Məhkəmə qərarları › İş №2(102)-1782/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1782/2019

15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1782/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1074/2018 nömrəli iş üzrə 04 sentyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Ə.Axundova) 2(003)-206/2016 nömrəli, 18 mart 2016-cı il tarixli qətnaməsi ilə İddia çı cavabdeh1 Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər Xəzər rayonu, Binə xxxxsi və X4 qarşı “torpaq sahəsi, fərdi yaşayış evinə dair pozulmuş hüquqlarının bərpa edilməsi, torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılma və ona təhvil verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1990-cı il tarixli, 19 saylı Qərarı əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 700 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş tikililərdən çıxarılmaları, həmin torpaq sahəsinin bütünlüklə iddiaçıya təhvil verilməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), A.N.İmanov və E.Q.Nəbiy ev) 2(103)-5461/2016 nömrəli, 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilib, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 18 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və V.Ə.İbayev) 2(102)-2326/2017 nömrəli iş üzrə 19 may 2017-ci il tarixli tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya MK-nın 2(103)-5461/2016 nömrəli, 16 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov) 2(103) -1074/2018 nömrəli, 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia təmin edilməsi, torpaq sahəsinin invertarlaşdırılmasına dair tədqiqatının dəyəri olan 60 (altmış) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ( xxxxın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X? Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cava bdeh1 və X10 qarşı torpaq sahəsi və fərdi yaşayış evinə pozulmuş hüquqların bərpası tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1990-cı il tarixli, 19 saylı Qərarı ilə ona Bakı şəhəri, Binə qəsəbəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 700 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, evin tamamlanma işlərini başa çatdırdıqdan sonra qısa bir müddət ərzində həmin evdə yaşamamışdır. Bundan istifadə edən Cavabdeh1 ona məxsus olan həyətyanı torpaq sahəsini və orada inşa edilmiş fərdi yaşayış evini qeyrirəsmi qaydada Cavabdeh2 satmışdır. Bütün bunlarla əlaqədar o, dələduzluq cinayəti ilə bağlı müvafiq tədbir görülməsi üçün Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə şikayət etmiş, 2-ci Polis Bölməsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlərin hərəkətlərinə görə 1990-cı ildə Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsi tərəfindən qanuni əsaslarla ona ayrılmış daşınmaz əmlakından istifadə və sahiblik hüququndan məhrum olmuşdur. Sonradan iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə təqdim edərək, Bakı şəhəri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsi tərəfindən 29 oktyabr 1990-cı il tarixli, 19 saylı Qərarı əsasında ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 700 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair pozulmuş hüquqlarının b ərpa edilməsi və cavabdehlərin zəbt edilmiş həmin torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evlərindən çıxarılmaları, həmin torpaq sahəsi və daşınmaz əmlakların ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1074/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsini tamamilə ləğv edib, İddiaçı “torpaq sahəsi və fərdi yaşayış evinə dair pozulmuş hüquqların bərpası və s.” barədə iddia tələbinin tam təmin edilməsi barədə yenə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosess ual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1074/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instans iyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon X11 İcraiyyə Komitəsinin 29.10.1990-cı il tarixli, 19 saylı "vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" qərarının surətindən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün donuzkökəltmə sovxozunda hüquqşünas işləyən İddiaçı 700 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 6/89 saylı, 25.01.2013-cü il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 29.10.1990-cı ilə dair sənədləri arasında 19 saylı qərar mövcuddur. Həmin qərarla vətəndaş İddiaçı Binə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6(003)-11/2010 saylı, 13.10.2010-cu il tarixli qərarının surətindən görünür ki, şikayətçi İddiaçı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Babək Mirzəyevin "cinayət işinin başlanmasmın rədd edilməsi barədə" 27.02.2010-cu il tarixli qərarından verdiyi şikayət təmin edilmiş, X13 ərizəsi əsasında toplanmış 73/10 saylı material üzrə həmin qərar ləğv edilmiş, qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Asif Behbudov tərəfındən qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 03.05.2013-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında aparılan araşdırma zamanı dələduzluq cinayətinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədiyindən, cinayət tərkibi olmadığından və tələb mülki xarakterli olduğundan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" ASC-nin 17.02.2015-ci il tarixli qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Binə xxxxsinin hesabına əmlak vergisinə görə 69 manat, torpaq vergisinə görə 54 manat məbləğində yerli vergi ödənilmişdir. Bakı şəhəri 7 saylı Döv lət Notariat Kontorunda verilmiş 11.08.2008-ci il tarixli, AR-İ seriyalı, 066727 saylı etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X7 Bakı şəhəri, Binə qəsəbəsi, X12 qeydiyyatda olan X1 Bakı şəhəri Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 07.11.1990-cı il tarixli, 21 saylı qərarına əsasən Bakı şəhəri, Binə qəsəbəsi, 159 saylı ərazidə yerləşən 750 kv.m torpaq sahəsində tikinti işlərini aparmağı, özəlləşdirməni, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən reyestr çıxarışı almağı, məhdudiyyət barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, buna dair müqavilə imzalamağı, digər hərəkətlər etməyi 11.08.2028-ci ilədək etibar etmişdir. "xxxx" MMC-nin AEN seriyalı, 309516 saylı, 14.09.2011-ci il tarixl i mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh2 əmlakın qiymətləndirilməsi üçün həmin təşkilata 30 manat ödəniş etmişdir. Bakı şəhəri Xəzər Rayon Binə xxxxsi tərəfındən verilmiş AFE seriyalı, 192021 saylı, 16.08.2011-ci il tarixli əhalidən vergilərin qəbulu barədə qəbzin surətindən görünür ki, Cavabdeh2 2009-2011-ci illər üçün xxxxyə 100 manat məbləğində ödəniş etmişdir. X22 ödəniş Portalından əldə edilmiş ********* saylı, 05.06.2014-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, ünvan 3 ünvanına dair elektrik enerjisindən istifadəyə görə Cavabdeh2 tərəfindən 30 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş fıziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən gör ünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Su Təsərrüfatın ünvanında yerləşən torpaq sahəsi və üzərindəki tikilinin inventarlaşdırılması həyata keçirilmiş və obyektin dəyəri 25.312 (iyirmi beş min üç yüz on iki) manat məbləğində qiymətləndirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 36/420 saylı, 22.04.2015-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin 07.11,1990-cı ilə dair sənədləri arasında 21 saylı qərar yoxdur. 21 saylı qərar 23.11.1990-cı il tarixdə verilmiş və bu qərarla vətəndaş X4 Binə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə nümayəndəliyinin 24.07.2015-ci il tarixli məktubundan görünür ki, sözügedən 700 kv.m torp aq sahəsinin 300 kv.m-də hazırda Cavabdeh2 öz ailə üzvləri ilə birlikdə birmərtəbəli fərdi yaşayış evində yaşayırlar. Həmin torpaq sahəsinin 400 kv.m-ni isə Cavabdeh2 qonşusuna satmışdır. 400 kv.m-lik torpaq sahəsində yaşayanların şəxsiyyətlərinin öyrənilməsi məqsədilə həmin ünvanda olmuş, lakin mənzil bağlı olduğundan orada yaşayanların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə nümayəndəliyinin 24.07.2015-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon X11 İcraiyyə Komitəsinin 29.10.1990-cı il tarixli, 19 saylı qərarı ilə İddiaçı ayrılmış sözügedən 700 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə ünvan verilməmişdir. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin 31.07.2015-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 700 kv.m torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin 2(003)-1245/2015 nömrəli, 30.06.2015-ci il tarixli qərardad nəzərə alınaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözgedən daşınmaz əmlak üzərinə qadağa qoyulmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-273 saylı, 18.06.2015-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12.07.1990-cı il tarixli, 135 saylı əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır. Həmin əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli, 521 saylı qərarı və bu qə rar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X15 birgə iclasında qəbul edilmiş 12.07.1990-cı il tarixli, 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı vətəndaş siyahısında X2 adı 170 sıra sayı ilə qeyd olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-850 saylı, 21.10.2015-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12.07.1990-cı il tarixli, 135 saylı əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır. Həmin əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli, 521 saylı qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X20 birgə iclasında qəbul edilmiş 10.07.1990-cı il tarixli, 23 saylı qərarına əsasən s ovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı vətəndaş siyahısında X8 adı 1400 sıra sayı ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.08.2015-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 yerləşən 700 kv.m torpaq sahəsinin ölçmə işləri nəticəsində tərtib edilmiş texniki sənədləri ərazinin planından çıxarış, torpaq sahəsinin ölçü planı və yerinə yetirilmiş işlərin dəyəri cədvəli məhkəməyə təqdim edilmişdir. Mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi 700 kv.metr torpaq sahəsində iki həyət qapısı vardır. Torpaq sahəsi 300 və 400 kv.metr olmaqla i ki hissəyə bölünmüş, həyətlər biri-biri ilə daş hasarla ayrılmışdır. Cavabdeh2 yaşadığı torpaq sahəsi 300 kv.metrdir və orada torpaq sahəsindən 5 daş hündürlüyündə bir mərtəbəli ev tikilmiş, evin 3 ayrı-ayrı otaqları, otaqların qarşısında holl vardır, həyətdə ayrıca tikili formasında tualet-hamam inşa edilmişdir. Digər 400 kv.metr torpaq sahəsinə girmək mümkün olmamış və həmin torpaq sahəsində isə Şəfiqə adlı şəxin ailəsi ilə birlikdə yaşaması məlum olmuş və torpaq sahəsində 1 mərtəbəli evin inşa edilməsi müşahidə olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfinin təqdim etdiyi şahidlər iddia tərəfini cavabdeh tərəfin təqdim etdiyi şahidlər isə cavabdeh tərəfin maraqlarına uyğun ifadələr vermişlər. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Bakı Apellyasiya Məhkəməsinə ü nvanladığı 1326 saylı, 25 sentyabr 2017-ci il tarixli cavab məktubunda göstərilir ki, mübahisəli və vətəndaşların göstərdiyi torpaq sahələri Xəzər rayonunun inzibati ərazi vahidinə daxil olmasına baxmayaraq Abşeron RİH-in balansındakı-istifadəsindəki sahələrə aid olmuşdur. Həmin sənədlər vətəndaşlara verilərkən torpaq sahələrinin koordinatlarını, cizgi ölçülərini və mərz nişanlarının formalarını təsdiq edən sənədlər (xəritələr) təqdim edilmədiyindən qeyd olunan sahələrin dəqiq yerləşdiyi ərazinin (ünvanın) üst-üstə düşüb düşməməsini və hansı rayonun ərazisində yerləşməsini müəyyənləşdirmək qeyri-mümkündür, həmçinin Xəzər RİH-də göstərilənlərə dair heç bir sənəd yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ-nin 18.10.2017-ci il tarixli, 055-26353-1217 saylı məktubunun mət nindən görünür ki, X13 müraciəti əsasında 2016-2017-ci ilin cari dövrünədək Xəzər RPİ-nin İŞ-də material aşkarlanmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırki iş üzrə verilmiş 03 iyul 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə mühəndisin və tərəflərin iştirakı ilə mübahisələndirilən əraziyə yerli baxış keçirildi. Çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək kameral şəraitdə elektron baza məlumatlarına əsasən müqayisələndirildi. Məlum oldu ki, mübahisələndirilən torpaq sahəsi naturada 786 kv.metr təşkil edir və tərəflərin bildirdiyinə görə hazırda cavabdeh lər Cavabdeh2 və X9 istifadəsindədir. Eyni zamanda, elektron baza məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan Donuzkökəltmə Sovxozunun ərazisinə aid olmuşdur və hazırda Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2008-ci il tarixli 2866 nömrəli Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan keçmiş Donuzkökəltmə sovxozunun ərazisindən, Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. İddiaçı X5 adına ayrılmış 700 kv. metr torpaq sahəsinin, X3 adına ayrılmış 750 kv. metr torpaq sahəsinin və X6 adına ayrılmış 700 kv metr torpaq sahəsinin miqyası, koordinatları və ya hər hansı istinad nöqtələrindən məsafə və olçüləri göstərilməklə sxemi (cizgi planı) təqdim edilməm əsi səbəbindən sözügedən torpaq sahələrinin harada yerləşməsini və hansı torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyinin tələblərinə uyğundur. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon X11 İcraiyyə Komitəsinin 29.10.1990-cı il tarixli, 19 saylı qərarı əsasında ayrılmışdır. Təkrar apellyasiya baxışında alınmış mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi hər hansı bir vaxt Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsi olmamışdır. Torpaq sahəsi əvvəl Abşeron raoyn İcra Hakimiyyətinin inzibati ərazisi olmuş, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2008-ci il tarixli sənəracamı ilə Bakı şəhər İcra Hakimiyyətinə aid olan torpaq sahəsinə birləşdirilmişdir. Bundan sonra torpaq sahəsinin Xəzər (keçmiş Əzizbəyov) rayonun inzibati ərazisinə aid edilməsinə dair hər hansı qərar qəbul edilməmişdir. Belə olan halda isə Xəzər rayon İcra hakimiyyəti öz ərazisi olmayan toraq sahəsində iddiaçının istifadəsinə torpaq sahəsi ayıra bilməzdir. Mubahisəli hüquq munasibətlərinin yarandığı vaxt qüvvədə olan Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə torpaq sahəsinin istifadəyə verilməsi torpaq ayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxoz, sovxoz və digər torpaq istifadəçilərinin hüquqları torpağdan istifadə hüququna dair dövlət aktı ilə rəsmiləşdirilir. Göstərilən Məcəl lənin 26-cı maddəsində göstərilir ki, torpaq sahəsindən yerquluşu orqan tərəfindən torpaq naturada (yerində) ayrılmadan və torpağdan istifadə hüququna dair sənəd verilmədən istifadəsi qadağandır. Həmin tələblər 09.11.1991-ci il redaksiyasında Torpaq Məcəlləsində də nəzərdə tutulmuşdur. Göstərilən Məcəllənin 29-cu maddəsinə əsasən muvafiq rayon, şəhər xalq deputatları tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və muvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə görə torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpağdan daimi istifadə hüquqları rayon, şəhər xalq de putatları sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Göstərilən Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakmiyyəti orqanlarının və ya xxxxlərin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və xxxx mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fizik i şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya xxxxnin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Sözugedən Məcəllənin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Adıçəkilən Məcəllənin 67.4-cü maddəsində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qeyd olunan Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyə n edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası ƏMDK yanında Kadastr və ünvan Reyestr Xidməti tərəfindən mubahisəli 700 m2 torpaq sahəsinə dair ölçmə işləri aparıb muvafiq texniki sənədlər tərtib edilməsi və torpaq sahəsin koodinatları müəyyənləşdirilməsinə baxmayaraq cavabdeh tərəfin formal mulahizə və izahatlarına istinad etməklə, torpaq sahəsinin koordinatları müəyyən edilməməsi kimi əsassız nəticəyə gəlməsi dəlili ilə bağlı qeyd edir ki, həmin sən ədlərdən görünür ki, o, mubahisəli torpağa aid olub heç bir tərəfə məxsusluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı istər Xəzər (Əzizbəyov) rayon XDC İK-nın 29 oktyabr 1990-cı il tarixli qərar ilə, istərsə də Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun 19 avqust 1991-ci il tarixli əmri ilə eyni torpaq sahəsi ayrılmasından bəhs edildiyindən və iş materiallarında həmin torpaq sahəsinin koordinatları barədə məlumat olmadığından apellyasiya instansiyası məhkəməsinin 19 avqust 1991-ci il tarixli Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun əmrinə diqqət yetirməməsi dəlili qətnamənin ləğvinə əsas ola bilməz. Göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərin əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qət naməinin ləğv üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1074/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1074/2018 nömrə li iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar