Məhkəmə qərarları › İş №2(102)-1779/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1779/2025

11.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1779/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-741 /2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı həmin tarixdən "xxxx" ASC-yə “Hava Limanı” şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuş və daha sonra müxtəlif vəzifələrdə işləmişdir. 2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin Səbail filialının müdirinin müavini vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2013-cü il tarixdən müddətsiz bağlanmışdır. Həmin əmək müqaviləsinə xx.xx.2020-ci il t arixdə edilmiş əlavəyə əsasən İddiaçı "xxxx" ASC-nin Nizami filialının müdir müavini vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavənin xx.xx.2020-ci il tarixdən qüvvəyə minməsi və xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olması qeyd olunmuşdur. Əmək müqaviləsinin 3.3-cü maddəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin və s. tələblərini yerinə yetirməsi işçinin vəzifəsidir. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4139k saylı əmrdə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə özünü X2 təqdim edən şəxs Bankın məlumat mərkəzinə zəng edərək, Nizami filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmiş dir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) Tamaşa Qəhrəmanovanın xx.xx.2022-ci il tarixdə Bankın Nizami filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etdiyini və ona işdənkənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, X8 xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 4 halda Banka zəng və onlayn formada yazılı müraciət edərək, qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və Bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı Daxili nəzarət departamenti araşdırmaya başlamışdır. Yoxlama nəticəsində video müşahidə zam anı xx.xx.2022-ci il tarixdə saat 12.13-də X8nın kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilmişdir. Əlavə olaraq, müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. İddiaçı tərəfindən “Korporativ Etika Məcəlləsi”nin tələblərinin 5.14.2-ci bəndi kobud şəkildə pozulmuşdur. Nəticədə Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısı yayılmışdır. Bu da Bank üçün i mic riski yaradan hal kimi qiymətləndirilmişdir. Əməkdaş müştəriyə aid fərdi məlumatları öz şəxsi məqsədləri üçün istifadə edərək mövcud qanunvericiliyi və əmək müqaviləsinin 3.3-cü bəndinin şərtlərini pozmuşdur. Yuxarıda yazılanları nəzərə alaraq işçinin əmək müqaviləsinə xitam vermək məqsədilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə işlədiyi günədək əmək haqqı və Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2021-xx.xx.2022-ci il üzrə 13 gün və xx.xx.2022-xx.xx.2023-cü il üzrə 9 gün, cəmi 22 gün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas: Daxili nəzarət depart amenti tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli arayışı “Etik və İntizam məsələləri üzrə” komissiyasının İddiaçı elektron poçtla göndərdiyi xx.xx.2022-ci il tarixli izahatı. 4. "xxxx" ASC tərəfindən verilmiş əməkdaş tərəfindən etik davranış məcəlləsinin tələblərinin pozulması halının araşdırılmasına dair İTAŞ116/2022, İNM-322 nömrəli yoxlama arayışda qeyd olunmuşdur ki, bankın Nizami filialının müdir müavini İddiaçı tərəfindən etik davranış məcəlləsinin pozulması halının yoxlaması xx.xx.2022-ci il tarixdə başlanıb, yoxlamanın bitmə tarixi xx.xx.2022-ci il tarixli göstərilmişdir. xx.xx.2022ci il tarixdə müştəri X1 Nizami filialına yaxınlaşaraq kredit üçün müraciət etmişdir. Qeyd olunan tarixdə filialın pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi İ.İrzaquliyev tərəfindən mü ştəriyə əmək haqqı əsasında (müştəri "xxxx" MMC-də çalışır) 1900 manat “tam kart” kredit kartı rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə Rəşad Talıbov kimi təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək, Nizami filialı müdirinin müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) Tamaşa Qəhrəmanovanın xx.xx.2022-ci il tarixdə Bankın Nizami filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini və işdən-kənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Müraciət edən şəxs bu barədə özü əməkdaş İddiaçı zəng edərək irad bildirdiyini və İddiaçı ondan etdiyi hərəkətin düz olmadığını anlayaraq üzr istədiyini və bu barədə heç kimə şikayət etməməsini xahiş etdiyini bildirmişdir. Əlavə olaraq müraciət edən şəxs sözügedən insidentlə bağlı əməkdaş İddiaçı tərəfindən X8ya göndərilən mesaj və səs yazılarının özündə olduğunu bildirmişdir. X8 xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında 4 halda Banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. X11 Rəsulovun ona mobil nömrəsinin kredit sənədlərinə qol çəkdiyi zaman götürdüyünü bildirdiyini və bankdan çıxdıqdan sonra ona whatsapp vasitəsilə yazaraq görüş təklif etdiyini və şam yeməyinə dəvət etdiyini bildirmişdir. Əlavə olaraq müştəri bu barədə sosial şəbəkələrdə paylaşım etd iyini və həmin filiala gedən qadınlara mobil nömrə qoymamağı tövsiyə etdiyini bildirmişdir. Təqdim olunan məlumatlara əsasən qeyd olunan məsələ müxtəlif sosial platformalarda müzakirə olunmuşdur.

5. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Leyla Rəsulovadır. Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışın surətindən görünür ki, sağlamlıq imkanları məhdud xx.xx.2009-cu il təvəllüdlü X4 “Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin iki tərəfli itirilməsi” diaqnozu qoyulmuşdur. 6. "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 5.14.2-ci bəndinə əsasən bank əməkdaşları formalaşmış korporativ mədəniyyətə və etik dəyərlərə, daxili nizam-intizam qaydalarına daim c iddi riayət etməklə “ABB-nin əməkdaşı” adının müsbət imicinin qorunmasına səy göstərməlidirlər. Həmin Məcəllənin 5.17-ci bəndinə əsasən bank əməkdaşları öz vəzifələrindən suiistifadə etməməli, vəzifə öhdəliklərindən irəli gələn bütün hərəkətlərdə Bankın mənafelərini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar. Eyni Məcəllənin 5.26-cı bəndinə əsasən ünsiyyət korporativ etikanın əhəmiyyətli komponenti olmaqla biznesin aparılmasında müstəsna rola malikdir. Bank istər əməkdaşlar arasında, istərsə də müştərilərlə ünsiyyət prosesində işgüzar etikanın prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Bu konteksdə, Bank müxtəlif ünsiyyət formaları üzrə daxili tələbləri müəyyənləşdirir. Göstərilən Məcəllənin 5.38 və 5.38.1-ci bəndlərinə əsasən bankın rəhbər vəzifələrdə çalışan şəxsləri (şöbə m üdiri, departament direktorunun müavini, departament direktoru, MXS rəhbəri və s) bu Məcəllənin tələblərindən irəli gələrək öz fəaliyyətləri ilə etik davranış nöqteyi-nəzərindən nümunə olmaq məsuldurlar. Həmin Məcəllənin 5.4-ci bəndinə əsasən Bank əməkdaşları Bankın informasiya texnologiyalarından funksional vəzifə öhdəliklərinin icrası məqsədilə istifadə etməlidirlər. Eyni Məcəllənin 6.6-cı bəndinə əsasən müştəriləri yaxından tanımaq onların gələcəkdə apara biləcəkləri şübhəli əməliyyatları vaxtında aşkar etməyə və preventiv tədbirlər həyata keçirməyə yönələn tədbirlərin etik qaydalar çərçivəsində görülməsini fəaliyyətində rəhbər tutur. Göstərilən Məcəllənin 6.8-ci bəndinə əsasən Bank müştərilərə xas məlumatların qorunmasının əsas təminatçısıdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydad a məlumatların paylaşılması halları istisna olmaqla, Bank biznes əməliyyatlarında müştərilərə aid məlumatların yalnız onların yazılı razılığı əsasında istifadəsinə və ötürülməsinə diqqət yetirir. Həmin Məcəllənin 6.9-cu bəndinə əsasən Bank əməkdaşları yalnız öz xidməti vəzifələrinin icrası prosesində onlara məlum olan müştəri məlumatlarının qanunla müəyyən edilən qaydada istifadəsinə çalışmalıdırlar. Bankın digər müştəri xidmətləri strukturlarının ayrı-ayrı müştəriləri barəsində məlumatlar əldə etməyə çalışmaq, habelə həmin məlumatlardan istifadə etməyə cəhd etmək yolverilməzdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə götürənin iddiaçı barəs ində xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz olmasını nəzərə alıb iddiaçının əvvəlki işinə bərpa edilməsini və ötən müddət ərzində ona dəymiş zərərin ödənilməsi, eyni zamanda əmək haqqı və bonusların Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq iddiaçıya orta aylıq əmək haqqının azı iki misli miqdarında təminat verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ilin iyun ayından xx.xx.2022-ci il tarixə kimi bank sistemində işləmiş, o cümlədən xx.xx.2000-ci il tarixdən “Beynəlxalq Bank”da qüsursuz işləmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdən heç bir əsaslı səbəb olmadan Beynəlxalq Bankın idarə heyətinin sədri Abbas İbrahimovun imzası ilə iddiaçının bankla olan əmək mü qaviləsinə xitam verilmişdir. Belə ki, Beynəlxalq Bankın əmək müqaviləsinə xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində özünü Rəşad Talıbov kimi təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək Nizamı filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) Tamaşa Qəhrəmanovanın xx.xx.2022-ci il tarixdə bankın Nizamı filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini ona işdənkənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, X8 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarix aralığında dörd halda banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı daxili nəzarət departamenti araşdırma aparmış, yoxlama nəticəsində video müşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12:13-də müştəri Tamaşa Qəhramanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədi ilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-yə daxil edildiyi müşahidə edilmişdir, əlavə olaraq müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İdd iaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq idarə heyətinin sədri Abbas İbrahimovun əmri ilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu hər şeydən əvvəl onunla izah olunur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilmişdir ki, guya iddiaçı müştərinin kredit sənədlərinin içərisindən onun mobil nömrəsini götürmüşdür. Bu tam yalandır, çünki mobil nömrəsini müştəri özü iddiaçıya verib. İkinci, iddiaçı müştəri ilə iş vaxtı, iş prosesində heç bir əlaqə yaratmamışdır, müştəri ilə onun söhbətləri iş prosesinə h eç bir xələl gətirməyib, eləcədə bankın imicinə xələl gətirməyib. Qəhrəmanova Tamaşa işdən kənar vaxtda özü iddiaçı ilə əlaqə yaradıb, söhbətə cəlb edib, onunla münasibətləri yalnız telefon söhbətindən ibarət olub. Həmin ərəfədə başa düşmüşdür ki, Tamaşa Qəhrəmanova məqsədli surətdə onunla danışır, məqsədi ondan ibarət olmuşdur ki, özünün köhnə tanışı X6 ilə birləşib şantaj yolu ilə iddiaçıdan pul alsınlar. Bunu başa düşən kimi iddiaçı dərhal polis orqanlarına şikayət etmişdir, onların hər ikisi barəsində polis orqanında araşdırılma aparılıb. İş fəaliyyəti zamanı iddiaçı heç bir kobud səhvə və ya hüquq pozuntusuna yol verməmişdir. Sadəcə olaraq müştərinin bankdan pul çıxarmasına kömək göstərmək hər bir bank işçisinin birbaşa borcludur. Ən qısası bu bır insanlıqdır. Bundan əlavə iddiaçını n Tamaşa Qəhrəmanova ilə olan telefon danışıqları hamısı iş fəaliyyəti zamanı yox iddiaçının məzuniyyətdə olduğu dövrdə olmuşdur. Bu hərəkətin özündə də hər hansı bir kobud səhvdən söhbət gedə bilməz. Əksinə, iddiaçı Tamaşa Qəhrəmanovanın telefon danışıqları zamanı iddiaçıya olan danışığından şübhələnib ondan polis orqanlarına şikayət etmişdir. Həmin fakt polis orqanlarında araşdırılmış və iddiaçının hərəkətlərində hər hansı qanunu zidd əməl olmaması müəyyən edilmişdir. Qanunu və cəmiyyəti az da olsa anlayan hər bir şəxs dərhal dərk edir ki, bu hərəkətlərin heç birində bankın mənafeyinə xələl gələn hər hansı bu hal mövcud deyildir. O ki qaldı, ciddi xələl gəlməsinə, bu tamamilə cəfəngiyyatdır. Çünki, qanuni mənafeyinə ciddi xələl gəlmə dedikdə, bankın cəmiyyət və vətəndaşlar qarşısında nüf uzdan düşməsi çoxsaylı vətəndaşların banka yazılı müraciətləri, yaxud bu və ya digər hərəkətlər nəticəsində müştərilərin qaçıb dağılması, habelə banka külli miqdarda ziyan dəyməsi halların olması başa düşülməlidir. İşəgötürənin iddiaçıya qarşı olan münasibəti, o cümlədən xx.xx.2022ci il tarixli 4139k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri qərəzlidir, sadəcə olaraq 26 il müddətində bank sistemində qüsursuz xidmət göstərən işçiyə qarşı məhz bu cür hərəkət edilməsi normal hal hesab edilə bilməz. Qeyd olunan əmr qərəzli olmaqla həm də səthi və məsuliyyətsiz verilmişdir. Hətta əmrin özündə yazılmışdır ki, “İddiaçı… Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.” B ildirir ki, əmrin özü də kobud səhv kimi tərtib edilmişdir. İddiaçı bank sistemində 26 il qüsursuz işləmişdir, heç vaxt heç bir intizam tənbehinə məruz qalmamışdır. Bundan əlavə iddiaçının ailəsində əlilliyi müəyyən edilmiş 18 yaşına çatmayan bir övladı və artıq əlillik qrupu verilmiş ikinci övladı vardır. İşəgötürənin qərəzli olması bir daha onunla sübut olunur ki, iddiaçını qanunsuz işdən kənarlaşdırarkən hətta ailənin bu ağır vəziyyətini də nəzərə almamışdır.

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının sistemə daxil olmaq səlahiyyəti var. Lakin şəxsi məqsədlər üçün səlahiyyətindən suiistifadə edilərək, nəzərdə tutulmayan məlumatlara baxılması, onların götürülməsi, istifadəsi qadağandır. Qərəzliliklə bağlı qeyd olunmalıdır ki, ABB iddiaçı qar şısında qərəzli olaraq onu işdən çıxarmaq istəsəydi niyə bu neçə illər ərzində deyil, indi çıxarmaq istəsin. Halbuki, iddiaçı həmişə hörmətli, yaxşı reputasiyası olan bir işçi olub. Əgər bankın ona qarşı qərəzli münasibəti var idisə, bu neçə ildə ortaya çıxardı. Belə uzun ssenari qurmaq bankın marağında deyil. Sağlamlıq imkanları məhdud uşaqlarının olması ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ikinci uşağı barədə banka məlumat verməmiş və nəticədə bankın bundan məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi kimi bununla bağlı bank tərəfindən ona maddi yardım göstərilibsə, bunu sübut etmək yükü onun öhdəsinə düşür. Bununla bağlı bankın sonradan məlumatı olmasına gəlincə isə bildirmək istəyir ki, işçinin işdən çıxarıldıqdan sonra bu səbəbdən işə yenidən bərpa olunması ilə bağlı qanunvericilik də heç bir norma nəzərdə tutulmamışdır.Tamaşa Qəhrəmanovanın nömrəsinin iddiaçı tərəfindən necə əldə olunması barədə bildirir ki, iddiaçı tərəfindən bununla bağlı üç fərqli izahat verilmişdir.Belə ki, iddiaçı adı çəkilən xanımla yazışmalarında özü şəxsən bildirir ki, nömrəni öz müdir müavini vəzifələrindən istifadə etməklə əldə etmişdir. Polisə verdiyi izahatda nömrəsini xanımın verdiyini və ilk dəfə xanımın ona zəng etdiyini, məhkəmə iclasında isə nömrəni ona xanımın verdiyini və nömrəsinin ona düşməsi üçün ilk özünün xanıma yazdığını bildirir. İddiaçının yol verdiyi hərəkətlərin onun Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən çıxarmaq üçün əsas olub-olmamasına gəlincə isə, həmin maddənin məzmununda işçi tərəfindən öz əmək funksiyalarını kobud surətdə pozulmas ı və müəssisənin işgüzar nüfuzuna xələl gətirməsi göstərilir. İddiaçı ilə bank arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən əmək intizamına, o cümlədən ABB-nın Korporativ Etika Məcəlləsinin tələbləri işçi tərəfindən yerinə yetirilməlidir. Müştəri məlumatları yalnız müştərinin razılığı alımaqla bankın risklərini ön görmək məqsədilə istifadə edilə bilər. İddiaçı bununla tanış olaraq müqaviləni imzalamışdır. Yalnız iddiaçı bunu riayət etməmiş və həmin maddənin tələblərini pozmuşdur. Həmçinin bundan ziyadə, hazırkı mülki iş üzrə iddiaçı sadəcə sıravi bir işçi yox, filial müdiri vəzifəsində çalışmışdır. Həmçinin o, uzun müddətdir ki, bankda fəaliyyət göstərir. Bu özü də onu göstərir ki, o, digər işçilərə örnək olmalı olduğu və bütün bankdaxili qaydalar barədə məlumatlı olduğu h alda, qeyd edilən pozuntulara yol vermişdir. Həmçinin iddiaçı tərəfindən müştəri barəsində edilən hərəkətlərlə bağlı “TİK-TOK” sosial şəbəkəsində paylaşım edilməsi xalq arasında nüfuz sahibi olan bir bank olaraq ABB-nin işgüzar nüfuzunu zədələmiş və ona vətəndaşların inamını sarsıtmışdır. Bütün bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1458/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, ABB-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmrinin ləğv olunması, iddiaçıya məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra olun an günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə), onun əvvəlki iş yerinə bərpa edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü maddəsində işçinin vəzifələri qeyd edilmiş, onlardan biri də işçinin əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin tələblərinə riayət etməkdən (“b” bəndi) ibarətdir. İş mühiti çərçivəsində etik qaydalara və əxlaq normalara riayət etmək ABB-nin hər bir əməkdaşının vəzifəsidir və əks halda həmin şəxs müvafiq məsuliyyət daşıyır.

12. İddiaçı barəsində verilmiş intizam tənbeh vermə haqqında əmr (xx.xx.2022-ci il tarixli Əmək Məcəlləsini n 70-ci maddəsinin “ç” bəndinə əsasən) intizam xətasının törədilməsi hissəsində qanuni olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı alınmış şahid ifadələrinə əsasən verdiyi izahatlarda müştərinin məlumatlarını onun icazəsi olmadan (əmək funksiyalarından kənar) əldə etdiyini etiraf etmişdir. Halbuki iddiaçı cavabdehlə əmək münasibətlərinə girərkən (əmək müqaviləsi bağlanarkən) Korporativ Etik Məcəlləsi ilə tanış olaraq bu barədə intizamlandırılmış, müştəri haqqında məlumatların yayılmasının, şəxsi məqsədləri üçün istifadə edilməsinin qadağan olunması barədə xəbərdar edilmişdir.

13. Lakin iddiaçının cavabdehlə əmək münasibətlərini uzun müddət (20 ildən artıq) davam etdirmiş, həmin müddət ərzində buna oxşar pozuntu halı baş verməmiş (əksini sübut edən sənəd təqdim edilməmişdir), nümunəvi işçi olmuşdur. Bu halda işçinin xüsusilə də rəhbər şəxs olaraq işləməsi ona ən ağır intizam tənbehin verilməsi ədalətli hesab edilməməklə, işəgötürən tərəfindən bu xüsusatlar bir daha araşdırılmalı idi (başqa işə keçirmə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və s. tətbiq edilə bilərdi).

14. Məhkəmə verilmiş əmrin müddəti keçirməklə qanunsuz olaraq verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Burada ilk öncə pozuntunun aşkar edilməsi məqamına (anına) xüsusilə diqqət yetirilməlidir. İlk öncə Əmək Məcəlləsinin qarşısında duran ümdə məsələ ilk öncə işçinin hüquqlarının qorunması ilə bağlıdır. Burada qeyd ol unan bir aylıq müddət işəgötürən tərəfindən suni yolla uzadılmamalı və işçi öz hüquqlarına bu və ya digər əsasla da olsa tez çatmalıdır. Həmçinin cavabdeh ABB-nin böyük bir hüquqi təşkilat olmaqla özünə aid hüquq departamentinin və çoxsaylı işçilərinin olması da ona dəlalət edir ki, qanunvericilikdə verilmiş müddət (bir aylıq) çərçivəsində işçi ilə bağlı müvafiq araşdırma aparılmaqla yekun qərarını qəbul etsin. Bundan əlavə cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixində daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Həmçinin məhkəmədə şahid kimi ifadə vermiş hər üç şəxs də (hər üç şəxs rəhbərlliyin göstərişi əsasında izahat alınması məqsədilə təyin olunan iddiaçıdan da ha yüksək vəzifəli şəxslər olmuşlar) vətəndaşın xx.xx.2022-ci il tarixində vermiş olduğu şikayətdən sonrakı gün iddiaçıdan şifahi formada izahatlar almışlar və həmin izahatlarda iddiaçının özü əməli etiraf etmişdir. Yəni əgər barəsində intizam tənbehi verilməsi nəzərdə tutulan iddiaçı şikayət verilən məsələ ilə bağlı öz etirafını edirsə, bununla bağlı bir aydan çox araşdırma aparılmasına da zərurət qalmamışdır (əks təqdirdə işçinin əmək hüquqlarının pozulması ilə nəticələnəcəkdir). Lakin cavabdeh ABB-nin məhkəməyə təqdim etmiş olduğu 322 saylı arayışdan görünür ki, iddiaçının şifahi izahatı alındıqdan sonra bir ay keçməklə rəsmi araşdırma aparılmış və onun üzərindən də daha 1 aya yaxın müddət keçdikdən sonra iddiaçı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmişdir (25 oktyabr 2022-ci il tarix- xx.xx.2022-ci il tarix aralığı- iki aya yaxın müddət). Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh ABB-nin kifayət qədər araşdırma aparılması üçün vaxtı (iddiaçının verilmiş şikayəti etiraf etməsi, şikayətdən dərhal sonra onun izahatının alınması) və imkanları (hüquqşünaslarının sayının kifayət qədər olması) mövcud olmuşdur.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı himayəsində əlil uşağının olmasını bildirsə də, bu barədə işəgötürənə rəsmi məlumatın verilməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, bu xüsusatı bildirmək birbaşa iddiaçının üzərinə düşmüşdür.

16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir. Həmçinin iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olund uğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin olunmalıdır(iddiaçı dəymiş ziyanın ödənilməsini iddiada tələb edərkən bu hissəni nəzərdə tutmuşdur).

17. İddia tələbinin bonusların ödənilməsi hissəsi üzrə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı bonusların ödənilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları (əvvəlki əmrlər, hesabdan çıxarış və s.) məhkəməyə təqdim edə bilməmişdir.

18. Məhkəmə iddia tələbinin orta aylıq əmək haqqının azı iki misli miqdarında təminatın verilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsindən görünür ki, işdən azad edilərkən orta aylıq əmək haqqının iki mislinin verilməsi əmək münasibətlərinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilən şəxslərə şamil edilməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçı zatən işə bərpa edilmişdir ki, bu tələbə də artıq zərurət qalmamışdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.9, 10 və 70-ci maddəsinin “ç” bəndi, 71.2, 71.3, 72, 76.1, 77, 80.1, 187.2 və 187.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Qətnamədən cavabdeh bank tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh ABB-nin məhkəməyə təqdim etmiş olduğu 322 saylı arayışdan görünür ki, iddiaçının şifahi izahatı alındıqdan sonra bir ay keçməklə rəsmi araşdırma aparılmış və onun üzərindən də daha 1 aya yaxın müddət keçdikdən sonra iddiaçı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmişdir (25 oktyabr 2022-ci il xx.xx.2022-ci il tarix aralığındaki aya yaxın müddət). Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh ABB-nin kifayət qədər araşdırma aparılması üçün vaxtı (iddiaçının verilmiş şikayəti etiraf etməsi, şikayətdən dərhal sonra onun izahatının alınması) və imkanları (hüquqşünaslarının sayının kifayət qədər olması) mövcud olmuşdur. Əmək Məcəlləsində sözügedən maddənin məzmunundan da görünür ki, inzibati tənbehin v erilməsi üçün müəyyən olunan 1 aylıq müddət məhz əmək və ya icra intizamının pozulmasının aşkar olduğu zamandan başlanır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixində daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Lakin bu hal özü hələ pozuntunun mövcudluğunun aşkar edilməsi demək deyildir. Belə ki, Banka hər gün ərzində müxtəlif mövzularda aparılan proseduralar, işçilər və s. barəsində onlarla müraciət və şikayət daxil olmaqdadır. Hamıya məlum olan haldır ki, edilən bütün şikayət və müraciətlərin həqiqəti əks etdirməsi və dərhal ortada hansısa xətanın olması qənaətinə gəlinməsi qeyrimümkündür. Bunu dəqiqləşdirmək üçün ilk növbədə ilkin və daha sonra rəsmi araşdırılmaların aparılması zəruridir. Daxil olan şikayət və zənglərin sadəcə müştərinin şəxsi fikri və ya reallığı əks etdirib-etdirməməsi yalnız həmin araşdırılmanın yekunlaşması zamanı müəyyən oluna bilər və yalnız bu zaman “pozuntu aşkar olundu” və ya “aşkar olunmadı” qənaətinə gəlmək olar. Hazırkı iddianın predmeti olan məsələnin hallarına müvafiq olaraq da demək olar ki, Tamaşa Qəhrəmanova tərəfindən (hətta müraciətlərin bəziləri onun özü tərəfindən deyil, özünü Tamaşa Qəhrəmanovanın yaxın qohumu kimi təqdim edən Rəşad Talıbov tərəfindən) İddiaçı barəsində Banka xx.xx.2022 – xx.xx.2022-ci il tarixi aralığında 4 dəfə yazılı və şifahi müraciətlər olunmuşdur. Sırf müştərinin, bəlkə də, hansısa şəxsi fikiri, aqressiyası və ya sadəcə qərəzliliyi nəticəsi ndə müraciət etməsi ilə Bankın öz əməkdaşı barəsində “pozuntu aşkar edilmişdir” ifadəsini deyə bilməsi və artıq tənbeh tətbiq etməsi ağlabatan olmamaqla bərabər ədalətli olmazdı. Ona görə də ilk növbədə pozuntunun, həqiqətən də, olubolmadığına dair ilkin, daha sonra isə rəsmi araşdırmaların aparılması təbii bir zərurət olmuşdur. Buna görə də Bankın müvafiq araşdırmaların aparılmasına məsul olan strukturu Daxili Nəzarət Departamenti tərəfindən rəsmi araşdırma məhz xx.xx.2022-ci il tarixdə başladılmış və xx.xx.2022-ci il tarixdə bitmişdir (bununla bağlı müvafiq arayış iş materiallarında mövcuddur). Odur ki, hazırkı işlə bağlı İddiaçı tərəfindən əmək və ya icra intizamının pozulmasının aşkar olduğu zaman məhz xx.xx.2022-ci il tarixdən başlanılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi öz qətnaməsini bu cür əsaslandırmışdır ki, məhkəmədə şahid kimi ifadə vermiş hər üç şəxs də (hər üç şəxs rəhbərliyin göstərişi əsasında izahat alınması məqsədilə təyin olunan iddiaçıdan daha yüksək vəzifəli şəxslər olmuşlar) vətəndaşın xx.xx.2022-ci il tarixində vermiş olduğu şikayətdən sonrakı gün iddiaçıdan şifahi formada izahatlar almışlar və həmin izahatlarda iddiaçının özü əməli etiraf etmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, məhkəmə şahidlərin ifadəsini təhrif edərək sübutların da araşdırmasında və düzgün qiymət verilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə iclasında iştirak edən hər 3 şahid: Filiallarla iş və Satışa dəstək departamentınin direktoru Vüqar Uluxanlı, Daxili Nəzarət departamentınin direktoru Taleh Nəhmədov və Təhlükəsizlik departamentinin direktoru Fuad Rzazad ə öz ifadələrində və məhkəmə tərəfindən onlara verilmiş suallara cavablarında (məhkəmə iclası fasiləsiz videoyazı müşayiəti ilə aparılmışdır) rəhbərliyin göstərişi ilə deyil, öz təşəbbüsləri ilə İddiaçıla sadəcə ilkin danışıq aparmaq məqsədilə, heç bir izahat alınmadan və yalnız məsələnin nədən ibarət olmasını öyrənmək məqsədilə söhbət etdiklərini bildirmiş, şikayətçinin Bankla bağlı sosial şəbəkələrdə paylaşım edəcəyi ilə bağlı xəbərdarlığını ona çatdırmış, sonuncuya hələ ki, bank tərəfindən heç bir rəsmi tədbirlərin görülməyəcəyini bildirərək mübahisəni özünün sakit formada yoluna qoymasını bildirmişlər. Bununla da aydın olur ki, Bankın rəhbərliyi məsələnin detalları haqda heç bir məlumata sahib olmadan və rəsmi araşdırma etmədən, işin həqiqi hallarını müəyyənləşdirərək pozuntunun mövcud luğunu təsdiq etmədən yalnız şifahi qaydada Bankın üç işçisi vasitəsilə söhbət aparılması, təbii olaraq, hələ pozuntunun aşkar edilməsi demək deyildir və məhkəmənin qeyd etdiyi 1 aylıq müddətin həmin tarixdən hesablanması da əmək qanunvericiliyinin qeyd olunan maddəsinin mahiyyət və prinsiplərinə ziddir. Bundan əlavə məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, əgər barəsində intizam tənbehi verilməsi nəzərdə tutulan iddiaçı şikayət verilən məsələ ilə bağlı öz etirafını edirsə, bununla bağlı bir aydan çox araşdırma aparılmasına da zərurət qalmamışdır. Lakin onlar məhkəmənin bu mövqeyi ilə razı deyillər. Belə ki, işçidən rəsmi formada izahat alınmadan və işin halları aydınlaşdırılmadan Bankın 3 əməkdaşı ilə aparılmış danışığa Bank rəhbərliyinin ilkin mərhələdə inanması və pozuntu törətdiyini təsbit edərək barəsində tənbeh təqdim etməsi tamamən absurd olardı. Çünki həmin şəxslər özlərinin də dedikləri kimi İddiaçı rəsmi izahat almamış, sadəcə söhbət aparmışlar. Bəlkə də, işçi həmin anda başqa bir şeyin müqabilində qəsdən nəyisə boynuna almış və ya Bankın əməkdaşları sonradan rəhbərliyə özləri hansısa qərəzlilik səbəbindən işçinin etirafı ilə bağlı yalan məlumat vermiş ola bilərdilər. Çünki həmin danışıq heç bir rəsmi sənədləşmə aparılmadan, protokollaşdırılmadan və ya başqa vasitələrlə qeydə alınmadan aparılmışdır. Buna görə də sonradan artıq sırf bu tipli halların - bankdaxili insidentlərin və müraciətlərin araşdırılmasında məsul olan qurum - Daxili Nəzarət departamenti xx.xx.2022-ci il tarixdə rəsmi araşdırmaya başlamışdır. Həmçinin İddiaçı rəsmi formada izahatı məhz xx.xx.2 022-ci il tarixdə alınmış və öz izahatında daxil olan şikayətdə qeyd olunanları etiraf etməmiş, tamamən inkar etmiş və təqsirsiz olduğunu iddia etmişdir. Bu zaman artıq Bank qarşısında da bir-biri ilə ziddiyyət təşkil edən 2 məlumat mövcud olmuşdur. Bank əməkdaşları ilə aparılan şifahi söhbət zamanı İddiaçı təqsirini etiraf etməsi və sonradan rəsmi araşdırma zamanı sonuncunun izahatında bunu tamamən inkar etməsi ilə artıq müvafiq araşdırmacı struktur qarşısında daha ciddi yoxlamanın aparılması və həqiqətən də, əmək və ya icra intizamının onun tərəfindən pozulub-pozulmamasının müəyyənləşdirilməsi kimi bir məsələ durmuşdur. Bəlkə də, aparılan rəsmi araşdırmanın nəticəsində İddiaçı, həqiqətən də, təqsirsiz olduğu, əksinə, onunla söhbət aparan Bank əməkdaşlarının yalan məlumat verdiyi məlum ol acaqdı və artıq intizam icraatı İddiaçı barəsində deyil, məhz həmin Bank əməkdaşları barəsində aparılacaqdı. Buna görə də Daxili Nəzarət departamenti öz araşdırmasını ciddi formada aparmış və xx.xx.2022 tarixdə araşdırmanın yekunlaşması və nəticələrinə dair arayış təqdim etmişdir. Həmin arayışın nəticəsində artıq İddiaçı Əmək müqaviləsinin və müvafiq olaraq Korporativ Etika Məcəlləsinin tələblərinin pozulması faktı öz təsbitini tapmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırkı mübahisə ilə bağlı işçinin əmək və ya icra intizamını pozulması faktının aşkar edildiyi gün məhz sözügedən struktur tərəfindən aparılan araşdırmanın yekunlaşdığı, yəni xx.xx.2022-ci il tarixi hesablanmalıdır. Bununla da işəgötürən tərəfindən tənbeh tətbiq olunması üçün müəyyən olunan müddət pozulmamışdır. Növbəti olaraq birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı cavabdehlə əmək münasibətlərini uzun müddət (20 ildən artıq) davam etdirmiş, həmin müddət ərzində buna oxşar pozuntu halı baş verməmiş (əksini sübut edən sənəd təqdim edilməmişdir), nümunəvi işçi olmuşdur. Bu halda işçinin xüsusilə də rəhbər şəxs olaraq işləməsi ona ən sonuncu intizam tənbehin verilməsi ədalətli hesab edilməməklə, işəgötürən tərəfindən bu xüsusatlar bir daha araşdırılmalı idi (başqa işə keçirmə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və s. tətbiq edilə bilərdi). Lakin cavabdeh olaraq bu hissə ilə də razı deyillər. Belə ki, qanunverici işəgötürən tərəfindən inzibati tənbeh tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edi lməli olması kimi bir müddəa təsbit etməmişdir. Yəni daha aydın desək, işçi əmək və ya icra intizamını pozduqda qanunla işəgötürənin üzərinə hansı tənbeh dairəsini tətbiq edə biləcəyi göstərilsə də, bunlardan hansını seçib-seçə bilməyəcəyi barədə hər hansı öhdəlik qoymamış və bu seçimi işəgötürənin özünə vermişdir. Bu zaman işəgötürənin törədilən pozuntunun ciddilik və önəmlilik dərəcəsinə görə özünün qanunvericilikdə sadalanan istənilən tənbeh növünü tətbiq etmək hüququ vardır. Həmçinin Əmək Məcəlləsinin 186.3- cü maddəsində deyilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hazırkı məhkəmə işində də işəgötürən Bank İddiaçı tərəfindən edilmiş pozuntunu özlüyündə qiymətlə ndirmiş və müəyyən etmişdir ki, məhkəmə tərəfindən də qeyd edildiyi kimi 20 ildən çox bir müddətdə Bankda işləməsi Bankın nizam-intizam qaydalarını, Korporativ Etika Məcəlləsinin tələblərini və ən yüksək səviyyədə bilməsi ilə nəticələnməli, üstəlik rəhbər şəxslərdən (filial müdirinin müavini) olduğu üçün onda əlavə məsuliyyətə səbəb olmalı, digər işçilərə nümunə olacaq davranışlar sərgiləməsi ilə müşayiət olunmalı idi. Lakin o, öz vəzifə öhdəliklərinin ciddiyətini nəzərə almamış və üzərinə düşən öhdəlikləri kobudcasına pozmuşdur. Buna görə də işəgötürən olaraq Bank qanunvericinin ona verdiyi hüquq və səlahiyyətlərdən istifadə edərək heç bir pozuntu etmədən əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı olan tənbeh növünü tətbiq etmişdir. Bununla da demək olur ki, işəgötürən Bankın İddiaçı barəsində tətbiq etdiyi tənbeh növü kifayət qədər ədalətli və tam qanuni olmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2186/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməklə iş üzrə yeni qətnamə çıxarılması, ABB-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmrin ləğv olunması, iddiaçıya məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra ol unan günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə) onun əvvəlki iş yerinə bərpa edilməsi, ABB-dən dövlət rüsumunun əvəzi kimi dövlət nəfinə 100 manat məbləğində pulun tutulması qət edilmişdir.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixdə daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Buna görə də hesab etmişdir ki, işçi tərəfindən əmək intizamının pozulması cavabdeh tərəfindən məhz həmin tarixdən etibarən məlum olmuşdur. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, B anka edilən bütün şikayət və müraciətlərin həqiqəti əks etdirməsini müəyyənləşdirilməsi üçün ilk növbədə onların müvafiq qaydada araşdırılması zərurəti mövcuddur və hər bir müştəri şikayətinin reallıq dərəcəsini öncədən təxmin etmək qeyri-mümkündür. Daxil olan şikayət və zənglərin sadəcə müştərinin şəxsi fikiri və ya reallığı əks etdirib-etdirməməsi yalnız həmin araşdırılmanın yekunlaşması zamanı müəyyən oluna bilər və həmin araşdırmanın nəticəsində işin mövcud halları ilə işçi tərəfindən, həqiqətən də, pozuntu törədilməsi qənaətinə gəlinərsə, işəgötürən üçün bu halın məlum olması yalnız həmin məqamdan sonra başlaya bilər.

24. İş materialları və təqdim edilmiş səs yazılarından da göründüyü kimi Banka qeyd edilən xx.xx.2022-ci il tarixdə zənglə edilən müraciət Tamaşa Qəhrəmanovanın (iddiaçı nın hüquqazidd əməlindən zərərçəkdiyini iddia edən şəxs) özü tərəfindən deyil, özünü onun yaxın qohumu kimi təqdim edən başqa bir şəxs tərəfindən edilmişdir. Bu da onu deməyə əsas verir ki, şikayət ona məruz qalan şəxsin özü yox, tamamilə üçüncü bir şəxs tərəfindən edildiyi halda bu məlumatın həqiqəti nə dərəcədə əks etdirməsi daha da şübhəli məqama çevrilmiş olur və Bank tərəfindən iddiaçının pozuntu törədib-törətmədiyi qənaətinə gəlmək üçün birmənalı olaraq əsas deyildir.

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçının himayəsində 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud övladı vardır və bununla bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim etmişdir. Odur ki, kollegiya qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, o cümlədən Əmək Məcəlləsinin 79-cu maddəsinin hüq uqi fəlsəfə və təyinatını nəzərə alaraq kollegiya hesab etmişdir ki, həmin maddənin təsbiti və işə tətbiq olunması ilk növbədə iddiaçının deyil, onun sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış övladının layiqli həyat səviyyəsinin və sosial təminatının müdafiəsi üçün vacib əhəmiyyət kəsb edir və məhkəmələr tərəfindən nəzərə alınmalıdır.

26. Birinci instansiya məhkəməsi bu barədə işə götürənə rəsmi məlumatın verilməsi öhdəliyinin iddiaçıda olmasını, lakin sonuncunun işəgötürəni bu barədə məlumatlandırmaması səbəbindən cavabdehin bu halı bilməməsində hər hansı təqsirin olmadığı ilə bağlı mövqeyə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, işəgötürən əmək münasibətlərinə sərəncamverici qüvvə olmaqla nisbətən daha güclü tərəfdir. İşəgötürən olaraq cavabdeh iddiaçının işlədiyi dövrd ə bu halı bilməsə belə, ən azından hər bir işçi, o cümlədən iddiaçı ilə əmək müqaviləsinə xitam verən zaman qeyd edilən maddədəki halların işçiyə aid olub-olmamasını araşdırmalı, bu halların mövcud olduğu aşkarlanarsa, o zaman qanunvericiliyin göstərişlərinə uyğun olaraq işçi ilə əmək müqaviləsinə xitam verməkdən qaçmalıdır. Lakin hazırkı iş üzrə cavabdeh tərəfindən qeyd edilən yoxlamaların həyata keçirilməsi faktı aşkarlanmamış, sonradan bu barədə məlumatları olsa da, yenə də işçinin işə bərpası ilə bağlı hansısa zəruri addımlar atılmamışdır.

27. Məhkəmə hesab etmişdir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış övladının olması, həmin kateqoriyadan olan şəxslərin qanunvericiliklə əmək müqaviləsinə xitam verilməsinin imperativ norma ilə qadağan hesab olunması və yuxarıda qeyd edilən digər hallar nəzərə alınmaqla, hazırkı iş üzrə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə işəgötürənin əmri qanunsuz hesab olunmalıdır.

28. Məhkəmə onu da qeyd etmişdir ki, işin halları, bütün sübutların məcmusu və iddiaçının həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı etirafedici məzmunlu ifadələri ilə onun tərəfindən həqiqətən də əmək intizamının pozulması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ABB-nin Korporativ Etika Məcəlləsinin tələblərinin gözlənilməməsi halları öz əksini tapmışdır və işəgötürən olaraq Bankın iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi barədə gəldiyi qənaət haqlı olmuşdur. Lakin məhkəmə bununla belə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya həmin tənbeh tədbiri verilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normasının tələbləri nəzərə alınmalı, iddiaçının cavabdehlə əmək münasibətlərini 20 ildən artıq müddət boyunca davam etdirməsi, həmin müddət ərzində buna oxşar pozuntu halının baş verməməsini də diqqətdə saxlayaraq tənbeh növünü ona mütənasib olaraq seçə bilərdi. Çünki əmək qanunvericiliyi ilə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halında onun əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilməsi işəgötürən üçün imperativ xarakter daşımır və qanun müqavilənin ləğv edilməsini mütləq qoymur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müq aviləsinə qeyd edilən əsasla xitam verilməsi zamanı yuxarıda göstərilən halların işəgötürən tərəfindən məqsədəmüvafiq hesab olunardı.

29. Apellyasiya məhkəməsi cavabdehin işçinin Əmək Məcəlləsinin 79-cu maddədə qeyd edilən kateqoriyaya daxil olması, onun tərəfindən bu hüquqlarından suiistifadə edilməsi ilə intizam tənbehinin tətbiqindən yayınmaya çalışması ilə bağlı fikirlərinə münasibətdə isə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən məhz həmin kateqoriyanın verdiyi güzəştlərdən istifadə edilərək və bunun nəticəsində əmək intizamının pozulması halı (məsələn, işçinin himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasından davamlı sui-istifadə edərək üzrsüz formada işə gəlməməsi, həmin əsasa arxalanaraq kiməsə zərər vurması və s.) mövcud olmamış, işçi pozuntunu törətdikdən və işdən azad olunmasından sonra məhkəmə mübahisəsi zamanı bu məsələ gündəmə gəlmiş və iddiaçının həmin kateqoriya şəxslər dairəsinə aid olması səbəbindən onun əmək müqaviləsinə xitam verilə bilməməsi məhz məhkəmələr tərəfindən müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə ilə məhz qeyd edilənlər konteksində iddiaçı tərəfindən hər hansı sui-istifadə halının törədilməsindən söhbət gedə bilməz.

30. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bu təminin əsasında duran və mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün seçməmiş, işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 68.1, 70, 71.2, 79.1, 186.3, 187.1 və 187.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

32. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddanın tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2770/2024 nömrəli qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Əhliman Xıdırov və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

34. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi, bütün sübutların məcmusu və iddiaçının həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı etirafedici məzmunlu ifadələri ilə onun tərəfindən, həqiqətən də, əmək intizamının pozulması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ABB-nin Korporativ Etika Məcəlləsinin tələblərinin gözlənilməməsi hallarının öz əksini tapmasını və işəgötürən olaraq Bankın iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi barədə gəldiyi qənaətin haqlı olması barədə nəticəyə gəlmişdir. Nə birinci, nə də apellyasiya instansiya məhkəməsinin gəldikləri həmin nəticə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

35. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, həmin məhkəmənin iddianın təminin əsasında duran və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının düzgün tətbiq edilməməsi qənaətinə gəlmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçının törətdiyi pozuntunu aşkar edilməsi anı kimi şikyətçinin məlumat mərkəzinə daxil olan zənginin qəbul edilməsi vaxtının qəbul olunmasını əsassız hesab etmiş, həmin vaxtın başlanğıcı kimi iddiaçının izahatının xx.xx.2022-ci il tarixdə alınmasından sonra araşdırmanın başa çatdığı xx.xx.202 2-ci il tarix götürülmüş və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əməl edilməklə xitam verilməsi barədə nəticəyə gəlmişdir.

36. Apellyasiya məhkəməsi həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə (“öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin əmək müqaviləsinin pozulması qadağandır) istinad edərək iddianı qismən əsaslı hesab etmişdir.

37. Hazırkı iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Bank üçün imic riski yaradan hal kimi - müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etməsi, Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısının yayılması və s.), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Apellyasiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır.

38. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-cü, Əmək Məcəlləsinin 2, 10, 68, 70, 71, 72, 76, 79, 186, 187 və 300-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 8.1, 8.2, 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77. 1, 88, 217.4, 407.2, 416.1, 416.2, 417.1.3 və 418.1-ci maddələrinə istinadən əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-741/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Fuad Talışınski və Məmməd Məmmədov) apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd olunması qət edilmişdir.

40. Apellyasiya məhkəməsi iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü maddəsində işçinin vəzifələri qeyd edilmiş, onlardan biri də işçinin əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin tələblərinə riayət etməkdən (“b” bəndi) ibarətdir. İş mühiti çərçivəsində etik qaydalara və əxlaq normalara riayət etmək ABB-nin hər bir əməkdaşının vəzifəsidir və əks halda həmin şəxs müvafiq məsuliyyət daşıyır. İddiaçı barəsində verilmiş intizam tənbeh vermə haqqında əmr (xx.xx.2022-ci il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) intizam xətasının törədilməsi və bu xətaya görə əmək müqaviləsinə xitam verilməsi hissəsdə qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı alınmış şahid ifadələrinə əsasən verdiyi izahatlarda müştərinin məlumatlarını onun icazəsi olmadan (əmək funksiyalarından kənar) əldə etdiyini etiraf etmişdir. Halbuki iddiaçı c avabdehlə əmək münasibətlərinə girərkən (əmək müqaviləsi bağlanarkən) Korporativ Etik Məcəlləsi ilə tanış olaraq bu barədə intizamlandırılmış, müştəri haqqında məlumatların yayılmasının, şəxsi məqsədləri üçün istifadə edilməsinin qadağan olunması barədə xəbərdar edilmişdir. Buna baxmayaraq iddiaçı cavabdeh bankın işgüzar nüfuzunə, qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə nəticələnən hərəkətlərə yol vermiş, bankın, habelə bankın əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur.

41. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Bank üçün imic riski yaradan hal kimi müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etməsi, Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısının yayılması və s.), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə birinci instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Birinci instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır

42. İşçinin intizam xətalarına yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış ha llar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur.

43. Hazırkı iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Bank üçün imic riski yaradan hal kimi - müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etməsi, Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısının yayılması və s.), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə birinci instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şə xs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa olunmasına dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş edirik.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin verdiyi nəticəyə əsasl anaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Cavabdeh etiraf etmişdir ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağının olması ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ikinci uşağı barədə banka məlumat verməmiş və nəticədə bankın bundan məlumatı olmamışdır. Belə müəyyən edilir ki, cavabdehin tərəfindən iddiaçının öhdəsində sağlamlıq imkanları məhdud uşağının olması barədə məlumatı olsaydı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl etmiş olardı. Apellyasiya şikayətində iddiaçının öhdəsində sağlamlıq imkanları məhdud uşağının olduğu halda belə onun işdən çıxarlacağı bildirilmədiyi və əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığına dair dəlilləri göstərilmədiyi halda, məhkəmə bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan uşağa qulluq, onun so sial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır göstərməklə yanaşı, əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur qeyd etmişdir. İddiaçının öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı vardır, lakin cavabdeh bundan məlumatsız olduğuna görə onu tutduğu vəzifədən azad edilməsi barədə əmr vermişdir. Məhkəmə isə həmin normanı səhv təfsir edərək iddia ərizəsini təmin etməmişdir. Apellyasiya məhkəməsi həmçinin, iş üçün əhəmiyyətlı olan halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

47. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerin ə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

48. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

49. Maddə 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

50. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

51. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edil məsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun..

52. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

53. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasi tələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını p ozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

54. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

55. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvə qqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 48.

56. Maddə 79 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

57. Maddə 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

58. Maddə 80.1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

59. Maddə 83.1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilmə si işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

60. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

61. Maddə 95.1. iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edi lməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

62. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

63. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgö türən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.

64. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə mü vafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

71. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:

72. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

73. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, habelə işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Əəmək Məcəlləsinin 79-cu maddəsin 1-ci hissəsinin düzgün təfsir etmiş, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv olunması üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə müəyyən edilmiş əsasların olması barədə düzgün qənaətə gəlmişdir.

76. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzif əsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

77. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki halla rını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-741/2025 nömrəli iş üzrə 24 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar