Məhkəmə qərarları › İş №2(102)-1787/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1787/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1787/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9244/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Fuad Abdıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (uşaqları - X5, X6 və X2 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 3-cü döngə, 11 B saylı fərdi yaşayış evindən (bundan sonra – mübahisəli ev) bütün əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (uşaqları - X5, X6 və X2 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 3-cü döngə, 11 B saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gə ldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: İddiaçı vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara g örə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər ər-arvad olmaqla 3 uşağı - X5, X6 və X2 ilə birlikdə həmin fərdi yaşayış evində yaşayırlar. İddiaçı müvəqqəti olaraq cavabdehlərə mübahisəli evdə yaşamaq üçün icazə verdiyini, onların həmin evə hər hansı hüquqlarının olmadığını, hazırda isə onları bu evdən çıxarmaq istədiyini və bununla bağlı onlardan dəfələrlə könüllü olaraq həmin evi tərk etməyi xahiş etdiyini, lakin cavabdehlərin bütün bunlara və onun mülkiyyət hüququna məhəl qoymayaraq evi tərk etmək istəmədiklərini və bu səbəbdən m əhkəmədə iddia qaldırmaq məcburiyyətində olduğunu bildirir. Cavabdeh1 iddianı qəbul etmir, evin həqiqətdə ona məxsus olduğunu və onun vəsaiti hesabına inşa edildiyini, iddiaçının mülkiyyətinə isə aldatma yolu ilə keçdiyini bildirir. Lakin göstərilənlərlə bağlı hər hansı sübut təqdim etmir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 apelly asiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayətin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynidir. Cavabdeh1 apellyasiya şikayətinə də etirazını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka mülkiyyətini hüququnu təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır və bu hal şahid ifadələri ilə müəyyən edilə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh1 öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərur ət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9244/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar