Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-178/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, ezamiyyə xərcinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı və ezamiyyə xərci” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1567/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Vİ dərəcəli sürücü işinə qəbul edilmişdir.
2. İddiaçı 07 oktyabr 2020-ci il tarixdən Füzuli şəhəri N saylı hərbi hissəyə ezamiyyətə göndərilmiş, N oktyabr 2020-ci il tarixdə hərbi hissənin qazan təminatına daxil edilmiş, 18 yanvar 2021-ci il tarixə qədər ezamiyyətdə olmuşdur. 3. 01.09.2021-ci il tarixli ərizə ilə iddiaçı cəbhə bölgəsində olduğu üçün i stehsal zərurəti ilə bağlı sürücü vəzifəsindən çilingər vəzifəsinə keçirilməyə etiraz etməmiş, eyni tarixli əmrlə, o, müvəqqəti olaraq çilingər vəzifəsinə keçirilmişdir. 4. 10.09.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə xəbərdarlıq, xx.xx.2021-ci il tarixdə sonuncu dəfə töhmət, xx.xx.2021-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur.
5. Cavabdehin əmək kollektivinin və həmkarlar komitəsinin birgə iclasının 18 oktyabr 2021-ci il tarixli birgə iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zəruri hesab edilmişdir. 6. xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu tərəfindən işdə yol ver ilmiş məsuliyyətsizliyə, işə davamiyyətlə bağlı nöqsanlara, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə və əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya 103 gün ezamiyyət müddəti üçün günlük 26 manatdan olmaqla, 2678 manat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2021-ci il tarixli 51/k nömrəli əmrin ləğv edilərək, çilingər işinə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqının və 4017 manat ezamiyyə xərcinin ödənilməsin i xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, hərbi əməliyyatlar zamanı üzərinə düşən vəzifələri vicdanla və fəallıqla yerinə yetirmiş, buna görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Ona ezamiyyə xərci kimi 6695 manat ödənilməli olsa da, 2678 manat ödənilmişdir. Ezamiyyə xərci düzgün hesablanmadığına görə yuxarı orqanlara müraciət etmiş, bundan sonra cavabdeh tərəfindən ona qarşı qərəzli münasibət göstərilməyə başlanmışdır. Belə ki, heç bir əsaslı zərurət yaranmadan cavabdeh tərəfindən çilingər vəzifəsinə keçirilmişdir. Halbuki, onun həmin vəzifədən anlayışı yox idi. İşlədiyi müddətdə intizam tənbehi almamışdır. İşdən çıxarılması barədə əmrdə ona xəbərdarlıq, töhmət və son xəbərdarlıqla şi ddətli töhmət verilməsi qeyd olunsa da, ona bu barədə heç bir yazılı məlumat verilməmişdir.
10. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(055)-255/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) iddia qismən təmin edilmiş, 1339 manat ezamiyyə xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə iddia tələbinin işə bərpa hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı izahatında çilingər işinə təyin olunandan sonra, ümumiyyətlə, işə getmədiyini bildirmişdir. İddiaçı bunu çilingər işindən anlayışı olmaması ilə əlaqələndirsə də, bu hal iddiaçının işə gəlməkdən imtina etməsi üçün əsas hesab oluna bilməz. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, işə gəlmədiyinə gör ə iddiaçı barəsində əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, lakin nəticə əldə edilməmişdir. Belə olan halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsaslar mövcud olmuşdur və cavabdeh tərəfindən haqlı olaraq əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmiləşdirildiyindən, onun işə bərpa edilməsi barədə tələbi əsassız hesab edilməlidir.
12. Məhkəmə iddia tələbinin ezamiyyə xərclərinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı 103 gün ezamiyyədə olmasını əsas gətirərək hər gün üçün 65 manatdan hesablanmaqla ezamiyyə xərci tələb edir. İddiaçı mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim etmədiyindən ona ezamiyyə xərci cavabdeh tərəfindən günlük 26 manat (65 manatın 80 faizi-52 manat, onun 50 faizi=26 manat) hesablanmışdır. Cavabdeh tərəf bildirmişdir ki, iddiaçı N saylı hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin qazan təminatına salınmışdır. Ona görə də, ezamiyyə xərcləri hesablanarkən yemək xərcləri nəzərə alınmamışdır. Lakin “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə görə ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Ona görə də, iddiaçı mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim etmədiyindən ona ezamiyyə xərci günlük 39 manat (65 manatın 80 faizi=52 manat, onun 50 faizi=26 manat+20 faiz(Müvafiq Qərarın 3-cü bəndinə əsasən rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər nəzərə alınmaqla=39 manat) hesablanmalıdır. Beləliklə, iddiaçı günlük 39 manat hesablanmaqla 103 gün ezamiyyə müddətinə görə cəmi 4017 manat pul almalı olduğu halda, ona 2678 manat ödəniş edilmişdir. Odur ki, ödənilməmiş qalan 1339 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 70, 72, 84-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4-cü maddələrinə, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Naz irlər Kabinetinin Qərarının 1, 1-1, 4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara qanunla müəyyən olunmuş qaydada qiymət verilməmişdir. Əmək müqaviləsi üzrə sürücü olmasına baxmayaraq, cavabdeh onu əsassız olaraq çilingər vəzifəsinə təyin etməklə onun əmək hüquqlarını pozmuşdur. Əmr tam qanunsuzdur.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1567/2022 nöm rəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və Z.Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirmiş, iddiaçının işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbini təmin etməməkdə haqlı olmuşdur.
18. Məhkəmə nəzərə almışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında çilingər işinə təyin olunduqdan sonra ümumiyyətlə işə gəlmədiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin işi bacar maması iddiaçının özbaşına işə çıxmaqdan imtina etməsi üçün əsas ola bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı hissəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi xəbərdarlıq məktublarında intizam tənbehləri barədə olan əmrlər göstərilməmiş və məktuba əlavə olunmamışdır. Həmçinin, 10 sent yabr 2021-ci il tarixli 35 nömrəli əmək intizamının pozulması barədə olan əmrdə işə gəlmədiyi günlər 03 sentyabr 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixə qədər göstərilir. Bundan 5 gün sonra olan 15 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunda isə işə gəlmədiyim günlər 02 sentyabr 2021-ci il tarixindən 14 sentyabr 2021-ci ilə kimi göstərilir. Bundan başqa, 15 sentyabr 2021-ci il tarixli 36 saylı əmək intizamının pozulması barədə olan əmrdə işə gəlmədiyi günlər 13-14-15 sentyabr 2021-ci il kimi göstərilmişdir. Həmçinin çilingər vəzifəsinə keçirilməsi barədə 01 sentyabr 2021-ci il tarixli əmrin nömrəsi 39/k olsa da, bundan 17 gün sonra qəbul edilmiş əmək intizamının pozulması barədə olan 18 sentyabr 2021-ci il tarixli əmrin də nömrəsi 39-dur. Həmçinin 18 sentyabr 2021-ci il tarixli 39 nömrəli əmr qeyri-iş günündə qəbul edilmişdir. Bütün bunların hamısı onu göstərir ki, xəbərdarlıq məktubları və əmək intizamının pozulması barədə olan əmrlər işəgötürən tərəfindən sonradan tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi 22. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. 23. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, i şçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 24. 71-ci maddə, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 25. 72-ci maddə. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün i ş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanu ni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarı
26. Bənd
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xə rclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.
27. Bənd 1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir (27 yanvar 2021-ci il tarixə kimi qüvvədə olmuşdur).
28. Bənd
4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yo xlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməs inin əsaslandırılması ilə razılaşır.
42. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi kimi iddiaçı məhkəmə baxışında verdiyi izahatında çilingər işinə təyin olunduqdan sonra ümumiyyətlə işə çıxmadığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin işi bacarmaması onun özbaşına işə çıxmaqdan imtina etməsi üçün əsas ola bilməzdi.
43. İddiaçı yeni işə təyin olunduqdan sonra özbaşına olaraq işə çıxmadığını etiraf etdiyi üçün Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1567/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.