Məhkəmə qərarları › İş №2(102)-1782/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1782/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1782/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X3 və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Aqro Şirkətinin Cavabdeh qarşı “avtomobilin dəyərinin tam ödənilməsi” barədə ilkin Cavabdeh “xxxx” Aqro Şirkətinə qarşı “alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyə xitam verilməsi, mülkiyyət hüququnun tanınması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 30 may 2019cu il tarixli X5 saylı qətnaməsindən iddiaçı “xxxx” Aqro Şirkəti və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Aqro Şirkəti Cavabdeh qarşı “avtomobilin dəyərinin tam ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” Aqro Şirkətinə cəmi 5885 (beş min səkkiz yüz səksən beş) manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçı “xxxx” Aqro Şirkətinə qarşı “alqı-satqı müqaviləsinə xitam verilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbinə dair” qarşılıqlı iddia ərizəsi və məhkəmə gedişatında AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, 11.09.2015-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinin qismən, avtomobilin qiyməti hissəsində etibarsız hesab edilməsi; “xxxx” Aqro Şirkəti ilə Cavabdeh arasında bağlanmış 11.09.2015-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyə xitam verilməsi; "Brilliance H230" markalı, Ol-AB-046 dövlət qeydiyyat nişanlı, (mühərrik: BM15LC024075, Şassi: LSYYBBCA4DC054838)2013-ci il buraxılışlı nəqliyyat vasitəsi üzərində Cavabdeh mülkiyyət hüququnun tanınması və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində qeydiyyatın aparılması; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 30 (otuz) manat məbləğində pulun cavabdeh "xxxx" Aqro şirkətindən tutularaq, iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 05.03.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzr ə iddiaçı “xxxx” Aqro Şirkətinin Cavabdeh qarşı “avtomobilin dəyərinin tam ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməmiş, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, 11.09.2015-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsi qismən, avtomobilin qiyməti hissəsində etibarsız hesab edilmiş, “xxxx” Aqro Şirkəti ilə Cavabdeh arasında bağlanmış 11.09.2015-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyə xitam verilmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, qalan hissədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən v ə məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 30 may 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” Aqro Şirkəti və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Aqro Şirkəti “Satıcı” ilə, Cavabdeh arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, 15 saylı “Alqı-Satqı" müqaviləsinə əsasən 10285,92 (on min iki yüz səksən beş) ABŞ dolları, 92 sent dəyərində, Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq, manatla aparılması şərti ilə, buraxılış ili 2013-cü il olan, 01AB046 dövlət qeydiyyat nömrə nişanlı, ağ rəngli, Brilliance H230 modelli avtomaşını “Alıcı” Cavabdeh 36 (otuz altı) ay müddətinə, ayda 285,72 (iki yüz səksən beş) ABŞ dollar, 72 sent Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq, ödəniş etmək şərtləri ilə “xxxx” Aqro Şirkəti tərəfindən Cavabdeh satılmışdır. Lakin müqavilənin müddətin bitməsinə baxmayaraq, Cavabdeh avtomobilin ödənişini tam ödəməmişdir. Cavabdeh hər ayın 11 günü ödəniş etdikdən sonra ona avtomobili idarə etmək üçün ödəniş etdiyi aya görə bir ay müddətinə etibarnamə ve rilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil və nümayəndəsi X4 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materiallarından görünür ki, tərəflər arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli “Alqı-Satqı" müqaviləsinə əsasən 10285,92 (on min iki yüz səksən beş) ABŞ dolları, 92 sent dəyərində, AR Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq, manatla aparılması şərti ilə, 01AB0 46 dövlət qeydiyyat nömrə nişanlı, Brilliance H230modelli avtomaşını 36 (otuz altı)ay müddətinə, ayda 285,72 (iki yüz səksən beş) ABŞ dolları, 72 sent AR Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq, ödəniş etmək şərtləri ilə “xxxx” Aqro Şirkəti tərəfindən “Alıcı” Cavabdeh satılmışdır. 11.09.2015-ci il tarixli ödəniş dövriyyəsinə əsasən həmin vaxt üçün 285,72 ABŞ dolları 300 manat təşkil edirdi. Cavabdeh yuxarıda qeyd edildiyi kimi, 36 ay müddətinə aylıq 300 (üç yüz) manat ödəyərək, cəmi 10.800 (on min səkkiz yüz) manat ödəniş etmişdir. O, ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı qismən təmin edərkən mübahisəni n faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Qanunvericilik pul öhdəliyinin manatla ifadə edilməli olduğunu imperativ norma kimi göstərmişdir. İstisna qismində müəyyən kateqoriya şəxsləri (“xarici fiziki və ya hüquqi şəxs”) göstərsə də, hazırki iş üzrə tərəflər qanunvericil iyin qeyd etdiyi şəxslər kateqoriyasına daxil deyillər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Göründüyü kimi, 11 sentyabr 2015-ci il tarixli “Alqı-Satqı" müqaviləsində avtomobilin qiymətinin ABŞ dolları ilə göstərilməsi Mülki Məcəllənin 439.1-ci maddəsinə zidd olduğundan məhkəmə düzgün olaraq müqavilənin həmin bəndini etibarsız saymış və iddiaçının ABŞ dollarının manata olan məzənnəsinə əsasən əlavə 5885 manat ödənilməsi tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassı z hesab edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məh kəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” Aqro Şirkətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli X5 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar