Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-178/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdehi n vəkili xxx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)2432/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 11 iyul 2019-cu il tarixdə Cavabdeh MMC-nin X4 və emalı məntəqəsinə növbə rəisi vəzifəsinə qəbul olunmuşdur. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 06 və 07 avqust 2020-ci il tarixli aktlara əsasən İddiaçı xidməti ərazisini tabe olduğu rəhbərə məlumat vermədən özbaşına tərk etmişdir. İşəgötürənin “İntizam tənbehi verilməsi haqqında” 07 avqust 2020-ci il tarixli, Ü-71 nömrəli əmrinə əsasən xxxX2 Tütün İstehsalı və Emalı Məntəqəsinin gözə tçisi vəzifəsini qismən yerinə yetirdiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərində olan vəzifələrini pozduğu və 06 avqust 2020-ci il tarixdə öz xidməti ərazisini tabe olduğu rəhbərə məlumat vermədən özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə intizam məsuliyyəti növü olaraq, onun əmək müqaviləsinin 11 avqust 2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair əmr verilmişdir. İşəgötürənin 11 avqust 2020-ci il tarixli, X-36 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə istinad edilməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Zaqa tala rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 08 avqust 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 08 avqust 2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək ambulator müalicədə olduğu üçün işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 avqust 2020-ci il tarixli, X-36 saylı “Əmək müqaviləsinin ləğv olunması haqqında” əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsasland ırılmışdır ki, iddiaçı 30 iyul 2020-ci il tarixdə işdən azad olunmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, təşkilatın rəhbər heyəti tərəfindən isə qərəzli olaraq 06 avqust 2020-ci il tarixdə iddiaçının işdə olmamağı barədə akt tərtib olunaraq, həmin akta əsasən 07 avqust 2020-ci il tarixdə iddiaçı barəsində intizam tənbehi verilməsi barədə əmr verilmişdir. Lakin iddiaçı 06 avqust 2020-ci il tarixdə işdə olmuş, 07 avqust 2020-ci il tarixdə isə səhhəti ilə əlaqədar işdə olmamış və təşkilatın faktiki yerləşdiyi ünvan ünvan 1 08 avqust 2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixinədək xəstə olmuşdur. Əmək müqaviləsinin ləğvi haqqında əmr Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla tərtib olunduğund an ləğv olunmalıdır. Belə ki, iddiaçı 11 iyul 2019-cu il tarixdə Cavabdeh MMC-nin X4 və emalı məntəqəsində növbə rəisi vəzifəsinə işə qəbul olunduğu halda, əmək müqaviləsi ləğv olunan zaman iddiaçının əmək funksiyaları gözətçi kimi xitam olunmuşdur. Əmək müqaviləsinə dəyişikliklərdən iddiaçının məlumatı olmuş, bununla bağlı işəgötürən ilə aralarında yazılı şəkildə heç bir razılıq olmamışdır. Həmçinin cavabdeh təşkilat tərəfindən əmr verilərkən yalnız 06 avqust 2020-ci tarixli və 07 avqust 2020-ci il tarixli aktlara istinad olunmuş, işçilərin izahatları və digər rəsmi sənədlər alınmamış, həmin aktlar MMC tərəfindən daxili qeydiyyata alınmamışdır. Aktlar cavabdeh təşkilatın vəzifəli şəxsləri tərəfindən qərəzli olaraq sonradan tərtib olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktya br 2020-ci il tarixli, 2(004)4849/2020 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia tələbi təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” 11 avqust 2020ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin X4 və Emalı Məntəqəsinə növbə rəisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 11 avqust 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı onunla bağlanmış 11 iyul 2019cu il tarixli 00331 saylı əmək müqaviləsinə əsasən növbə rəisi vəzifəsinə işə qəbul edilməsinə baxmayaraq gözətçi kimi işdən azad edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının növbə rəisi vəzifəsindən gözətçi işinə keçirilməsi müəyyən olunmur. Belə ki, bu barədə iddiaçının işçi kimi razılıq ərizəsi alınmamışdır. İddiaçının başqa işə keçirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinin tələblərinə əsasən sənədləşdirilməmişdir. Bundan əlavə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydə alınmamış və qüvvəyə minməmişdir. Bundan əlavə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi qaydalarına əməl olunmayaraq iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən, yəni 06 avqust 2020-ci il və 07 avqust 2020-ci il tarixli aktlardan iddiaçının 06 avqust 2020-ci il tarixdə iş yerində olmaması səbəbindən X4 və Emalı Məntəqəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən düzgün olmayaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Daha sonra məhkəmə göstərmişdir ki, iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən intizam tənbehi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Təqdim olunmuş xəstəlik vərəqindən də görünür ki, iddiaçı xəstə olduğu tarixdə, yəni 11 avqust 2020-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki Əmək Məcəlləsinin 79.1-ci maddəs inin tələblərinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh MMC аpellyаsiyа şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(004)-4849/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-2432/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi nin 19 oktyabr 2020-cu il tarixli, 2(004)-4849/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunmuş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmiş, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-2432/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş in yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı MMC-nin X4 və emalı məntəqəsinə növbə rəisi vəzifəsinə təyin edilsə də, ilin sonu üçün yeni ştat cədvəli təsdiq olunmuş və növbə rəisi ştat vahidi ləğv edilmişdir. İddiaçı yeni dəyişikliyə əsasən gözətçi vəzifəsinə keçməsinə etiraz etməmiş və əmək müqaviləsi üzrə dəyişilməyən funksiyalarını yerinə yetirmişlər. İddiaçı 06 avqust 2020-ci il tarixdə hər hansı səlahiyyətli şəxsə bildirmədən iş yerini tərk etmiş, 07 avqust 2020-ci l tarixdə işdə olmamış, xəstəliyi olmadığı halda “əmək qabiliyyətinin olmaması vərəqəsi ni” vermişdir. Məhkəmə göstərilən hallara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini göstərərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublika sı MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ria yət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydad a xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının norm al ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. 186-cı maddəsinin 3-cü hissəsinin birinci cümləsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və kassasiya məhkəməsi həmin qiymətləndirmə ilə tam razılaşır. Belə ki, mübahisələndirilən əmr qəbul edilərkən işəgötürən tərəfindən iddiaçının ambulator müalicədə olması nəzərə alınmamış və bununla da, Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsi pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətlərində iddiaçının təqdim etdiyi Əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız olmasını iddia etsə də, bununla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etmə mişdir. Digər tərəfdən işəgötürən 11 avqust 2020-ci il tarixli əmri ƏM-in 71-ci maddəsinin 3cü hissəsinə uyğun əsaslandırılmamış və barəsində tətbiq edilən intizam tənbehinin 186-cı maddəsinin 3-cü hissəsində göstərilən hallara uyğunluğu nəzərə alınmamışdır. Odur ki, həmin halların mövcudluğu iddiaçının vəzifəsinin dəyişdirilməsinin düzgün olub-olmamasına dair kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməsi zərurətini aradan qaldırır. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş ü zrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-2432/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-178/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-178/2022
10.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver