Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1786/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş № 2(102)-1786/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəm məd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh Cavabdeh və vəkili X2 iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyun 2018-cı il tarixli, 2(0 03)-481/2018 nömrəli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia tələbi qismən təmin edilərək, İddiaçı xeyrinə 12967 (on iki min doqquz yüz altmış yeddi) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD ********* VÖEN ********** Müxbir hesab AZ 41 nabz**********3944 SWİFT BİK CTREAZ ******) hesabına keçirilməsi qət edilmiş, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, 2(103)-10806/2018) cavabdeh Cavab deh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-481/2018 saylı 12 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır.. İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qarşı cavabdehin öhdəliyi icra etməməsini nəzərə alaraq 15000 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə tanışı Cavabdeh ilə söhbət əsnasında sonuncu mənzil təmiri ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh Ləhiş bağlarında yerləşən torpaq sahəsində iki mərtəbəli bağ evinin tikilişi və təmirinə 30000 manat pul lazım olduğunu bildirərək tez bir zamanda təmir edəcəyini öhdəsinə götürmüşdür. Evin birinci mərtəbəs i boş olmalı, ikinci mərtəbədə 2 otaq, mətbəx, dəhliz, hamam və s. olmalı idi. Lakin bununla bağlı ümumi hesabat aparılmamışdır. Cavabdeh evin tikintisinə 2012-ci ilin iyun ayında başlamışdır. O, razılığa əsasən 30000 manat məbləğində pulu cavabdehə hissə-hissə ödəmişdir. Beton, daş, sement və pəncərə pulunu cavabdehə vermiş, cavabdeh həmin materialları özü almışdır. Bir müddət sonra bağa gəldikdə işlərin yarımçıq qaldığını və cavabdehin bağın təmirini dayandırdığını görmüşdür. O, cavabdehlə əlaqə saxlamış və evin təmirini başa çatdırmamasının səbəbini soruşmuşdur. Cavabdeh evin təmirini başa çatdıracağını bildirsə də, bir müddət sonra təmirin davam etmədiyini görüb cavabdehlə əlaqə saxlamaq istəsə də, cavabdeh onun zənglərinə cavab verməmişdir. Buna görə də, o polisə şikayət etmiş və Sabu nçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı M6 14 may 2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və ona məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, İddiaçı yolun çəkilməsinə və evin təməlinin tökülməsində köməklik etmişdir.Bununla bağlı beton və fəhlə pulunu iddiaçının özü vermişdir. Sonra hörgü işləri görülmüş, material pulunu və ustaların zəhmət haqqını iddiaçı vermişdir. Razılığa əsasən iddiaçı hər ay ona əmək haqqı olaraq 1000 manat pul verməli idi, lakin iddiaçı iş bitəndən sonra onun əmək haqqı azaldaraq 500 manata salmışdır. İki il ərzində o işləri qurtarmalı və iddiaçı işin sonunda ona 12000 manat pul ödəyəcəyini öhdəsinə götürsə də, cavabdehə heç bir vəsait ödəməmi şdir. 2014-cü ilin əvvəli o, işi təhvil verdikdən sonra iddiaçıdan əmək haqqı tələb etməsinə baxmayaraq ona pul ödənilməmişdir.Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeр kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217, 217, 218.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması i lə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən 15-ci PB-nin baş təhqiqatçısı Mahir Şahverənovun 14 may 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə təyin edilmiş 10 may 2018-ci il tarixli 32165 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri Ləhiş bağlarında yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş ev üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 17033 manat, o cümlədən əmək haqqının dəyərinin 5150 manat və tikinti materiallarının dəyərinin 11883 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllən in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dai rəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmişdir, Cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etməsinə baxmayaraq, şikayətin məzmunundan onun da iddianın təmin edilən hissəsində qətnaməni mübahisələndirdiyi aydın olmuşdur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh iş icraçısı kimi işlərini aparmaq üçün hər ay 1000 manat məbləğində əmək haqqı verəcəyini vəd etməsi, həmin məbləğin iddiaçı tərəfindən azaldılaraq 500 manata salınması, 2 il müddətin sonunda iş qurtardıqdan sonra iddiaçının cavabdehə 12.000 manat pul ödəyəcəyi barədə arqumentinə münasibətdə qeyd etmişdir ki, cav abdeh bu halları sübut edən dəlilləri birinci instansiya məhkəməsinə, həmçinin apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmiş, bununla bağlı kifayət qədər imkanının olmasına baxmayaraq iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməmişdir. İddia müddətinin tətbiqinə dair ərizənin qətnamə qəbul edildikdən sonra məhkəməyə verilməsi isə həmin ərizənin məhkəmə iclasında təqdim edilməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən də iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olma qla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi hüquq normalarını vı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2., 217.4, 384, 385.2-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1786/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1786/2019
11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver