Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1782/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, Azərbaycan Respublikası Maliyyə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: səhmdar cəmiyyətinin xalis mənfəətinin bölüşdürülməsi, dividendlərin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.11.2020-ci il tarixli, x nömrəli qərardadından İddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə cavabdeh "xxxx" ASC-nin xalis gəlirindən dividendin ödənilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ələmşah oğlu cavabdeh "xxxx" ASC-dən xalis gəlirdən çatası dividendə görə 300.000 manatın və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 28 avqust 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X1rşı “pul tələbinə dair” iddiası rədd edilmiş, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 30.11.2020-ci il tarixli, x nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xsaylı iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, Azərbaycan Respublikası Maliyyə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi, “pul tələbinə dair” mülki iş üzrə icraata xitam verilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı iddiası məhkəmə qaydasında baxılmalı tələb deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 106-1.3.6, 1077-cı maddələrini tətbiq etməmiş, tərəflərin qanun qarşısında bərabərliyi prinsipinə əməl etməmiş, iş üçün son dərəcə mühüm əhəmiyyəti olan işin faktiki hallarını aydınlaşdırılmamış, cavabdeh "xxxx" ASC-ni, iş üzrə üçüncü şəxsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti dövlət orqanlarını işə cəlb etməmiş, cavabdehin qanuna zidd hərəkətlər etməsinə, yəni səhmdar kimi hüquqlarından istifadə edərək 27.01.2016-cı il tarixli, 10.06.2018-ci il tarixli ərizələrlə cavabdehə müraciət edərək cavabdehdən - Cəmiyyətin qeydiyyat şəhadətnaməsinin surətini Cəmiyyətin balansını və balansa əlavələr olan mənfəət və zərər haqqında hesabatın, kapitalda dəyişiklikləri haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın, uçot siyasəti və izahlı qeydlərin təsdiq edilmiş surətlərini, Cəmiyyətin səhmdarlarının reyestrinin təsdiq edilmiş surətini, Cəmiyyət tərəfindən fiziki və hüquqi şəxslərə icarəyə verilən qeyri-yaşayış və digər əmlakın icarə müqavilələrinin təsdiq edilmiş surətini yazılı şəkildə iddiaçının tələb etməyinə baxmayaraq hüquqlarının cavabdeh Cəmiyyət tərəfindən pozulmasına, cavabdeh tərəfindən iddiaçının ərizələrinin təmin edilməməsinə, sənədlərin ona verilməməsinə, iddiaçıya ödənilməli olan dividendlərin ödənilməməsinə məhkəmə tərəfindən əhəmiyyət verilməmiş, ərizələrim əsasında sənədlər ona verilmədiyi üçün qeyd edilən həmin sənədlərin - 2001-2015-ci illər ərzində keçirilmiş Səhmdar larin X2 müvafiq qaydada (Cəmiyyətin möhürü və rəhbərin imzası ilə təsdiq olunmuş) təsdiq olunmuş surətlərini, Cəmiyyətin Nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin cəmiyyətin möhürü və rəhbərin imzası ilə təsdiq edilmiş surətini, Cəmiyyətin Müşahidə Şurası, İdarə Heyəti, Təftiş Komissiyası haqqında əsasnamələrin cəmiyyətin möhürü və rəhbərinin imzası ilə təsdiq olunmuş surətini, 2001-2015ci illər üzrə Cəmiyyətin Müşahidə Şurasının, İdarə Heyətinin protokollarının Cəmiyyətin möhürü və rəhb ərin imzası ilə təsdiq olunmuş surətini, AR Mülki Məcəlləsinin 106-1.3.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında" Qanunun 10-cu maddəsinin 10.1.1 və 10.1.2-ci bəndlərinə uyğun formada tərtib olunmuş 01 yanvar 2001-ci, 01 yanvar 2002-ci, 01 yanvar 2003-ci, 01 yanvar 2004-cü, 01 yanvar 2005-ci, 01 yanvar 2006cı, 01 yanvar 2007-ci, 01 yanvar 2008-ci, 01 yanvar 2009-cu, 01 yanvar 2010-cu, 01 yanvar 2011-ci, 01 yanvar 2012-ci, 01 yanvar 2013-ci, 01 yanvar 2014-cü, 01 yanvar 2015-ci illər tarixinə Cəmiyyətin balansını və balansa əlavələr və mənfəət və zərər haqqında hesabatın, kapitalda dəyişikliklər haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın, Uçot siyasəti və izahlı qeydlərin cəmiyyətin möhürü və rəhbərinin imzası ilə təsdiq olunmuş surətlər ini, Cəmiyyətin İdarə Heyətinin 2001-2015-ci illərə dair hesabatlarının və onlara əlavələrin cəmiyyətin möhürü və rəhbərinin imzası ilə təsdiq olunmuş surətlərini, Cəmiyyətin səhmdarlarının reyestrinin cəmiyyətin möhürü və rəhbərinin imzası ilə təsdiq olunmuş surətini, Cəmiyyət tərəfindən fiziki və hüquqi şəxslərə icarəyə verilən qeyri-yaşayış və digər əmlakın icarə müqavilələrinin cəmiyyətin möhürü və rəhbərinin imzası ilə təsdiq olunmuş surətlərini, Cəmiyyətin daşınmaz əmlakının son dəfə bazar qiyməti ilə qiymətləndirilərək hansı məbləğdə inventarlaşdırma keçirilməsinə dair yazdı məlumatın məhkəmə sorğusu verilməklə məhkəmə qaydasında əldə edilib iş materiallarına əlavə olunması barədə iddiaçının vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Bundan başqa, işə baxan birinci İnstansiyası məhkəməsi tərəfindən mübahisə predmetinə çevrilmiş ünvan 1 ünvanında yerləşən 329 saylı aptekin və həmin aptekin yerləşdiyi qeyriyaşayış sahəsinə yerli müayinə (yerli baxış) keçirilməsi barədə iddiaçının verdiyi vəsatət təmin edilməmiş, həmçinin mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları keçirilməsi barədə iddiaçının vəsatətləri təmin edilməmiş, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə şahidlər məhkəməyə dəvət edilib şahid ifadələri alınıb iş materiallarına əlavə edilməmiş, məhkəmə tərəfindən iddiaçıya qarşı qərəzçilik nümayiş etdirilmiş, nəticədə onun hüquqlarım pozulmuşdur. İşə baxan Bakı Apellyasiya məhkəməsi isə, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvləri düzəltmək və idd iaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, iş üzrə icraata xitam verilməsi barədə əsassız qərardad qəbul etməklə, işə mahiyyəti üzrə baxılmasına süni maneəçilik törətmiş, nəticədə Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə təminatı hüquqlarından, eləcə də "İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüquqlarından iddiaçını məhrum etmişdir. İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 29 iyul 1999-cu il tarixli 455 saylı Sərəncamı ilə "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə''yə uyğun olaraq Azərbaycan R espublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X7 tabeliyində olan ünvan 1 ünvanda yerləşən 329 saylı aptekin və onun yerləşdiyi qeyri-yaşayış sahəsinin, təyinatını üç il ərzində saxlamaqla, bazasında "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir. "xxxx“ Səhmdar Cəmiyyətinin Nizamnaməsi və Özəlləşdirmə planı təsdiq edilmiş, Nizamnamə kapitalı ********* manat məbləğində müəyyən edilmiş, "xxxx" Səhmdar Cəmiyyətinin səhmləri satış növləri: 15 % əmək kollektivinə güzəştlə satılan səhmlər, 55 % çek auksionlarına yönələn səhmlər, 30 % pul auksinolarına yönələn səhmlərdən ibarət olmuşdur. İş materiallarında olan Milli Depozit Mərkəzi QSC tərəfindən verilmiş məlumatdan görünür ki, "xxxx" ASC-nin Nizamnamə kapitalının miqdarı 27.524,00 manat, qiyməti kağız buraxılışının qeydiyyatı QKDK ********** 30-09-1999 olmaq la həmin qeydiyyat nömrəsi ilə 13762 ədəd sənədsiz adi səhm qiymətli kağız buraxılmış, bir qiymətli kağızın nominal dəyəri 2.00 manat olmuşdur. İddiaçı, 20.10.2000-ci il tarixdə hər birinin dəyəri 2 manatdan olmaqla 4076 ədəd qiymətli kağız alaraq hüquqlarını qanuni qaydada qeydiyyatdan keçirmişdir, "xxxx” ASC-nin səhmdarıdır. İddiaçı ərizəsində məhkəməyə məlumat vermişdir ki, dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən ona heç bir cavab verilməmiş, yazdığı rəsmi məktublar poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilmiş lakin, məktub ünvana yetişmir adı altında geriyə qaytarılır, səbəbini özləri bilir. İddiaçı həmçinin məhkəməyə bildirmişdir ki, "xxxx" ASC-nin səhmdarı olmağına baxmayaraq ümumi yığıncağına dəvət olunmamışdır, şəhadətnamənin surətini ala bi lməmişdir, "xxxx” ASCnin fəaliyyət göstərdiyi bu illər ərzində cəmi 2 dəfə iclasa dəvət olunmuşdur, ona aydın olmayan səbəblərdən bu iclaslar da Gəncə şəhərinə təyin olunmuşdur. Bundan başqa iddiaçının dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq, Cəmiyyətin balansını və balansa əlavələr olan mənfəət və zərər haqqında hesabatın, kapitalda dəyişiklikləri haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın, uçot siyasəti və izahlı qeydlərin təsdiq edilmiş surətlərini, Cəmiyyətin səhmdarlarının reyestrinin təsdiq edilmiş surətini, Cəmiyyət tərəfindən fiziki və hüquqi şəxslərə icarəyə verilən qeyri-yaşayış və digər əmlakın icarə müqavilələrinin təsdiq edilmiş surətini, iddiaçının ödənilməli olan dividentlərin hesablanıb ona ödənilməsini tələb etməyinə baxmayaraq ona veril məmişdir. Cavabdeh tərəfindən bu sənədlərin verilməməsinin səbəbi Cəmiyyət tərəfindən ona sahibi olduğu səhmlərə uyğun ödənilməli olan gəlirlərin, dividentlərin gizlədilməsidir. Cavabdeh 20.10.2000-ci İl tarixdən bu günə qədər il ərzində təxminən yüz min manat gəlir əldə edir, lakin mənə çatası dividenti ödəmir. Halbuki, iş materiallarına əlavə edilmiş "xxxx" Firmasının eksperti tərəfindən tərtib olunmuş "ünvan 2 ünvanında yerləşən, ümumi paylı mülkiyyətdə olan 438.1 kv.m ümumi, 232,2 kv.m əsas və 205.9 kv.metr köməkçi sahəsi olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin, orta aylıq icarə haqqının və əldən çıxmış faydanın məbləğinin qiymətləndirilməsi haqqında’’ 26.12.2018-ci il tarixli DƏ-12/20-18 saylı Mütəxəssis rəyindən görünür ki. qiymətləndirilən qeyri-yaşayış sahəsinin qiymətləndirmə gününə real bazar dəyəri 970.000 (doqquz yüz yetmiş min) manat, 1 kv.metr üçün aylıq icarə haqqı 17,90 (on yeddi manat 90 qəpik) və 17 il üzrə əldən çıxan fayda 1.000.000 (bir milyon) manat məbləğində müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştira kı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.
12. Maddə 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gü n müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.
13. Maddə 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.
15. Maddə
391. Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edi lməlidir. Kassasiya baxışının hədləri
16. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiyası məhkəməsi iş materi allarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
19. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sədrinin 29.07.1999-cu il tarixli 455 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına və Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əçzaçılıq və Tibb sənayesi birliyinin tabeliyində olan ünvan 1 ünvanda yerləşən 329 saylı aptekin və onun yerləşdiyi qeyri-yaşayış sahəsinin, təyinatını üç il ərzində saxlamaqla, bazasında ”xxxx” ASC-yə çevrilmiş, Cəmiyyətin Nizamnaməsi və Özəlləşdirmə planı təsdiq edilmiş, Nizamnamə kapitalı 137.628.000 manat məbləğində müəyyən edilmiş Milli Depozit Mərkəzinin “Depozitar haqqında məl umat”ının və “Depo hesabından çıxarış”ının surətlərindən görünür ki, "xxxx" ASC-nin nizamnamə kapitalı 27.524 manat təşkil edir. Qiymətli kağızların ümumi miqdarı hər birinin nominal dəyəri 2 manat olmaqla 13.762 ədəd sənədsiz adi adlı səhmlərdən ibarətdir. İddiaçı cavabdeh "xxxx" ASC-nin səhmdarlarından biri olmaqla 4076 ədəd qiymətli kağızın sahibidir.
20. İddiaçı müəssisənin səhmdarlarından biri olaraq xalis gəlirdən ona çatası dividendə görə 300.000 manatı tələb edir.
21. Apellyasiya kollegiyası səhmdar cəmiyyətinin xalis mənfəətinin bölüşdürülməsi, dividendlər və onların ödənilməsi qaydasına dair yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad etmişdir (§ 11-13). 22. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2 016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 iyun 2017-ci il tarixli Qərarında məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətl i cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı müəssisənin səhmdarlarından biri olaraq müəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə cəmiyyətə müraciət etməmiş, məhkəmədə müvafiq iddianı qaldırmışdır. Halbuki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da şərh olunduğu kimi, sözügedən tələb məhkəmə qaydasında baxılmalı tələb deyildir. Bundan əlavə, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili cəmiyyətə müraciət edildiyini bildirsə də, iş materiallarından bu hal müəyyən edilmir.
24. Kollegiya apellyasiya instansiyası məhkəməs inin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.11.2020-ci il tarixli, qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli