Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1787/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı, vəkili X4, Cavabdeh və vəkili Bağırov Bilal İsa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4177/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Cavabdeh ilə 31 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflər 2006-cı ildən etibarən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 10 iyul 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, 29 dekabr 2008-ci il təvəllüdlü X2 və 23 iyun 2012-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İddiaçı və cavabdeh arasında münasibətlər pisləşdiyi üçün 2017-ci ilin oktyabr ayında iddiaçı həmin evdən çıxmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(004)-16 38/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh oğluna qarşı əmlak bölgüsü və əmlakı qaytarılması barədə iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş əmlaklar, avtomobil və torpaq sahəsi tərəflər arasında bölünmüş, qalan hissədə, o cümlədən x x “a” saylı evin və ya onun dəyərinin bölünməsi tələbi iddia rədd edilmiş, 3-cü şəxs X6 İddiaçı qarşı cehiz əmlakın evdən çıxarılması barədə iddiası təmin edilərək, cavabdehə məxsus olan cehiz əşyalarının x x “a” saylı evdən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli 2(103)9336/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(004)- 1638/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə-İddiaçı tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 29 dekabr 2008-ci il təvəllüdlü X7 və 23 iyun 2012-ci il təvəllüdlü X9 ilə birlikdə xndə x ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə münasibətləri pisləşdiyi və nikahlarına xitam verildiyi üçün ünvan 3 ünvanında yerləşən evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçıya məxsus olan məişət və qızıl-zinyət əşyaları hələ də həmin ünvanda yerləşən evdə qalmaqdadır. İddiaçı 2 az yaşlı uşağı ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evinə sığınmışdır. Hazırda onun yaşamağa başqa yeri yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) 19 sentyabr 2019-cu il tarixli 2(011)-7258/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün evdən çıxmaq məcburiyyətində qalmışdır. Məhkəmə hesab etmişdir ki, 29 dekabr 2008-ci il təvəllüdlü X7 və 23 iyun 2012-ci il təvəllüdlü X9 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Həmçinin İddiaçı xndə x ünvanında yerləşən özbaşına tikiliyə cavabdehin razılığ ı ilə ailə üzvü kimi köçərək orada yaşadığından, cavabdehlə birgə təsərrüfat apardığından, cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi iddiaçının özünəməxsus evi olmadığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada Cavabdeh ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qətnaməsini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs X10 ayrı-ayrılıqda Xətai Rayon Məhkəməsinin 2(011)-7258/2019 saylı, 19 sentyabr 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsin i və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Hər iki apelyasiya şikayəti eyni məzmunlu olmaqla belə əsaslandırılmışdır ki, mübahisəli mənzil X10 tərəfindən inşa olunmaqla onun faktiki sahibliyindədir. Çünki onun İddiaçı qarşı həmin mənzildən cehiz əşyalarının çıxarılması tələbi olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış həmin qətnamə ilə mübahisəli mənzilin X1 olması halı təsdiq edilmişdir. Bununla eyni zamanda iddiaçının həmin mənzildə yaşamaq və istifadə etmək hüququnun olmaması qənaətinə gəlmək mümkün olar. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İl ham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Elşən Kazımov) 08 sentyabr 2020-ci il tarixli 2(103)4177/2020 nömrəli qətnaməsi ilə Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs X6 apelyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(011)-7258/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından görünür ki, mübahisəli mənzil iddiaçının keçmiş qayınatası X1 və istifadəsində olmuşdur. İddiaçı iddia ərizəsində 2006-cı ildə ailə qurduqdan sonra xndə x ünvanında yerləşən fərdi yaşayış evinə köçdüyünü, 2018-ci ildə həmin evdən çıxdığını, ona məxsus məişət və qızıl zinət əşyalarının həmin evdə qaldığını göstərmişdir. İş materiallarında olan tərəflər arasında nikahın pozulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, tərəflər həmin ünvanda yaşamışlar. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus olan bir sıra əşyalar xndə x “a” ünvanında yerləşən fərdi yaşayış evində qalmış, həmin əşyaların evdən çıxarılması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh xndə x ünvanında, İddiaçı isə ünvan 6 ünvanında qeydiyyatdadır. İşin faktiki hallarından görünür ki, İdd iaçı köçmək istədiyi xndə x ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olsa da, faktiki olaraq iddiaçının keçmiş qayınatası X10 tərəfindən inşa olunmuşdur. İş materiallarında həmin fərdi yaşayış evinin İddiaçı və onun keçmiş əri Cavabdeh birgə vəsaiti hesabına tikilməsi barədə heç bir sübut yoxdur. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(103)-4177/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-7258/2019 saylı 19.09.2019-ctı il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh 31 avqust 2006-cı il tarixdən rəsmi nikaha daxil olmaqla mübahisəli mənzilə köçərək yaşamağa başlamaları, birgə təsərrüfat aparmaları, mübahisəli mənzilin özbaşına tikili olması, iddiaçının 2017-ci ilin oktyabr ayından həmin mənzildən çıxmaq məcburiyyətində qalması və mübahisəli mənzildən başqa digər yaşayış sahəsinin olmaması müəyyən olunmuşdur. Hətta Cavabdeh birinci instansiya məhkəməsində verdiyi ifadəsində iddiaçının nikah bağlandığı gündən 2017-ci ilin oktyabr ayınadək mübahisəli mənzildə yaşadığını, iddiaçının əşyalarının hal-hazırda da həmin mənzildə saxlanmasını, mübahisəli mənzilin hüquqmüəyyənedici sənədinin olmamasını, ikinci dəfə ailə qurması səbəbindən İddiaçı həmin mənzilə köçməsinin qeyri-mümkün olmasını bildirmişdir. Qeyd olunanl ardan aydın olduğu kimi məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin özbaşına tikili olması, iddiaçının həmin mənzilə köçməsi, orada uzun müddət yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, sonradan münasibətlərin gərginləşməsi səbəbindən mənzildən çıxmaq məcburiyyətində qalması, mübahisəli mənzildən başqa yaşayış sahəsinin olmaması, Cavabdeh isə əsas məqsədinin sirf yenidən ailə qurması səbəbi ilə iddiaçının həmin mənzilə köçməsinin mümkünsüz olduğu sübut olunmuşdur və həmin faktlar qətnamə ilə mübahisə doğurmur. İddiaçıya məxsus cehiz əşyalarının ünvan 7 ünvanındakı torpaq sahəsində yerləşən mübahisəli mənzildən çıxarılmasına dair Xətai rayon Məhkəməsinin 2(664)-1638/2019 saylı 05.03.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıya məxsus əşyaların mübahisəli mənzildə olması faktı müəyyən edil miş və həmin əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan əşyalar bu günə qədər həmin mənzildədir. Bu xüsusat onu göstərir ki, x həmin mənzildə heç vaxt yaşamamış, mənzildə yalnız cavabdeh və iddiaçı övladları ilə birlikdə yaşamışlar. X17 həmin mənzildə yaşasaydı iddiaçıya məxsus əşyaları həmin mənzildən çıxardar, əşyaların çıxarılması ilə əlaqədar qüvvədə olan məhkəmə qətnaməsini icra etdirərdi. Əşyaların bu günə qədər çıxarılmaması həmin mənzilin hazırda istifadəsiz olduğunu, həmçinin xin digər mənzildə qalmasının göstəricisidir. x mənzilin onun tərəfindən inşa edildiyini və faktiki olaraq onun sahiblik və istifadəsində olduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki həmin yaşayış sahəsi özbaşına tikilidir və cavab deh həmin tikiliyə mülkiyyət hüququ əldə etməmiş, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, heç vaxt həmin mənzildə yaşamamış, mənzilə sahiblik və istifadə etməmişdir. B.xin mübahisəli mənzilə mülkiyyət hüququ olmadığı üçün də onun həmin mənzil barəsində sərəncam vermək, həmçinin iddiaçını mənzildən çıxartmaq hüququ yoxdur. ünvan 9 ünvanındakı torpaq sahəsində 3 ədəd özbaşına tikili vardır. Həmin mənzillərin birində x, birində cavabdeh digərində isə cavabdehin qardaşı yaşamışlar. İddiaçı da cavabdeh ilə nikaha daxil olduqdan sonra məhz 3-cü tikilidə faktiki olaraq uzun müddət yaşamış və istifadə etmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsi xin özbaşına tikili olan mübahisəli mənzilə mülkiyyət hüququnun olmamasını nəzərə almamış, qeyd olunan ünvanda yerləşən neçə ədəd mənzili n olmasını, mübahisəli mənzildə hazırda kimin yaşamasını araşdırmamış, yalnız qarşı tərəfin ifadələrinə üstünlük vermiş və xin heç bir sübut təqdim etməməsinə baxmayaraq, onun həmin mənzilə sahiblik və istifadə hüquqlarının olmasını əsas gətirərək iddiaçının mənzildən çıxarılmasını qanuni hesab etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili X14 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(103)-4177/2020 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh və vəkili Bağırov Bilal İsa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüquq u əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi işin araşdırılmış halları üzrə iddia tələbini rədd edərkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı köçmək istədiyi xndə x ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olsa da, faktiki olaraq iddiaçının keçmiş qaynatası X8 məxsusdur. Bu fakt tərəflərin iştirak etdiyi digər bir mülki iş üzrə Xətai rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin şəxsin iddiası ilə İddiaçı cehiz əmlaklarının mübahisə prdmeti olan evdən çıxarılması qət edilmişdir. Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mü lki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin fərdi yaşayış evinin İddiaçı və onun keçmiş əri Cavabdeh birgə vəsaiti hesabına tikilməsi barədə də heç bir sübut yoxdur. İddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına evə köçürülmə, istifadə hüququnun yaranması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından münahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzilmələyən hüquq normalarına uyğun olmalıdır. İddiaçının cavabdehin oğlu ilə ni kaha girməsi və həmin evə köçməsi onun həmin evdə yaşayış hüququnun mübahisəsiz yaranması demək deyildir. İddiaçının evin sahibi olan qayınatanın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanmasını tələb etmək hüququ olmadığından bu ev özbaşına tikili olsa da, iddiaçının həmin yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti yoxdur. Çünki iddiaçının bu istəyi evin sahibi ilə olan razılıqla şərtləndirilir. Həmin evə faktiki sahiblik edən qayınatanı isə belə razılıq verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4177/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.