Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1782/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-506/2023 nömrəli mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı (bundan sonra - iddiaçı) 1982-cü ildən ixtisası üzrə Kəlbəcər rayonu Səməd Vurğun adına Bağlıpəyə səkkiz illik kənd məktəbinin ədəbiyyat müəllimi kimi işə başlamışdır, 1994-cu ildə Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbdə ədəbiyyat müəllimi işləmişdir. 2007-ci ildə isə müvafiq əmrlə həmin məktəbinin direktoru təyin edilmişdir.
3. Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbdə 17 noyabr 2021-ci il tarixdə və 13 dekabr 2021-ci il tarixdə yoxlamalar aparılmış, nəticədə nöqsanlar aşkar edildiyi üçün məktəbin direktoru olan iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət və “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
4. Azərbaycan Respu blikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-131 nömrəli “intizam tənbehinin tətbiqi” barədə əmrə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Kəlbəcər Rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən tətbiq olunmuş intizam tənbehinin tətbiqi barədə K-99 nömrəİi xx.xx.2021-ci il tarixli, K-130 nömrəli xx.xx.2021-ci il tarixli və Azərbaycan Res publikası Təhsil Naziri tərəfindən iddiaçıya verilən intizam tənbehinin tətbiqi barədə K131 nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmağına və məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən iddiaçı barəsində intizam tənbehinin tətbiqi barədə K-99 nömrəli xx.xx.2021-ci il tarixli, K-130 nömrəli xx.xx.2021-ci il tarixli əmrlər verilmiş və əmrlər verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya verilən intizam tənbehinin tətbiqi barədə K-131 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə də razı deyil. Sözü gedən əmrin forması və tərtibatı təlimata və kargüzarlıq qaydalarına uyğun deyildir. Bu pozuntular bır daha iddiaçının qərəzli işdən azad olunmağını təsdiq edir. Onun tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmişdir. Bundan başqa, Əmək qanunvericiliyinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviy yəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin cavabdehlər tərəfindən intizam tənbehi verilməsinə dair əmrlər verilərkən iddiaçının məktəb direktoru kimi işlədiyi dövrdə gördüyü işlər, kollektivdəki nüfuzu və iş fəaliyyəti nəzərə alınmamışdır. Barəsində tərtib edilmiş intizam tənbehinin tətbiqi barədə əmrlərin sürəti iddiaçıya verilməmiş və həmin əmrlər barəsində şifahi olaraq məlumatı olduqdan sonra mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdeh orqana müraciət etmiş və bundan sonra həmin əmrlərin surətini əldə etmişdir.
7. Cavabdeh Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən iddia tələbinə etiraz ünvanlanaraq qeyd edilmişdir ki, iddiaçı öz vəzifəsini lazımi qaydada və etik davranış qaydalarına uyğun formada icra etməmişdir, nəticədə onun barəsində xidməti yoxlama aparılmış, aparılan araşdırmaların nəticəsinə uyğun olaraq K-99 nömrəİi xx.xx.2021-ci il tarixli, K-130 nömrəli xx.xx.2021-ci il tarixli verilmişdir. Bunun da nəticəsi olaraq, K-131 nömrəli xx.xx.2022-ci il tarixli əmr verilmiş və onun əmək funksiyasına xitam verilmişdir. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. İşin icraatı zamanı X7 Təhsil İdarəsinin Kəlbəcər rayon Təhsil Sektoru tərəfindən göndərilmiş teleqrama əsasən cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi ləğv edildiyindən onun hüquqi varisi Təhsil Nazirliyinin X7 Təhsil İdarəsi olmuşdur. Buna görə də Təhsil Nazirliyinin X7 Təhsil İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir.
9. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Akta əsasən, Göygöl rayon 2 saylı internat məktəbinin binasında İ növbədə f əaliyyət göstərən Kəlbəcər Rayon 111 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi X3 ərizəsi əsasında yoxlama keçirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, məktəbdə pandemiya qaydalarına riayət olunmur. Məktəbdə 2021-2022-ci il üçün dərs cədvəli, dərsdən kənar məşğələ cədvəli, dərnək cədvəli yoxdur. Məktəbdə yeddi sinif təşkil olunduğu halda heç bir sinifdə şagird davamiyyəti yoxdur. Sinif jurnalları yoxdur. Məktəbin əmr kitabı, pedaqoji şuranın protokol kitabı yoxdur. Məktəbdə dərs bölgüsü zamanı ciddi nöqsanlara yol verilmişdir. Belə ki, ixtisas müəllimlərinin dərs təminatı ödənilməmiş, direktor və direktor müavinlərinə isə həddən artıq dərs saatları verilmişdir. Texniki işçilərin işə davamiyyət kitabına bəzi işçilər imza atmamıdşır. Məktəbin bir sıra müəllimləri məktəbdə olmam aqla yanaşı onların dərsləri əvəzçiliyə verilməmişdir. Akt Kəlbəcər rayon təhsil şöbəsinin nümayəndələri, iddiaçı, direktor müavini K.Çıraqov və şikayətçi İ.Əliyev tərəfindən imzalanmışdır.
10. Əlavə edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin müəllimi X2 şikayət ərizəsi əsasında, məktəbdə yoxlama keçirilmiş və aşağıdakı nöqsanlar aşkar edilmişdir. Məktəbdə şagird davamiyyətinə baxış keçirilən zaman müəyyən olundu ki, 27 şagirddən cəmi bir nəfər şagird dərslərdə iştirak edir. Texniki işçilərindən 7 işçinin jurnala imza atmadıqları, məktəbdə faktiki 4 texniki işçinin olduğu müəyyən edildi. Jurnallara baxış keçirilmən zaman müəyyən fənlər üzrə qiymətləndirmə aparılmadığı müyyən edildi. Məktəbin əmr kitabı, pedaqoji işçilərin uçotu kitabı, məktəb in pedaqoji şurasının protokolu kitabı, arayışların qeydiyyatı kitabı, daxil olan sənədlərin qeydiyyatı kitabı, maliyyə təsərrüfat sənədləri mövcud olsa da heç birində qeydiyyat aparılmayıb. Məktəbin coğrafiya fənni üzrə müəlliminin dediyinə görə, 7-ci sinif şagirdlərindən biri ümumiyyətlə 2021-2022-ci tədris ili ərzində dərs məşğələlərində iştirak etməyib. Bəzi şagirdlərin şəxsi işləri məktəbdə yoxdur. Dərsdən kənar məşğələ cədvəlləri və jurnalları yoxdur. Məktəbdə dərs bölgüsü düzgün aparılmayıb. Məktəbin direktoru (MİQ/DQİ) iştirak etmədiyi halda 12 saat dərs verilib. Akt Kəlbəcər rayon təhsil şöbəsinin nümayəndələri, iddiaçı, direktor müavini K.Çıraqov tərəfindən imzalanmışdır. Şikayətçi müəllim S.Əliyev akta imza atmaqdan imtina etmişdir.
11. Azərbaycan Respublikası Təhsil Nazirliyi K əlbəcər Təhsil Şöbəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinə ünvanlandığı müraciətə əsasən, xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə iddiaçının məktəbin müəllimi X4 təhqir etməsi ilə bağlı yayılmış videogörüntü Təhsil şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı videogörüntünün məktəbin müəllimi X5 tərəfindən çəkildiyi müəyyən olunmuşdur. İddiaçı məktəbin ibtidai sinif müəllimləri X5 və X6 Rayon Təhsil şöbəsinə dəvət olunmuş və onlardan videogörüntü ilə bağlı müvafiq izahat alınmışdır. Həmin şəxslər öz izahatlarında məlum hadisənin baş vermə səbəbi kimi məktəbin ibtidai sinif müəllimi X3 dərs saatlarının məktəb direktoru tərəfindən azaldılması olmuşdur. X5 izahatında məktəbin direktoru tərəfindən dəfələrlə təhqir olunduğunu yekun olaraq ona böhta n atılacağından qorxduğuna görə direktorun onu təhqir etdiyini sübut etmək üçün çəkdiyini bildirmişdir. Videogörüntüdə əks olunan məktəbin digər ibtidai sinif müəllimi X6 izahatında həmin hadisənin canlı şahidi olduğunu bildirmişdir. İddiaçı öz izahatında videoçəkilişin məktəbin ibtidai sinif müəllimi X5 tərəfindən çəkildiyini bildirmiş, onun şəhid ailəsinin dərslərinə şərik çıxdığını, şəhid ailəsini və özünü təhqir etdiyi üçün əsəbiləşərək qeyri-etik ifadələr işlətdiyini bildirmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3173/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-131 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin in ləğv edilməsi, İddiaçı Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi 17 noyabr 2021-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “İntizam Tənbehinin tətbiq edilməsi barədə” əmrlərlə bağlı olaraq qeyd etmişdir ki, həmin tənbehlərin tətbiq edilməsi ilə bağlı qanunvericiliyin bəzi tələbləri pozulmuşdur. Belə ki, ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəməyə İddi açı izahatının alınması və ya iddiaçının izahat verməkdən imtina etməsi barədə heç bir sübut təqdim edilməmişdir.
14. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Mülki işin materiallarından görünür ki, İddiaçı barədə xx.xx.2021- ci il və xx.xx.2021-ci il tarixlərdə müvafiq əmrlər verilmiş, onun barəsində “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri tətbiq edilmişdir.
15. Buna görə də m əhkəmə eyni pozuntulara görə, həmçinin pozuntunun aşkar edildiyi vaxtdan 1 (bir) aydan çox vaxt keçdikdən sonra şəxsə yenidən daha ciddi intizam tənbehinin tətbiq edilməsini əsaslı və qanuni hesab etməmiş və qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.
16. Lakin əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin “Müəllimlərin etik davranış Qaydaları”-nı kobud surətdə pozduğu qeyd edilsə də, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır.
17. Kəlbəcər rayon təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda, həmçinin Təhsil Nazirliyinin təqdimatında barəsində məlumat əks etdirilmiş videogörüntülərlə bağlı məh kəmə qeyd etmişdir ki, sözügedən videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Lakin, adıçəkilən sənədlərdən, həmçinin videoçəkilişi aparan ibtidai sinif müəlliminin izahatından aydın olur ki, qeyd edilən videogörüntülər iddiaçının xəbəri və razılığı olmadan çəkilmiş, daha sonra sosial şəbəkələrdə, yenə də iddiaçının razılığı olmadan paylaşılmışdır. Həmin videogörüntülərin məzmunundan asılı olmayaraq, hər hansı şəxsin razılığı olmadan onun video və foto çəkilişinin aparılması, bunun sosial şəbəkələrdə yayılması qanunvericiliyin tələblərinə, o cümlədən “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərinə uyğun deyil.
18. Mülki işin materiallarından da aydın görünür ki, xx.xx.2022-ci il tarixdə videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə hə mkarlar ittifaqı komitəsinin iclası keçirilmiş və İddiaçı işdən çıxarılmasına razılıq verilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının videogörüntüdə əks edilən hərəkətlərində ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş kobud pozuntulardan hər hansı biri mövcud idisə, bu barədə ətraflı yoxlama, araşdırılma aparılmalı, videogörüntünün nə vaxt, hansı şəraitdə çəkilməsi, kim tərəfindən, nə məqsədlə sosial şəbəkələrdə yayılması aşkar edilməli idi. Belə ki, videogörüntüləri çəkən ibtidai sinif müəllimi İ.Əliyevin izahatından da görünür ki, videogörüntülər yayıldığı vaxtdan xeyli əvvəl, öz bildirdiyinə görə özünü qorumaq məqsədilə çəkilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələbinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin məhkəməyə təqdim edilmiş materiallarda hadisənin nə vaxt baş verdiyi, intizam xətasının törədilməsindən 6 aylıq müddətin ötübötmədiyini müəyyən etmək qeyri-mümkündür.
20. Birinci instansiya məhkəməsi, həmçinin ƏM-nin 84-cü-cü maddəsinin birinci və ikinci hissəsinə istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-131 saylı əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur.
21. Həmçinin, məhkəmə onu da qeyd etmişdir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır.
22. Bununla yanaşı, məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli K-99 və xx.xx.2021ci il tarixli K-130 nö mrəli əmrlərin ləğv edilməsinə aid hissədə qeyd etmişdir ki, ƏM-nin 190.1-ci maddəsinə əsasən, intizam tənbehi verildiyi gündən altı ay müddətində qüvvədə olur. Beləliklə, hazırda bu müddət keçdiyindən və artıq həmin əmrlərin hüquqi qüvvəsi olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 32.1, 32.2, 32.3-cü maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 42.1, 45, 47, 56.2, 71, 74, 186, 187.1, 287, 288, 292, 311, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnamədə yalnız ƏM-nin 70-ci maddəsinin ç bəndinə istinad etməklə kifayətlənmiş lakin, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, ƏM-nin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəmə müəllimlərin etik davranış qaydalarına əməl etməsinin direktorun əmək funksiyasına daxil olub-olmadığını aydınlaşdırmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. ƏM-nin 57.1-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairə sini dəqiq və birmənalı müəyyən etməlidir. Məhkəmə təqdim olunmuş sənədlərə, habelə iddiaçının 4 ay ərzində 3 intizam məsuliyyətinə cəlb edilməsinə və qanunvericilik aktlarına hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-506/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş materiallarında olan və sosial şəbəkələrdə yayılmış video gürüntülərdən görünür ki, iş üzrə İddiaçı, direktor olduğu məktəbin ibtidai sinif müəllimi İslam Əliyevə təhqiredici sözlər söyləyir. Belə ki, o bildiririk ki, “...ay eşşək, ay sıpa, ay qaban, bu dəqiqə səni öldürtdürəcəm...”
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sosial şəbəkədə yayılmış həmin videoyazının iddiaçının razılığı olmadan çəkilməsi halında belə, həmin fakt, yəni iddiaçının işlədiyi məktəbdə həmin məktəbin müəlliminə ünvanlandığı sözlərin, ifadələrin işlədilməsi inkar olunmur.
29. Belə olan halda, kollegiyanın qənaətinə görə iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini, həmçinin, “Müəllimlərin etik davranış” Qaydalarını pozaraq öz tabeliyində olan müəllimə qarşı qeyd olunan ifadələrin işlədilməsi və aparılmış yoxlama nəticəsində qanunla müəyyən edilmiş qayd alara riayət edilmədiyi aşkar olunduğundan işgötürən tərəfindən onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanuni və əsaslıdır.
30. Kollegiya nəzərə almışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
31. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.
32. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ilkin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, qeyd olunan bu halın cavabdeh müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddə sinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
34. İşə baxan birinci instansiyası məhkəməsi iddiaçının hərəkətinə Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələbləri baxımından qiymət vermədən onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini qanunsuz saymışdır.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd edilən hərəkətləri birmənalı olaraq əmək f unksiyasının pozulmaması və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Təhsil Nazirliyinin K-131 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, iddiaçının Kələcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
37. Şikayət, Əmək Məcəlləsinin 56.2-ci, maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 186 və 187.3-cü maddələrinə istinadla belə əsaslandırı lmışdır ki, apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı barədə yayılmış videogörüntülər onun Əmək Məcəlləsinin müvafiq normasının tələbi ilə işdən çıxarılmasına səbəbdir. Əgər iddiaçının videogörüntüdə əks edilən hərəkətlərində ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş kobud pozuntulardan hər hansı biri mövcud idisə, bu barədə ətraflı yoxlama, araşdırılma aparılmalı, videogörüntünün nə vaxt, hansı şəraitdə çəkilməsi, kim tərəfindən, nə məqsədlə sosial şəbəkələrdə yayılması aşkar edilməli idi. Belə ki, videogörüntüləri çəkən ibtidai sinif müəllimi İ.Əliyevin izahatından da görünür ki, videogörüntülər yayıldığı vaxtdan xeyli əvvəl, öz bildirdiyinə görə özünü qorumaq məqsədilə çəkilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci i l tarixli, K-131 saylı əmrlə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməsində qərəzli olaraq bu hallara münasibət bildirməmişdir. Həmçinin, videogörüntülərin hansı tarixdə çəkildiyi məhkəməyə təqdim edilməmiş, iş materiallarında da hadisənin nə vaxt baş verdiyi, intizam xətasının törədilməsindən 6 aylıq müddətin ötüb-ötmədiyi müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının qanunsuz yollarla əldə edilmiş videogörüntüləri sosial şəbəkələrdə yayıldıqdan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə həmkarlar ittifaqı komitəsinin iclası keçirilmiş və İddiaçı işdən çıxarılmasına razılıq verilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə qətnamə çıxararkən bu halı heç-bir halda nəzərə almamışdır.
38. İddiaçı barəsində ola n videogörüntülərin məzmunundan asılı olmayaraq onun razılığı olmadan video və foto çəkilişin aparılması, bunun sosial şəbəkələrdə yayılması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
39. Həmçinin, mülki işin materiallarından görünür ki, iddiaçı barədə xx.xx.2021- ci il və xx.xx.2021-ci il tarixlərdə müvafiq əmrlər verilmiş, onun barəsində “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri tətbiq edilmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası eyni pozuntulara görə, həmçinin pozuntunun aşkar edildiyi vaxtdan 1 (bir) aydan çox vaxt keçdikdən sonra şəxsə yenidən daha ciddi intizam tənbehinin tətbiq edilməsini əsaslı və qanuni hesab etməklə maddi hüquq normalarının tələblərini pozmuş bir qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
41. Maddə 70, bənd ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürən in, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Maddə 187, bənd
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
44. Maddə 300, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pro sessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Tənbeh tətbiqi ilə bağlı müddətinin keçməsi barədə kassasiya şikayətinin dəlili üzrə qeyd olunmalıdır ki, təhsil nazirinin müavininin xidməti məlumatında, eləcə də iddiaçının kassasiya şikayətində sözügedən videogörüntülərin sosial şəbəkələrdə xx.xx.2022-ci ildə yayıldığını bildirmişdir. İşəgötürənin mübahisə olunan əmri isə xx.xx.2022-ci ildə verilmişdir. Belə olan halda, ƏM-nin 187-ci maddəsinin 2-ci hissəindəki müddət ötürülmüş sayıla bilməz. Həmin normaya əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
55. Məhkəmə tərkibi qeyd olunan videogörüntülərin qanunsuz olması barədə dəlilli də əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticə sində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunm ası özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
56. Bundan əlavə, iddiada göstərilən xx.xx.2022-ci il tarixli əmrdə istinad olunan əsas məlum videogörüntülərlə bağlı ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin pozulması ilə, 17 noyabr və 24 dekabr 2021-ci il tarixlərdə verilmiş əmrlər isə məktəbdə aparılan yoxlama nə ticələri ilə əlaqədar olmuşdur.
57. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-506/2023 nömrəli mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.