Məhkəmə qərarları › İş №2(102)-1782/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1782/2024

10.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1782/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (Açar sözlər): əmək münasibətlərindən irəli gələn mübahisələr, işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-in 70-ci maddəsinin b bəndi), sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ( üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(103)-6115/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1980-ci ildə işə başlamış, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-də X1 vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam ver ilmişdir. 2. 22.08.2008-ci il tarixli, İM-36 nömrəli "xxxx" ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsinə, Protokola, 1 və 2 saylı əlavələrə əsasən, "xxxx" ASC-nin səhmləri (satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) "xxxx" MMC-yə satılmışdır. 3. 01.02.2022-ci il tarixli Əmək Müqaviləsinindən (Kontrakt) və bildirişdən görünür ki, İddiaçı ilə əmək müqaviləsi bağlanmış, sonuncu X1 vəzifəsinə təyin edilmiş və işə başlama vaxtı xx.xx.2009-cu il tarixdən hesablanmışdır.

4. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il də işə başlamış, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-də X1 vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatl arı ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. 5. "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq məktubundan, 01-K saylı xx.xx.2023-cü il tarixli əmrdən və qeyddən görünür ki, Cəmiyyətdə təhlükəsizlik üzrə mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi və 77-ci maddənin 2-ci bəndinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi əmr edilmişdir. İstifadə olunmamış əmək məzuniyyəti-151 gün. Əsas: xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq. Həmin əmrdə digər şəxslər barə sində də məlumat öz əksini tapmışdır. 6. “Global Express” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş məktub sonuncu tərəfindən qəbul edilsə də, qaiməyə qol çəkməkdən imtina etmişdir.

7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. 8. “Global Express” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş məktub sonuncu qaiməni imzalamamış və məktubu götürməmişdir. 9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 02 TS nömrəli ştatın ləğv edilməsi haqqında əmrə əsasən, xx. xx.2023-cü il tarixdə 1 (bir) ştat vahidi Ofis Meneceri; xx.xx.2023-cü il tarixində 1 (bir) ştat vahidi Mühafizəçi və xx.xx.2023-cü il tarixində 1 (bir) ştat vahiditəhlükəsizlik üzrə mühəndis vəzifələri ləğv edilmişdir.

10. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir.

11. X2 (İMS) iştirak edilməməsi barədə Bakı 13 saylı Mediasiya təşkilatının arayışında görünür ki, İddiaçı işin məhkəmədən kənar həlli üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. 12. "xxxx" ASC-nin Nizamnaməsinin 8.8-ci bəndinə əsasən, cəmiyyətin strukturu və ştat cədvəlinin təsdiq edilməsi Baş direktor tərəfindən həyata keçirilir və onun səlahiyyətlərinə aiddir.

13. İddiaçı müha ribə veteranıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli işdən çıxarılma barədə əmrin ləğv edilməsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1980-cı il tarixdən Bakı Baş Tikinti 2 nömrəli ev tikmə kombinatında 2-ci dərəcəli fəhlə kimi fəaliyyətə başlamışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə qədər hərbi xidmətdə olmuşdur. 1985-ci il tarixdən həmin yerdə 3-cü dərəcəli Tokelajnik kimi çalışmışdır. 1988-ci ildə həmin yerdə keyfiyyət üzrə növbə ustası, 1994-cü ildə keyfiyyət üzrə növbə rəisi işləmişdir. 2008-ci il tarixdə işlədiyi yer özəlləşdirilərək "xxxx" ASC adı ilə əvəz olunmuşdur. 2009-cu il tarixdə təhlükəsizlik mühəndisi xx.xx.2023-cü il tarixdə həmin ASC-də qeyd etdiyi vəzifədən işdən çıxarılmış, həmin tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. 41 il ərzində işlədiyi ASC-də öz vəzifələrinin icrasını şərəflə yerinə yetirmişdir. İddiaçı hesab edir ki, onun işdən çıxarılması barədə əmr etibarsızdır. Belə ki, Əmək Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşakarlıq səviyyələri e yni olduqda işdə saxlanılmasına üstünlük verilən şəxslərdən biridə müharibə iştirakçılarıdır. İddiaçı da müharibə veteranı olduğundan işdən çıxarılma barədə əmrin etibarsız olduğunu hesab edir. Həmçinin iddiaçı qeyd edir ki, ASC-də onun da səhmləri var. Belə ki, 2008-ci il tarixli investisiya müsahibəsində satılmış səhmlərin alqı-satqı müqaviləsinə əsasən onun da həmin müəssisədə səhmi vardır.

16. Məhkəmədə iştirak edən zaman cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı qeyd etmişdir ki, işəgötürən onu qanunsuz və əsassız olaraq işdən çıxarmışdır. Bildirilir ki, işəgötürən tərəfindən qanunu şəkildə əmr təqdim edilib, rəsmi xəbərdarlıq, 9 həftəlik müddət təyin edilmiş, ödəniləcək məbləğ isə tərəflərindən kart hesabına köçürülmüş daha sonra isə ştat ləğv olunmuşdur. Eyni zamanda iddiaçı bildirir ki, işəgötürən onu AR ƏM 78-ci maddəsinə əsasən müvafiq tələblərə görə onu işdə saxlanılmasını nəzərə almalı idi. Bildirilir ki, işəgötürən ixtisara işçiləri yox, ştatı ixtisara almış və bununla bağlı da Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına tam riayət edərək müvafiq qaydalara uyğun və qanunvericiliyin tələblərinə cavab verərək (vaxtında rəsmi xəbərdarlıq, 9 həftəlik müddət təyin edilmiş və s.) qanuni şəkildə Əmr verilərək AR ƏM-nin 70 (b) maddəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd etmişdir ki, "xxxx" ASC uzun müddətdir ki, fəaliyyət göstərmədiyi üçün (bu barədə müvafiq sənədlər tərəflərindən məhkəməyə təqdim edilmişdir) onun tutduğu vəzifə üzrə işi qalmadığına görə ştat ləğv olunmu şdur və işəgötürənin əsaslandırıcı əmri tərəflərindən AR Əmək Məcəlləsinin normalarına tam riayət edərək müvafiq qaydalara uyğun və qanunvericiliyin tələblərinə cavab verərək tərtib olunmuşdur. Buna görə də, iddianın təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən iddiaçı qeyd edir ki, "xxxx" ASC-də səhmi var. Qeyd edilir ki, səhmdarlıqla bağlı iddia hal-hazırkı mülki işə heç bir aidiyyəti yoxdur, tərəf özü səhmlə bağlı istədiyi halda aidiyyəti Kommersiya Məhkəməsinə müraciət edə bilər. Tərəflərindən qəbul olunmuş əmr tam qanuni şəkildə rəsmiləşdirilmişdir və heç bir pozuntu yoxdur. Odur ki, iddiaçının iddiasının təmin olunması və xx.xx.2023-cü il tarixli işdən çıxarılma ilə bağlı əmrin ləğv edilməsinin heç bir hüquqi əsası yoxdur. Xüsusilə qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclasında 18 aprel 2023-cü il tarixli əmri yox, 15 fevral 2023-cü il tarixli əmrin qanunsuz olduğunu mübahisələndirmişdir. Bildirir ki, 15 fevral 2023-cü il tarixdə verilmiş əmrdən iddiaçının artıq 20 fevral 2023-cü il tarixdə xəbəri olduğunu təqdim edilən sənədlərdəndə açıq-aydın görmək mümükündür. Buna görə də, 15 fevral 2023-cü il tarixli əmrin ləğv edilməsi ilə bağlı iddia qaldırması iddia müddətini ötürdüyü üçün qanunsuzdur. Buna görə də iddia təmin edilməməsini xahiş etmişdir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4323/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi işin hallarını, Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını və əmrin qanunauyğun olduğunu müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin müvafiq maddələrinə tam riayət edilmiş, işçinin iş stajı nəzərə alınaraq müqaviləyə xitam verilməmişdən qabaq işçiyə rəsmi xəbərdarlıq edilmiş, bundan sonra əmək müqaviləsinə qanunamüvafiq formada xitam verilmişdir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 70 (b bəndi), 71, 76, 77, 78 və 300-cü maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsində işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər qeyd edilib. Eyni zamanda o da qeyd edilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə veteranları işdə saxlanmasına üstünlük verilməlidir. İşləmiş olduğu ASC-də ixtisarlar olduğu vaxt onu da ixtisar ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədə iştirakı barədə veteran vəsiqəsini iş materiallarına daxil etmişdir. Bununla belə məhkəmə bütün bu halı qeydə almamışdır. Digər tərəfdən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "Bakı İnşaat-2” ASC-nin nümayəndəsi və vəkili ştatların hansı əsaslarla ixtisara düşməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bu halda özlüyündə məhkəmə tərəfindən araşdırılmamış ştatların hansı əsaslarla ixtisara düşməsinin əsası bildirilməmişdir. Həmin hüquq normasını məhkəmə öz qətnaməsində qeyd etməsinə baxmayaraq düzgün tətbiq etməmişdir. Eyni zamanda məhkəmə sübutları qiymətləndirən zaman düzgün olmayan qənaətə gəlmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən müharibədə iştirak barədə veteranlıq vəsiqəsini sübut əhəmiyyətli hal kimi qiymətləndirməmişdir. Bundan əlavə, həmin ASC-də 43 il işlə məsi də nəzərə alınmamışdır. Məhkəmə yalnız cavabdeh tərəfindən verilmiş sübutları qiymətləndirmişdir. Həmçinin birinci instansiya məhkəməsi, işlədiyi dövrlər ərzində hər hansı bir töhmətinin olmamasını, ştatların ixtisarının hansı əsaslarla getməsini, onun həmin ASC-də səhm sahibi olmasını və ən əsasda müəssisəyə yenidən əlavə işçilərin götürülməsi kimi halları araşdırmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia müddətini də ötürmüşdür.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi O.Ədalətli izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının əmək müqaviləsin ə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixdə ayrıca əmr verilməli idi.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6115/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrin – İddiaçı münasibətdə qismən ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-də “texniki təhlükəsizlik üzrə mühəndəsi vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şərait inin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsi, işə bərpa olunduğu günə qədər ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməsi qət edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qay dalarına əməl olunmadan xitam verilə bilməz.

26. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq məktubundan, 01-K saylı xx.xx.2023-cü il tarixli əmrdən və qeydə əsasən müəyyən edilir ki, ASC tərəfindən İddiaçı rəsmi məlumat göndərilərək, ASC-nin strukturunda müvafiq dəyişiklilər həyata keçirilmiş və təhlükəsizlik üzrə mühəndis vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi, əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasında azad edilərək iş axtarmağına imkan yaradı lmışdır.

27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin müvafiq maddələrinə tam riayət edilmiş, işçinin iş stajı nəzərə alınaraq müqaviləyə xitam verilməmişdən qabaq işçiyə rəsmi xəbərdarlıq edilmiş, bundan sonra əmək müqaviləsinə qanunamüvafiq formada xitam verilmişdir.

28. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuna uyğun tərtib edilməməsinə qiymət verməmişdir.

29. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xx.xx.2023-cü il tarixli əmrlə rəsmiləşdirmişdir.

30. Halbuki, xx.xx.2023-cü il tarixli əmrin verilməsində iddiaçıya verilən eyni tarixli xəbərdarlığa istinad olunsa da, əmrin məzmunu özü də xəbərdarlıq mahiyyəti daşıyır və belə olan halda həmin tarixli əmrlə xəbərdaqlıq müddəti qurtardıqdan sonra işçinin əmək müqaviləsinə xitam verilməsi qanuna uyğun sayıla bilməz.

31. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu nəzərə almışdır ki, qeyd edilən müddət ərzində iddiaçının öz təşəbbüsü ilə işdən azad edilmək barədə ərizə vermək imkanının, yaxud işəgötürənin özünün xəbərdarlıq müddətinin sonuna qədər onun əmək müqaviləsinə xitam vermək fikrindən vazkeçmə ehtimalının mövcudluğu nəzərə alınmamışdır. Belə olduğu təqdirdə işəgötürən xx.xx.2023-cü il tarixli əmri qüvvədə olmaqla onu digər əsaslarla işdən azad edilməsinə dair müraciətini rəsmiləşdirə bilməməsi işçinin hüquql arının pozulmasına gətirib çıxara bilər.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, işçi bu müddət ərzində öz təşəbbüsü ilə işdən azad edilmə barədə müraciət etməyərək xəbərdarlıq müddəti qürtarana qədər cavabdehlə əmək münasibətlərini davam etdirsə də belə, sonuncu, onun işdən azad edilməsi barədə məhz xx.xx.2023-cü ildə müstəqil əmr verməli idi.

33. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, İddiaçı müharibə veteranıdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə bağlamış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərın işdə saxlanılmasına, ixtisasları (peşələri) və ya peşək arlıq səviyyələri eyni olduqda isə həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndində göstərilən şəxslərə üstünlük verilməsinə də cavabdeh tərəfindən diqqət yetirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilən şəxslərdən biri də müharibə iştirakçılarıdır. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçı ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilən zaman onun işlədiyi ştat ləğv edilsə də, iddiaçının müharibə veteranı olaraq digər vəzifəyə təyin edilməklə işdə saxlanılması məsələsi müzakirə edilməmiş, iddiaçının işlədiyi təhlükəsizlik üzrə mühəndis vəzifəsinin ləğv edilməsinə baxmayaraq sonradan idarədə yeni ştat cədvəli tərtib edilmiş, 8 nəzarətçi və 1 baş nəzarətçi ştatları təsdiq edilmiş və həmin işlərə yeni i şçilərlə əmək müqavilələri bağlanmışdır (Həmin müqavilələr iş materiallarına əlavə olunmuşdur).

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit ol unmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

37. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, sonradan digər şəxslərlə əmək müqavilələri bağlanaraq onların işə götürülməsi həmin işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır.

38. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh tərəfin iddiaya etirazında iddia müddətinin keçməsini göstərmiş və məhkəmə tərəfindən iddia rəd d olunduğu üçün müddət məsələsinə qiymət verilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu dəlilə qiymət verilməsi zəruridir. Belə ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, iddiaçıya əmək kitabçası xx.xx.2023-cü il tarixdə verilmişdir. Belə olan halda onun tərəfindən iddia müddətinin ötürülməsi halına yol verilməmişdir.

39. Hazırda "xxxx" ASC-də iddiaçının əvvəlki vəzifəsinə uyğun vəzifənin olmaması fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz. Belə ki, əgər "xxxx" ASC-də iddiaçının işləmiş olduğu vəzifə ştatı mövcud deyildirsə, bu halda o, işlədiyi vəzifəyə uyğun (əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifə) digər işlə təmin edilməlidir.

40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 12, 16, 68, 70, 71, 77, 78, 296 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6115/2023 saylı mülki iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılımışdır ki, işdə olan sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq məktubundan, 01-K saylı xx.xx.2023-cü il tarixli əmrdən və qeyddən görünür ki, ASC tərəfindən İddiaçı rəsmi məlumat göndərilərək, ASC-nin strukturunda müvafiq dəyişiklilər həyata keçirilmiş və Təhlükəsizlik üzrə mütəxəssis vəzifəsi ştatı ixti sar olunmuşdur. Bununla əlaqədar, xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70- ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi, əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər bir həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasında azad edilərək iş axtarmağına imkan yaradılmışdır. Həmçinin xəbərdarlığın əsli xx.xx.2023-cü il tarixdə İddiaçı ilə əyani tanış edildikdə sonra işçi xəbərdalığa imza atmaqdan imtina etməsi səbəbindən qeydiyyat ünvanına göndərilmişdir. Qeyd olunanlardan da göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin bütün tələblərinə əməl edilməklə işçi işdən azad edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə iddiaçının heç bir sübutu olmamağına baxma yaraq hesab etmişdir ki, iddiaçı müharibə veteranıdır və işəgötürən iddiaçını işdən çıxararkən ayrıca bir əmr verməli idi və cavabdehin göndərdiyi xəbərdarlıq məktubu və işdən çıxarılma barədə əmr ancaq xəbərdarlıq məzmunu daşıyır. Halbuki qanunvericilikdə belə bir hal nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.

43. Cavabdeh tərəf olaraq hesab edirlər ki, iddiaçının onlara qarşı irəli sürdüyü tələblərinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər sübutlar təqdim etməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası tərəfimizdən təqdim olunan sübutları düzgün qiymət verməmişdir.

44. Cavabdeh tərəf olaraq hesab edirlər ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəfimizdən məhkəməyə təqdim olunmuş sübutlar tam nəzərə alınmamışdır. Bununla da tam təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən AR MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir.

45. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə, 71, 76 və 77-ci, Azərbaycan Respublikasının MPM-in 77.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayət rədd edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmə k Məcəlləsi

47. Maddə 11. 48.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

49. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: … c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

50. Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçi lər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

51. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

52. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

53. Maddə 71.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

54. Maddə 77.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta ayl ıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində n əzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

55. Maddə 78.

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müha ribə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

56. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə mü raciət edə bilər.

57. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirtazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.2. Qətnamə müba hisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Yoxlanılan hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)-6115/2023 nömrəli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar