıq icarə haqqını aldığını qeyd etsə də, iş materiallarında olan çıxarışdan görünür ki, qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixindən İddiaçı mülkiyyətindədir və həmin vaxt Aidə Həsənova obyektin mülkiyyətçisi deyildi. Bun dan başqa, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə 20 aylıq icarə haqqının əvvəlcədən obyetin nə əvvəlki mülkiyətçisinə, nə də ki hazırki mülkiyyətçisinə ödənilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir.

18. Məhkəmə onu da qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı – Cavabdeh 3.435 manat qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, qarşılıqlı iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir. Həmçinin, icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 152.1, 157.2, 385.1, 433, 442, 443, 448 və 700-cü və Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixə kimi cavabdehə icarəçi tərəfindən icarə müqaviləsinin pozulması barədə heç bir təklif olunmadığından müqavilə müddəti xx.xx.2022-ciilə kimi uzadılmışdır. Cavabdehlə icarə müqaviləsini X2 adından onun etibarnamə üzrə nümayəndəsi, ilk in mülkiyyətçi X2 həyat yoldaşı, hazırki mülkiyyətçi İddiaçı Müsa qızının qardaşı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X11 bağlamışdır və bütün ödənişlərdə ona ödənilmişdir. 2021-ci ilin oktyabr və noyabr aylarında mülkiyyətçilərin nümayəndəsi İlqar Əhədova qabaqcadan ödənişlər etmiş, bu barədə vattsap yazışmaları vardır. Ödəniş nağd aparılırdı. 2021-ci ilin sonlarında obyektin faktiki sahibi qarşılıqlı cavabdeh X11 vasitəsi ilə X6 cavabdehdən 20 aylıq icarə haqqını (10.000 manat) ehtiyacı olduğundan qabaqcadan almışdır. İddiaçının nümayəndəsi saxta pretenziya məktubu tərtib edərək məhkəməyə təqdim etmişdir ki, guya cavabdehə xx.xx.2021-ci il də müqavilə müddətinin bitməsi barədə pretenziya göndərib. Qəbzin surətindən də görünür ki, qəbzdə olan imza cavabdehə məxsus deyil, iddiaçı saxt a sübut məhkəməyə təqdim etmişdir. Məhkəməyə həmin imzanın yoxlanılması barədə ekspertiza təyin olunması barədə vəsatət verilsə də, məhkəmə vəsatətə münasibət bildirməmişdir. Digər tərəfdən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə hazırda qüvvədə olduğu halda, notarial qaydada ləğv olunmadığı halda məhkəmə bu qənaətə gəlir ki, müqavilə guya ləğv olunmuşdur. Göründüyü kimi, Yasamal rayon Məhkəməsi bu faktların heç birini araşdırmamış, cavabdehin məhkəməyə təqdim etdiyi sübutları iş materiallarından kənarlaşdırmış və sübutlarına hüquqi qiymət verməmiş, təmir işləri aparan şahidlərin dindirilməsindən əsasız səbəbdən imtina etmiş, qətnamə qəbul edərkən qərəzli, qeyriobyektiv olmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022-ci il qət naməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə uyğun şəkildə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən xəbərdarlığın ona göndərilməməsinə istinad etmişdir. Lakin iş materiallarında olan poçt qəbzindən (İ cild, i.v. 22) görünür ki, xəbərdarlıq cavabdehin ünvan 3 ünvanına göndərilmişdir. Cavabdeh hazırda verdiyi apellyasiya şikayətində də öz ünvanı kimi məhz həmin ünvanı göstərmişdir.

24. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbinin ödənilməmiş icarə haqqının tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə ilkin iddia üzrə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidir. İlk iddianın təmin olunması, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X8 və X4 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 157.2, 385.1, 386.1, 433, 442, 443, 448 və 700-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Qətnamədən cavabdeh (qarçılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işi yenidən baxılması üçün apellyasiya intansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, məhkəmə onun prosesdə iştirakını təmin etməmiş, iclasın vaxtı və yeri barədə onu məlumatlandırmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 448.2. Bor clu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüy ü zərər üçün məsuliyyət daşıyır.

36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

37. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, məhkəmənin onun prosesdə iştirakını təmin etməməsi, iclasın vaxtı və yeri barədə onu məlumatlandırmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin SMS xəbərdarlığına əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:49-da (cild 2. i.v. 94), 29 dekabr 2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat göndərilmişdir. Odur ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır.

53. Eyni zamanda kassasiya şikayətinin dəlillərində qeyd ol unan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimov un şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və oby ektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar