Məhkəmə qərarları › İş №2(102)-1786/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1786/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1786/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-120/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. İddiaçı atası mərhum X8 ilə Cavabdeh X arasında xx.xx.2010-cu il tarixdə Ömürlük renta müqaviləsi” bağlanmış, müqaviləyə əsasən X8 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini Cavabdeh X mülkiyyətinə verməyi, sonuncu isə X6 ölənədək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 manat ödəməyi öhdələrinə götürmüşlər.

2. X8 iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.20 10-cu il tarixli “Ömürlük renta müqaviləsinin” ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzilinin üzərində onun xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal ra yonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X3 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Reyestr Xidmətinə həvalə olunmuş və Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh və X kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

3. Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz ə mlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı qəyyumu Qanuni nümayəndə (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “mənzildən istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (sonradan iddia tələbini dəqiqləşdirərək) cavabdehin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (birinci iş).

5. Eyni zamanda, XX1 X qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərclərin və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51236 manatın, mənəvi ziyana görə 20.000 manatın İddiaçı tutulub ona ödənilməsi, mənzildən çıxmağı ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (ikinci iş).

6. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2( 004)550/2021 nömrəli qərardadı ilə qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir.

7. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-516/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 2 otaqlı 79 nömrəli mənzilinin eyvan və dəhliz tikilisində əlavə divarın hörüldüyü və yaşayış otağından eyvana keçən hissədə pəncərə altının söküldüyü müəyyən edilmişdir. Lakin, mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işlərinin aparılmadığı nəzərə alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işlərinin aparılmadığı müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunur. Hazırda mənzil yaşayış və yardımçı tikililərdən ibarət olmaqla, orta təmirli vəziyyətdə olduğunu nəzərə alaraq mənzilin yaşayış üçün yararlı olduğu müəyyən edilir. Mənzilin bir otağı köhnə təmirlidir, orada təmir işləri aparılmayıb.

9. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)516/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) birinci iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququ itirilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçının qəyyumu Qanuni nümayəndə təhvil verilməsi, iddianın qalan hissələrdə rədd olunması, eyni zamanda ikinci iş üzrə sözügedən mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması və qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.

10. Məhkəmə, qanuni qüvvəyə minmiş məhkəmə aktları, habelə işin mübahisələndirilməyən halları ilə müəyyən etmişdir ki, İddiaçı atası mərhum X9 X arasında xx.xx.2010-cu il tarixdə Ömürlük renta müqaviləsi” bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx. 2019-cu il tarixli qətnaməsi ilə mərhum X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X3 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Reyestr Xidmətinə həvalə olunmuş, habelə X həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh və X kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

11. Mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

12. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 477.3- cü maddəsinə əsasən İddiaçı cinayət məsuliyyətindən və cəzadan azad olunmuş və onun barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 32 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı üzərində onun atası X8 qəyyum təyin edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bundan sonra Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı mülkiyyətlərinə hüququ olmadan əmisi Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 32 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.

13. Cavabdeh X tərəfdən məhkəməyə təqdim olunmuş 2020-ci ildə tikinti və təmir işlərinə dair smetada göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində aparılmış əsaslı təmir işlərinin xərci tikinti materialların ın dəyəri 16.704 manat, görülən işlərin xərci 22.286 manat olmaqla, cəmi 38.990 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 8.443 manat müəyyən olunmuşdur.

14. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi” əsasında Bakı şəhəri, Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilinə köçmüş, mənzilin bir otağı istisna olmaqla digər hissələrində təmir işləri aparmışdır.

15. Məhkəmə qeyd etmişdir ki Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəy ə mindikdən sonra İddiaçı qəyyumu Qanuni nümayəndə mənzilin boşaldılmasını Cavabdeh tələb etsə də, sonuncu qanuni əsas olmadan mənzili boşalmaqdan imtina etmişdir. Bundan sonra, Cavabdeh x həmin mənzildə yaşamaqda davam etməsi qanunsuz olmuşdur. Nəticədə İddiaçı mülkiyyət hüquqları pozulmuşdur.

16. Eyni zamanda, Cavabdeh mənzilə qanuni əsaslarla köçdüyünə və təmir işlərini mərhum X razılığı ilə apardığına görə, həmin mənzilin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçidən tələb etməkdə haqlıdır. Mülkiyyətçi İddiaçı qəyyumu mənzilin təmirinə çəkilən xərcləri ödəməkdən imtina etdiyinə görə Cavabdeh X mənzili hazırkı vaxta kimi boşaltmamışdır.

17. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddia tələbi- Cavabdeh X iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olsa da, iddia tələbi qalan hissədə, yəni vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassızdır və bu hissələrində təmin edilə bilməz. O cümlədən birləşdirilmiş mülki iş üzrə Cavabdeh mənzilin təmirinə çəkilmiş 8.443 manat xərcin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qalan hissələrində, yəni mənzilin təmiri, yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq tələb etdiyi 51.236 manatdan 8.443 manatı istisna olmaqla, qalan 42.793 manat vəsaitin və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsində əsassızdır və bu hissədə iddia təmin edilə bilməz.

18. Məhkəmə, Cavabdeh mübahisəli mənzilin təmirinə tikinti materiallarının alınmasına 16.704 manat, görülən işlərin xərci kimi 22.286 manat olmaqla, cəmi 38.990 manat vəsait xərcləməsini ağlabatan hesab etməmiş və onun təqdim etdiyi smetanı mötəbər sübut kimi qəbul etməmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilən 8.443 manat təmir xərcini ağlabatan və mötəbər hesab etmişdir. Çünki, ekspertiza tədqiqatının aparılması üçün, hakimin, tərəflərin və ekspertin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilmiş və ekspertin müəyyən e tdiyi qiymət- 8.443 manat işin həqiqi hallarına uyğun gəlir (mənzil iki otaqdan ibarətdir, bir otağında ümumiyyətlə təmir işləri aparılmayıb). Həmçinin Cavabdeh mənzildə təmir işləri aparsa da, uzun müddətdir ki, həmin mənzildə kirayə haqqı ödəmədən yaşayır və təmirli mənzildə özü yaşamaqla, faydalanır. Bu səbəbdən Cavabdeh mənzilin təmiri üçün daha artıq vəsait xərcləmiş olsa belə, ekspert rəyində göstərilən 8.443 manat vəsaitdən artığını tələb etməkdə haqlı deyildir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə, Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 157.7, 21.1, 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx. xx.2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Tərəflər ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

21. Birinci iş üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə müəyyənləşdirilir ki, təmir işlərindən yalnız cavabdeh və anası faydalanmış, mərhum Bahadur Qasımovun yaşadığı otaq ümumiyyətlə təmir olunmamış və demək olar ki, o ölənə qədər cavabdeh və anası ona zülm etdiklərinə görə öz evindən didərgin düşərək məcburən başqa ünvanda qalmışdır. Ümumiyyətlə işə baxan məhkəmə cavabdehin mərhum Bahadur Qasımova qarşı törətdikləri qanunsuzluqların mahiyyətini tam olaraq nəzərə almamış, nəticə etibarilə natamam qətnamə q əbul etmişdir. Eyni zamanda, məhkəmənin fəaliyyət qabiliyyətsizliyi, psixi pozuntusu olan və daim qəyyumluq altında olan iddiaçıdan əsassız olaraq pul tələbinə aid hissədə cavabdehin iddiasını qismən təmin edərək, pulun qaytarılması ilə cavabdehin mənzildən çıxarılma hissəsinin eyni vaxtda icra olunmasını ilə əlaqələndirilməsi nə məntiqə, nə də ki qanuna sığmır. Çünki, iddiaçı bu pulu heç bir zaman ödəyə bilməyəcəyindən, cavabdeh yenə də ona maddi zərər vurmaqla qanunsuz olaraq ona məxsus mənzildə anası ilə birgə yaşamaqla yanaşı, mülkiyyətçi və ümumiyyətlə mənzillə heç bir hüquqi bağlılığı olmadan, əsassız olaraq mənzildə yaşayacaqdır. Halbuki, mənzil üzərində Lauranın sahiblik və istifadə hüququ bərpa olunsa idi, iddiaçı mənzili 3-cü şəxslərə kirayə verərək, hər ay azı 400 manat pul əldə edə bilər və həmin qazancdan məhkəmənin cavabdehin xeyrinə ödənlməli olan pulu qaytara bilərdi. Həmçinin, təmir xərcinin bu məbləğdə müəyyən edilməsi də ağıla sığan deyil, çünki, cavabdeh hələ əvvəlki işlər üzrə keçirilmiş bütün məhkəmə iclaslarında 2012-ci ildə mənzilin təmin etdirilməsini bildirmiş və bu təmir işləri üçün gah 50000 manat, gah da 65000 manat xərc çəkdiyni bildirmişdir. Amma məhz müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirilməməsi səbəbindən, 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müqavilə ləğv olunmuşdur. İndi isə 3 il vaxt keçdiyinə görə, müqavilə tərəfi olmayan, yalnız mərhum XX övladı olduğuna görə bu absurd iddia tələbi qismən təmin olunmuş və bu böyük pul məbləğdə pulun cavabdehə qaytarılması öhdəliyi qoyulmuşdur. Ümumiyyətlə cavabdehin hə yata keçirtdiyi təmirdən 10 ilə yaxın vaxt keçmiş, bu illər ərzində yalnız özü bu təmirdən yararlanmış və məhz özü də ki, estetik zövq almışdır. Həmçinin tamamilə qanunsuz olaraq, 9 il öncə olunmuş təmiri daha effektiv göstərmək üçün həm məhkəməni, həm dəeksperti aldadaraq bir sıra kosmetik işlər bilavasitə ekspertizadan öncə həyata keçirilmişdir. Təmir olunmuş otaqda olan kimyəvi tərkibli iy (yəni, rəng mənşəli qoxu) baxış zamanı açıq-aşkar mənzildə hiss olunmuşdur. Bundan başqa, təmir 9 il bundan öncə olunsa da, ekspert indiki qiymətlərlə hesablama aparmışdır. Həmçinin, təmir işləri zamanı çəkilən usta xərcləri də nəzərə alınmaya bilər. Çünki hər hansı bir ustaya xidmət haqqının ödənilməsi haqqında cavabdeh tərəfindən bir qəbz belə məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən ekspert rə yində öz əksini tapmış mənzilin balkon hissəsinin, otaqların bir birindən ayırılması nəticəsində dəhlizin (korridor) süni şəkildə yaradılması faktına da məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Çünki bu dəyişikliklər nəticəsində mənzil daxili layihə əsaslı olaraq, cavabdeh tərəfindən qanunsuz dəyişdirilmişdir. İndi isə bu dəyişikliklərin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli məbləğdə pul vəsaiti və vaxt tələb olunur. Amma məhkəmə işə tələsik baxaraq, dəyişkilklərin ləğvi üçün nə qədər pul vəsaitinin tələb olunduğunu araşdırmamış və bunun üçün də əlavə ekspertiza təyin etməmişdir. Halbuki, iddinın bir hissəsi məhz bu tələbdən ibarət idi. Qeyd olunmalıdır ki, mənzilin eyvanı sökülməsi, iddiaçının açıq havada asudə vaxtı keçirməsinə mənfi təsir göstərəcəkdir, çünki, səhhətilə əlaqəqdar o, hər dəfə aşağı düşə bilməyəcək və eyvanın süni şəkildə bağlandığından orada da təmiz hava qəbul etməsi mümkünsüz olacaqdır. Nəticədə, etibarilə, hər dəfə təbii havanın qəbul olunacağı ilə əlaqədar iddiaçı küçəyə çıxmaq məcbur olacaq. Ona görə də, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Lakin bunun üçün xeyli məbləğdə pul vəsaiti tələb olunacağı nəzərə alındıqda bərpa işlərinin dəyəri müəyyən olunmalı və bu pul məhz cavabdehdən tutulmalıdır.

22. İkinci iş üzrə cavabdeh isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən ekspert rəyini əsas götürsə də, ekspertizanın rəyində göstərilən 8443 mana t təmir xərci ilə razı deyil. Ona görə ki, mənzildə Bahadur Qasımovun özünün razılığı ilə əsaslı təmir işlən aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Məhkəməyə təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16704 manat, görüiən işlərin xərci 22286 manat olmaqla, cəmi 38990 manat təşkil edir. Göründüyü kimi, mənzilin təmirinə çəkdiyi xərci təsdiq edən mütəxəssis rəyi ilə (38990 manat) ekspert tərəfindən verilmiş rəy (8443 manat) arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə bu hala aydınlıq gətirməmiş, hansısa səbəbdən ekspert rəyini əsas tutmuşdur. Halbuki, həmin ziddiyəti aradan qaldırmaq üçün məhkəmə ən azından komissyon ekpertiza təyin etməli idi.

23. Cavabdehin müraciətinə əsasən “X2” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirici rəyində mənzildə aparılmış tikinti-təmir və quraşdırma işlərinə real bazar qiymətinə uyğun olaraq təqribən 27.649 manat məbləğində (xidmət haqqı və tikinti materialları daxil olmaqla) vəsait xərcləndiyi müəyyən edilmişdir.

24. Apellyasiya icraatında iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, mübahisəli halların dəqiqləşdirilməsi istiqamətində xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işləri aparılmamış, mənzildə yerinə yetirilmiş yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 9836 manat təşkil edir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-637/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Fuad Babayev və Şərafət Məmmədova) İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8.443 manatın İddiaçı tutularaq Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan müvafiq pul vəsaitinin məbləği 9.836 manat müəyyən edilmiş, qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın İddiaçı tutularaq Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şi kayətlərinə əsasən hər iki iş üzrə iddiaların təmin olunmayan hissələrində (təmir xərci hissəsi istisna olunmaqla) birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Çünki, tərəflər həmin hissələrdə iddia tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə qismən təmin olunmalı, qətnamə həmin hissədə dəyişdirilərək, mənzilin təmirinə görə tutulmalı olan pul vəsaitinin məbləği 9836 manat müəyyən edilməlidir. Tərəflər bunun əksini təsdiq edə və əsaslandıra bilməmişlər. Bununla yanaşı, cavabdeh vəsatət verərək kompleks ekspertizanın təyin olunmasını xahiş etsə də, vəsatəti əsaslandıra bilməmiş, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı dəlillərini təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edilən hissədə yenidən ekspertizanın təyin olunmasını zəruri hesab etməmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının “mənzilə çəkilmiş xərclərinin ümumiyyətlə tutulmalı olmaması” barədə dəlilləri işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmadığından əsaslı sayıla bilməz. İddiaçı apellyasiya şikayətində mənzildə təmir-tikinti işlərinin qanunsuz aparılmasını, mənzildə konstruktiv dəyişikliklərin aparılmasını və s. göstərmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qanunsuz olaraq deyil, məhz renta müqaviləsinə, sonradan isə mülkiyyətçi hüquqla rına əsaslanaraq təmir-tikinti işlərini aparmışdır. Sonradan məhkəmə tərəfindən müqavilənin və mülkiyyət qeydinin ləğv olunması halı isə cavabdehi müvafiq yaxşılaşdırma xərclərini tələb etmək hüququndan məhrum etmir. Həmçinin işdə olan ekspertiza rəyindən görünür ki, mübahisəli mənzilin daxilində eyvan tikilisinin pəncərə altı divarının sökülməsi və dəhliz tikilisində əlavə divarın inşa olunması kimi konstruktiv dəyişikliklərin aparılması müəyyən olunmuş, lakin mənzilin yükdaşıyan divarlarında dəyişikliklər edilmədiyi və binanın yükdaşıyıcı sütunlarının sökülməsi və zədələnməsi kimi hallar müəyyən olunmamış, eləcə də mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işləri aparılmamışdır.

31. İddiaçı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, q ətnamədə tələblərin eyni vaxtda icra olunmasının qət edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmayaraq qeyd etmişdir ki, MPM-in 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydasını müəyyən edə və onu qətnamənin nəticə hissəsində göstərə bilər.

32. Bununla yanaşı, məhkəmə kollegiyası işin hallarını məcmu şəkildə nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsini müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamış, əksinə ədalətli tarazlığın bərpasına nail olmuşdur.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 21, 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.3, 1094-ci maddələrinə, MPM-in müvafi q maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli qərarında ifadə olmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya istansiyası məhkəməsindəki birinci icraat

34. İddiaçı qəyyumu Qanuni nümayəndə kassasiya şikayəti verərək (vəkil X7), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Həmçinin, cavabdeh X10 oğlu kassasiya şikayəti verərək (vəkil X13), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Əhliman Xıdırov) 2(102)-2380/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-637/2022 saylı qətnaməsinin qismən, iddiaçının iddiasının 25.000 manat əldən çıxmış faydaya görə maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi və qətnamənin digər mübahisələndirilən hissələrdə (İddiaçı iddiasının 25.0 00 manat mənzilin bərpasına görə maddi ziyan tələbinin təmin edilməməsi və Cavabdeh iddiasının təmin edilməməsi hissələrində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

37. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçı X5 iddiasının əldən çıxmış faydaya görə 25.000 maddi ziyan və 10.000 manat mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz.

38. Belə ki, məhkəmələr mübahisə predmeti olan mənzilə dair Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi” əsasında köçdüyünü, mənzilin bir otağ ı istisna olmaqla digər hissələrində təmir işləri apardığını, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi”nin ləğv edildiyini və qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin mənzildə yaşamaqda davam etməsinin qanunsuz olduğunu və nəticədə İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu müəyyən etsələr də, iddiaçının buna görə tələb etdiyi 25.000 manat maddi ziyan tələbini və 10.000 manat mənəvi ziyan tələbini təmin etməmiş və bunu yalnız mülkiyyətçi İddiaçı qəyyumunun mənzilin təmirinə çəkilən xərcləri Cavabdeh Zülfüqar oğluna ödəməkdən imtina etdiyinə görə cavabdehin mənzili hazırkı vaxta kimi boşaltmaması ilə əsaslandırmışlar.

39. K assasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi cavabdehin mübahisəli mənzilə istifadə və sahibliyinin əsassız olmasını bildiyi və həmin mənzilə dair renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi andan həmin sahədən istifadəyə davam etməsi artıq qanunsuz olmuşdur.

40. Belə olduğu təqdirdə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5ci maddəsinə əsasən mülkiyyətçinin, yəni iddiaçının özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

41. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin mənzili uzun müddət boşaltmaması səbəbindən maddi ziyana məruz qaldığına, həmin mənzili digər şəxslərə ayda 500 manata kirayəyə verərək əldə etdiyi vəsaiti ehtiyaclarına xərcləmək imkanından məhrum olduğuna görə maddi ziyan və mənəvi ziyan tələb etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi isə bu tələblərin rədd edilməsi əsası kimi yalnız cavabdehin mənzildə apardığı təmir işlərinə cəkdiyi xərcin ona ödənilməməsinə istinad edilməsini əsaslı və qanuni hesab etməyərək qeyd etmişdir ki, Mülki Məcəllənin 157.6 və 157.7-ci maddəsində nəzərdə tutulan vicdanlı sahibin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələ b etmək hüququ var, qanunvericilikdə bu tələb hüququnun vicdanlı alıcıya həmin əmlakı mülkiyyətçiyə geri qaytarmağı ləngitmək hüququ verməsi təsbit edilməmişdir.

43. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının mənzilin vaxtında geri qaytarılmamasına görə cavabdehin qanunsuz sahibliyində olduğu müddət üçün vurulmuş maddi və mənəvi ziyan tələblərini rədd edərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmçinin mülki prosessual hüquq normalarının tələblərini pozaraq həmin tələbin rədd edilməsi barədə gəlinən nəticəni maddi hüquq normalarına istinad etməklə əsaslandırmamışdır.

44. Kassasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.5, 157.6, 157.7- ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2012-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), EminƏliyevvə Akifİsgəndərov) xx.xx.2025-ci il tarixli, 2(103)120/2025nömrəli qətnaməsiilə İddiaçı qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin e dilərək, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(004)-516/2021 nömrəli qətnaməsinin apellyasiya predmetinin baxışı olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı əldən çıxmış fayda tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əldən çıxmış faydaya görə 8.130 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi, İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında köçmüş, daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnamə si ilə X8 ilə Cavabdeh arasında bağlanmış sözügedən ömürlük renta müqaviləsi ləğv edilmiş və qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin mənzildən qanuni əsas olmadan istifadə etməyə davam etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin mənzilə dair renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2019-cu ildən Cavabdeh mübahisəli mənzilə istifadə və sahibliyinin əsassız olduğunu bildiyi halda, həmin sahədən qanunsuz istifadəyə davam etdiyindən iddia tələbi əldən çıxmış faydaya görə qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəf əldən çıxmış faydanı bir ay üzrə 500 manat hesablasa da, təkrar apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizası nəticəsində "xxxx" Qiymətləndirmə Şirkəti” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Qiymətləndirmə hesabatına əsasən xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək (hazırki iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəməyə verildiyi tarixinədək) Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilin aylıq kirayə haqqı xx.xx.2019- xx.xx.2019-cu il üzrə 350 manat; 2020-ci il üzrə 350 manat; xx.xx.2021xx.xx.2021-ci il üzrə 360 manat müəyyən olunmuşdur.

48. Göründüyü kimi, rəyə əsasən xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək İddiaçı dəymiş maddi zərərin (əldən çıxmış fayda) məbləği 8.130 manat (2019-cu il üzrə 3 ay x 350 = 1.050 manat; 2020-ci il üzrə 12 ay x 350 = 4.200 manat; 2021-ci il üzrə 8 ay x 360 = 2.880 manat; 1.050+4.200+2.880 = 8.130) təşkil etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmə baxışı zamanı verilsə də, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin qanunsuz istifadəsi davam etdiyindən, yəni tələbin həcminin artırılması üçün əsas məhkəmə baxışı gedişində əmələ gəldiyindən mülki-prosessual qanunvericiliyin tələbləri pozulmamışdır.

50. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh əldən çıxmış faydaya görə 8.130 manat vəsait tutularaq İddiaçı ödənilməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı iddiaçının tələbinə qiymət verərək qeyd etmişdir ki, bu tələb təmin edilməməlidir. Belə ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2024-cü il tarixli rəyinə əsasən, İddiaçı “Şizofreniya paranoid forma” xroniki psixi xəstəlik vardır və o, xx.xx.2010-cu il tarixdən Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında stasionar müalicədə olduğundan, o, mülkiyyətində olan mənzilindən xx.xx.2019-cu il tarixdən sonra X qanunsuz istifadə etməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməzdi.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.5, 157.6, 157.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2012-ci il tarixli Qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

53. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

54. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır k i, onunla X8 ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsin”nə əsasən o, mənzilə vicdanlı sahiblik etmişdir. Belə ki, Bahadur Qasımova aylıq 100 manat ödəmiş etmiş, mənzili onun razılığı əsasında təmir etmiş, mənzilin kommunal ödənişlərini həyata keçirmiş, ona həm maddi, həm də mənəvi dəstək göstərmişdir. Onun tərəfindən Bahadur Qasımaova qarşı atılmış bu humanist addım onun övladları tərəfindən belə göstərilməmişdir. Məhz bu qayğı sayəsində o, öz mənzilində rahat yaşamışdır. Lakin məhkəmə tərəfindən nə bu faktlar, nə dəki bütün əvvəlki məhkmə araşdırmalarının nəticələri nəzərə alınmamışdır. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri, Yasamal rayon İ cra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 32 nömrəli sərəncamı ilə İddiaçı üzərində onun atası X8 qəyyum təyin edilmişdir. X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmazlığı səbəbindən vəfat etdikdən sonra Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı ilə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş İddiaçı üzərində mənzilə mülkiyyət hüququ olmadan əmisi Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Belə olan təqdirdə nə iddiaçının, nə də ki, onun qəyyumunun mənzil üzərində sərəncam vermək hüququ olmadığı halda, mənzildən istifadə edilməməsinə görə, əldən çıxmış fayda tələbinə dair iddia qaldırıla bilməzdi. Məhkəmə bu tələbl ə bağlı hissədə düzgün araşdırma aparmamışdar. İddiaçının qəyyumu Qanuni nümayəndə iddaçının adından mənzil üzərində sərəncam verilməsi ilə bağlı heç bir hüquq verilməmişdir. Cavabdeh aldadılmaqla həm əmlakından məhrum olmuş, həmdə maddi zərərə məruz qalmışdır. Məkkəmə qərar qəbul edərkən məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərilməli və sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qərar qəbul edilməlidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aylıq ödəniş qəbzlərini, kommunal ödənişləri və təmir xərclərini təsdiq edən sənədləri və ekspert rəyləri barədə sübutları nəzərə almamış və öz mülahizəsinə əsasən iddiaçının əldən çıxmış faydaya görə tələbini əsaslı hesab etmişdir. Baxmayaraq ki, iddiaçı bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Nəzərə alsaq ki, iddiaçının belə bir tələblə çıxış etmək hüququ olmamış və onun qəyyumuna isə bu səlahiyyət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir faktı araşdırmamış, iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir sənədin təqdim edilmədiyi halda cavabdehin məhkəməyə təqdim etdiyi mötəbər sübutları nəzərə almamış və həmin sübutları səsassız olaraq şübhə altına almışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericilik normalarının tələbləri açıqaşkar şəkildə pozulmuş və iş üzrə düzgün araşdırma aparılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Məcəlləsi

56. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

57. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

58. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

59. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

60. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

61. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən İddiaçı iddia tələblərinin təmin olunan hissəsində mübahisələndirildiyindən, ap ellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

73. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

74. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddiaçının əldən çıxmış faydaya görə pul tələbinin təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

75. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsi” əsasında köçmüş, daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bahadur Qasımovla cavabdeh arasında bağlanmış sözügedən müqavilə ləğv edilmiş və qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra cavabdeh həmin mənzildən qanuni əsas olmadan istifadə etməyə davam etmişdir.

76. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayət i ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzilə dair renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2019-cu ildən cavabdeh həmin mənzildən istifadə və sahibliyinin əsassız olduğunu bildiyi halda, bu qanunsuzluğunu davam etdirmişdir. Bu səbəbdən də iddia tələbi əldən çıxmış faydaya görə qismən əsaslı olduğundan, təmin edilməlidir.

77. Belə ki, iddiaçı, əldən çıxmış faydanı bir ay üçün 500 manat hesablasa da, təkrar apellyasiya baxışı zamanı iş üzrə "xxxx" XX” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Qiymətləndirmə hesabatına görə, xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək (hazırki iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizənin məhkəməyə veril diyi tarixədək) mübahisəli mənzilin aylıq kirayə haqqı xx.xx.2019- xx.xx.2019-cu il üzrə 350 manat; 2020-ci il üzrə 350 manat; xx.xx.2021-xx.xx.2021-ci il üzrə 360 manat müəyyən olunmuşdur.

78. Ona görə də apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehdən əldən çıxmış faydaya görə 8.130 manat tutularaq iddiaçıya verilməlidir.

79. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2025-ci il tarixli, 2(103)-120/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar