Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1784/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-427/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş iddiaçı tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 200 kv.m torpaq sahəsində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evində 29 oktyabr 2022-ci il tarixdə yanğın hadisəsi baş vermişdir.
2. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində təhqiqat aparılmış, araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1591 nömrəli material üzrə verdiyi 3-16-16/2-10/6146 nömrəli, 09 oktyabr 2023-cü il tarixli yanğın-texniki ekspertiza rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin girişində yerlə şən talvarda olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək evin digər hissələrinə yayılmışdır. Hazırki iş üzrə təyin edilmiş ilkin ekspertiza rəyi verildikdən sonra təhqiqat tərəfindən müəyyən edilmiş halları, yanğından sonrakı qalıqların üzərində tez alışan neft məhsulları izlərinin aşkar edilmədiyini, hadisə yerindən nümunə kimi götürülmüş elektrik qurğularının üzərində elektrik təbiətli qəza izlərinin (artıq dövrə yüklənməsi) yaranmasını nəzərə aldıqda, yanğıntalvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bə ndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Fərdi yaşayış evinin elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur.
3. İddiaçı təhqiqat zamanı verdiyi izahatında bildfirmişdir ki, yanğın baş vermiş evin daxili elektrik xətləri X10 təırəfindən çəkilmişdir və sonuncu dəfə 2022-ci ilin may ayında Faiq Hüseynov tərəfindən elektrik yuvası dəyişdirilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməli yyat-İstintaq İdarəsinin təhqiqatçısı, leytenant X8 tərəfindən 1591 saylı material üzrə qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla 29 oktyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində Gəncə şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən, İddiaçı və Zakir Rzayevə məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar X5 əməlində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.
5. Həmin qərar belə əsaslandırılmışdır ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyləri və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, X3 şəhəri, 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən X4 məxsus fərdi yaşayış evində elektrik xətti yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkildiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerləri sıxaclama üsulu ilə birləşdirilmədiyinə görə elektrik xətlərini çəkən şəxs kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10 bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 29 oktyabr 2022-ci il tarixdə, saat 06 radələrində fərdi yaşayış evinin girişində yerləşən talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halından yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində yanğın had icəsi baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona məxsus olan fərdi yaşayış evinin yanması nəticəsində dəymiş 230.454,4 manat maddi ziyanın və mənzilin yanması nəticəsində onun keçirdiyi sarsıntıya görə cavabdehdən 20.000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində evin yataq otağında pəncərənin şüşəsinin partlaması nəticəsində yuxudan oyanmış və evin yanmasının şahidi olmuşdur. Yanğın nə ticəsində evi və içərisində olan əşyalar yanaraq yararsız hala düşmüşdür. Yanğına səbəb cavabdehin yol verdiyi səhlənkarlıq olmuşdur. İddiaçının evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. Evində olan kamera çəkilişlərinə diqqət yetirdikdə yanğının məhz elektrik sayğacından baş verməsi aydın görünür. Evdə olan sayğac X7 işçiləri tərəfindən dəyişdirilmiş, lakin heç bir təhvil-təslim aktı tərtib edilməmişdir. Elektrik şəbəkəsinin işçisi Gülər Sadıqova ifadəsində bildirmişdir ki, yanğının elektrik enerjisi ilə heç bir bağlılığı yoxdur. Onun ifadəsində qeyd edilir ki, iddiaçı ondan smart kart ilə bağlı olan müqavilə tələb etmiş, lakin ərazidə olduğundan o, müqaviləni aparıb verə bilməmişdir. Sonra ünvanı soruşmuş, lakin ünvanı ona deməmişdir. Sonradan müqaviləni imzalatd ırmağa gedən zaman yanğının olmasının şahidi olmuşdur. Bu ifadədə olan ziddiyyətlər onu deməyə əsas verir ki, elektrik enerjisində baş verən qüsur zamanı yanğın baş vermişdir. Bütün bunlar hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsasən yanğının baş verməsinin səbəbi elektrik naqillərində baş verən yüklənmə olmuşdur. X9 Nazirliyi DYNX-in Gəncə Regional DYNİnin xx.xx.2022-ci il tarixli Yanğın haqqında aktında göstərilmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yerləşən İddiaçı məxsus yaşayış evində baş vermiş yanğına səbəb qonşunun kamera görüntülərinə əsasən elektrik paylayıcı qutusunda qısa qapanmanın yaranması qeyd edilmişdir. Fövqalədə Hallar Nazirliyi X13 Xidmətinin Yanğınların Təhqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2022-ci il tarixli, 573 saylı protokoluna əsasən yanğından sonrakı qalıqlar üzərində elektrotexniki qəza hallarından olan artıq dövrə yüklənməsi işlərinə oxşar işlər aşkar edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən yanğın nəticəsində iddiaçıya dəymiş, əmtəə üzrə ziyanın məbləği 142.470 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən mənzilin təmir tikinti, usta fəhlə pulu ilə birlikdə evin əvvəlki vəziyyətə gətirilməsi üçün 87984,40 manat tələb olunur. Evinə elektrik sayğacının düzgün quraşdırı lmaması və elektrik enerjisinin verilməsində baş vermiş qüsurlar nəticəsində iddiaçının mülkü onun gözləri qarşısında yanmış və yanğın baş verən zaman o qorxmuş, bu hal isə onda narahatlıq hissi yaratmış, məyusluq və stress hissləri yaşatmışdır. Bu narahatlıq və stress zamanı ona dəymiş mənəvi ziyanın dəyərini iddiaçı 20.000 manat məbləğində qiymətləndirmişdir.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində 29 oktyabr 2022-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi ilə əlaqədar olaraq Gəncə şəhər DYMH-nin zənginə əsasən xətt açılmış, yanğın hadisəsi söndürüldükdən sonra xətt bərpa edilmişdir. Fərdi yaşayış evində baş vermiş yanğın hadisəsinin elektrik enerjisi ilə heç bir əlaqəsi olmamışdır. Dayaqdan sayğaca düşən 0,4 kv-lıq 2*10 SİP xəttində və sayğacda heç bir qüsur olmamışdır. Sayğacın işlək vəziyyətdə, istismara yararlı olduğu məlum olmuşdur (sayğacın şəkili əlavə edilib). Belə olan halda İddiaçı iddia edir ki, onun evinin yanması cavabdehin səhlənkarlığı nəticəsində baş vermişdir. Halbuki İddiaçı özünün evində təmir - bərpa aparan zaman ehtiyatsız davranması nəticəsində qəza baş vermişdir. Belə ki, evinin girişində yerləşən talvarın üzərinə vurulmuş taxta materiallara bitişik çəkilmiş elektrik xətlərində baş vermiş qəza halında yaranmış istiliyin təsirindən yaxınlıqda yerləşən materialların alışması nəticəsində yanğın hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, istehlakçıların aylıq enerji sərfinin miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyyə cədvəlindən göründü yü kimi, abonent kodu **********0131317 olan İddiaçı Tasim qızının elektrik enerjisindən istifadə etməsi ilə bağlı fərdi yaşayış evinin elektrik sayğac uçot dəstinə baxış keçirilmiş, baxış keçirilən zaman abonent tərəfindən enerji sərfiyyatının göstərişini qəsdən azaltmaq məqsədi ilə sayğacdan “kənar xətt” aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı abonent İddiaçı barəsində “EEİQ” nin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli 179016 № li akt tərtib edilmiş və həmin akt dövriyyə cədvəlində öz əksini tapmışdır. "xxxx" ASC Qərb RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən tərtib olunmuş akta əsasən “Qaydalar”ın 8.17-ci bəndinin tələblərinə uyğun hesabat aparılmışdır. 3587,40 manat dəyərində borc məbləğini iddiaçı düz evi yanana qədər ödəmişdir, həmin məbləğdən 362,66 manat qalmışdır. Bu da onu göstərir ki, abonent kənar xəttdən istifadə edib, hesablanan cəriməylə razılaşıb və ödənişlər edibdir. xx.xx.2020-ci il tarixdə quraşdırılmış MP-106 tipli, zavod nömrəsi **********23 olan yeni sayğac baş vermiş yanğın hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq idarəsinin tətqiqatçısı Zaur İslamova akt əsasında təhvil verilmişdir. İddiaçı çoxsaylı instansiyalara müraciətlər etmiş və hər bir quruma şikayət etdikdə əvvəlki iddiasından fərqli rəqəm qeyd etmişdir. Dəymiş ziyanın 7000 manat iddiasından başlayaraq, süni 230.454 manata qədər yüksəlməsiə əsas olmaması açıq-aydın görünür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Birinci vitseprezidentinin katibliyinə ünvanladığı şikayət ərizəsində qeyd edir: “Mən demirəm ki, maddi kömək ed ilsin, heç olmasa inşaat materialları verilsin.” (H/5716/1 saylı, xx.xx.2022-ci il tarixli şikayət). Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin qərarından aydın görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsində evdə usta işləyən X1 və ehtiyatsızlığından baş vermişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(125)-2896/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, 336491 №-li, 26 yanvar 2023-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolda qeyd edilmişdir ki, akta əsasən abonentə məxsus mənzildə yanğın hadisəsi baş verdiyi üçün abonentin elektrik sayğacı s ökülərək qutuya qablaşdırılmış və möhürlənmişdir. Sayğac qablaşdırılmış qutu FHN-in Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Zaur İslamova təhvil verilmişdir.
11. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-istintaq idarəsinin tətqiqatçısı Zaur İslamovun, Gəncə şəhər DYMX-nin müfəttişi Elmar Verdiyevin, X16 Təchizatı və Satışı İdarəsinin X7 baş mühəndisi Ramiz Allahverdiyevin, Gəncə şəhəri 3-cü mikrorayon, H.Arif küçəsində yaşayan İddiaçı və "Qərb" RETSİ-nin Sayğacquraşdırma və Uçota Nəzarət sektorunun texniki Şahin Həsənovun iştirakı ilə tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı yaşadığı mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar onun şikayəti ilə bağlı Azərbaycan Respublikası FHN-nin Əməliyyatistintaq idarəsinin təhqiqat şöbəsində aparılan təhqiq atla bağlı zərurət olduğundan İddiaçı yaşayış evi üçün quraşdırılmış MP-106 tipli, zavod nömrəsi **********23, göstəricisi ******* olan sayğac Sayğacquraşdırma və Uçota Nəzarət sektorunun texniki Şahin Həsənov tərəfindən çıxarılmış, möhürlənmiş və qablaşdırılaraq götürülüb FHN-nin İstintaq-əməliyyat idarəsinin təhqiqatçısı Zaur İslamova təhvil verilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində yanğın hadisəsinin baş verməsini sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsası kimi məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının 30 oktyabr 2023 -cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından aydın olur ki, cavabdeh "xxxx" ASC-nin təqsiri nəticəsində iddiaçıya zərər vurulmamışdır. Eyni zamanda, həmin materiallara əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6146 nömrəli yanğıntexniki ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin daxilində elektrik xətti yolverilməz üsullarla, yəni “Elektrik qurğularının qurlaşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15 və 2.1.2.10-cu bəndlərinin tələbləri pozulmaqla çəkilmişdir və baş vermiş yanğında cavabdehin təqsiri müəyyən edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, elektrik enerjisində baş verən qüsur zamanı yanğın baş vermişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza idarəsinin verdiyi rəyə əsasən yanğının baş verməsinə səbəb elektrik naqiillərində baş verən yüklənmə olmuşdur. Bundan başqa FHN DYNX-in Gəncə Regional DYNİ-nin xx.xx.2022-ci il tarixli Yanğın haqqında aktında, 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Gəncə şəhəri 3-cü mikrarayon, H.Arif küçəsində yerləşən, İddiaçı məxsus yaşayış evində baş vermiş yanğına səbəb qonşunun kamera görüntülərinə əsasən elektrik paylayıcı qutusunda qısa qapanmanının yaranmasından baş verdiyi qeyd edilmişdir. Fövqalədə Hallar Nazirliyi X13 Xidmətinin Yanğınların Təhqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2022-ci il tarixli, 573 saylı protokluna əsasən yanğından sonrakı qalıqlar üzərində elektotexniki qəza hallarından olan artıqlıq dövrə yüklənməsi işlərinə oxşar işlər aşkar edilmişdir. Sonradan verilmiş ekspertiza rəyləri işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, video kamerada aydın sürətdə görünür ki, yanğın elektrik paylayıcı qurğudan başlamışdır. Bunu sonradan başqa istiqamətə yozulması özlüyündə cavabdeh orqanı məsuliyyətdən azad etmək məqsədi güdmüşdür.
16. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-427/2025 nömrəl i qətnaməsi ilə (hakimlər-Günay Cavadova (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsiinin 17 oktyabr 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hər hansı bir təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlakın yanması və bununla da ona zərər vurulması sübut edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
18. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1,1 096.2,1097.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(104)-427/2025 saylı qətnaməsi tam ləğv edilsin vəişəyenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçinin yaşadığı evdə baş verən yanğın, "xxxx" ASC-nin səhlənkarlığı nəticəsində meydana gəlmişdi. Ərizəçinin evində quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxıldıqda, yanğının məhz elektrik sayğacından qaynaqlandığı açıq-aydın görünməkdə idi. Həmin sayğac, X7 əməkdaşları tərəfindən dəyişdirilmiş, lakin heç bir təhvil-təslim aktı tərtib olunmamışdı. İbtidai araşdırma zamanı ifadəsi alınmış Elektrik Şəbəkəsinin əməkdaşı Gülər Sadıqova bildirmişdi ki, yanğının elektrik enerjisi ilə əlaqəsi yoxdur. Onun ifadəsində qeyd olunurdu ki, ərizəçi ondan smart kartla bağlı müqaviləni tələb etmişdi, lakin o, ərazidə olduğuna görə həmin sənədi təqdim edə bilməmişdi. Sonradan müqaviləni təqdim etmək üçün ünvanı soruşmuşdu, lakin ona ünvan bildirilməmişdi. Daha sonra müqaviləni təqdim etməyə getdiyi zaman yanğının baş verdiyinin şahidi olmuşdu.
21. Lakin bu ifadədəki ziddiyyətlər, yanğının elektrik enerjisi ilə bağlı nasazlıq səbəbilə baş verdiyini deməyə əsas yaradırdı. Belə ki, ifadədə ərizəçi müqavilənin gətirilməsini tələb etdiyi halda, ona ünvanı bildirmədiyi iddia olunur. Əgər özü çağırmışdısa, ünvanı necə deməmişdi? Nəticədə, necə olubsa, həmin şəxs sonradan ünvanı tapa bilmişdi. Bütün bu məqamlar, hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı nəticəyə gəlməyə əsas verirdi. Həmin şəxsin özü isə sonradan bildirmişdi ki, yanğının necə baş verdiyindən xəbərsizdir, lakin bu hadisənin elektriklə heç bir əlaqəsinin olmadığını düşünür.
22. Digər tərəfdən, izahatı alınmış X2 öz ifadəsində yanğının səbəbinin elektrik enerjisinin verilməsindəki gərginliyin tez-tez artıb-azalması olduğunu qeyd etmişdi. O, bu halların tez-tez baş verdiyini və bununla bağlı elektrik idarəsinə müraciət olunduğunu, lakin heç bir tədbirin görülmədiyini demişdi. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İdarəsinin verd iyi rəyə əsasən, yanğının baş verməsinə səbəb elektrik naqillərində baş verən yüklənmə olmuşdu. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə r (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayəti iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələ ri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
39. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-427/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.